Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                 

Məhsəti Gəncəvi kişi olub? – 16 inanılmaz məqam üzə çıxdı
Tarix: 7-12-2025, 12:26 | Çap et

Tanınmış jurnalist Yadigar Cəfərli son müzakirələr fonunda Məhsəti Gəncəvi haqqında 16 maraqlı məqamı bölüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

“Filmi görmədiyimdən bu barədə nəsə deyə bilmirəm. Bununla belə, getdikcə daha dərindən əmin oluram ki, istənilən filmin də, başqa hər hansısa işin də bir ayağı mütləq elmi həqiqət və dəlillərə söykənməlidir. Bunlar isə kitabxanalardadır”, – o bildirib.

Jurnalist akademik Rafael Hüseynovun 1989-cu ildə çapdan çıxmış “Məhsəti necə varsa” kitabına istinad edərək məlumatları yazıb.

Həmin 16 məqamı təqdim edirik:

1.Məhsəti haqqında bildiyimiz məlumatların çoxu XII əsrə aid edilən “Məhsəti və Əmir Əhməd” dastanındandır.

2.Məhsəti barədə ilk təzkirə məlumatı Həmdullah Qəzvininin 1330-cu ildə qələmə aldığı “Tarixe-qozide” əsərindədir. Müəllif burada şairə haqqında ötəri yazıb. Onun yaxşı rübailərinin olduğunu qeyd edib.

3.Məhsəti Tacəddin Əhməd ibn Xətibi Gəncə adlı adama ərə gedibmiş. Həmdullah Qəzvini şairənin ərinin Sultan Mahmud Qəznəvi ilə eyni dövrdə yaşadığını, yaxşı şeirlər qoşduğunu, arada xanımı ilə deyişdiyini də yazıb. Amma sonralar tədqiqatçılar, Həmdullah Qəzvinini səhv çıxarıblar. Elmi rəylərə görə, şairənin eyni dövrdə yaşadığı bu Sultan Mahmud tamam ayrı Sultan Mahmuddur. Yəni, Firdovsiyə “Şahnamə”ni yazdırıb axırda kişinin qonorarını vermək işini dəbbələyən padşah deyil. Sultan Mahmud ibn Sultan Məhəmməd ibn Məlikşahdır. Daha bu Sultan Mahmud ibn Sultan Məhəmməd ibn Məlikşah özü kimmiş, nə gizlədim, bilmirəm.

4.Məhsəti nə vaxt anadan olub, nə vaxt dünyadan köçüb bəlli deyil. Bununla belə bəzi tarixi faktların tutuşdurulma-müqayisəsi doğum ili kimi izləri təxminən 1089-cu ilə aparır. Uzun bir ömür yaşayıb. Hardasa yetmişi aşırıb. Ahıl yaşlarında da saraya gedib-gəlirmiş və ona yüksək ehtiram göstərirmişlər.

5.A.Russo soyadlı bir alimin fərziyyəsinə görə, Məhsəti qadın yox, kişiymiş. Maraqlıdır ki, Məhsətinin “dvoyniki” də varmış. Məşhur şərqşünas Y.E.Bertels isə hesab edirmiş ki, Məhsəti təxəllüslü şairə ümumən olmayıb, ona, tarixi şəxsiyyət yox, mifik varlıq kimi yanaşmaq lazımdır.

6.Məhsəti tarixi şəxsiyyət kimi həqiqətən yaşayıbsa, sənəti dəbirlikmiş. Yəni sarayın ümumi şöbəsinin işçisi kimi əsasən kargüzarlıq, sənədlərin üzünün köçürülməsi, yeri düşəndə “buxalter”liklə məşğul olub halal çörəkpulunu qazanırmış. Buna görə ləqəbi də Dəbirmiş, əsl adı isə Mənicə. Yozumlara görə ona verilmiş Məhsəti təxəllüsü “Böyük xanım”, ya da “Ay üzlü xanım” mənası verir.

7.Yazdığı erotik şeirlərə rəğmən Məhsəti əxlaqsız qadın olmayıb. Onunla eyni vaxtda yaşamış Fəridəddin Əttar hətta onu “Pak Məshəti” adlandırırdı. Şairənin şəhərin cavan oğlanlarına açıq-saçıq misralar qoşması isə o dövrün şəhər mədəniyyətinin mühüm parçası olan şəhraşub şeir janrının mahiyyətindən gəlir. Yənu Anadolu türkləri demiş, bunlar hamısı xəyal ürünüdür, Məhsətinin bu yazdığı fantaziyaların hamısını özünün də yaşamasına qətiyyən dəlalət eləmir.

8.Məhsəti indiyə qədər tanıdığımız ilk qadın şahmatçımızdır. Dastana əsaslansaq, şahmatdan başqa musiqi təhsili də almışdı. Muğamı bilir, çəng, ud və bərbətdə ifanı bacarırdı.

9.Ömər Xəyyamın adına çıxılan təxminən 250-ə qədər rübai əslində Məhsətiyə aiddir. Amma hansılardır, ayırd etmək müşküldür.

10.Məhsəti “Divanı”nın ən mükəmməl nəşri ötən əsrin 60-cı illərinə aid Frits Meyer nəşri sayılır, orada 258 rübai və 21 poetik parça cəmləşib.

11.Qədim Elladadan çıxmış məşhur şairə Sapfo ilə Məhsətinin həm şəxsiyyəti, həm yaradıcılığı, həm də haqqında qoşulmuş əfsanələr, rəvayətlər, söyləmlər arasında çox qəribə yüzdəyüz bənzərliklər görünür.

12.“Məhsəti və Əmir Əhməd” dastanında Məhsətinin məzarının Nizaminin məqbərəsinin yanında olması barədə qeyd var. 1923-cü ildə aparılmış qazıntı zamanı Nizaminin qəbrinin yanında həqiqətən bir qadın qəbri tapılıb. Bu qadın qəbri kimindir, hələ də bilinmir.

13.Əgər indiyədək dağıtmayıblarsa, Əfqanıstanın Taşqorqan adlı yerində Məhsətinin adını daşıyan qız məktəbi var.

14.Şairənin hamıya tanış olan məşhur rəsmini xalq rəssamı Güllü Mustafayeva (1919-1994) 1947-ci ildə çəkib.

15.Mərhum Hüseyn Cavidin fitri istedadlı oğlu Ərtoğrul Cavid Məhsəti haqqında opera yazırmış, ölüm imkan verməyib, yarımçıq qalıb.

16.“Məhsəti və Əmir Əhməd dastanının bizə gəlib çatmış XV əsr nüsxəsindən maraqlı bir məqam: Məhsəti doğulanda atası falabaxan gətirib tas qurdurur, qızının gələcək taleyini öyrənmək istəyir. Falçı baxıb deyir ki, kişi, qızın bədbəxt oldu getdi, bu, böyüyüb şairə olacaq.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı filminin Bakı Film Festivalında nümayişinə razılıq verməyib. Rəsmi açıqlamada bildirilib ki, filmdə Məhsəti Gəncəvinin obrazı təhrif olunur, etik-normativ çərçivələr pozulur və şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilir. Sözügedən filmin rejissoru və ssenari müəllifi sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaradır.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru