Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                 

Oliqarx oğlunun qalmaqalı yeni mərhələdə - TƏFƏRRÜAT
Tarix: 9-12-2025, 09:33 | Çap et

Azərbaycan Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti Mikayıl İsmayılov və oğlu Orxan İsmayılzadə ilə bağlı qalmaqal yeni mərhələyə keçib. Musavat.com xəbər verir ki, Azərbaycan vətəndaşı Fidan Abbasova Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edərək, uzun illər davam edən hüquq mübarizəsini və məhkəmə çətinliklərini detallı şəkildə təqdim edib.

Fidan Abbasova qeyd edir ki, o, 2012-2017-ci illər ərzində Orxan İsmayılzadə ilə faktiki ailə münasibətlərində yaşayıb. Bu münasibətdən onların Nil adlı qız övladı dünyaya gəlib.

“Hər kəs bizi ailə kimi tanıyırdı”, - deyə o bildirir. Müraciətdə qeyd olunur ki, bu illər ərzində həm yaxın ətraf, həm də Orxan İsmayılzadənin atası Mikayıl İsmayılov onları ailə kimi qəbul edib, hətta Fidanı gəlini, Nil adlı qızcığazı isə nəvəsi kimi tanıdığını göstərən çoxsaylı foto və videogörüntülər mövcuddur.

Lakin Fidan Abbasovanın dediyinə görə, münasibətlər qısa müddət ərzində kəskin şəkildə pozulub. Səbəb isə daha bir övladın dünyaya gələcəyi xəbəri olub. Müraciətdə qeyd edilir ki, Mikayıl İsmayılov və Orxan İsmayılzadənin təzyiqi altında ikinci hamiləlik məcburi şəkildə sonlandırılıb. Bu hadisədən sonra tərəflər arasında münasibət tam qırılıb.

Fidan Abbasova qızının hüquqlarını qorumaq üçün Sabunçu Rayon Məhkəməsinə “atalığın müəyyən edilməsi” tələbi ilə müraciət edib. Lakin aldadılıb: “Məni notariusa aparıb aldatma yolu ilə iddiadan imtina ərizəsini imzalatdırdılar. Mən heç vaxt məhkəmədən imtina etməmişdim”.

Bu epizodla bağlı Bakı Şəhər Baş Polis İdarəsində araşdırma aparıldığı bildirilir.

Məhkəmə prosesi yenidən başlanandan sonra Sabunçu Rayon Məhkəməsi 4 dəfə DNT ekspertizası təyin edib. Hər dəfə Orxan İsmayılzadə və vəkilinə rəsmi bildiriş göndərilsə də, Orxan ekspertizadan yayınaraq iştirak etməyib. Nəticədə məhkəmə Fidan Abbasovanın iddiasını təmin edib, Nilin atasının Orxan İsmayılzadə olması məhkəmə qərarı əsasında tanınıb, müvafiq olaraq azyaşlının sənədlərində atası qrafasında Orxan, soyadı qrafasında isə İsmayılzadə sözləri yazılıb.

Orxan İsmayılzadə qərardan apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi iş üzrə 5-ci ekspertizanın keçirilməsinə qərar verib. Lakin şikayətçi bildirir ki, bu dəfə də Orxan İsmayılzadə prosesə qatılmayıb və məhkəmə ikinci instansiyada da iddiaçı Fidan Abbasovanın xeyrinə qərar çıxarıb.

Fidan Abbasovanın müraciətində ən kəskin ittihamlardan biri Orxan İsmayılzadənin vəkili Şaiq Mirzəyevə yönəlib. O iddia edir ki, vəkil əvvəlcə ona iddiadan imtina etməsi üçün pul təklif edib, daha sonra isə açıq hədə-qorxu gəlib: “Dedi ki, Ali Məhkəmədə iş sizin xeyrinizə bitməyəcək”.

Fidan Abbasovanın sözlərinə görə, elə belə də olub. Orxan İsmayılzadənin kasasiya şikayəti əsasında Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin onun xeyrinə olan qərarını ləğv edib. Səbəb kimi guya ekspertiza barədə bildirişin cavabdeh tərəfə çatdırılmaması göstərilib.

Fidan Abbasova isə bildirir ki, bütün bildirişlər iş materiallarında var, üstəlik, ekspertizanın birində onların iştirakı da olub: “5 dəfə ekspertiza təyin edilib, 5-də də Orxan iştirak etməyib. Buna baxmayaraq, Ali Məhkəmə qərarı ləğv etdi. Bu qərarın arxasında nə dayanır - bu da qaranlıqdır”.

Hazırda iş Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinovun icraatındadır.

Şikayətçi qeyd edir ki, Mikayıl İsmayılov və Orxan İsmayılzadə prosesin bilərəkdən uzadılacağını açıq şəkildə etiraf edirlər: “Deyirlər ki, məsuliyyətdən yayındırmaq üçün nə lazımdırsa edəcəklər”.

Fidan Abbasova bildirir ki, bütün bu proses bir ana və azyaşlı uşağın hüquqlarını tapdayır və artıq dözümlü olmaq mümkün deyil.

O, Prezident Administrasiyasına ünvanladığı müraciətdə işin əsassız uzadılmasının dayandırılması; atalığın müəyyən edilməsi barədə işin qanuni, ədalətli araşdırılması; qızının hüquqlarının təmin edilməsini istəyir.

Yazıda adıçəkilən şəxsləri dinləməyə hazırıq.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Dünən, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Dünən, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Dünən, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Dünən, 12:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru