Paşinyan erməniləri Qarabağı unutmağa .....                     Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək .....                     “İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB .....                     “Qurban bazarı”nda son vəziyyət: .....                     Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” .....                     112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb .....                     Az yağış yağacağı ehtimalı var .....                     AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? .....                     SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır .....                     “Vəziyyət belə davam etsə, evləri də su basacaq” .....                     Ermənistanda gərginlik artır: .....                     Müğənni Nura Suri və bələdiyyə sədri arasında .....                     Kannı silkələyən azərbaycanlı aktyor .....                     Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü .....                     Güney Qafqazın taleyi HƏLL OLUNUR... .....                     2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub .....                     Rahidəni PƏRT ETDİLƏR .....                     Rusiya Pekinin təsiri altına düşür... .....                     İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" .....                     "Bizi niyə xərcə salırlar?" .....                     BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı .....                     Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları .....                     Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır .....                     Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? .....                     WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir .....                     AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü .....                     Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir .....                     Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? .....                     Suraxanıda kimin sözü keçir... BİLİNMİR! .....                     Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi .....                     AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... .....                     “Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq .....                     Arzu Kazımovu kim himayə edir ki... .....                     Tarixdə ilk: Ermənistan silah satdı .....                     İran ABŞ qarşısında yeni şərt irəli sürdü: .....                     AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir .....                     WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir .....                     Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı .....                     Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq .....                     17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? .....                 

2026-cı ilin proqnozu: Yenə məhdud addımlar? - İNCƏLƏMƏ
Tarix: 24-01-2026, 06:45 | Çap et

Amerikanın “Stratfor” analitik mərkəzi 2026-cı il üçün illik proqnozunu dərc edib. Sənəddə Ermənistan–Azərbaycan münasibətlərinə də toxunulub.

Proqnoza görə, Ermənistan və Azərbaycan ötən il əldə olunmuş sülh razılaşmalarının icrası istiqamətində məhdud addımlar atacaqlar və bununla da yeni müharibə riski azalacaq. Ehtimal olunur ki, hər iki ölkə ehtiyatla ticarət əlaqələrini davam etdirəcək və etimad mühiti formalaşdırmağa çalışacaq. Lakin bu, hərtərəfli iqtisadi inteqrasiya yox, məhz ölçülü-biçili ticarət əməkdaşlığı formatında baş verəcək.

“Stratfor”un qiymətləndirməsinə əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan daxili siyasətdə artan ictimai narazılıqla üzləşəcək. Bu narazılığın əsas səbəbləri kimi Azərbaycana ehtimal olunan güzəştlər və Ermənistan Apostol Kilsəsi ilə gərgin münasibətlər göstərilir.

Azərbaycanın yekun sülh sazişinin imzalanması üçün ilkin şərt kimi irəli sürdüyü Konstitusiya dəyişikliyi də ölkədə güclü ictimai narazılıq doğurmaqda davam edəcək. Bu səbəbdən, Paşinyanın həmin məsələ ilə bağlı referendumu iyun ayında gözlənilən parlament seçkilərindən sonrakı dövrə təxirə salmağa çalışacağı ehtimal olunur.

Analitiklərin fikrincə, əgər Paşinyan yenidən seçilməzsə, sülh sazişinin taleyi daha da qeyri-müəyyən olacaq. Lakin onun hakimiyyətdə qalacağı təqdirdə TRIPP proqramının həyata keçirilməsi baş nazir üçün prioritetə çevriləcək. Məqsəd bu razılaşmadan real faydalar əldə etmək və onları cəmiyyətə nümayiş etdirmək olacaq.

“Stratfor”un proqnozuna görə, Bakı TRIPP marşrutu ilə paralel şəkildə İran ərazisindən keçən Araz dəhlizinin öz hissəsinin tikintisini başa çatdıracaq. Eyni zamanda, İrəvan əməkdaşlığa getmədiyi halda TRIPP layihəsini həm təzyiq aləti, həm də alternativ mexanizm kimi əlində saxlayaraq, Ermənistanı regional inteqrasiyadan kənarda qoymağa çalışacaq.

Mərkəzin qiymətləndirməsinə əsasən, Rusiya TRIPP-in həyata keçirilməsi prosesinə mane olmağa cəhd göstərəcək. Lakin Moskvanın regiondakı mövqelərinin zəifləməsi onun həm Ermənistanın, həm də Azərbaycanın Qərbə yönəlməsinin qarşısını almaq imkanlarını xeyli məhdudlaşdıracaq.

Maraqlıdır, bu proqnozlar reallığa nə dərəcədə yaxındır? Bu ssenarilərə əsasən, cari ildə Ermənistan–Azərbaycan münasibətlərinin inkişafı 2025-ci ildə müşahidə etdiklərimizdən ciddi şəkildə fərqlənməyəcək.

Mövzu ilə bağlı tanınmış ekspertlər fikirlərini Pressklub.az-la bölüşüblər.

Cənubi Koreyanın Hankuk Xarici Tədqiqatlar Universitetinin professoru, politoloq Rövşən İbrahimov qeyd edib ki, “Stratfor” hesabatında “yenidən velosiped icad etməyib”.

Onların proqnozu, əslində, hamının dediyi ilə üst-üstə düşür: Azərbaycanda istənilən ekspert vəziyyəti eyni məcrada təhlil edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafı ani və sürətli ola bilməz.

Əlbəttə, qarşılıqlı etimadsızlıq mövcuddur. İlkin mərhələdə bunlar adi vətəndaşın diqqətindən kənarda qala biləcək mikroaddımlar olacaq, lakin ümumilikdə proses davam edəcək.

Bəli, şübhə yoxdur ki, bu layihələrin reallaşdırılması birbaşa Paşinyanın partiyasının parlament seçkilərində əldə edəcəyi uğurun səviyyəsindən asılıdır. Ehtimal var ki, o seçkilərdə məğlub olarsa, hazırda imzalanmış və razılaşdırılmış bütün sənədlər tarixə qovuşacaq. Bu halda revanşist və ehtimal ki, Rusiyapərəst qüvvələr hakimiyyətə gələ və layihələrin həyata keçirilməməsi üçün maksimum səy göstərə bilərlər”, – professor bildirib.

Amma onun fikrincə, vəziyyət o qədər də pessimist görünmür. “Hətta cəmiyyət kilsə ilə bağlı hadisələrə və ya “Azərbaycana güzəştlər” adlandırılan məsələlərə qeyri-adekvat reaksiya versə belə (halbuki belə güzəştlər yoxdur, nə də bu barədə söhbət gedir), bu, bütün hallarda Ermənistan cəmiyyətinin subyektiv qavrayışıdır. Mümkündür ki, bu, Paşinyanın məğlubiyyət ehtimalına o qədər də ciddi təsir göstərməsin.

Hazırda, Paşinyan vəziyyəti nəzarətdə saxlayır və siyasi partiyasının uğuruna mane ola biləcək hər hansı riskin qarşısını almaq üçün qabaqlayıcı addımlar atır. Ümumilikdə isə Ermənistanda xalq artıq sülhün hər şeydən üstün olduğunu müzakirə edir və bu sülh öz bəhrəsini verməyə başlayıb”, – İbrahimov vurğulayıb.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze isə öz növbəsində bildirib ki, bu proqnozları aşkar, yüksək ehtimallı hadisələrin təsviri kimi “boz kərgədan” ssenarisi adlandırardı.

“Qara qu quşu”ndan (Nasim Talebin “gözlənilməz hadisə” terminologiyası) fərqli olaraq, “boz kərgədan” (Mişel Vekkerin termini) uzaqdan görünür, aydındır və əvvəlcədən proqnozlaşdırılır. Pozitiv proqnozların tələsi də məhz bundadır. İnsanlar çox vaxt yaxşıya ümid edərək unudurlar ki, eyni zamanda ən pis ssenariyə də hazır olmaq lazımdır.

Ümumiyyətlə, proqnoz vermək özü nankor işdir. Lakin əsas məqamı həmişə yadda saxlamaq lazımdır: hətta ən aşkar və müsbət proqnozların doğrulması üçün hamımızın – siyasətçilərin, ekspert icmasının, medianın və hətta siyasətdən uzaq insanların – maksimum səy göstərməsi vacibdir. Yalnız bu halda hər şey uğurla nəticələnə bilər”, – Vasadze hesab edir.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Bu gün, 13:17
Bakı-Tiflis qatarına bilet satışı barədə yaxın saatlarda məlumat veriləcək - RƏSMİ
Bu gün, 13:13
“İrşad” BOKT ötən il pis işləyib: AKTİVLƏRİ KİÇİLİB – ZƏRƏRİ 2 DƏFƏ ARTIB
Bu gün, 13:06
“Qurban bazarı”nda son vəziyyət: - Ən ucuz və ən bahalı heyvanlar
Bu gün, 13:02
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı” -RÜSVAYÇILIQ
Bu gün, 12:59
112 ölkə üzrə kibertəhlükəsizlik reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 12:53
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:51
AQP-yə görə Azərbaycan, Gürcüstan və Ermənistanda əməkhaqqı nə qədərdir? - CƏDVƏL
Bu gün, 12:49
SSRİ bayrağı qaldıran, polis rəisini söyən sabiq sədrin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:47
“Vəziyyət belə davam etsə, evləri də su basacaq” – Niyə tədbir görülmür?
Bu gün, 12:32
Ermənistanda gərginlik artır: - Paşinyanın aqibəti necə olacaq?
Bu gün, 12:27
Müğənni Nura Suri və bələdiyyə sədri arasında QALMAQAL
Bu gün, 12:23
Kannı silkələyən azərbaycanlı aktyor - Şahmar Ələkbərovun nəvəsi Hollivudun diqqət mərkəzində
Bu gün, 12:20
Baş Prokuror “Aqrar Kredit”in qanunsuzluğunu nəzarətə götürdü - TƏFƏRRÜAT
Bu gün, 12:16
Güney Qafqazın taleyi HƏLL OLUNUR... - GƏLİŞMƏ
Bu gün, 12:04
2025-ci il "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri üçün uğursuz olub - ŞİRKƏT GERİLƏYİR
Bu gün, 12:00
Rahidəni PƏRT ETDİLƏR - “Oğlanın qulağına dedi ki, bu, nə günə qalıb”
Bu gün, 11:57
Rusiya Pekinin təsiri altına düşür... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:49
İqtisadiyyat Nazirliyi TƏSDİQLƏDİ: "Bakı-Tiflis-Bakı sərnişin qatarları bərpa olunur" - 26 maydan etibarən...
Bu gün, 11:42
"Bizi niyə xərcə salırlar?" - NAXÇIVANDA NARAZILIQ
Bu gün, 11:31
BOKT həm rəhbərini dəyişdi, həm nizamnamə kapitalını artırdı - BUNDAN SONRA...
Bu gün, 11:25
Cənubi Qafqazın geosiyasi paradoksu və: nəzarət edilən xaosun memarları - İNCƏLƏMƏ
Bu gün, 11:15
Qardaşı arvadını və onun oğlunu qətlə yetirən ömürlük məhkum qərardan narazıdır
Bu gün, 11:14
Bakı-Tiflis qatarında qiymətlər neçəyədir? - AKTUAL
Bu gün, 11:10
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir - MƏQALƏ
Bu gün, 11:06
AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü – Bu dəfə 45 minə
Bu gün, 10:58
Bakıda həbsdə olan şirkət rəhbəri cəzasının yüngülləşdirilməsini istəyir - TƏFƏRRÜAT
Bu gün, 10:56
Beynəlxalq tədbirin üzərinə kölgə salanları hansı cəza gözləyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:55
Suraxanıda kimin sözü keçir... BİLİNMİR! - Görünəni odur ki...
Bu gün, 10:52
Tanınmış teleaparıcı “TikTok”da onun barəsində paylaşım edən şəxsi məhkəməyə verdi – QƏRAR
Bu gün, 10:47
AzəriQaz-da işçiləri TROLLUĞA VADAR EDİRLƏR... - NARAZILIQ VAR...
Bu gün, 10:39
“Nicat Lənkəranski”ni öldürməyə cəhddə təqsirləndirilən şəxslərin şikayəti bu tarixdə araşdırılacaq - TƏFƏRRÜAT
Bu gün, 10:19
Arzu Kazımovu kim himayə edir ki... - İLGİNC İDDİALAR...
Bu gün, 10:17
Tarixdə ilk: Ermənistan silah satdı - Hayrapetyan AÇIQLADI
Bu gün, 10:09
İran ABŞ qarşısında yeni şərt irəli sürdü: uranı sizə yox, Rusiyaya verək!
Bu gün, 10:07
AZAL hava şəraiti ilə əlaqədar müvəqqəti dayandırılan Naxçıvan reyslərinin icrasına davam edir - DİQQƏT!
Bu gün, 09:59
WUF13 - Azərbaycana göstərilən hörmətin bariz nümunəsidir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:57
Ermənistan Azərbaycanla demarkasiya təlimatlarını müzakirəyə çıxardı - KİV
Bu gün, 09:55
Naxçıvanda "Böyük bağ" abadlaşdırılacaq
Bu gün, 09:53
17 mayda keçirilmiş imtahanın nəticələri ləğv olunacaq? - AKTUAL
Bu gün, 09:49
Azərbaycanlı kişi rusiyalı qadınla evləndi, prokurorluq hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 09:48
Burda rəsmən bazar açıblar... - İTTİHAM VAR...
Bu gün, 09:37
Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31
Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29
Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09
Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08
Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05
İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04
“Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02
Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru