Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? .....                     "Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" .....                     Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında .....                     “Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi .....                     Ermənistanın İKİ ən etibarlı qarantoru .....                     Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" .....                     Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR .....                     Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib .....                     AYNA Bakıda tıxacları həll edən qurum deyil .....                     Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı .....                     Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb .....                     Arzu Kazımovun adı keçən BORC QALMAQALI... .....                     Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər .....                     "İrşad" BOKT-un zərəri kəskin artıb .....                     AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib .....                     Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb .....                     Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” .....                     Neft 180 dollara çata bilər .....                     Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü .....                     “Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur .....                     “Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... .....                     Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi .....                     Bərdədə fermerlərin SIĞORTA DAVASI... .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... .....                     Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... .....                     Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb .....                     Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? .....                     “Mikrorayon” serialını sevənlərə üzücü xəbər .....                     Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... .....                     "Ürəyimin üç damarını dəyişiblər..." .....                     Bakı-Moskva arasında yeni dövr .....                     Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar .....                     Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... .....                     Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... .....                     "Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... .....                     Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... .....                     Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR .....                     İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb .....                     Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... .....                     Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... .....                 

ABŞ-Azərbaycan anlaşması: A-dan Z-yə qədər... - İNCƏLƏMƏ
Tarix: 13-02-2026, 06:22 | Çap et

“Rusiyanın uzun müddətdir öz maraq dairəsi hesab etdiyi Cənubi Qafqazda mühüm addım atan ABŞ vitse-prezidenti C.D.Vens bu həftə Ermənistan və Azərbaycana Moskvadan asılılığı zəiflədə biləcək, həmçinin qonşu İranın təsirini azaldacaq bir sıra ticarət və müdafiə sazişləri təklif edib”.

Bu barədə ABŞ-də nəşr olunan nüfuzlu "Washington Post" qəzetinin Vensin Azərbaycan və Ermənistana səfərinə həsr olunmuş məqaləsində belə deyilir.

Məqalədə qeyd olunur ki, hazırkı ABŞ prezidenti və ya vitse-prezidentinin əvvəllər heç vaxt ziyarət etmədiyi paytaxtlar olan Bakı və İrəvana səfər zamanı Vens yeni tranzit dəhlizi planlarını açıqlayıb. Bu layihə sovet dövründən qalmış istifadəsiz dəmir yolu xəttini “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”na (TRIPP) çevirməlidir. Bu, Ermənistan vasitəsilə Azərbaycanı öz eksklavı olan Naxçıvan və Türkiyə ilə birləşdirən, Rusiya və İrandan yan keçən 26 millik ticarət xəttidir.

Məqalə müəllifi yazır ki, bu layihə Vaşinqtonun vasitəçiliyi ilə razılaşdırılan və ötən ilin avqustunda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan sülh təşəbbüsünün əsas elementinə çevrilib. ABŞ Prezidenti Donald Tramp bunu iki ölkə arasındakı “bitməyən müharibə”nin sonu elan edib.

Məqalədə xatırlanır ki, Bakıya iki günlük səfəri çərçivəsində ABŞ Vitse-prezidenti Azərbaycan Prezidenti İlham Əliyev ilə Strateji Tərəfdaşlıq haqqında Xartiya imzalayıb. Razılaşmalar çərçivəsində ABŞ Azərbaycana ölkənin ərazi sularını qorumaq üçün gəmilər təqdim etməyi vəd edib. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu əməkdaşlıq müdafiə satışı və süni intellekt texnologiyalarının inkişafı sahəsində “tamamilə yeni bir mərhələ” açır.

Qeyd edək ki, sözügedən Xartiya ikitərəfli münasibətlərin strateji çərçivəsini müəyyənləşdirir və əməkdaşlığın beş əsas məqsədini vurğulayır. Xartiyada tərəflər bir-birinin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyəcəklərini bir daha təsdiqləyiblər. Eyni zamanda sənəd regional bağlantılar, iqtisadi sərmayə, enerji, texnologiya və təhlükəsizlik sahələrində qarşılıqlı fayda doğuran əməkdaşlığın əhəmiyyətini vurğulayır. Qeyd olunur ki, əməkdaşlıq yalnız dövlət qurumları ilə məhdudlaşmayacaq, həm də özəl sektorların iştirakı nəzərdə tutacaq.

Regional bağlantılar və enerji infrastrukturunun inkişafı

Xartiyada Transxəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz, TRIPP) əsas layihə kimi göstərilib. Azərbaycan və ABŞ quru, dəniz və hava nəqliyyatı infrastrukturunu inkişaf etdirməyi, enerji və data bağlantısını genişləndirməyi, ticarət və tranzit imkanlarını artırmağı, gömrük və sərhəd keçidlərini asanlaşdırmağı, multimodal logistika layihələrini təşviq etməyi planlaşdırırlar.

TRIPP layihəsi Azərbaycan və Naxçıvan arasında maneəsiz bağlantı təmin etməklə, regionun beynəlxalq ticarət potensialını artırmaq məqsədi daşıyır. Həmçinin, Əsrin Müqaviləsi və Cənub Qaz Dəhlizi kimi uğurlu enerji layihələrinin təcrübəsi əsasında yeni biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişafı vurğulanır.

Xartiya iqtisadi əməkdaşlığın genişləndirilməsini də əsas hədəf kimi göstərir. Buraya iqtisadi artım və sərmayələrin təşviqi, ikitərəfli ticarət və sərmayə dialoqunun inkişafı, süni intellekt (AI) və rəqəmsal infrastruktur sahəsində birgə layihələr, kosmik sənaye, texnologiya transferi və R&D dəstək mexanizmləri daxildir.

Bu bölmədə həmçinin özəl sektorun iştirakı, beynəlxalq təcrübələrin paylaşılması və texnoloji işçi qüvvəsinin inkişafı xüsusi vurğulanır.

Cənubi Qafqazda sülh və təhlükəsizlik də Azərbaycan və ABŞ üçün ortaq maraqdır. Sənəddə tərəflər:

müdafiə sənayesi və təhlükəsizlik əməkdaşlığını genişləndirməyi,

antiterror əməkdaşlığını gücləndirməyi,

kibertəhlükəsizlik və kritik infrastrukturun mühafizəsini inkişaf etdirməyi,

mina və digər partlayıcı maddələrin təmizlənməsi sahəsində humanitar yardımı artırmağı planlaşdırırlar.

Xartiya çərçivəsində işçi qruplar yaradılacaq, layihələrin siyahısı və yol xəritələri üç ay ərzində razılaşdırılacaq. Hər iki tərəf ildə ən azı bir dəfə görüşməyi və əməkdaşlığın monitorinqi üçün dialoq platformaları yaratmağı öhdəsinə götürüb.

Beləliklə, geosiyasi baxımdan Xartiya ABŞ-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldırır və regionda ABŞ təsirinin güclənməsinə şərait yaradır. Bu, Cənubi Qafqazda Rusiya və İran amilləri nəzərə alınsa, xüsusilə əhəmiyyətlidir.

Enerji və tranzit sektorunda TRIPP və digər multimodal layihələr Azərbaycanın nəqliyyat və enerji tranzit potensialını artırır, ölkəni beynəlxalq bazarlara birbaşa çıxış imkanına sahib edir.

Bunlarla yanaşı rəqəmsal infrastruktura və süni intellekt sahəsində əməkdaşlıq Azərbaycanın texnoloji modernləşməsini sürətləndirə bilər, eyni zamanda özəl sektorun rolunu artırır.

Ən vacib məqamlardan biri təhlükəsizlik və müdafiə strategiyasıdır. Xartiya Azərbaycan üçün strateji müdafiə dəstəyini təmin edir, həmçinin mina təmizləmə və kibertəhlükəsizlik sahələrində texniki yardım alır.

Potensial risklərə gəlincə, sənədin icrası zamanı ABŞ təsirinin güclənməsi region balansına təsir edə və Bakı üçün diplomatik manevr imkanlarını məhdudlaşdıra bilər.

Beləliklə, imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası həm Azərbaycan üçün iqtisadi, texnoloji və təhlükəsizlik baxımından əhəmiyyətli imkanlar yaradır, həm də ölkənin Cənubi Qafqazda geosiyasi mövqeyini gücləndirir.

"Washington Post" da yazır ki, Vaşinqton ilə tərəfdaşlıq, İsrail ilə sıx strateji əlaqələri olan, Rusiya və İran arasında yerləşən Azərbaycana Qərbə müttəfiq kimi öz mövqeyini möhkəmləndirməyə imkan verəcək. Vensin səfəri Cənubi Qafqazda böyük yerdəyişmənin olacağını anons edib. Qəzet qeyd edir ki, ənənəvi olaraq Azərbaycanı öz nüfuz dairəsi hesab edən Rusiya, İkinci Qarabağ müharibəsindən sonra mövqelərini nəzərəçarpacaq dərəcədə zəiflədib. Həmin vaxt Azərbaycanın həyata keçirdiyi ildırımsürətli əməliyyat regionu yenidən Bakının nəzarətinə qaytarıb: “Azərbaycan diplomatik dəstək, hərbi təlimlər və digər təhlükəsizlik sahəsində əməkdaşlığı təmin edən Türkiyə ilə ittifaqını gücləndirir. Azərbaycan həmçinin “iri neft və qaz kəmərlərini Türkiyə vasitəsilə yönləndirərək, Moskvadan iqtisadi asılılığı tədricən azaldıb”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya ilə danışıqlarda vasitəçi kim olsun? - Avropa naçar qalıb
Bu gün, 11:44
"Özünü dövlət ittihamçısı kimi təqdim edərək masaj salonuna gəldi" - Məhkəmə
Bu gün, 11:42
Xəzər Universitəsinin əməkdaşı 29-cu Avrasiya İqtisadi Zirvə toplantısında - FOTO
Bu gün, 11:39
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak etdi
Bu gün, 11:32
Ermənistanın İKİ ən etibarlı qarantoru – BİRİ Azərbaycan...
Bu gün, 11:08
Avrasiyanın transformasiyası başlayıb: parçalanan imperiyaların "səsi batır" - İNCƏLƏMƏ
Bu gün, 10:58
Eyyubov, Daşdəmirov və general oğlu haqda YENİ QƏRAR - Qərara əsasən...
Bu gün, 10:50
Sahib İbrahimovla bağlı ŞOK: Həbsdə görün nə edib - ORDA DA...
Bu gün, 10:47
AYNA Bakıda tıxacları həll edən qurum deyil - YARADAN QURUMDUR...
Bu gün, 10:45
Yoxlama aparıldı, pozuntular aşkarlandı: Vüsal Nəsirli rəisi işdən çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:41
Gəlir vergisinin tətbiqindən sonra özəl sektorda işçilərin sayı azalıb
Bu gün, 10:40
Arzu Kazımovun adı keçən BORC QALMAQALI... - Prezidentə MÜRACİƏT OLUNUB VƏ...
Bu gün, 10:31
Dövlət xəstəxanalarına hər müraciət edən qəbul olunmaya bilər – SƏBƏB
Bu gün, 10:15
"İrşad" BOKT-un zərəri kəskin artıb
Bu gün, 10:05
AQC rəhbərliyi Mingəçevir Dövlət Universitetində konfransda çıxış edib - FOTOLAR
Bu gün, 10:01
Müsabiqə artıq mahnı müsabiqəsi olmaqdan çıxıb - transatlantik və Qərbi Avropa hekayələrinə sədaqət barometrinə çevrilib
Bu gün, 09:56
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar: “Su qiymətinə” - DETALLAR
Bu gün, 09:46
Neft 180 dollara çata bilər - Qorxunc xəbərdarlıq
Bu gün, 09:40
Restoranda müştərini döyən şəxs amnistiyaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 09:37
“Brent” nefti 107 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:27
“Azəriqaz” Mingəçevirdə BELƏ NARAZILIQ YARADIR... - AXI NİYƏ?..
Bu gün, 08:43
Ruslar savaşdan yorulub, ona görə Putin bunu dedi - ŞƏRH
Bu gün, 08:31
Bərdədə fermerlərin SIĞORTA DAVASI... - NARAZILIQ VAR...
Bu gün, 08:20
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR... - MÜRACİƏT
Bu gün, 08:07
Bakı həmin Bakıdır... sadəcə, üzməyi öyrənməlidir... - REPLİKA
Bu gün, 08:02
Pentaqon Tramp üçün İrana zərbə planları hazırlayıb - İDDİA
Bu gün, 07:42
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
“Mikrorayon” serialını sevənlərə üzücü xəbər – Həmin kadrlara görə…
Bu gün, 07:39
Xaraba günə qalan Goranboy: Başçıdan soruşan yoxdur ki... - DÖVLƏTİN PULLARI HANI?
Bu gün, 07:19
"Ürəyimin üç damarını dəyişiblər..." - İntiqam Soltan
Bu gün, 06:53
Bakı-Moskva arasında yeni dövr – “Soyuq praqmatizm”
Bu gün, 06:50
Ekologiyanın “boz kardinal”ı Vüqar Kərimova qarşı ağır ittihamlar - Dövlətin yaşıl siyasətini “qara biznes”ə çevirənlər…
Bu gün, 06:48
Naxçıvanda məmurların qəbuluna düşmək İMKANSIZDIR... - GİLEY
Bu gün, 06:35
Təcili Tibbi Yardımın TƏCİLİ YARDIMINA ümidli olsaq.... - ETİRAZ VAR!
Bu gün, 06:29
"Sədərək Yusif" üçün bu ölkənin qanunları İŞLƏMİR... - İLGİNC FAKTLAR
Bu gün, 06:22
Siyəzəndə dövlətin əmlakı belə QARƏT OLUNUR... - İTTİHAM VAR...
Bu gün, 06:18
Qorxmaz Hüseynovun OĞURLADIĞI PULLAR - görün, harda imiş...
Bu gün, 06:07
İraqda daha bir İsrail hərbi bazası aşkarlanıb - KİV
Bu gün, 06:00
Deputatın GİZLƏTDİYİ GERÇƏKLİK... - yəni bilmirmi ki...
Bu gün, 01:23
Azərbaycanda minimum əməkhaqqı ilə nə qədər uzağa getmək olar... - AKTUAL
Bu gün, 01:13
1-ci Qarabağ savaşı qaziləri UNUDULUB? - GİLEY
Bu gün, 01:07
Ukraynanın Moskvaya qisas hücumu - FOTO
Bu gün, 00:59
"Baxdım ki, məndən başqa heç kəs heç nə etməyəcək,..." - Nura Suri
Bu gün, 00:50
Avropada milli maraqlarımızı hədəfə alan SAPI MİLLİ BALTALAR... - AXI NİYƏ?..
Bu gün, 00:45
İctimai yayımın baş direktorunun seçilməsi İctimai prosesin nəticəsi olmalıdır... - ÇÜNKİ...
Bu gün, 00:40
Hər 3 uşaqdan 2-i sovet dövründən qalma məktəb binalarında oxuyur - MALƏSƏF...
Bu gün, 00:35
Məktəb uşağın özünü təhlükəsiz hiss etdiyi yer olmalıdır... - qorxu zonası yox...
Bu gün, 00:27
Bakının dərdi var... Bakı xəstədir... - FAKT BUDUR!
Bu gün, 00:14
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Dünən, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru