Əslində İmanverdi İsmayılov ədəbi mühitdə yad adam hesab olunmamalıdır. Hər halda əbədi deputatlığa gedən yolun başlanğıcında bir jurnalist kimliyi də var. Lakin....
Bəli... Lakin...
Çünki jurnalist kimliyi də zamanında bir qara qəpik etməyən və xüsusi əlahiddəlik daşımayan hörmətli İmamverdi müəllim nədənsə bu gün özünün bütün istiqamətlərdə olan resurslarını barəsində olan YAZAR-YAZIÇI kimliyi uğuruna xərcləməkdədir. AMMA NİYƏ? Həqiqətən də... Axı niyə?
Nədən İmamverdi müəllim yazıçı adında bu qədər israrlıdır?
Diqqət edirsinizsə, son günlər özünün "Labirint" hekayəsini ciddi ədəbi hadisə kimi sırımaqda, təbliğ etdirməkdədir.
Deputat həmkarları üzündən keçmir... Dost-tanış onunla xoş münasibəti davam etdirmək üçün... Və digər bu kimi səbəblərin fonunda "Labirint" hekayəsi "Bayquş və qarovulçu"da olduğu kimi bir "ədəbi hadisə" kimi diqqətə soxulur... Realda isə..
Nə isə.. İmamverdi müəllimi çox incitmək istəmirəm. Yaxşı insandır. Belə eşitmişəm. Amma bayaq dediyim kimi... Nə yaxşı jurnalist ola bilmədi... nə yaxşı deputat da deyil... nə də uğurlu yazıçı hesab oluna bilməz.
Eləcə cızma-qaraçı desək, yetər...
Müəllif: Orxan Tuncər - "DİA-AZ"









