"Dünən bir qrup sivil toplum nümayəndəsi Ermənistana səfərə gedib, vətəndaş cəmiyyəti üzvlərinin təmasları dayanıqlı sülh üçün çox vacibdir, dəstəkləyirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Maraqlı odur ki, nümayəndə heyəti Ermənistana quru sərhəddən keçib-gedib, deməli ilk Ermənistanla quru sərhədlər, de-facto, açılmış sayıla bilər.
Davamı gəlsin, tezliklə bütün quru sərhədlərin açıldığını görək, artıq yetər, bu məsələ həllini tapmalıdır, bağlı sərhədlər ölkəmizi iqtisadi itkilərə uğradır, insanlarda ciddi sosial, hətta psixoloji problemlər yaradır..."










