Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

Paşinyan hökuməti hələ də tikintinin anonsunu verir, ortada isə real iş yoxdur - Bakıdan xəbərdarlıq
Tarix: 30-12-2025, 09:21 | Çap et

“Biz Amerika tərəfi ilə çox intensiv işləyirik və 2026-cı ilin ikinci yarısında yerlərdə tikintiyə başlanılacaq”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ictimai televiziyaya Zəngəzur dəhlizi-Tramp marşrutu ilə bağlı açıqlamasında deyib. “Ümid edirəm ki, yaxın həftələrdə ilk sənədimiz olacaq. Gələn il beynəlxalq tərəfdaşlarımızın Ermənistana səfərləri ilə dolu olacaq”, - nazir bildirib.

“Yeni Müsavat”ın erməni mediasına istinadən bildirdiyinə görə, müxalifətin Rusiya və İranın “Tramp yolu”na qarşı olması ilə bağlı fikrini soruşduqda, Mirzoyan belə cavab verib: “O insanlara qulaq asmayın, bunlar yalandır. İranlı həmkarlarımdan eşitdiklərimə görə, infrastrukturun açılması İranda suallar yaradıb. Onlar suallar verdilər, biz cavab verdik və indi həm biz, həm də İran infrastrukturun kilidini açmaq üçün fürsət görürük”.

Bu arada Mirzoyan Rusiya ilə bağlı da diqqətçəkən açıqlamalar verib. “Ermənistan hökumətinin məqsədi Rusiyanı Ermənistandan çıxarmaq, Rusiya ilə siyasi, iqtisadi və digər əlaqələri kəsmək deyil, belə bir siyasət aparılmır və bizim beynəlxalq tərəfdaşlarımız bunu birbaşa bəyan ediblər”. Ararat Mirzoyan ictimai televiziyaya müsahibəsində belə deyib. Nazir bildirib ki, nə vaxtsa Avropa İttifaqına (Aİ) daxil olmaq məsələsi ortaya çıxsa, Avrasiya İqtisadi İttifaqı (Aİİ) məsələsi qaçılmaz olaraq ortaya çıxacaq. “O məqam gələndə biz oturub qərar qəbul edəcəyik. Aİ ilə münasibətlərimiz getdikcə dərinləşir”, - Mirzoyan əlavə edib. O, həmçinin əmin edib ki, Şirak vilayətində yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılması məsələsi Ermənistan hakimiyyətinin gündəmində deyil.

Ermənistana maliyyə yardımı göstərən Avropa rəsmisinin dediyi kimi, Rusiya Ermənistanı hibrid müharibə ilə hədələyirmi, sualına nazir Mirzoyan belə cavab verib: “Dezinformasiyanın əhəmiyyətli bir hissəsi rusiyalı ekspertdən, deputatdan qaynaqlanmır? Ona görə də hibrid təhlükələr müxtəlif yerlərdən, o cümlədən Rusiyadan qaynaqlana bilər”.

Bugünlərdə Rusiyanın İrəvandakı səfiri Kopırnik bir sıra təhdidedici açıqlamalar vermişdi.

“Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi Moskva ilə imzalanmış üçtərəfli razılaşmalar üzərində qurulub”. Səfirin sözlərinə görə, Rusiya regionda mövcud olan bütün həssas və ağrılı məsələlərin həllinin tərəfdarıdır və bu prosesin uzunmüddətli perspektivdə həyata keçirilməsini vacib hesab edir: “Rusiyanın mövqeyi dəyişməyib. Biz indi də açıq şəkildə bəyan edirik ki, tərəflərə tələb olunan formatda və lazımi həcmdə yardım göstərməyə hazırıq. Cənubi Qafqazda baş verən proseslər bizim üçün böyük əhəmiyyət daşıyır”. Kopırkin qeyd edib ki, Rusiya regionda sabitliyin və davamlı sülhün təmin olunmasını strateji prioritet hesab edir və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına töhfə verməkdə maraqlıdır.

Görünən budur ki, "Tramp marşrutu" ilə bağlı hərəkətlənmə başlayan kimi, Rusiya da üçtərəfli razılaşmaları gündəmə gətirir. Ermənistan isə nədənsə tərəddüdlüdür, cəsarətli davranmır. Ermənistan hakimiyyəti hələlik nəqliyyat dəhlizləri ilə bağlı təşəbbüslərin dəyərini açıqlamır. Teleqraf xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin “Sputnik Ermənistan”ın sorğusuna verdiyi cavabda müvafiq layihələrin əsas parametrlərinin hələ də öyrənildiyi bildirilib. Agentlik Ermənistan hökumətinə birinci mərhələ və sonrakı dövrlərdə proqnozlaşdırılan yükdaşımalarının həcmi, infrastrukturun hazırlıq vəziyyəti, tikintinin ən bahalı sahələri (yol, dəmir yolu, logistika mərkəzləri), eləcə də rəqəmsal nəqliyyat dəhlizləri və müasir yük nəzarəti sistemlərinin tətbiqi planları ilə bağlı suallar göndərib: “Hazırda bu məsələlər öyrənilir. Xüsusilə avtomobil və dəmir yollarının tikintisi üçün texniki-iqtisadi əsaslandırma və qiymətləndirmə işləri aparılır. Nəticələrin 2026-cı ilin birinci rübündə təqdim edilməsi planlaşdırılır”.

Paşinyan hökuməti hələ də tikintinin anonsunu verir, ortada real iş yoxdur. Proseslər nə vəd edir? İran və Rusiya maneəsi Zəngəzur dəhlizinin qarşısını ala bilərmi?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, rəsmi İrəvan vaxtı uzadır: “Ermənistan tərəfi Zəngəzur dəhlizinin ("Tramp marşrutu"nun) tikintisi ilə bağlı boş vədlər verməkdə davam etdikləri vaxtda Azərbaycan hər iki tərəfdən - həm Zəngilan, həm də Naxçıvan Muxtar Respublikası istiqamətindən - yolları və yolla bağlı olan digər infrastrukturu bərpa edib başa çatdırmaqdadır. Biz Ermənistan tərəfdən real işləri görməyincə, belə açıqlamalara cidd əhəmiyyət verməməliyik. Real iş isə odur ki, ən azı layihə-smeta sənədləri hazır olsun, tikintini aparacaq şirkət müəyyən edilsin və digər məsələlər həll edilsin. Hələlik bunlar yoxdur və görünən budur ki, Ermənistan, sadəcə, vaxtı uzadır. Bunun da əsas səbəbi Ermənistanda gələn ilə nəzərdə tutulan seçkilər ola bilər”.

S.Məmmədov proseslərin geri dönüşünün olmadığına əmindir: “Biz dəfələrlə qeyd etmişik ki, bu yollar onsuz da tikiləcək və istifadəyə veriləcək. Sadəcə, Ermənistan tərəfi hələ də "şaxələnmiş diplomatiya"sını davam etdirir. Nazirin Ermənistanın Rusiya ilə münasibətləri barədəki “Avropa İttifaqına (Aİ) daxil olmaq məsələsi ortaya çıxsa, Avrasiya İqtisadi İttifaqı (Aİİ) məsələsi qaçılmaz olaraq ortaya çıxacaq. O məqam gələndə biz oturub qərar qəbul edəcəyik. Aİ ilə münasibətlərimiz getdikcə dərinləşir" fikirləri də həm Avropa İttifaqı, həm də Rusiya ilə manipulyativ siyasəti yaxın gələcəkdə də davam etdirəcəklərini göstərir. Bizim xalqda bununla bağlı yaxşı atalar misalları var... Deməli, Ermənistan bir tərəfdən Rusiyanı əmin edir ki, Rusiyanı Ermənistandan çıxarmaq və Rusiya ilə siyasi, iqtisadi və digər əlaqələri kəsmək niyyətində deyil, digər tərəfdən Avropa İttifaqı “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı saziş imzalayır. Daha sonra Paşinyan Rusiyaya səfər edir və orada Rusiya ilə müttəfiqlik münasibətlərinin yüksək səviyyəsindən danışır. Avropa İttifaqı ilə münasibətlər dərinləşərsə, Rusiya ilə birgə gömrük birliyində qalmaq mümkün olmayacaq, əksinə, Ermənistan Gömrük İttifaqında qalmaqla Avropa İttifaqı ilə münasibətləri dərinləşdirə bilməyəcək". STM-in icraçı direktoru bildirdi ki, buna görə də ermənilər hələlik diplomatik manevrlər edirlər: “Əgər Ermənistan Avropa İttifaqı və Rusiya ilə belə davrana, yalan vədlər verə bilirsə, deməli, bizm də onlara inanmağımıza dəyməz. Biz Ermənistandan real addımlar gözləyirik. Bunlar Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli, Azərbaycana qarşı ərazi iddalarının konstitusiyalarından çıxarılması və sərhəd xəttinin delimitasiya proseslərinin sürətləndirlməsidir. Hələ ki hər 3 məsələ ilə bağlı ortada real addımlar yoxdur”.

Siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Tramp marşrutu” adlandırılan Zəngəzur istiqaməti ilə bağlı açıqlamaları Cənubi Qafqazda nəqliyyat-kommunikasiya məsələlərinin yenidən qlobal gündəmə çıxdığını göstərir: “Bu açıqlamalar ilk baxışdan İrəvanın açılımlara hazır olduğu görüntüsünü yaradır. Lakin mətnin alt qatında ciddi tərəddüd və qeyri-müəyyənlik açıq sezilir. Ermənistan hələ də konkret rəqəmlər, vaxt cədvəli və real öhdəliklər təqdim etmir. Bu isə prosesin siyasi ritorika mərhələsində qaldığını göstərir. Azərbaycan bu məsələdə fərqli xətt nümayiş etdirir. Rəsmi Bakı dəhliz və kommunikasiya layihələrini regional inteqrasiyanın əsas dayağı kimi təqdim edir”. T.İsmayılov xüsusilə vurğuladı ki, Azərbaycan üçün Zəngəzur dəhlizi yalnız nəqliyyat layihəsi deyil: “Bu, suverenlik, regional əməkdaşlıq və iqtisadi təhlükəsizlik məsələsidir. Prezident İlham Əliyevin siyasəti məhz bu xətt üzrə ardıcıl və prinsipialdır. Mirzoyanın Rusiya və İran amili ilə bağlı ziddiyyətli açıqlamaları İrəvanın geosiyasi sıxıntılarını üzə çıxarır. Bir tərəfdən ABŞ və Avropa ilə yaxınlaşma mesajları verilir. Digər tərəfdən Rusiya hərbi bazasının qalacağı xüsusi vurğulanır. Bu, ikili siyasət Ermənistanın manevr imkanlarını məhdudlaşdırır. Əslində İrəvan proseslərin subyekti deyil, obyektinə çevrilir”. Ekspert qeyd etdi ki, Rusiya üçtərəfli razılaşmaları xatırlatmaqla regional təsir mexanizmini qorumağa çalışır: “İran isə sərhədlər və tranzit balansı məsələsində ehtiyatlı mövqe tutur. Lakin hər iki aktor üçün dəyişməyən bir reallıq var. Bu reallıq Azərbaycanın formalaşdırdığı yeni regional status-kvodur. 2020-ci ildən sonra Cənubi Qafqazda oyunun qaydalarını məhz Bakı müəyyən edir. Zəngəzur dəhlizi ideyası da bu strateji baxışın məhsuludur. Azərbaycan dəhliz anlayışını beynəlxalq hüquq və regional maraqlar çərçivəsində təqdim edir. Burada heç bir ölkənin ərazi bütövlüyünə təhdid yoxdur. Əksinə, bölgə ölkələri üçün iqtisadi qazanc imkanları formalaşır. Bu baxımdan, İran və Rusiyanın prosesə açıq şəkildə mane olması rasional görünmür”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Bu gün, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Bu gün, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Bu gün, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Bu gün, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Bu gün, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Bu gün, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Bu gün, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Bu gün, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Bu gün, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Bu gün, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Bu gün, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Bu gün, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Bu gün, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Bu gün, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Bu gün, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Bu gün, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Bu gün, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Bu gün, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Bu gün, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Bu gün, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Bu gün, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Bu gün, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Bu gün, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Bu gün, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Bu gün, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Bu gün, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Bu gün, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Bu gün, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Bu gün, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Bu gün, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Bu gün, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Bu gün, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Bu gün, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Bu gün, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Bu gün, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Bu gün, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Bu gün, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Bu gün, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Bu gün, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Bu gün, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Bu gün, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Bu gün, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Bu gün, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Bu gün, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Bu gün, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Bu gün, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Bu gün, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Bu gün, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru