Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                 

Azərbaycan nüfuzlu agentliklə əməkdaşlığı niyə dayandırdı... - ARAŞDIRMA
Tarix: 9-12-2025, 10:25 | Çap et

Azərbaycanın Maliyyə Nazirliyi “S&P Global Ratings” agentliyi ilə müqavilə əsasında əməkdaşlığı dayandırıb. Nazirliyin yaydığı məlumata görə, Azərbaycan beynəlxalq kapital bazarlarına çıxışın asanlaşdırılması, borclanma prosedurlarının tənzimlənməsi, beynəlxalq maliyyə dairələri tərəfindən ölkəmizə etimadın daha da gücləndirilməsi məqsədilə 2000-ci ildən etibarən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir: “Bu dövr ərzində aparıcı üç beynəlxalq reytinq agentliyi ("Fitch", “S&P Global Ratings”, “Moody’s”) ilə əməkdaşlıq həyata keçirilib, həm rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, həm də müqavilə öhdəlikləri olmadan (“unsolicited rating”) agentliklər tərəfindən ölkəmizin suveren kredit reytinqi qiymətləndirilib".

Nazirlik bildirir ki, beynəlxalq təcrübədə bu üç aparıcı beynəlxalq reytinq agentliyindən ikisi tərəfindən qiymətləndirmə geniş tətbiq edilən institusional təcrübədir. Bu təcrübədən çıxış edərək, Azərbaycan son 5 ildə ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsini iki agentlik (“Fitch”, “S&P Global Ratings”) vasitəsilə rəsmi müqavilə üzrə ödənişli əsaslarla, bir agentliklə isə (“Moody’s”) müqavilə öhdəlikləri olmadan, yəni Azərbaycan tərəfindən hər hansı ödəniş edilmədən həyata keçirib: “Bu dövr ərzində Azərbaycan iqtisadiyyatında müşahidə olunan fundamental və davamlı müsbət meyllər fonunda ölkənin kredit reytinqi artıb və 2024-cü ildə "Fitch Ratings", 2025-ci ildə isə “Moody’s Ratings” agentliyi tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəldilib. Belə ki, agentliklər tərəfindən “BBB-” və “Baa3" səviyyəsinə qaldırılan suveren reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq olaraq "stabil" və “müsbət” olaraq qiymətləndirilib. Hər iki reytinq agentliyi Azərbaycanın güclü fiskal və xarici mövqeyə malik olmasını, xarici valyuta aktivlərinin əhəmiyyətli artmasını, aşağı dövlət borcu və müsbət büdcə göstəricilərinin iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlılığını təmin etdiyini vurğulayıb.

Reytinq agentlikləri ilə əməkdaşlıq üzrə qeyd olunan beynəlxalq təcrübəyə uyğun olaraq, növbəti dövrdə də rəsmi müqavilə üzrə ödənişli əsaslarla yalnız iki agentliklə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub. Əldə olunmuş uğurlar və qarşılıqlı faydalı, effektiv əməkdaşlıq nəzərə alınaraq “Fitch Ratings” və “Moody’s Ratings” agentlikləri ilə imzalanan müqavilələr çərçivəsində ödənişli əsaslarla institusional əməkdaşlığın həyata keçirilməsi təmin olunub".

Maliyyə Nazirliyi hesab edir ki, iki agentliyin qiymətləndirilməsi beynəlxalq kapital bazarlarına çıxış və borclanma prosedurlarının tənzimlənməsi üçün kifayət edir. Buna görə də “S&P Global Ratings” agentliyi ilə əməkdaşlığın müqavilə öhdəliklərindən kənar davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “S&P Global Ratings” bir gün əvvəl Azərbaycanla bağlı reytinq qərarını açıqlayıb. Qərara əsasən Azərbaycanın uzun və qısa müddətli xarici və yerli valyutada suveren kredit reytinqləri “BB+/B” səviyyəsində təsdiqlənib və ölkə üzrə proqnoz “sabit”dən “müsbət”ə yüksəldilib. Bununla belə, agentlik elan edib ki, daha sonra reytinqlər emitentin - Azərbaycan hökumətinin - müraciəti əsasında geri götürülüb.

Agentliyin məlumatına əsasən, proqnozun yaxşılaşdırılması Azərbaycanla Ermənistan arasında gərginliyin azalması, davamlı deskalasiya, sülh razılaşmasına doğru irəliləyiş və hər iki ölkədə 2026-cı il büdcəsində müdafiə xərclərinin azaldılması ilə bağlı gözləntiləri əks etdirib. "S&P" qeyd edir ki, bu amillər münaqişə risklərini azaldır və davamlı olduğu halda investor etimadını artıraraq ortamüddətli iqtisadi artımı dəstəkləyə bilər.

Agentliyə görə, Azərbaycanda iqtisadi artım 2029-cu ilə kimi 2 faiz ətrafında olacaq. Ölkənin real iqtisadi artımı yaxın iki ildə əvvəlki dövrlərlə müqayisədə daha zəif olacaq: 2024-cü ildə 4,1 faiz təşkil edən real iqtisadi artımın 2025-ci ildə 1,8 faizə, 2026-cı ildə isə 1,7 faizə enəcəyi, 2027-ci ildə 2,0 faizə, 2028-ci ildə isə 2,1 faizə qədər tədricən yüksələcəyi gözlənilir.

"S&P" bunu neft sektorunun iqtisadiyyata töhfəsinin getdikcə azalması ilə izah edir: “2025-ci ilin ilk 10 ayında neft hasilatı 4,6 faiz azalaraq gündəlik təxminən 556 min barel səviyyəsinə düşüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 27 min barel azalma deməkdir. Təbii qaz hasilatı 1,7 faiz artaraq neft ekvivalenti ilə gündə təxminən 849 min barrel olub (cəmi 14 min barel ekvivalent artım).

Bu isə göstərir ki, qaz hasilatındakı mülayim artım neft hasilatındakı daha kəskin azalmanı kompensasiya etmir. Nəticə etibarilə, ümumi karbohidrogen fəaliyyəti mənfi zonada qalır. Bu tendensiyaların davam edəcəyi gözlənilir. “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq kompleksinin istismarı davam etdikcə, 2026-cı ildə neft hasilatının bir qədər də azalması ehtimal olunur.

Xarici operatorların əlavə sərmayələri azalma tempini zəiflətməkdədir, lakin prosesi tam dayandırmır. Qaz hasilatının isə ortamüddətli pik səviyyəsinə yaxın olduğu və onilliyin sonuna qədər əlavə həcmlərin məhdud olacağı üçün ümumilikdə sabit qalacağı proqnozlaşdırılır".

Qeyd edilib ki, neft sektorunun artıma töhfəsi zəifləsə də, iqtisadiyyatda diversifikasiya tədricən irəliləyir. Bu səbəbdən "S&P" real ÜDM artımının 2026-cı ildə təxminən 1,7 faiz, növbəti bir neçə ildə isə nisbətən zəif olacağını gözləyir: “Uzun müddətdə Abşeron yatağının növbəti mərhələsi, AÇG-nin dərin qaz layihəsi, eləcə də Ümid, Babək və Qarabağ yataqlarının işlənməsi kimi bir neçə upstream layihə qaz hasilatını dəstəkləyə bilər, lakin onların hamısı hələ ilkin planlaşdırma mərhələsindədir və reallaşması illər tələb edəcək”.

"S&P"nin proqnozuna əsasən, Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2025-2028-ci illərdə orta hesabla ÜDM-in 3 faizi səviyyəsində qalacaq: “2028-ci ildə karbohidrogen hasilatının sabitləşməsi və idxal tələbinin investisiya ehtiyacları ilə birlikdə artması fonunda kiçik bir defisitin formalaşması mümkündür”.

Agentlik ekspertlərinə görə, ortamüddətli dövrdə manatın dollar qarşısında məzənnəsi dəyişməyəcək: “Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəsində sabit saxlanmasını davam etdirəcək”.

Bildirilir ki, Mərkəzi Bankın mütəmadi valyuta intervensiyaları və güclü ehtiyat mövqeyi bu prosesi dəstəkləyir. 2025-ci il 31 oktyabr tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 11,4 mlrd dollara yüksəlib (təxminən dörd aylıq cari ödənişlərə bərabərdir) və bu, proqnozlaşdırılan neft qiymətləri fonunda əhəmiyyətli bufer yaradır. Bununla belə, iqtisadiyyatın karbohidrogen gəlirlərindən yüksək asılılığı səbəbindən uzunmüddətli zəif neft qiymətləri halında ehtiyatların qorunması üçün məzənnənin idarəolunan dəyişikliyi istisna edilmir.

Mövcud məzənnə rejimi inflyasiyanı sabitləşdirir, lakin Mərkəzi Bankın monetar siyasət imkanlarını məhdudlaşdırır: “Pandemiyadan əvvəl 55 faiz olan depozit dollarlaşması hazırda 29 faizə düşüb, bu da manat depozitlərinə daha yüksək faizlər və məzənnə sabitliyi ilə izah olunur. Yenə də dollarlaşma etibara həssas olaraq qalır və valyuta təzyiqi yaranarsa, əhalinin xarici valyutaya sürətli keçidi mümkündür”.

Qurum habelə 2025-2028-ci illərdə Azərbaycanda orta illik inflyasiyanın azalacağını proqnozlaşdırır. Proqnozlara əsasən, Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 faizdən 2025-ci ildə 5,7 faizə qədər artacaq, lakin 2026-cı ildə 4,7 faizə, 2027-ci ildə 4,4 faizə və 2028-ci ildə 4 faizə qədər azalacaq.

Azərbaycanın “S&P Global Ratings”lə əməkdaşlığı dayandırmasını şərh edən iqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, son on ildə reytinq agentliklərinin fəaliyyəti ilə bağlı kifayət qədər həm manipulyativ fikirlər, həm də bəzən haqlı iradlar səsləndirilir: “Burada digər bir formalaşmaqda olan tendensiya ondan ibarətdir ki, hökumətlər bu və ya digər formada reytinq agentliklərinin qəbul etdikləri qərarlara təsir göstərmək istəyirlər. Müşahidələr göstərir ki, hər region ölkələri, həm məsələn, Türkiyə kimi böyük dövlətlər, həm digər regionların ölkələri onların reytinqlərinə dair neqativ qərarlar qəbul edən agentliklərə qarşı kəskin etirazlar qəbul edir, onları tənqid edirlər. Nə vaxt ki, qərarlar hökumətlərin istəklərinə uyğun, yəni pozitiv olur, onda həmin qərarı həm yerli, həm də beynəlxalq arenada xüsusi təqdim edirlər.

Eyni zamanda qeyd etməyə dəyər ki, bazarlar uğrunda rəqabət fonunda bir sıra agentliklər də öz obyektiv mövqelərini qoruyub saxlaya bilmədilər: reytinq qərarları bir sıra hallarda siyasi və subyektiv çalarlarla müşayiət olunduğuna görə onların müəyyən reputasiya itkisinə gətirib çıxardı.

Amma onu da qeyd etmək lazımdır ki, "Fitch", "Moody’s", “S&P Global Ratings” kimi agentliklər dünyada təxminən eyni reputasiyaya malikdilər. Düşünürəm ki, hər hansı agentlik reytinq yüksəldilməsi qərarını gecikdirirsə, yaxud vermirsə, onunla əməkdaşlığın dayandırılması heç də yaxşı təcrübə, arzuolunan hal deyil. Bu addım hökumətin agentliklərə münasibətdə manipulyasiyası hesab oluna bilər. Belə addımlar gələcəkdə beynəlxalq agentliklərin qərarları, rəyləri ilə reallıq arasında fərqlərin yaranmasına gətirib çıxara bilər. Bu isə kifayət qədər mənfi tendensiyadır. Çünki belə agentliklərin obyektiv qiymətləndirmələri bir çox məqamlarda hökumətlərin ciddi səhvləri vaxtında görərək, onları aradan qaldırmaları üçün əlverişli mühit yaradır. Obyektiv olmayan qiymətləndirmə isə problemləri vaxtında görmək imkanını istisna edir. Ümid edirəm ki, Azərbaycanın "S&P Global Ratings" ilə rəsmi müqavilə əsasında əməkdaşlığı dayandırması məhz reytinqdə yaxşılaşma olmaması, bunun gec olması ilə bağlı deyil".

Ekspertə görə, “S&P Global Ratings”in Moody’s-lə əvəz olunması, “S&P Global Ratings” ilə rəsmi müqavilə ilə əməkdaşlıq edilməməsi ciddi birbaşa risklər formalaşdırmır: “Burada indiki halda ciddi birbaşa risklər görünmür. Amma bayaq qeyd etdiyim dolayı risklər həmişə var və onlar arzuolunmayan nəticələrə səbəb ola bilər”.

Dünya SAKİT,
“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Dünən, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Dünən, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Dünən, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru