Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

Prezidentdən xalqa “HAZIR OLAQ” mesajı – 2026-da...
Tarix: 2-01-2026, 11:11 | Çap et

“Bizim üçün müharibələr arxada qaldı. Ancaq bugünkü dünyada hər bir ölkə ilk növbədə öz təhlükəsizliyi haqqında ciddi düşünməlidir. Bugünkü dünyada beynəlxalq hüquq normaları işləmir, “Kim güclüdür, o da haqlıdır” prinsipi əsas prinsip kimi bir çox ölkələr tərəfindən qəbul edilib. Bütün dünyada genişmiqyaslı silahlanma prosesi gedir. Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq”.

Musavat.com xatırladır ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə xalqa müraciətində deyib.

Dövlət başçısı deyib ki, Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Onun sözlərinə görə, Qarabağ münaqişəsi artıq beynəlxalq gündəlikdən tamamilə silinmişdir: “Zəfər çalmış ölkə kimi biz məğlub edilmiş Ermənistana sülh əlimizi uzatdıq. Bu da bizim uzaqgörən siyasətimizin təzahürüdür. Biz əbədi müharibə aparmaq fikrində deyilik. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur”.
Prezidentin “Kim güclüdür, o da haqlıdır” fikri regionumuz üçün hansı risklərin olduğunu ehtiva edir? İ.Əliyevin “Belə olan halda, biz hər an öz ərazi bütövlüyümüzü, suverenliyimizi, öz seçimimizi layiqincə müdafiə etmək üçün hazır olmalıyıq” mesajı nə kimi hazırlıqdan xəbər verir?

"Regiondakı riskləri nəzərə alsaq..."

Deputat Elşad Musayev Musavat.com-a deyib ki, Prezident beynəlxalq hüququn işləmədiyini demək istəyib və Ukrayna münaqişəsi, Qəzza hadisələri buna dair ən acı nümunələrdir. Onun sözlərinə görə, Azərbaycan dünya nizamının pozulduğu belə bir dövrdə 5 il əvvəl torpaqlarını işğaldan azad edib, lakin Ermənistanda revanşist qüvvələr, separatçı qruplar, lobbi və diaspor hələ də “Qarabağ uğrunda mübarizə” davam edəcəyini söyləyir, Rusiyada Kremlin ayrı-ayrı propoqandistləri məsələnin yarımçıq qaldığını bildirir ki, bu da regionda keçmiş münaqişənin yenidən alovlanmasında maraqlı qüvvələrin olduğunu göstərir: “Ona görə də 2026-cı il üçün Azərbaycanın müdafiə və milli təhlükəsizlik 8,7 milyard manat təşkil edəcək. Çünki Ermənistanla sülh quruculuğu istiqamətində mühüm addımlar atılsa da, regiondakı riskləri, Cənubi Qafqazda kövrək təhlükəsizliyi nəzərə alaraq müdafiə qabiliyyətimizi gücləndirməliyik. Bu, heç də Azərbaycanın müharibəyə hazırlığı mənasını daşımır. Cənab Prezident də çıxışında qeyd edib ki, biz müharibə istəmirik və buna hazırlaşmırıq. Sadəcə, postmünaqişə dönəmində regionda olan təhdidlərdən irəli gələrək müdafiə tədbirlərini gücləndirmək məcburiyyətindəyik”.

E.Musayev bildirib ki, Qarabağ münaqişəsi keçmişdir və qapanıb, bunu yenidən başlamaq istəyən kənar güclər isə bölgədə dayanıqlı sülhü istəməyənlərdir: “Azərbaycan ötən il Ermənistanla sülh yolunda iri addımlar atıb. Əvvəlcə Vaşinqtonda sülh mətni paraflanıb, sonra tranzit qadağasını aradan qaldırmışıq, həmçinin neft məhsullarımızı Ermənistana göndərmişik, eyni zamanda, qarşılıqlı səfərlər, təmaslar olub... Bütün bunlar etimad mühitini möhkəmləndirir və hərbi eskalasiya risklərini sıfırlayır. Ümid edirik ki, Ermənistanda martda mətni hazır olacaq yeni konstitusiya tezliklə qəbul ediləcək, sonra yekun sülh müqaviləsi imzalanacaq. Azərbaycan Ordusu isə Ali Baş Komandanın dediyi kimi, hər bir vəziyyətə hazırdır”. Deputat əlavə edib ki, sadəcə, dünyada beynəlxalq münasibətlər korlanıb, BMT qərarlarına əməl olunmur, Rusiya Ukraynada beşinci ildir ki, hərbi cinayətlər törədir, cənub qonşumuz İranın hər an İsraillə növbəti müharibəsi başlaya bilər, bu da Azərbaycan üçün öz təhlükəsizliyini daha da gücləndirməyi zəruri edi.

"Ordumuz əvvəlkindən də peşəkar və güclüdür"

Hərbi ekspert Ramil Məmmədli isə ötən il Ordumuzun müxtəlif təlimlərdə iştirak etdiyini yada salaraq Silahlı Qüvvələrimizin ildən-ilə peşəkarlığının artdığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistanla xüsusi təyinatlılarının birgə hərbi təlimləri olub, sonra İran, Pakistan və ərəb ölkələri ilə birlikdə təlimlər keçirilib: “Habelə, hərbi dəniz qüvvələrinin də təlimləri gerçəkləşib, türkdilli dövlətlərlə birgə hərbi təlimlərimiz olub. Bundan başqa, NATO ilə əməkdaşlığımız genişlənir, müxtəlif təcrübə proqramları keçirilir, məşğələlər təşkil olunur. Eyni zamanda, Azərbaycan hərbi sənaye kompleksini inkişaf etdirir. Ötən il özümün də iştirak etdiyi müxtəlif ölkələrdə keçirilən sərgilərdə silahlarımız nümayiş etdirilib, həmçinin müasir silahlar alınaraq arsenalımıza cəlb olunub. Bu addımların səbəbi müdafiə imkanlarımızı gücləndirməyə hesablanıb. Yəni məqsəd Ermənistanla yeni müharibə deyil. Buna zərurət də yoxdur. Çünki biz Ermənistandan yerdə qalan 4 anklav kəndi istəyirik, bu da delimitasiya prosesi ilə həllini tapacaq. Sadəcə, hər bir dövlət kimi müdafiəmizi gücləndiririk. Üstəlik, hansı regionda yaşadığımızı nəzərə almalıyıq. Yəni qonşularımız İsveçrə və ya Avstriya deyil”.

R.Məmmədli 2026-cı ildə sərhəddə hər hansı həbri toqquşmalar gözləmir. Onun fikrincə, Ermənistan 44 günlük müharibədən sonra dərs çıxarıb və cəmiyyət də döyüş əhval-ruhiyyəsində deyil: "Onlar Ordumuzun qüdrətini gördülər. Bu gün qalib Ordumuz 5 il əvvəllə müqayisədə daha da qüdrətli və peşəkardır. Ermənilər anlamlıdırlar ki, bu 5 ildə əl-qolumuzu sallamamışıq. O baxımdan, erməni cəmiyyəti həm Ordumuzun qüdrətini görür, həm müttəfiqlərimizin gücünü, həm də beynəlxalq şəraitin nədən ibarət olduğunu hesablaya bilir. Bu mənada, Paşinyan xalqına göstərir ki, yeni müharibə növbəti fəlakət deməkdir, sülh isə Bakı neftinin Ermənistana göndərilməsi, Qazaxıstan taxılının tədarükü deməkdir..."

Musavat.com











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Bu gün, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Bu gün, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru