Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI .....                     Fərid Əhmədov onu rəis təyin etdi .....                     "Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." .....                     Ermənilər ruslardan niyə döndü? .....                     “İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” .....                     2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? .....                     Təhsil eksperti ilə bağlı qərar verildi .....                     "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” .....                     Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı .....                     İkiüzlü siyasət və... .....                     Normadan artıq yağış... .....                     Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... .....                     Paşinyandan SON həmlə .....                     Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi .....                     "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                     Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                     Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                     ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat .....                     "Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" .....                     Moskva İrəvanda hərbi çevriliş hazırlayır? .....                     AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı .....                     18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... .....                     Ankara ilə Bakı arasında erməni söhbəti... .....                     Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” .....                     Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib .....                 

Axtarışa verilən Abbas Abbasov harada gizlənir? - HƏQİQƏTƏN DƏ...
Tarix: 17-12-2025, 09:26 | Çap et

Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

APA xəbər verir ki, cinayət işi üzrə toplanmış materiallar əsasında, baş nazirin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

2013-cü ildə azərbaycanlı oliqarxların şərti adı “Milyarderlər İttifaqı” (Rusiya Azərbaycan Təşkilatları İttifaqı) olan qurumda birləşməsi, onlara “liderliyi” baş nazirin keçmiş müavini Abbas Abbasovun etməsi çoxlarının yadındadır. Bu təşkilat Moskvanın layihəsi və prezident seçkisi ərəfəsində Azərbaycan hakimiyyətinə qarşı təzyiq kimi qiymətləndirilirdi.

İllərdir Rusiyada yaşayan azərbaycanlı milyarderlərə ən müxtəlif kanallarla yaxın olan, Azərbaycanda isə yalnız kinorejissor kimi tanınan Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Milli Şura təsis edilməsi və “müxalifətin çiyinlərində” prezidentliyə namizədliyinin elan olunması məhz “Milyarderlər İttifaqı”nın qərarı idi. Qurumun əsas “boss”u kimi baş nazirin sabiq birinci müavini Abbas Abbasov təqdim edilirdi.

Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olub. 1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979-1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983-1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990-1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri, vəzifələrində işləyib.

1992-ci ildən baş nazirin birinci müavini vəzifəsində çalışıb. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib. Sonra “AST Şirkətlər Qrupu”nun vitse-prezidenti olub.

Abbas Abbasov 2006-cı ildə “İstiqlal” ordeni ilə təltif edilərək hörmətlə yola salındı. Məxfi strukturlar, xüsusilə kəşfiyyatla yaxınlığı şübhə doğurmayan Abbas Abbasov təməlli Rusiyaya yerləşdi və burada yeni planlar qurmağa başladı. A.Abbasov ötən müddət ərzində müxtəlif qanunsuz yollarla Rusiya Federasiyasında Azərbaycan diaspor strukturlarını ələ keçirib təsir altına salmaq istiqamətində pozucu fəaliyyət aparıb.

Rusiyadakı Azərbaycan diasporu adı altında pərdələnərək anti-Azərbaycan fəaliyyətə keçdi. Amma əlbəttə ki, hakimiyyət dəyişikliyi kimi ciddi planları Azərbaycanın içində dəstək olmadan həyata keçirmək mümkün deyildi. “Milyarderlər İttifaqı” qurmaqla iş bitmirdi - onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələrini formalaşdırmaq, koordinasiya etmək gərəkirdi. 2013-cü ilin əvvəlində Əli Kərimli və ətrafından ibarət tərkibdə formalaşdırılmış Milli Şuranın rəhbəri Rüstəm İbrahimbəyov da Abbas Abbasovun bilavasitə rəhbərliyi altında “Milyarderlər İttifaqı”nın Koordinasiya Şurasının üzvü olub.

Azərbaycanda qurulmuş Milli Şura ilə heç nəyə nail olmayan Abbas Abbasov 2015-ci ildə Milli Şuranın bağlandığını və özünün də siyasətdən getdiyini elan etdi.

A.Abbasovun Azərbaycana qayıtmaq qadağası var və sabiq vitse-primyer 20 ilə yaxındır “qaçqın həyatı” yaşayır. Abbas Abbasovun oğlu sabiq deputat Aydın Abbasov da uzun illərdir ölkə kənarındadır. Onların bütün bizneslərini Türkiyə və Rusiyada qurduqları iddia olunur. Abbas Abbasov kimi təcrübəli şəxs “Ramiz Mehdiyev işi” üzrə təqsirləndirilən şəxs elan olunacağını əlbəttə ki, proqnozlaşdırıb. Ona görə Rusiyanın himayəsində daha təhlükəsiz olduğun zənn edən Abbasov bu şimal ölkəsindədir.

“Yeni Musavat” 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Fərid Əhmədov onu rəis təyin etdi - Foto
Bu gün, 11:00
"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
Bu gün, 10:52
Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Bu gün, 10:36
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
"44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50
Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47
İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35
Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31
Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27
Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
BMU tələbəsi magistratura imtahanında respublika ikincisi oldu - FOTO
Dünən, 17:53
İran Amerikaya təslim olmayacaq - Zərif
Dünən, 17:44
"Akyol İnternational"ın vergi borcu 200 mini keçdi
Dünən, 17:30
ADY bu qiyməti gizli saxlayıb - "Bəlkə də açıqlamağa utanırlar..."
Dünən, 17:26
Təhsil Nazirliyi köhnə “tanışı” ilə yenidən anlaşdı: - Bu dəfə 385 minə
Dünən, 17:24
Səudiyyə Ərəbistanı Əlixan Musayevi niyə geri qaytardı? – Quran oğrusuna Həcc qadağası qoyulub
Dünən, 17:19
ADY deponun tikinti layihəsini 5 milyona hazırlatdırmaq istəyir
Dünən, 17:17
Rusiya Kiyevi ələ keçirməyə hazırlaşır - Zelenski orduya əmr verdi
Dünən, 17:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru