İmişli Peşə Məktəbi elektrik enerjisindən istifadəyə görə yaranan borcların ödənilməsi məqsədilə növbəti satınalmasını reallaşdırıb. Təhsil müəssisəsi elektrik enerjisi xidmətinin haqqının ödənilməsi üçün "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ilə rəsmi müqavilə bağlayıb.
32gun.az yazır ki, tərəflər arasında razılaşdırılan müqavilənin ümumi məbləği 3.000 AZN təşkil edir.
Mətbuatda gedən iddialara görə, İmişli Peşə Məktəbinin direktoru Qalib Mirzəyev müəssisədə təhsil alan bəzi tələbələrin təqaüd kartlarını özündə saxlayaraq bankomatdan çıxarılan vəsaitləri mənimsəməkdə ittiham olunub. Yayılan xəbərlərdə maddi itkiyə məruz qalan və haqqını tələb edən tələbələrin məsələnin böyüməməsi üçün direktor tərəfindən təhsil müəssisəsindən uzaqlaşdırıldığı iddia edilir.









