"AzTV-də DTX-nın rəsmi açıqlaması verilir. Məlumata həyəcansız qulaq asmaq mümkün deyil. Dartanyan (R. Mehdiyev) və üç muşketyorun (R. İbrahimbəyov, Ə. Kərimli və A. Abbasov) hərəkətləri qandonduran xəyanətdir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında vaxtilə bir sıra yüksək vəzifələrdə çalışmış politoloq Cümşüd Nuriyev qeyd edib.
O daha sonra bildirir: "DTX uzun müddər ərzində bu milli satqınları böyük səbrlə izləmiş, lazımi maddi sübutları yığmış və böyük xəyanətin üstünü açmışdır. Ə. Kərimli ilə bağlı 2018-ci ildə AzTV-də çıxış etdiyimə görə Ramizin göstərişi ilə bəzi fikirləri konteksdən çıxartmaqla bir qrup cəbhəçi qadınların əli ilə mənə qarşı söyüş və təxribat kompaniyası aparıldı.
Artıq 8 ildir ki, AzTV. ATV, ARB və digər kanallar mənə efir qadağası həyata keçrir. Nə qədər ki Ramizin vasitəsilə nazir, deputat, icra başçısı və güc nazirliklərində vəzifə tutanlar postlarındadır, daxili təhdidlər olacaqdır.
Ramiz təkbaşına bütün ermənilərin işğal olunmuş rayonlara vurduğundan daha çox ziyan vurmağı bacarmışdır. Adam erməni qohumlarının qisasını almışdır. Ölkədə millətini və dövlətini sevən hər kəs həm müxalifət deyilən bu şərəfsizlərdən, həm də Ramizdən kifayət üədər cəzalandırılmışdır.
Bəzi partiya sədrləri Əlini özlərinin piri sayırdılar, amma məlum oldu ki, o ən böyük xəyanətkar imiş. Adam hələ meydan hərəkatından bu yolun yolçusu idi. O 1995-ci il mart çevrilişinin siyasi dizaynerlərindən biridir. Axır ki, “su çanağı suda sındı”. Bu prosesi ifşa edənlərə halal olsun. Onlar görünməyən milli qəhrəmanlardır..."











