Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib .....                     “Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı .....                     Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir .....                     İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” .....                     WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... .....                     Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: .....                     Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... .....                     Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR .....                     “Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib .....                     SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? .....                     Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ .....                     Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir .....                     Qarabağda işçilər pullarını ALA BİLMİR .....                     Suraxanıda dövlətin qanunları İŞLƏMİR .....                     Nigar Rüfəti himayə edən kimdir? .....                     "Kupça"sız evlərlə bağlı TƏKLİF .....                     “Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                 

"Mən Ramiz Mehdiyevin köməkçisi olmamışam" - Otağında Ramiz Mehdiyevin kitabı olan Azər Əmiraslanov elə şeylər deyir ki...
Tarix: 6-12-2025, 10:21 | Çap et

Milli Məclis 2026-cı ilin büdcə zərfinə aid olan sənədləri iki oxunuşda müzakirəyə çıxararaq qəbul etdi. Bu gün çoxlarını maraqlandıran budur ki, gələn həftə qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi gözlənilir. Hökumət deputatların qaldırdığı məsələləri nə dərəcədə nəzərə alacaq, büdcə layihəsində əsaslı dəyişikliklər olacaqmı? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bununla bağlı “Yeni Müsavat”a danışdı. Komitə sədri söhbətin gedişində Administrasiyanın sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı suaları cavablandırdı. Yeri gəlmişkən, mediada və sosial şəbəkədə yayılan bəzi iddialara Azər bəyin münasibətini öyrəndik, komitə sədri ətraflı şəkildə suallarımızı cavablandırdı.

- Azər bəy, 2026-cı ilin dövlət büdcəsi iki oxunuşda qəbul olundu. Üçüncü oxunuşa qədər büdcə zərfində ciddi dəyişikliklər gözləniləndirmi?

- Deputatlar tərəfindən qaldırılan müəyyən məsələlər əsasən nəzərə alınır. Amma ümumi şəkildə qeyd etməliyik ki, büdcədə həm də əsaslı şəkildə investisiya vəsaitlərinin qoyuluşu nəzərdə tutulub. Mümkündür ki, gələcəkdə investisiya xərcləri daxilində regionların problemləri ilə bağlı məsələlər nəzərə alınacaq. Amma istənilən halda bütün məsələlər növbəti plenar iclasda açıqlanacaq və mən həmin çıxışı təqdim edəcəyəm. Hələlik biz komitə olaraq toplanmalıyıq və bu məsələlərə baxmalıyıq, komitənin qərarını təqdim etməliyik. Hələ açıqlanmalı elə bir məsələ yoxdur.

- Sosial şəbəkələrdə, mediada ayrı-ayrı vətəndaşların maaş, təqüdlərin artırılması, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı gözləntilərini izləməkdəyik. Gözləntisi olan vətəndaşlara nə deyə bilərsiniz: yanvardan etibarən hansısa artımlar olacaqmı, xüsusilə də qiymət artımlarının davam etməsi şəraitində?

- Həm 1-ci, həm də 2-ci oxunuşda büdcə ilə bağlı məlumat verilib. Qeyd olunub ki, dövlət büdcəmiz hər şeydən əvvəl sosialyönümlüdür. Yəni sosial xərclərin büdcə strukturundakı yüksək payı 41 faizdir, bu, artıq hər şeyi deyir. İkinci tərəfdən, bir məsələni nəzərə almaq lazımdır ki, on illiklərlə Azərbaycanda dövlət siyasəti iqtisadi siyasətlə sosial siyasətin uzlaşdırılmasından ibarət olub. Hər zaman sosial məsələlərə diqqət göstərilib və qarşıdakı illər ərzində də dövlət tərəfindən rifah yönümlü, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində təşəbbüslər olacaq, konkret addımlar atılacaq. Yəni il ərzində cənab Prezident tərəfindən bu istiqamətdə bir qayda olaraq hər zaman müvafiq qərarlar və fərmanlar verilir. Bu gün bizdə həm sosial təminat, sosial müdafiə istiqamətində artımlar da nəzərdə tutulur, büdcənin icrasının gedişində və imkanlar yarandığı halda da bilavasitə müvafiq sosial xarakterli layihələr də həyata keçirilir. Yəni dövlətimizin iqtisadi imkanları genişlənir, qarşıdakı dövrdə yeni perspektivlər açılmaqdadır, ölkəmizin tranzit imkanları genişlənir. Biz görürük ki, artıq büdcəmiz qeyri-neft gəlirləri hesabına öz payını artırmaqdadır, qeyri-neft sektorunun payı 57 faizə gəlib çatıb. İqtisadiyyatda qeyri-neft sektorunun payı artıq 76 faizdir, növbəti illərdə 80 faizə çatacaq. Yəni bu, ciddi keyfiyyət dəyişiklikləri, iqtisadiyyatımızın gücünün artmasıdır. İqtisadiyyatın gücü artdıqca, bu, özünü həyat səviyyəsində də, sosial siyasətin gücləndirilməsində də göstərir. Bir sözlə, qarşıdakı dövr iqtisadiyyatımızın daha da güclənməsidir. Təkcə iqtisadiyyatımızın güclənməsi yox, həmçinin Azərbaycan iqtisadiyyatının regionda güclənməsi prosesi gedir, bununla bağlı dövlət başçısının çıxışları, açıqlamaları hər birimizə məlumdur. Ona görə də nəzərə almalıyıq ki, bir tərəfdən iqtisadiyyat, bir tərəfdən həyat səviyyəsi, digər tərəfdən Böyük Qayıdış Proqramının icra olunması və buna paralel olaraq dövlətimizin təhlükəsizliyinin təmin edilməsi, bütün bu taleyüklü strateji vəzifələr qarşıdakı il ərzində üst-üstə düşən paralel icra olunmalı məsələlərdir. Vətəndaşlarımız da, biz millət vəkilləri də Azərbaycanın yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu nəzərə alırıq.

- Azər bəy, bu günlərdə Ramiz Mehdiyev və ətrafında baş verənlərlə bağlı istintaq gedir, sözügedən məsələ ölkənin əsas müzakirə mövzularından biridir. Yəqin sizin də bu məsələlərə münasibətiniz var. Yeri gəlmişkən, siz müsahibə verərkən arxa fonda Ramiz Mehdiyevin müəllifi olduğu kitabın rəfdə görünməsi də birmənalı qarşılanmayıb. Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, Ramiz Mehdiyevlə münasibətiniz necə olub və əlaqələriniz hansı səviyyədə idi?

- Gəlin bir məsələni düzgün qeyd edək. Əgər söhbət videomaterialdan gedirsə, o, bir ilin videolenti deyil. O 2018-ci ildə hazırlanmış videodur. Səhv etmirəmsə, onun 80 illik yubileyi ərəfəsi idi. Mən Prezident Administrasiyasında şöbə müdiri işləmişəm. Cənab Prezidentin köməkçisi olmuşam, Ramiz Mehdiyevin köməkçisi olmamışam. Mən Prezidentin Administrasiyasının məsul əməkdaşı olmuşam, Ramiz Mehdiyevin Administrasiyasının əməkdaşı olmamışam. Həmin videoda da qeyd edilən fikir bundan ibarət olub ki, Azərbaycanda dövlətçiliyin qorunması ənənəsinin yaranması Ulu Öndərlə bağlıdır. Həmin videoda qeyd olunub ki, yeni mərhələdə dövlətimizin güclənməsi, dövlətimizin gücünün artırılması Prezident İlham Əliyevin adı ilə bağlıdır. Həmin videoda qeyd olunub ki, biz hər addımda Ulu Öndərin irsinə istinad edirik və dünən olduğu kimi, bu gün də Azərbaycan dövləti güclüdür. Azərbaycan dövlətinin gücünü nəzərə almayan, dövlətə qarşı çıxan istənilən avantürist ideyalar, təbii ki, məğlubiyyətə məhkumdur. Bir şeyi də xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda həmişə komandada vahidlik olub, dövlət qulluğu prinsipləri olub və bu prinsiplər hər daim nəzərə alınıb. Biz cənab Prezidentin komandasıyıq və bu gün dövlətə qarşı kim çıxırsa - dövlətimizin ədalətinə biz inanırıq - bizim xüsusi dövlət qurumlarının, təhlükəsizlik qurumlarının peşəkarlığına, dövlət təəssübkeşliyinə inanırıq. Hesab edirik ki, bu gün taleyüklü bir mərhələdə Azərbaycanın ən həssas bir mərhələsində dövlətə qarşı çıxmaq ən böyük xəyanətdir. Təbii ki, ötən on illərdə olduğu kimi, dövlətimizin əsaslarının kövrək olduğu bir vaxtda dövləti qorumaq ənənəsini biz yaratmışıqsa, Ulu Öndərin müdriklik, rəhbərliyi ilə bu gün də, sabah da dövlətimiz dövlətçiliyi də, dövləti də qorumaq ənənəsini davam etdirəcək. Bunu hər kəs nəzərə almalı, dərk etməlidir, tək bu gün üçün yox, həm də sabah üçün.

- Azər bəy, Siz o zaman Ramiz Mehdiyevin indi ortaya çıxan əməllərini müşahidə edirdinizmi? Təmaslarınızda Administrasiya rəhbəri haqqında hansı qənaətə gəlirdiniz?

- Biz Administrasiyanın işçiləri olmuşuq. O zaman Ramiz Mehdiyev Administrasiyanın işini təşkil edirdi. Həmin dövrdə biz, təbii ki, onu dövlət qurumunun rəhbəri, yəni Administrasiya rəhbəri kimi müşahidə etmişik. O dövrdə hər hansı müşahidənin olduğu fikrini deyə bilmərəm. Çünki elə bir şey olsaydı, nəinki mən, orada dövlətini, Vətənini sevən digər həmkarlarımız, şöbə müdirləri, Prezidentin köməkçiləri olub. O bir mərhələ idi. Mənim həyatımın ən şərəfli, ən qürurverici mərhələsi, dövrü olub ki, mən Prezidentin Administrasiyasının əməkdaşı olmuşam, orda müəyyən töhfə verməyə çalışmışam, Prezidentimizin tapşırıqlarının icrasında yaxından iştirak etmişəm. Mən işimi hər zaman vicdanla yerinə yetirmişəm, əməlimdə hər zaman dövlət, dövlətçilik niyyəti olub. Kimsə əgər bizim siyasi mövqeyimiz, əqidəmizə şübhə edirsə, özünü əziyyətə salmasın. Biz bu illər ərzində əməlimizlə Prezidentimizə xidmətimizi göstərmişik. Kimlərsə bu cür ucuz spekulyasiyalara yer verməsin. Məni bilən də, tanıyan da yaxşı tanıyır, bilir. Ona görə də bu cür çamuratma əməliyyatlarına gərək yoxdur. Digər tərəfdən, bunu tirajlayanlar hər halda vicdanla yanaşsınlar. Necə olur ki, mənim saçıma düşən dən orda görünmür? Ən azı 10 ilin fərqi var, onu niyə son bir ilin videosu kimi təqdim edirlər. Məqsəd nədir? 10 il bundan əvvəlki videonu son bir ilin videosu kimi təqdim etməyin adı nədir? Digər tərəfdən, Administrasiyada dövlət qulluqçusu, şöbə müdiri kimi nələr olub, kimin mənə hansı haqsızlığı olub, hansı ədalətsizliyi olub, onu bilən də bilir, görən də görüb. Ona görə mən başqa bir şərh vermək istəmirəm. Belə yazı-pozuları, ittihamları da qəbul etmirəm. Sadəcə olaraq belə məsələlərə görə acı təəssüf hissi keçirirəm. Əsasən də ən çox pərişanlıq onadır ki, vaxtilə bu şeyləri görmək, müşahidə etmək olduqca çox dərin acı təəssüf hissi doğurur. Bizdən sonra gələcək xüsusən gənc dövlət qulluqçuları üçün daha yaxşı nümunələr olmalıdır. Onlar gələcəkdə bu cür pərişanlığı yaşamamalıdırlar.

- Həmin kitab haqqında da məlumat versəniz, yaxşı olar. Maraqlıdır, Ramiz Mehdiyevin həmin kitabını oxmusunuzmu, yoxsa sadəcə kitab rəfində qoymuşdunuz? İmzası ilə özəl olaraq təqdim olunmuşdu?

- Həmin dövrdə çoxlu sayda kitablar buraxılırdı və həmin kitablar bütün dövlət orqanlarına, məmurlara paylanırdı. Yəni nəinki Administrasiyanın işçilərinə, bütün dövlət orqanlarına, kitabxanalara. Bu da həmin kitablardan biri olub. Administrasiyanın əməkdaşları olaraq bizim Prezidentin Administrasiyasının nəinki rəhbəri, bütün əməkdaşlarına sayğımız sonsuz olub. O baxımdan ki, məhz Prezidentin Administrasiyasından söhbət gedir. O Administrasiya Ramiz Mehdiyevin Administrasiyası olmayıb, Prezidentin, dövlət başçısının Administrasiyası olub. Biz də dövlət qulluğu etikasını əsas götürmüşük, dövlət qulluğu prinsipindən çıxış etmişik. Oxumağa qalsa, xeyir, nə oxumamışam, nə ona mənim vaxtım olmayıb. Cənab Prezidentin kifayət qədər tapşırıqları olub.

- Nədən bəhs edirdi?

- Vallah, inandırım sizi, əslində videoya düşən mənim kitab rəfimin hissəsi deyildi. Sadəcə olaraq oradakı texniki olan hissədir. Kitab rəfi tamam başqa guşədədir, onu da göstərməyiblər. Mən istənilən halda o videonu nümayiş etdirən kimdirsə, ona təşəkkürümü bildirirəm ki, o videonun özündə də dövlətimizə, Prezidentimizə, Ulu Öndərə münasibətimizi bir daha nümayiş etdirmişik. Bir daha onu qeyd etmək istərdik ki, istənilən bir qüvvə olsun, istər radikal müxalifət, istər Əli Kərimlinin cinahı, digər siyasi qüvvələr olsun, hər kəsin anlamalı olduğu bir şey var: dövlətimizin dayaqlarının ən kövrək olduğu illərdə, 90-cı illərin ortalarında əgər Azərbaycan dövləti öz gücünü, qüdrətini ortaya qoyubsa və heç kim bu dövlətə hansısa bir şəkildə təzyiq göstərə bilməyibsə, güc, əzələ nümayiş etdirə bilməyibsə, bu gün dövlətimizin gücləndiyi və daha da güclənəcəyi dövrdə bu cür avantüralara heç kim düşməsin! Nə bu gün düşməsin, nə də sabah! Azərbaycan təkcə regionumuzda yox, bütün beynəlxalq arenada öz gücünü artırmaqda olan bir dövlətdir. Biz bunu nəzərə almalıyıq. Bəzi avantüristlər də bunu nəzərə alıb, ciddi nəticə çıxarmalıdırlar!











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Ermənistan üçün Rusiya qazının qiymətinin artırılmasını istisna edib - KİV
Bu gün, 09:49
“Kəpəz Hospital”ın əməkdaşı 50 min manatlıq tibbi ləvazimat oğurladı - TƏFƏRRÜAT
Bu gün, 09:46
Ermənistanın Avrasiya İttifaqından çıxıb-çıxmayacağı onun öz işidir - Paşinyan
Bu gün, 09:39
İki müharibə Azərbaycanda tikinti bazarını “VURDU” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:53
WUF13: Bakıda dəhşətli tıxac gözlənilirdi, ancaq... - ŞƏRH
Bu gün, 08:51
Azərbaycanlılarla bağlı qərar Gürcüstanı çətinə saldı: - Bakıdan sərhəd xahişinin əsl SƏBƏBİ
Bu gün, 08:50
Biri deyir KİŞİ MAAŞI yetərlidir, o biri də deyir ARVAD otursun evində... - Əcəb epoxaya düşmüşük...
Bu gün, 08:36
Sayğaca yüklənən pul QEYBƏ ÇƏKİLİR - GİLEY
Bu gün, 08:28
“Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər” mövzusunda tədbir keçirilib - FOTOLAR
Bu gün, 08:19
SOCAR-da KORRUPSİYA EHTİMALI: Ehtimal Abdullayev işin harasındadır? - NƏ BAŞ VERİR?
Bu gün, 08:14
Türkiyə siyasətində HÜQUQİ REDAKTƏ - GƏLİŞMƏ
Bu gün, 07:59
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi Latviyada rəsmi səfərdədir – FOTOLAR
Bu gün, 07:54
Qarabağda işçilər pullarını ALA BİLMİR - NARAZILIQ VAR...
Bu gün, 07:36
Suraxanıda dövlətin qanunları İŞLƏMİR - BU DA FAKT...
Bu gün, 07:26
Nigar Rüfəti himayə edən kimdir? - İLGİNC
Bu gün, 07:22
"Kupça"sız evlərlə bağlı TƏKLİF - Onlara bir il müddət verilsin
Bu gün, 07:16
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru