Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

İcra hakimiyyəti başsızları - replika
Tarix: 31-12-2025, 08:37 | Çap et

Elxan İbrahimovun Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin başçısı vəzifəsindən çıxarılması gündımdən düşmür. Heç nazirlərin istefaya göndərilməsi bu qədər müzakirəyə səbəb olmamışdı.

Səbəb? Səbəb çoxdur. Əvvəla, Elxan İbrahimov heç iki ay olmaz, Nəsimi rayonuna başçı gəlib. Bundan əvvəl Kürdəmirdə başçı olub. Təcrübəsiz biri də deyil. İkincisi, bir icra başçısı necə bir qüsur etməli, necə bir səhv buraxmalı, necə bir cinayət işləməlidir ki, heç iki ay tamam olmamış vəzifədən götürülsün?! Üçüncüsü, bəlkə əvvəlki iş yerində nələrsə qarışdırıb, indi üzə çıxıb və sair və ilaxır.

Bir sözlə, Elxan İbrahimovla bağlı media və sosial şəbəkələr susmur. Biri deyir, Nəsimiyə başçı gələn kimi başlayıb sahibkarları Nəsimi kimi soymağa. Hərəsindən 100 min, 200 min gətirməyi tələb edirmiş (orasını demirlər, manatla, dollarla, yoxsa avro ilə). Başqa biri yazır ki, kabinetində nalayiq hərəkətlərlə məşğul olurmuş, görüntülər var. Üçüncü bir mənbədə isə belə bir məlumat yayılıb: vəzifəyə gələn günün ertəsi - dərhal köhnə işçilərdən - müavinlərdən, şöbə və sektor müdirlərindən ərizə yazıb işdən çıxmağı tələb edib.

Bu yazılanları oxuyursan və düşünürsən: bu sadalanan əməlləri indi hansı icra başçısı törətmir ki?! Ancaq nədən təkcə elə Elxan İbrahimov?!

Yox, təkcə Elxan İbrahimov deyil. Yəni Elxan İbrahimov tək deyil. Bu "icra hakimiyyəti" adlanan institutun himi, görünür, belə qoyulub; mayası xalqa xidmətlə deyil, rüşvətlə yoğrulub. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir tərəfdən, prokurorluq bir tərəfdən ha tutur, məhkəmələr ha türməyə göndərir, bir faydası yoxdur; icra başçıları bildiyini edir. Həm də tutulacağını bilə-bilə. Ən qəribəsi də budur. Akstafanın başçısını tutdular, İmişlininkini tutdular, Neftçalanınkını tutdular, Biləsuvarınkını tutdular... Saymaqla bitmir ki. Bunları görə-görə İslam Rzayev başçısı olduğu Balakəndə camaatın başına corab hörürmüş; rüşvəti özü şəxsən öz kabinetində əlbəəl alırmış. Özü də yəqin o qədər küt də deyilmiş ki, kabinetinin izləndiyindən xəbərsiz olsun. Adam DTX-nın qəfil əcəl kimi gələcək müstəntiqindən və əməliyyatçılarından deyil, öz tabeliyində olanlardan qorxurmuş! Qorxurmuş ki, pulu kəm verərlər, ya da vasitəçi ona "atar". Bu pulyığma əməliyyatını işçilərindən hər hansı birinə həvalə etmək istəmirmiş, yığılan rüşvətin üstündən götürərlər deyə, özü şəxsən bu işə girişib. Həm də təkcə bu deyil.

Yəni istənilən icra başçısı bu vəzifəyə gələndə qolunun qandalını da özü ilə gətirib. Bəziləri çox "safmış": düşünüblər, bir az işləyib yığarlar, sonra işdən çıxanda gedib oturub yığdıqlarını rahat yeyərlər; sərmayə yatırıb bizneslə məşğul olarlar və sair.

Amma sən saydığını say, gör, DTX nə sayır!

Yox, Elxan İbrahimovun kabinetinə DTX gəlmədi. Onu işdən çıxarıblar, sadəcə. Bəlkə Baş Prokurorluqdakı, yaxud DTX-dəki kabinetlərdə çətin suallar qarşısında tər töküb, orasını bilmirəm. Ancaq iş bundadır ki, onun haqqında deyilənlərin hər biri (ya da elə hamısı) doğru ola bilər. Bir icra başçısına yaraşdırmaq olar. Eləcə də, ondan yuxarıdakı səbəblərdən.

Nə deyim?! Ölkədə tuthatut həmişəki kimi davam edir. Prezident hər dəfə hakimiyyət ağacını silkələyəndə yerə xeyli çürük tökülür.

Bir sözlə, ölkədə hərənin ən azı bir cinayəti vardır. Ona görə də hərənin işini öz vaxtında qaldırırlar. Hərəsini bir (və ya bir neçə) cinayətdə ittiham edib, hamısını tuturlar.

Özünüz də bilirsiniz, evdə mebelin yerini dəyişəndə altından-arxasından xeyli lazımsız əşya çıxır...

P.S. Yeri gəlmişkən, deyirlər, icra hakimiyyətləri ləğv olunacaq. Neçə ildir, bu söhbət gedir, hələlik bir şey yoxdur. Bilmirəm, icra hakimiyyətlərininn özünü ləğv edəcəklər, yoxsa yox, heç olmasa, "icra hakimiyyəti başçısı" sözünü ləğv etsinlər, dəyişsinlər. Bu vəzifəyə təyin olunan adamlar hakimiyyətin iyini alan kimi başlarını itirirlər. Dönüb olurlar, İCRA HAKİMİYYƏTİNİN BAŞSIZLARI. Axırda başlarına nə gəlirsə, bu addan gəlir...

  Bahəddin Həzi, bizimyol.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Bu gün, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Bu gün, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru