MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? .....                     Tanınmış şair nazirdən nə xahiş edib? .....                     Plastik qabların satışına .....                     Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI .....                     “Sən bizə sağ lazımsan, Paşinyan...” .....                     Cənubi Qafqazda yeni və sərt reallıq: .....                     "Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları .....                     "Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" .....                     Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır .....                     Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI .....                     Fərid Əhmədov onu rəis təyin etdi .....                     "Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." .....                     Ermənilər ruslardan niyə döndü? .....                     “İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” .....                     2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? .....                     Təhsil eksperti ilə bağlı qərar verildi .....                     "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” .....                     Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı .....                     İkiüzlü siyasət və... .....                     Normadan artıq yağış... .....                     Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... .....                     Paşinyandan SON həmlə .....                     Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi .....                     "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                     Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                     Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                 

İcra orqanlarında ixtisar: Kadr ştatı optimallaşdırılacaq - NƏ BAŞ VERİR?
Tarix: 16-12-2025, 16:01 | Çap et

2026-cı ildən etibarən Azərbaycanın regionlarında və paytaxtda icra hakimiyyətlərinin mərkəzi aparatında, eləcə də icra nümayəndəliklərində ciddi ixtisarların olacağı deyilir. Məlumata görə, həm paytaxtda, eləcə də respublikanın rayonlarında icra hakimiyyətlərinin mərkəzi aparatları və yerli nümayəndəliklərində idarəetmənin daha çevik və səmərəli qurulması məqsədilə strukturun yenidən formalaşdırılması nəzərdə tutulur. Bu dəyişikliklərin hansı mərhələlərlə həyata keçiriləcəyi, ixtisarların hansı prinsiplər əsasında aparılacağı və prosesin sosial təsirləri əsas suallar sırasında yer alır. Xüsusilə struktur birləşmələri fonunda hansı kateqoriya əməkdaşların risk qrupunda olacağı da maraq doğuran məsələlərdəndir.

Mövzu ilə bağlı Modern.az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev struktur dəyişikliklərinin zəruri olduğunu qeyd edib. Onun sözlərinə görə, dövlət idarəçiliyi dəyişən çağırışlara uyğunlaşmalı, mütəmadi olaraq struktur dəyişiklikləri baş verməlidir. Ancaq əsas sual budur: bu dəyişikliklər idarəetməni doğrudan da yaxşılaşdıracaqmı, yoxsa sadəcə ştatların azaldılması ilə məhdudlaşacaq?

“Son illərin təcrübəsi göstərir ki, bəzi hallarda struktur islahatları real funksional təhlilə deyil, formal optimallaşdırmaya söykənir. Hətta optimallaşdırma adı altında aparılan dəyişikliklərin tam əks nəticələr verdiyi, yeni strukturların yaradıldığı və ştatların daha da artdığı hallarla da rastlaşmışıq. Bu isə dövlət üçün əlavə yük yaradır və qənaətlilik prinsipinə ziyan vurur.

Ona görə də struktur dəyişiklikləri aparılarkən bu məsələlərə xüsusi diqqət yetirilməlidir. Hər bir vəzifənin real funksiyası, icra yükü və zəruriliyi araşdırılmadan sadəcə struktur sxeminin dəyişdirilməsi yolverilməzdir. Bu, çox təhlükəli yanaşmadır. Nəticədə işlək mexanizmlər zəifləyə, problemli sahələr isə başqa adlar altında mövcudluğunu davam etdirə bilər”.

Hüquqşünas həmçinin vurğulayıb ki, digər ciddi məqam isə seçim meyarları ilə bağlıdır:

“Cəmiyyətdə ən çox maraq doğuran sual da məhz budur ki, kimlər qalacaq, kimlər gedəcək? Əgər bu proseslərdə peşəkarlıq, yerli idarəetmə təcrübəsi və vətəndaşlarla işləmək bacarığı əsas meyar olmayacaqsa, islahatların legitimliyi ciddi şəkildə sual altına düşəcək. Xüsusilə, regionlarda illərlə çalışan, yerli problemləri yaxşı bilən kadrların mexaniki şəkildə ixtisara salınması idarəetmədə real boşluqlar yarada bilər.

Bu səbəbdən proseslər ciddi monitorinq altında aparılmalı, ictimai rəy öyrənilməli və ictimaiyyətin iştirakı təmin olunmalıdır. Vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı həm ixtisarların aparılmasında, həm də kimlərin qalacağı, kimlərin gedəcəyi ilə bağlı qərarlarda mühüm rol oynaya bilər. İnsan faktoruna, işin necə və hansı formada icra edildiyinə diqqət yetirilməlidir”.

O, eyni zamanda əlavə edib ki, sözügedən məsələlərdə sosial aspekt də diqqətdən kənarda qalmamalıdır:

“Rayon icra hakimiyyətləri təkcə inzibati strukturlar deyil, eləcə də bölgələrdə sosial sabitliyin mühüm elementidir. Alternativsiz və düşünülməmiş ixtisarlar işsizliyin artmasına, yeni iqtisadi mühitin zəifləməsinə və dövlətlə vətəndaş arasında psixoloji məsafənin yaranmasına səbəb ola bilər. Buna görə ixtisarlar mütləq şəkildə yenidən yerləşdirmə, təlim və digər məşğulluq mexanizmləriylə müşayiət olunmalıdır.

Digər bir risk struktur birləşmələrinin yerli idarəetmədə həddindən artıq mərkəzləşməyə gətirib çıxarmasıdır. Əgər qərarvermə tam şəkildə mərkəzə cəmlənərsə, rayonların spesifik problemlərinin nəzərə alınması çətinləşəcək. Bu halda dövlətlə vətəndaş arasında birbaşa təmas da zəifləyir. Yerli səlahiyyətlər azaldılırsa, onların yerini tutacaq alternativ mexanizmlər cəmiyyətə aydın şəkildə təqdim olunmalıdır”.

Ə.Nuriyev onu da qeyd edib ki, bu prosesi nə həddindən artıq tərifləmək, nə də tamamilə rədd etmək doğrudur:

“İslahatlar qaçılmazdır, lakin onlar ölçülü-biçili, şəffaf meyarlarla aparılmalı və ən əsası, insan amili nəzərə alınmalıdır. Bu prinsiplər qorunarsa, struktur dəyişiklikləri doğrudan da, daha çevik, daha səmərəli və vətəndaşa yaxın idarəetmə modelinin formalaşmasına xidmət edə bilər. Əks halda isə proses uzunmüddətli nəticələrdən çox, qısa statistik göstəricilərlə yadda qala bilər”.

Hüquqşünas hesab edir ki, yerli icra hakimiyyəti strukturlarında köklü islahatlara ehtiyac var və bunun üçün konstitusion dəyişikliklər mühüm əhəmiyyət daşıyır:

“Yerli idarəetmənin səviyyəsi regional səviyyəyə qaldırılmalı, səlahiyyətlər daha geniş şəkildə yerli strukturlara verilməlidir. Bu, həm dövlətin yükünü azaldar, eyni zamanda da yerli vəzifəli şəxslərin məsuliyyətini artırar.

Bu istiqamətdə dəyişikliklərin zəruri olduğu artıq görünür və bununla bağlı müxtəlif siqnallar da mövcuddur. Prezidentin xüsusi səlahiyyətli nümayəndəlik institutunun tətbiqi idarəetmədə yeni formaların və yeni məzmunun formalaşdığını göstərir. Böyük ehtimalla, gələcək islahatlar da məhz bu istiqamətdə davam edəcək”,- deyə Ə.Nuriyev qeyd edib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Bu gün, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34
Cənubi Qafqazda yeni və sərt reallıq: - erməni revanşizminin əbədi dəfni
Bu gün, 11:33
"Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." - MÜRACİƏT!
Bu gün, 11:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -...ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri/FOTOFAKT
Bu gün, 11:21
"Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" - ŞƏRURDA NARAZILIQ!
Bu gün, 11:10
Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır - İNCƏLƏMƏ
Bu gün, 11:06
Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Fərid Əhmədov onu rəis təyin etdi - Foto
Bu gün, 11:00
"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
Bu gün, 10:52
Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Bu gün, 10:36
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
"44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50
Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47
İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35
Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31
Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27
Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru