"Qarabağ" yeni - altıncı transferi Renaldo Çepas artıq Bakıdadır.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında 3 illik sözləşmə imzalanıb.
Ağdam təmsilçisi 3 il üçün futbolçuya ümumilikdə 2.7 milyon manat maaş ödəyəcək. Klubun transferi bu gün ictimaiyyətə açıqlayacağı gözlənilir.
Qeyd edək ki, yamaykalı vinger son olaraq Rusiyanın "Pari" klubunda çıxış edib. 26 yaşlı futbolçu daha öncə "Şkupi" və "Ankaragücü"nün şərəfini qoruyub.
Xatırladaq ki, "Qarabağ" buna qədər Zakaria Savo, Jali Muaddib, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomişliçin transferini rəsmiləşdirib.








