Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                     İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb .....                     Formatın süqutu: Rusiya nəyə ümid edir? .....                     Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır .....                     “ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” .....                     Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” .....                     Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... .....                     “Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” .....                     İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu .....                     "Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ .....                     Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? .....                     ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır .....                     Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                 

Ermənistanda baş nazir postu uğrunda savaş: Kim daha şanslıdır? - İNCƏLƏMƏ
Tarix: 1-04-2026, 02:01 | Çap et

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası Nikol Paşinyanın qarşıdan gələn parlament seçkilərində baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Bu barədə açıqlama verən Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının daxili səsvermə keçirdiyini və iki turdan sonra qalib gəldiyini deyib:

“Mənə bir daha etimad göstərdiklərinə, “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısına rəhbərlik etmək və Ermənistan Respublikasının Baş naziri vəzifəsinə namizəd olmaq imkanı verdiklərinə görə bütün partiya yoldaşlarıma təşəkkür edirəm”, - deyə Paşinyan özünün “Facebook” səhifəsində yazıb. Paşinyanın namizədliyini 898 partiya üzvü dəstəkləyib. Hazırkı xarici işlər naziri Ararat Mirzoyan isə 12 səs toplayaraq ikinci yeri tutub.

Üçüncü yerdə səkkiz partiya üzvü tərəfindən dəstəklənən hazırkı müdafiə naziri Suren Papikyan yer alıb. Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə iştirak etməyi planlaşdıran partiyalar qeydiyyat üçün sənədlərini aprelin 23-dək Mərkəzi Seçki Komissiyasına rəsmi olaraq təqdim etməlidir.

Seçki kampaniyasının mayın 8-də başlaması nəzərdə tutulub. Artıq Ermənistanda qeyri-rəsmi seçki təbliğatına başlanılıb. Baş nazir Paşinyan fevral ayında seçki tarixinin elan edilməsindən qısa müddət sonra ölkə daxilində fəal şəkildə səyahətlər edir.

O, öz komandası ilə birlikdə hər həftəsonunu ya bölgələrə, ya da paytaxt İrəvanın rayonlarına səyahət etməklə keçirirlər. Hakimiyyət həmin səfərləri “partiyadaxili kampaniya” adlandırsa da, Ermənistan mediası bunu seçkiqabağı təşviqatın başlanğıcı hesab edir.

Paşinyanın bölgələrə səfərlərdə və seçicilərlə görüşləri zamanı, pirojki, qarğıdalı, kartof yeməsi, insanlara kətə paylaması sosial şəbəkələrdə böyük marağa səbəb olub. Eyni zamanda, müxalifət də təbliğat-təşviqat məqsədilə sakinlərlə görüşlər keçirməyə başlayıb.

Bu prosesdə eks-prezident, “Ermənistan” blokundan baş nazirliyə namizəd Robert Köçəryan daha çox fəallıq nümayiş etdirir. Lakin Köçəryanın çıxışları daha çox hakimiyyətin ünvanına sərt, təhqiramiz ifadələrlə yadda qalır.

“Biz qətiyyətliyik, məqsədimiz qələbədir. Əminəm ki, bu hökumətin təmsil etdiyi şər məğlub olacaq. Mən hakimiyyətə gəldikləri ilk gündən bəri onlarla mübarizə aparıram və onlar gedənə qədər rahatlıq tapmayacam”, - deyə Köçəryan bildirib.

Nikol Paşinyana əsas alternativ hesab edilən rusiyalı milyarder, "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyan isə dövlət çevrilişinə cəhd ittihamı ilə həbsdə olduğundan belə səfərlə çıxmaq imkanından məhrumdur. Çox güman ki, o, seçki kampaniyasında iştirak edə bilməyəcək. Samvel Karapetyanın əvəzinə təbliğat-təşviqat işlərini onun qardaşı oğlu Narek Karapetyanın aparacağı gözlənilir.

Lakin Narek siyasi fiqur olmadığından seçicilərin dəstəyini qazanmaq imkanı yoxdur. Ona görə də hazırda Robert Köçəryanın daha çox tərəfdar toplamaq şansı Samvel Karapetyandan daha çoxdur. Bütün rəy sorğularında Köçəryan Karapetyandan geri qalsa da, onun seçicilərlə birbaşa təmas qura bilməsi “Güclü Ermənistan”ın elektoratını özünə cəlb etmək baxımından əlverişli fürsət yaradır.

Bu isə müxalifət düşərgəsində parçalanmanın artması və Karapetyanın zəiflədilməsi baxımından Paşinyanın da maraqlarına uyğundur. Sabiq prezident Serj Sarkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyası ilə seçkilərdə iştirak edib-etməmək barədə aprelin 4-də keçiriləcək qurultayda qərar verəcək.

Ümumiyyətlə, Serj Sarkisyanın və komandasının parlamentə düşmək şansı çox aşağıdır. Digər eks-prezident Levon Ter-Petrosyanın liderlik etdiuyi Erməni Milli Konqres Partiyasının baş nazirliyə namizədi Levon Zurabyan mandat qazanacaq reytinqə malik deyil.

Ermənistanda son bir ildə keçirilən bütün rəy sorğularında respondentlərin əksəriyyəti baş nazir Nikol Paşinyanın liderlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasına səs verəcəklərini bildiriblər. 2021-ci ildə keçirilmiş parlament seçkiləri ilə müqayisədə Paşinyanın reytinqi xeyli azalsa da o, birinciliyi qoruyub saxlayır. Seçkilərdə əsas rəqabətin Nikol Paşinyanla Samvel Karapetyan arasında gedəcəyi gözlənilir.

Lakin “Empirica” konsaltinq şirkətinin fevralın 12-dən sonra keçirdiyi rəy sorğusunun nəticələri tamamilə fərqli nəticələr üzə çıxarıb. “Güclü Ermənistan” partiyası fəaliyyətə başladıqdan sonra, iki namizəddən hansının növbəti baş nazir olacağı barədə suala respondentlərin 35 faizi Samvel Karapetyanı, 34 faizi isə Nikol Paşinyanı seçib.

İrəvanda bu fərq daha çox olub. Respondentlərin 49 faizi Karapetyanı, 24 faizi Paşinyanı dəstəkləyib. Paytaxtda “Güclü Ermənistan” partiyasına dəstək “Vətəndaş Müqaviləsi” partiyasından təxminən iki dəfə çoxdur. Əgər bu gün parlament seçkiləri keçirilsəydi, İrəvandakı seçicilərin 35 faizi “Güclü Ermənistan”a, 17 faizi “Vətəndaş Müqaviləsi” partiyasına, 11 faizi “Ermənistan” blokuna, 16 faizi isə digər müxalifət qüvvələrinə səs verməyə hazır olduğunu deyib.

Rəyi soruşulanların 8 faizi cavab verməkdə çətinlik çəkib. Yerevanda yalnız 24 faizi Nikol Paşinaynın baş nazir vəzifəsindəki fəaliyyətindən razı olduğunu deyib. Respondentlərin 75 faizi ondan narazı qalıb. Bölgələrdə rəyi soruşulanların 37 faizi baş nazirin fəaliyyətindən razılıq, 61 faizi isə narazılığını ifadə edib.

Qeyd edilən rəy sorğusu Paşinyanın seçkilərdə əsas rəqibinin Karapetyan olaraq qaldığını göstərir. Səsvermənin nəticlərindən asılı olmayaraq, rəqabətin “Güclü Ermənistan” və “Vətəndaş Müqaviləsi” partiyaları arasında gedəcəyi gözlənilir.

Ancaq “Empirica”nın keçirdiyi sorğuda birmənalı şəkildə Samvel Karapetyanın və onun liderlik etdiyi partiyanın bütün siyasi qüvvələrdən üstün göstəricilərə malik olması qabardılır. 2025 və 2026-cı illərdə Ermənistanda keçirlən rəy sorğularında Samvel Karapetyanın qalib gəlmək şansı maksimum 14, minimum 7 faiz təşkil edib.

Hakim “Vətəndaş Müqaviləsi”nə səs vermək istəyənlərin sayı isə 16,5 faiz olub. “Ermənistan” blokuna səs verəcəyini deyən respondentlər 6,4-8 faiz civarında olub. Son vaxtlar Nikol Paşinyanın seçicilərlə birbaşa təmas qurması fonunda Karapetyanın həbsdə qalması baş nazirin elektoratını artırır.

Eləcə də, Robert Köçəryanın təbliğat-təşviqat görüşləri onun tərəfdarlarını artırmaqla yanaşı, müxalifət düşərgəsində siyasi qütbləşmə yaradır ki, bu da Karapetyan üçün seçkilərdə problemə səbəb ola bilər.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tıxacın kökü haradadır? - AKTUAL
Bu gün, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Bu gün, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Dünən, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Dünən, 15:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru