Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                     Ermənistanda gərginlik artır: .....                     Müğənni Nura Suri və bələdiyyə sədri arasında .....                     Kannı silkələyən azərbaycanlı aktyor .....                     Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü .....                     Güney Qafqazın taleyi HƏLL OLUNUR... .....                     2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub .....                     Rahidəni PƏRT ETDİLƏR .....                     Rusiya Pekinin təsiri altına düşür... .....                     İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" .....                     "Bizi niyə xərcə salırlar?" .....                     BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı .....                     Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları .....                     Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır .....                     Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? .....                     WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir .....                     AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü .....                     Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir .....                     Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? .....                     Suraxanıda kimin sözü keçir... BİLİNMİR! .....                     Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi .....                     AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq .....                     Arzu Kazımovu kim himayə edir ki... .....                     Tarixdə ilk: Ermənistan silah satdı .....                     İran ABŞ qarşısında yeni şərt irəli sürdü: .....                     AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir .....                     WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir .....                     Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı .....                     Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq .....                     17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? .....                     Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi .....                 

Yas biznesi Bakıda ehsanın yığışdırılmasına imkan vermir - FAKT BUDUR!
Tarix: 24-01-2026, 06:48 | Çap et

Son illər ölkənin bir sıra rayonlarda, kənd və qəsəbələrdə yas mərasimlərində yemək verilməsi mərhələli şəkildə aradan qaldırılır.

Bu yanaşma əhali tərəfindən də müsbət qarşılanır. Çünki yeməkli yas mərasimləri ailələr üçün maddi yükə çevrilmişdi.

Paytaxt Bakıda isə bu məsələ hələlik vətəndaşların şəxsi qərarına buraxılıb. Lakin şəhərdə də əvvəlki illərlə müqayisədə müəyyən dəyişikliklər müşahidə olunur. Məsələn, mərasim evlərində artıq yeməklər əvvəlki kimi hamı üçün deyil, əsasən mərasimin sonuna yaxın, yalnız ən yaxın qohumlara verilir. Bir vaxtlar saat 13:00-da süfrələrin açıldığı yas mərasimlərində indi daha çox iştirakçıların dağılişması gözlənilir.

Buna baxmayaraq, yeməkli yas mərasimləri hələ də qalmaqdadır. Bu məsələni yalnız fərdi seçimə buraxmaq yetərli deyil. Çünki sosial təzyiq və rəqabət ailələri belə xərcli yas mərasimləri keçirməyə məcbur edir. İddia olunur ki, böyük şəhərlərdə “yas biznesi”nin qarşısını almağa bu işlə məşğul olanlar da imkan vermir.

Bütün bu suallar fonunda haqlı bir sual yaranır ki, yas mərasimlərinin yemək üzərindən biznesə çevrilməsinin arxasında kimlər dayanır? Bu ənənəni birdəfəlik ləğv etmək üçün vahid qərar qəbul edilə bilərmi?

Mövzu ilə bağlı "Cebheinfo.az"- a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, yas mərasimlərinin dəbdəbəli formada keçirilməsinin qarşısının alınması və bu mərasimlərin sadə formata salınması ilə bağlı uzun müddətdir təbliğat aparılır.

O qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və müvafiq icra strukturları bu məsələyə dəstək verirlər:

"Müxtəlif bölgələrimizdə artıq bu məsələlər yığışdırılmaq üzrədir və bir çox kənd, qəsəbə və şəhərlərdə də demək olar ki, aradan qaldırılıb. Təbii ki, Bakı bu baxımdan bir qədər fərqlidir. Çünki burada mərasim evləri var və sırf bu məqsəd üçün tikiliblər. Hətta bəziləri böyük məscidlərin həyətində tikilib. Əhali də Bakıda daha çox yaşayır. Ola bilsin ki, müxtəlif əks-təsirlərin, etirazların və anlaşılmazlıqların olmaması üçün tövsiyyə xarakterli yığışdırılma prosesi aparılır. Yəni bu, adət-ənənəyə bağlı məsələ olduğu üçün burada birbaşa qərarın qəbul olunması da uyğun deyil və tədricən həyata keçirilir".

İlahiyyatçı vurğulayıb ki, bu təşəbbüs artıq effekt verir və bir neçə ildir davam edir:

"Biz də təbliğat aparırıq. Əgər bu proses nəticə verməsəydi, bəlkə də qərar qəbul etmək zəruri olardı. Düşünürəm ki, bu məsələdə qərara ehtiyac yoxdur. Sadəcə icra strukturları, icra hakimiyyətləri və din xadimləri bu məsələdə aktiv olmalı, tapşırıq və tövsiyələr verilməlidir".

Tural İrfan əlavə edib ki, bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi prinsipial mövqe ortaya qoymalıdır:

"Bakıdakı mərasim evlərinin sahiblərinə də göstəriş verilməlidir ki, onlar bu tələblərə riayət etsinlər. Çünki bəzi bölgələrdə ehsan yığışdırılır, amma Bakı və ətrafında dəbdəbəli mərasimlər davam edirsə, bu, ziddiyyət yaradır. Bəzi insanlar etiraz edir ki, əgər ləğv olunursa, elə hər yerdə ləğv edilsin. Ona görə də hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsi bu məsələ ilə bağlı qərar qəbul etməlidir.

Çünki mərasim zallarında məclisləri din xadimləri idarə edir. Xüsusən də məscidlərin tərkibində olan mərasim evləri birbaşa həmin məscid rəhbərliyi və icma tərəfindən idarə olunur. Onlar hansı menyunu təklif etsələr, yas sahibi də məcbur olub həmin seçimi edəcək. Bu məkanlarda sadəcə müxtəlif bahalı və dəbdəbəli yeməklər təklif olunduğu üçün insanlar da bunu qəbul edir. Hesab edirəm ki, bu sahə məhz belə tənzimlənməlidir".

Onun sözlərinə görə, bu sahədə müxtəlif işbazlar var və formalaşmış bir monopoliya mövcuddur:

"Qara mərmər işindən tutmuş, bu “ehsan” məsələsinə qədər baxanlar var. Hətta bu məsələləri çox tənqid etdiyimə görə mənə çoxsaylı təzyiqlər oldu. Faktiki olaraq bir imperiya yaradıblar. Belə bir biznesin birdən-birə çökməsi və ya iflasa uğraması isə onlar üçün ciddi problemdir.

Bu şəbəkə çoxşaxəlidir. Qafqaz Müsəlmanları İdarəsində Fətva Komitəsi, Fətva Şurası fəaliyyət göstərir. Fətva Şurasının funksiyası yalnız Məhərrəmlik və ya Ramazan tarixlərini elan etmək deyil. Dövlət tərəfindən Qafqaz Müsəlmanları İdarəsinə milyonlarla manat vəsait ayrılır. Bu qurumun əsas vəzifələrindən biri ölkədə dini mərasimlərin tənzimlənməsidir".

İlahiyyatçı qeyd edib ki, əgər müvafiq fətvalar verilsəydi, həm din xadimləri, həm də mərasim zallarının sahibləri bu qaydalara riayət etməyə məcbur olardılar:

"Çünki onların əksəriyyəti hacılar, imkanlı insanlardır. Məhz burada ciddi ziddiyyət yaranır. Bəzi bölgələrdə kasıb insanlar haqlı olaraq etiraz edirlər ki, əgər bu cür mərasimlər qadağan olunursa, niyə filan yerdə davam edir? Niyə filan məscidlərin həyətində yerləşən mərasim evlərində bu qaydalar pozulur?".

Tural İrfan bildirib ki, "xeyir-şər evləri" faktiki olaraq özəlləşdirilib:

"Həmçinin binaların həyətində “xeyir-şər evləri” var. Həmin yerlərdə yas mərasimləri təşkil olunurdu. Lakin artıq bu məkanların da əksəriyyətinə müxtəlif işbazlar yiyələniblər. İş adamlarının nəzarətinə keçib, faktiki olaraq özəlləşdirilib.

Bu yerlərdə sanki bazar açılıb, özləri üçün ayrıca bir biznes mərkəzi yaradılıb. Özəlləşdirildiyi üçün həmin məkanların sahibləri sanki kafe və ya restoran kimi orada yemək verir. Bu səbəbdən də heç kim müdaxilə edə bilmir. Bunu qərarla da ləğv etmək olmur. Çünki sahibkar çıxıb deyir ki, mən bu yeri açmışam, filan şəxs istəyir ki, camaata qonaqlıq versin. Buna heç bir adla müdaxilə etmək olmaz. Bu məsələ yalnız tövsiyə xarakterli yanaşma ilə tənzimlənə bilər".

İlahiyyatçı vurğulayıb ki, yas mərasimlərində israf və borcla verilən ehsan haramdır:

"Digər tərəfdən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəzi məsələlərdə səlahiyyət baxımından məhduddur. Adət-ənənələrə və dini məsələlərə qarışa bilmir. Çünki din dövlətdən ayrıdır.

Amma ölkəmizdə dini məsələlərlə məşğul olan və eyni zamanda mənəvi adət-ənənələrə müəyyən mənada təsir imkanına malik qurum Qafqaz Müsəlmanları İdarəsidir. Açığı, mən indiyə qədər onların fətvasına rast gəlməmişəm. Yəni Fətva Şurası toplanıb bir fətva versin ki, İslam dinində israf haramdır, günahdır. İmkansız bir insanın borc götürüb, kredit alıb başqalarına yemək verməsi haramdır. Bu gün dəbdəbəli mərasimlərdə “ehsan” adı ilə yasların çoxunda verilən yeməklər haram hesab olunur. Haram anlayışı təkcə donuz əti ilə məhdudlaşmır. Məsələn, adam rəhmətə gedir, onun yetim uşaqlarının mirası hələ bölünməmiş onun inəklərini kəsib camaata verirlər. Bu əti yeyən adamların hamısı haram yemiş olur.

Bunu açıq şəkildə Qafqaz Müsəlmanları İdarəsi deməlidir. Amma təəssüf ki, biznes adlandırılan mərasim evlərinin bir neçəsi də onların mərkəzlərinin həyətində yerləşir. Buna görə də bunu deyə bilmirlər. Adamlar da etiraz edəndə, müxtəlif yollarla təzyiq göstərilir. Amma son nəticədə əgər ehsanın tam yığışdırılmasına onlar və digərləri mane olsalar, hesab edirəm ki, o zaman dövlət müvafiq bir qərar qəbul etməli və bu məsələni birmənalı şəkildə kökündən həll etməlidir".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25
Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14
Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06
AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58
Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56
Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52
Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47
AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19
Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17
Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09
İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59
WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57
Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55
Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49
Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 09:48
Burda rəsmən bazar açıblar... - İTTİHAM VAR...
Bu gün, 09:37
Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31
Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29
Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09
Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08
Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05
İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04
“Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02
Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00
Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru