Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? .....                     BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu .....                     İran Amerikaya təslim olmayacaq .....                     "Akyol İnternational"ın vergi borcu 200 mini keçdi .....                     ADY bu qiyməti gizli saxlayıb .....                     Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: .....                     Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? .....                     ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir .....                     Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır .....                     Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? .....                     3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir .....                     “Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” .....                     “Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? .....                     Bakı-Moskva qatarı da İŞƏ düşür? .....                     Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... .....                     İntiqam Soltan xəstəxanadan buraxıldı: .....                     Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar .....                     Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? .....                     Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... .....                     Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq .....                     “Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır .....                     “İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” .....                     Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib .....                     Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq .....                     Magistraturaya qəbul imtahanının nəticələri elan olunub .....                     16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ .....                     Zaxarovadan İrəvana sərt cavab .....                     Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər .....                     Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib .....                     “Paşinyanın seçilməsi Bakının xeyrinədir” .....                     Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı .....                     Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq .....                     “Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” .....                     Nazim Bəydəmirlinin yeri dəyişdirildi .....                     Az yağış yağacağı ehtimalı var .....                     ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir .....                     Rəfael Süleymanov işdən çıxarıldı .....                     “İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” .....                     Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb .....                     Günay Əliyevaya vəzifə verildi .....                 

Qazaxıstan cəzalandırmağa başladı, bəs Azərbaycan? - AKTUAL
Tarix: 27-12-2025, 06:48 | Çap et

Azərbaycanın da artıq ciddi şəkildə təsirlənməyə başladığı Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin dördüncü ilinə az qalıb. Müharibə uzandıqca hər iki tərəfdən həlak olan azərbaycanlıların da sayır artır, xüsusilə Rusiyanın orduya cəlb etdiyi soydaşlarımız arasında itkilərin sayı daha böyükdür. Bu barədə bir qədər sonra..

Birləşmiş Ştatlar Prezidenti Donald Trampın 1 ilə yaxındır davam edən vasitəçilik təşəbbüsləri nəticə verməyib, mövqelər hələ də uzlaşmaya yaxın deyil. Xüsusilə, Kreml şərtlərinin (Ukrayna ordusunun Donbasdan çıxarılması və s.) yerinə yetirilməyəcəyi təqdirdə hərbi əməliyyatları davam etdirəcəyini bəyan edir. Prezident Zelenski ABŞ ilə ortaq məxrəcə gəldiyi 20 bəndlik sülh planını Moskvaya göndərib və dərhal rədd cavabı alıb. Dekabrın 28-də Trampın Mayamidəki iqamətgahında ABŞ-Ukrayna liderlərinin növbəti görüşü gözlənilir...

Rusiya rəhbərliyinin müharibəni davam etdirməkdə bu qədər israrlı olması onun hərbi imkanları ilə nə qədər uyğunluq təşkil edir? Döyüş zonasından yayılan görüntülərdə artıq hücumda olan hərbi texnika, demək olar, gözə çarpmır, onları minik avtomobilləri, motosikllər, hətta atlar əvəz edir. Canlı qüvvə itkiləri isə həndəsi silsilə ilə artır. Çünki hər iki tərəf insansız döyüş vasitələrini inanılmaz dərəcədə təkmilləşdirib, bu da ön xəttə, hücumda olan heyətin sağ qalmasına şans tanımır.

Vəziyyəti təsvir edən Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri, briqada generalı Andrey Biletski bildirib ki, uzun müddətdən sonra ilk dəfə olaraq Rusiya ordusunda canlı qüvvə itkisi cəbhəyə cəlb olunan yeni şəxsi heyətin sayını üstələyir.

Biletskinin sözlərinə görə, bu qənaət Ukrayna kəşfiyyatının, eləcə də Qərb müttəfiqlərinin məlumatlarına əsaslanır. O, vurğulayıb ki, hazırda Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin artırılması döyüş xəttindəki itkiləri kompensasiya etmir.

Bu məlumatlar hər iki tərəfin açıqlamaları ilə də təsdiqlənir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi Andrey Yusov sentyabrın əvvəlində Rusiyanın Ukraynadakı hərbi qruplaşmasının sayının 700 min nəfər olduğunu açıqlamışdı. Dekabrın əvvəlində isə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Sky News”a müsahibəsində bu rəqəmi 710 min nəfər kimi göstərib.

Beləliklə, üç ay ərzində artım cəmi 10 min nəfər təşkil edib.

Sırskinin əvvəlki açıqlamalarına görə, Rusiyanın Ukraynadakı hərbi kontingenti:

2025-ci ilin yanvarında – 603 min nəfər,

2025-ci ilin aprelində – 623 min nəfər,

2025-ci ilin sentyabrında – 700 min nəfər,

2025-ci ilin dekabrında – 710 min nəfər olub.

Bu dinamika göstərir ki, yanvar–sentyabr ayları arasında Rusiya qruplaşmasının orta aylıq artımı 10 mindən çox olub. Lakin sentyabr–dekabr dövründə bu göstərici ayda təxminən 3 min nəfərə düşüb.

Məlumatda vurğulanır ki, Rusiyada səfərbərlik tempinin azaldılması ilə bağlı etibarlı informasiya yoxdur. Bu baxımdan, şəxsi heyətin artım sürətinin zəifləməsi itkilərin artması ilə əlaqələndirilir.

Andrey Biletski bildirib ki, bu vəziyyət Ukrayna ordusu üçün cəbhədə işi asanlaşdırmasa da, artıq demək olar ki, Rusiya Silahlı Qüvvələri say baxımından pik həddə yaxınlaşır və bundan sonra genişlənmə prosesi daha çətin olacaq.

Məlumdur ki, Rusiya ordusuna ən fəal şəkildə postsovet ölkələrinin vətəndaşları cəlb olunur. Buna səbəb kimi dil baryerinin nisbətən zəif olması, qonşu ölkələrdə rusdilli əhalinin çoxluğu, eləcə də Rusiyada miqrantların sayının yüksək olması göstərilir.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Rusiya Prezidenti Vladimir Putin xarici vətəndaşların Rusiya Silahlı Qüvvələrində çağırış əsasında xidmətinə icazə verən fərman imzalamışdı. Daha əvvəl əcnəbilər yalnız müqavilə əsasında hərbi xidmət keçə bilirdi. 2023-cü ilin yazında isə Putin müharibə dövründə Rusiya ordusu ilə müqavilə bağlayan xarici vətəndaşlara Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada verilməsini nəzərdə tutan növbəti fərmanı təsdiqləmişdi.

Bu tarixdən ötən iki il ərzində postsovet ölkələrindən minlərlə miqrant Ukrayna ilə müharibəyə cəlb olunub, onların əhəmiyyətli hissəsi döyüşlərdə həlak olub. Vəziyyət o həddə çatıb ki, Kremlin sərt reaksiyasından ehtiyatlanan ölkələr indi tədbirlər görməyə başlayıb. İlk addımı Qazaxıstan atıb. Bu ölkədə ötən il Ukraynada Rusiyanın tərəfində döyüşməkdə şübhəli bilinən ölkə vətəndaşları ilə bağlı rekord sayda – təxminən 700 cinayət işi başlanıb. Bu barədə “Mediazona” nəşri “Əlvida, silah” layihəsi ilə apardıqları birgə hesablamalara istinadən məlumat yayıb.

Məlumata görə, Qazaxıstan məhkəmələri həm “Vaqner” özəl hərbi şirkətinin tərkibində döyüşənlər, həm də Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayan şəxslər barəsində eyni məzmunlu hökmlər çıxarır. Qazaxıstan Cinayət Məcəlləsinə əsasən, bu şəxslərin hamısı “müharibədə iştirak məqsədilə cinayət niyyəti həyata keçirməkdə” ittiham olunur. “Mediazona”nın Rusiyanın “BBC” xidmətinin məlumatları ilə apardığı hesablamalara əsasən, indiyədək Ukrayna ilə müharibədə Qazaxıstanın təxminən 200 vətəndaşı və ya qazax əsilli şəxsi həlak olub.

Qeyri-rəsmi məlumatlara görə, 4 ilə yaxındır davam edən müharibədə yüzlərlə azərbaycanlı həlak olub, yaralanıb və itkin düşüb. Xüsusilə Rusiyada əmək miqrantları olan Azərbaycan vətəndaşları müxtəlif vasitələrlə Ukraynaya qarşı müharibəyə yönlədirilir. Bu sırada həbsxanalarda cəza çəkənlərin Rusiya ordusu ilə müqavilə bağlaması halları daha çoxdur.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc parlamentdə çıxışı zamanı qeyd olunan problemdən ciddi narahatlıq ifadə edib. Deputat bildirib ki, sosial şəbəkələrdə kəşfiyyat mərkəzləri ilə əlaqəsi şübhə doğurmayan səhifələr tərəfindən “müqaviləli xidmət”, “iş”, “təlim” adı altında hədəfli reklam kampaniyaları aparılır. O, vurğulayıb ki, rəsmi statistika olmasa da, hərbi təşkilatların məlumatlarına əsasən, yüzlərlə azərbaycanlı və vətəndaş hazırda səngərlərdə döyüşür.

Komitə sədrinin sözlərinə görə, xüsusilə Vətən müharibəsində peşəkar döyüş təcrübəsi qazanmış şəxslərin Rusiya–Ukrayna müharibəsinə cəlb edilməsi təkcə onların ailələrinə deyil, bütövlükdə Azərbaycan dövlətinə hərbi və siyasi zərbədir: “Ən böyük itki Qarabağda döyüş təcrübəsi qazanmış peşəkarların aylıq pul qarşılığında yad müharibələrdə iştirakıdır. Görünür, xarici kəşfiyyat mərkəzlərinin əsas məqsədi Vətən müharibəsində formalaşmış qalib ordu obrazına reputasiya zərbəsi vurmaqdır”.

Deputat bildirib ki, mediada həmin şəxslərin həlak olması ilə bağlı məlumatlar yer alsa da, itkin düşən və ya əsir götürülən bir çox azərbaycanlı barədə heç bir rəsmi informasiya yoxdur. Onun sözlərinə görə, yaralı halda ölkəyə qayıdan, lakin müharibənin ağır psixoloji nəticələrini daşıyan şəxslər ailələr və cəmiyyət üçün ciddi sosial-mənəvi yük yaradır və gələcəkdə radikal qruplara qoşulma riski formalaşdırır.

Zahid Oruc xatırladıb ki, dövlət təhlükəsizliyi orqanları keçmiş “Vaqner” döyüşçülərini haqlı olaraq həbs edib və bütün vətəndaşlara açıq çağırış edilib: “Bizim Vətən müharibəmiz Qarabağdır, torpaqlarımızın azadlığıdır, bu gün isə Böyük Qayıdışdır. Müxtəlif dövlətlərin ordularında və ya terrorçu təşkilatlarda iştirak eyni məsuliyyət daşıyır. Şübhə yoxdur ki, bu kampaniyanın arxasında üçüncü ölkələrin kəşfiyyat xidmətləri dayanır”.

Komitə sədri vurğulayıb ki, azərbaycanlıları yad müharibələrə təşviq edənlər ölkənin genofonduna zərbə vururlar. Onun sözlərinə görə, Azərbaycan yalnız Vətənin müdafiəsi uğrunda canından keçənləri şəhid adlandırır: “Biz yalnız torpaqlarımız uğrunda həlak olanları şəhid sayırıq. Qardaş Türkiyə üçün, dövlət qərarı olmadan, Çanaqqala savaşında iştirak müqəddəs sayılır. Lakin Vətən müharibəsinin qəhrəmanlarını yad müharibələrdə ölənlərlə eyniləşdirmək onların ruhuna hörmətsizlikdir. Azərbaycan dövləti rəsmi olaraq heç bir müharibədə hərbi müttəfiq kimi iştirak etmir”.

Hüquqşünas Polad Mehdiyev Pressklub.az-a şərhində bildirib ki, bu məsələ həm cinayət hüququ, həm də dövlət təhlükəsizliyi və milli maraqlar baxımından olduqca həssasdır. O deyib ki, Azərbaycan qanunvericiliyi bu sahədə kifayət qədər aydın mövqe ortaya qoyur.

Polad Mehdiyev qeyd edib ki, Azərbaycan Respublikası vətəndaşı xarici dövlətin silahlı qüvvələrinin tərkibində, xüsusilə də müharibə və silahlı münaqişədə iştirak edərsə, bu hal Azərbaycan Cinayət Məcəlləsi üzrə cinayət məsuliyyəti yaradır. Hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114-cü maddəsi muzdlu iştirakçılıq məsələsini tənzimləyir və həmin maddəyə əsasən xarici münaqişədə döyüşmək, silahlı birləşmələrə cəlb olunmaq və hərbi əməliyyatlarda birbaşa iştirak etmək cinayət əməli sayılır. O vurğulayıb ki, belə hallarda 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılma nəzərdə tutulur.

Polad Mehdiyev bildirib ki, şəxs bunu maddi maraq müqabilində, müqavilə və ya vəd edilən imtiyazlar (vətəndaşlıq, maaş, amnistiya və s.) əsasında edibsə, məsuliyyət daha da ağırlaşır. Bu məsələ beynəlxalq hüquqda da aydın çərçivələr daxilində tənzimlənir və Azərbaycan qanunvericiliyinin mövqeyi ümumi beynəlxalq yanaşma ilə uyğundur.

Hüquqşünas deyib ki, birinci əsas sənəd – BMT-nin 1989-cu il “Muzdlu döyüşçülərin cəlb edilməsi, maliyyələşdirilməsi və istifadəsinə qarşı Konvensiyası”dır və bu Konvensiya muzdlu döyüşçülərin istənilən silahlı münaqişədə iştirakını qanunsuz hesab edir. O əlavə edib ki, dövlətlərə belə şəxslərin cinayət məsuliyyətinə cəlb olunması öhdəliyi qoyulur və maddi maraq, vətəndaşlıq vədi, maaş və sosial təminat beynəlxalq hüquqda legitim əsas sayılmır.

Polad Mehdiyev həmçinin Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını xatırladaraq bildirib ki, muzdlu döyüşçülər qanuni kombatant statusuna malik deyillər və hərbi əsir kimi müdafiə olunmurlar. O deyib ki, belə şəxslər tutulduqda dövlətlər onları cinayət məsuliyyətinə cəlb edə bilər.

Hüquqşünas vurğulayıb ki, Azərbaycan vətəndaşı başqa dövlətin maraqları naminə, xüsusilə də mübahisəli və işğalçı siyasət aparan müharibədə iştirak etməməlidir. Polad Mehdiyev bildirib ki, bu yalnız hüquqi məsələ deyil, həm də milli mövqe məsələsidir və dövlətin sərt, lakin ədalətli yanaşması həm vətəndaşları qoruyur, həm də Azərbaycanı beynəlxalq hüquq müstəvisində prinsipial mövqedə saxlayır.

O qeyd edib ki, dövlətin yanaşması balanslı olmalıdır: “Bir tərəfdən vətəndaşların xaricdə müharibəyə cəlb olunmasının qarşısı alınmalı, digər tərəfdən isə hər bir fakt fərdi qaydada araşdırılmalıdır. Könüllü qoşulma ilə məcburi cəlbetmə arasında fərq qoyulmalı, lakin Azərbaycan vətəndaşının başqa dövlətin müharibəsində iştirakı qəbuledilməz prinsip kimi qalmalıdır. Bu, həm hüquqi məsuliyyət, həm də milli mövqe məsələsidir”, – deyə Polad Mehdiyev bildirib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Tıxacdan çıxış yolu: Taksi və şəxsi avtomobildən imtina? - AKTUAL
Dünən, 17:09
3 nəfər öldü, yüngül cəza verildi: Qarabağ qazisi hakimdən şikayətçidir - FOTO
Dünən, 16:59
“Qocalarla nərd oynayıram, kənd yumurtası yeyirəm, yaraşığım da yerində” - 87 yaşlı Xalq artisti
Dünən, 16:53
“Siqaret mafiyası”nın üzvü Fariz Məhərrəmov kimdir? - TƏFƏRRÜAT
Dünən, 16:41
Bakı-Moskva qatarı da İŞƏ düşür? – “Bu il ərzində...”
Dünən, 16:30
Rəcəb Babaşov 10 il ərzində Qazaxda hansı işləri görüb... - FOTO
Dünən, 16:26
İntiqam Soltan xəstəxanadan buraxıldı: - "Barmaqlarımın ucuna qədər ağrıyır"
Dünən, 16:11
Yardımlının yeganə yolu uçdu: Sakinlərdən icra başçısına ağır ittihamlar - VİDEO
Dünən, 16:09
Laçında 41 milyonluq məhəllə tikən şirkət kimə məxsusdur? - ARAŞDIRMA
Dünən, 15:55
Bakı-Tiflis qatarı hər gedişdə Böyük Kəsikdə 1 SAAT SAXLANILACAQ... - BUNA GÖRƏ...
Dünən, 15:48
Sərhədlərin açılması iyunun 7-dəki nəticədən asılı olacaq - GƏLİŞMƏ
Dünən, 15:33
“Kupça” oyunu: Əmlak Xidməti Prezidentin fərmanlarına qarşı çıxır - BU DA FAKT!
Dünən, 15:18
“İş ibtidai istintaqa qaytarılsın, Tahir Qədəşov həbs olunsun” – “Atlant işi”ndə zərərçəkənlər bunu tələb edir
Dünən, 15:13
Azərbaycan-Gürcüstan dəmiryol marşrutu üzrə sərnişin gediş-gəlişinə icazə verilib - QƏRAR
Dünən, 15:05
Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq - AÇIQLANDI
Dünən, 15:00
Magistraturaya qəbul imtahanının nəticələri elan olunub - DİQQƏT
Dünən, 14:59
16 ilin qaynaqçısı "Azəriqaz"ın rəisindən borcunu GERİ TƏLƏB ETDİ - "Məftili hər gün özüm almışam..."
Dünən, 14:58
Zaxarovadan İrəvana sərt cavab - "Bunun Rusiyaya nə dəxli var, bu, Paşinyanın özüdür"
Dünən, 13:47
Rus hərbçilər Ukraynada alkoqoldan zəhərlənib öldülər
Dünən, 13:45
Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 13:42
“Paşinyanın seçilməsi Bakının xeyrinədir” - Köçəryan belə deyir
Dünən, 13:27
Bakıda hava keyfiyyətini ölçən ilk IQAir cihazı quraşdırıldı - FOTO
Dünən, 13:19
Təbii qazı Gürcüstana 121, Yunanıstana isə 433 dollara satmışıq – Tam siyahı
Dünən, 13:11
“Samvel Karapetyan və Qaqik Sarukyan xarici ölkənin casuslarıdır” - Paşinyan belə deyir...
Dünən, 13:04
Nazim Bəydəmirlinin yeri dəyişdirildi - dünən axşam saatlarında...
Dünən, 12:57
Az yağış yağacağı ehtimalı var - belə deyirlər...
Dünən, 12:38
ABŞ SEPAH-la bağlı bu məlumata görə 15 milyon dollar təklif edir - TƏFƏRRÜAT
Dünən, 12:31
Rəfael Süleymanov işdən çıxarıldı - ƏMR
Dünən, 12:27
“İlhamə Quliyeva yaşasaydı, bu qadağanı qoya bilərdilər?” - Samirə Yusifıqızından sərt AÇIQLAMALAR
Dünən, 12:22
Bütün Rusiyanın axtardığı qatil “qardaş ölkə”də yaşayıb - Yazıçı olub, məşhurlaşıb və...
Dünən, 12:19
Günay Əliyevaya vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:17
Azərbaycanda icra başçılarının qadın müavinlərinin sayı açıqlandı
Dünən, 12:16
Nizami MKTB-nin sabun, bel, kürək, verdə almaq arzusu baş tutmadı - SƏBƏB
Dünən, 12:14
“Yelo Bank”da kreditlərdən “şapka” alan Vüqar kimdir? – Anar Həsənovun nəzərinə…
Dünən, 12:06
Paşinyan Putinə 200 dəfə zəng edib
Dünən, 12:02
İran vətəndaşlarının Almaniyaya viza müraciətlərinə İrəvanda baxılır
Dünən, 11:51
Dövlətin yol getdiyi Adam... - Aydın CAN yazır...
Dünən, 11:48
Azərbaycan-Ermənistan sərhədinin xəritəsi hazırlanır - TƏFƏRRÜAT
Dünən, 11:38
“Hom Paş” – “Inter MMC” – “Khatai Residence”: bir layihənin şübhəli “rebrendinqi” - Məhkəmə aktları niyə icra olunmur?
Dünən, 11:36
Köçəryan seçki sandığını terrorla əvəzləyir: - “Onun əsl mahiyyəti budur”
Dünən, 11:28
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Dünən, 11:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru