1 həftədir su borusu partlayıb... .....                     Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... .....                     Paşinyan rəqiblərindən öndədir, AMMA... .....                     "Söz azadlığı adı altında xalqı aşağılamaq..." .....                     1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası .....                     " Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " .....                     "Müasir insanların saxtalığı məni yorub..." .....                     Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... .....                     Bu üç ölkə anlaşarsa... .....                     Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... .....                     Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... .....                     Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam .....                     “ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” .....                     Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu .....                     “Qarabağ klanı” və Rusiya casusları birləşdi .....                     Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU .....                     Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb .....                     Karapetyandan Moskvanı narahat edən .....                     "PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Düşünün, analiz edin, empatiya hissiniz olsun..." .....                     ABŞ və İran sülhlə bağlı razılığa gəldi .....                     Ermənistan vətəndaş müharibəsinə doğru gedir .....                     Nazirlik aqrar sektoru MƏHV EDİB .....                     Anar Əsədliyə hökm oxundu .....                     Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir .....                     Nazilə Səfərli peşman oldu: .....                     AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək .....                     Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi .....                     Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış .....                     Pərdəarxası qiyamət planı masada .....                     Böyük Britaniya səfiri Azərbaycanı tərk edir .....                     Türkiyədə baş verənlər... .....                     BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu .....                     Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ .....                     Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib .....                     Eldar Əzizov Dubay haqqında... .....                     Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq .....                     Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... .....                     “Azərbaycan Dəmir Yolları”nın saytı çökdü .....                     Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ .....                 

Müştərisindən 5 min AZN "şapka" götürən Rəşad Əliyevin atadan qalma "Kəpəz" BOKT-da xalis mənfəət azalıb, kredit portfeli partlayış həddində - TƏFƏRRÜAT
Tarix: 24-11-2025, 06:31 | Çap et

Xəbər verdiyimiz kimi, Rəşad Əliyevin rəhbərlik etdiyi "Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC müştərilərin üzərinə maliyyə oyunları qurub. Belə ki, 32gun.az-a daxil olan şikayətə görə, kredit götürən vətəndaşlar faktiki olaraq müqavilədə göstəriləndən az məbləğ alır, lakin ödəməli olduqları borc çox yüksək göstərilib. Müştərilərdən biri bildirib ki, mənzilini girov qoyaraq 33 min manatlıq kredit götürsə də, əslində 27 500 manat verilib. 3 illik borc öhdəliyi isə 58 890 manat göstərilib. Şikayətçi iddia edir ki, BOKT əməliyyat zamanı 5 min manatdan çox “şapka” götürüb və ödənişlərinə baxmayaraq, hələ də 28 mindən çox borc qalıb.

Bu dəfə isə 32gun.az xəbər verir ki, “Kəpəz” Bank Olmayan Kredit Təşkilatının açıqladığı 2025-ci ilin I yarımillik maliyyə nəticələrini araşdırıb.

Rəsmi hesabat bankın gəlirlərində ciddi azalma və əməliyyat risklərinin artdığını göstərir.

Xalis mənfəət 75% azaldı

Hesabata əsasən, xalis mənfəət 1 778 min manatdan 444 min manata düşüb. Analitiklər bildirirlər ki, bu azalma bankın əməliyyat mənfəətinə ciddi təzyiq yaratdığını və gələcəkdə maliyyə dayanıqlığını təhlükə altına ala biləcəyini göstərir.

Faiz gəlirləri azalır, xərclər yüksək qalır

Faiz gəlirləri 3 423 min manatdan 1 823 min manata enib. Faiz xərcləri isə 447 min manat olaraq qalır. Nəticədə xalis faiz gəlirləri 1 376 min manatla məhdudlaşıb. Bu vəziyyət bankın əsas gəlir mənbəyində ciddi təzyiqin olduğunu ortaya qoyur.

Əməliyyat mənfəətini “yuyub aparan” ehtiyatlar - Kredit portfeli risk altındadır

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatlara 1 040 min manat ayrılıb ki, bu əməliyyat mənfəətinin 70%-dən çoxunu udub. Bu, bankın kredit portfelində yüksək risklərin mövcudluğunu və gələcəkdə potensial zərərlərin ciddi olacağını göstərir.

Müştərilərə verilmiş kreditlərin həcmi 12 073 min manatdır. Bunun üçün yaradılmış xüsusi ehtiyat isə 2 735 min manat təşkil edir. Bu, kreditlərin təxminən 20%-nin risk altında olduğunu göstərir ki, bankın gələcək kredit performansı üçün ciddi xəbərdarlıqdır.

Likvidlik zəifdir, öhdəliklər həyəcanvericidir

Nağd vəsait 324 min manatla məhdudlaşıb. Banklardan alınmış kreditlər 1 891 min manat, buraxılmış borc qiymətli kağızları 4 070 min manat, digər öhdəliklər isə 556 min manatdır. Ümumi öhdəliklərin 6 517 min manat olması kapitalın dayanıqlığını ciddi şəkildə sınayır.

Kapital strukturunda risklər - Analitiklərin xəbərdarlığı

Nizamnamə kapitalı 5 000 min manat olsa da, bölüşdürülməmiş mənfəət 471 min manat, keçmiş illərin xalis mənfəəti isə cəmi 26 min manatdır. Bu, bankın daxili maliyyə dayanıqlığının hələ də zəif olduğunu göstərir.

Ekspertlər hesab edir ki, gəlirlər azalır, xərclər isə sabit qalır. Xüsusi ehtiyat ayırmaları əməliyyat mənfəətini əhəmiyyətli dərəcədə azaldır və kredit portfelindəki risklər bankın maliyyə dayanıqlığını ciddi təhlükə altına qoyur.

Nəticə onu göstərir ki...

“Kəpəz” Bank MMC-nin 2025-ci ilin I yarımillik hesabatı göstərir ki, gəlirlər azalır, xərclər yüksək qalır, kredit portfeli isə risk altında yerləşir. Bankın maliyyə dayanıqlığı ilə bağlı ciddi narahatlıq var və gələcəkdə əməliyyat mənfəətində daha ciddi azalmalar müşahidə oluna bilər.

Rəsmi sənədlərdə təqdim olunan rəqəmlər bankın maliyyə vəziyyətinin kritik həddə yaxınlaşdığını açıq şəkildə göstərir.

Bildirək ki, "Kəpəz" BOKT-un qanuni təmsilçisi və direktoru Rəşad Əliyev Əbülfəz oğludur. Şirkətin təsisçisi isə atası Əbülfəz Əliyev olub, Ə.Əliyev bankla bağlı məlumatlarda həmçinin müşahidə Şurasının üvü kimi qeyd edilib.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
1 həftədir su borusu partlayıb... - GİLEY
Bu gün, 03:29
Kamal Abdullanın fikirlərini dəstəkləyən qadınları görəndə... - MALƏSƏF...
Bu gün, 03:24
Paşinyan rəqiblərindən öndədir, AMMA... - SİYAHI
Bu gün, 03:18
"Söz azadlığı adı altında xalqı aşağılamaq..." - AKTUAL
Bu gün, 03:10
1300-cü il dünya xəritəsində Azərbaycan coğrafiyası - FOTO
Bu gün, 03:04
" Baxın, cənablar, Mirşahinin təfəkkürü hara qədər işləyir! " - REAKSİYA
Bu gün, 03:02
"Müasir insanların saxtalığı məni yorub..." - Nura Suri
Bu gün, 02:52
Hər uşaq pulu istəyən kasıb aptekə getsəydi... - Şəhid qardaşından ETİRAZ
Bu gün, 02:42
Bu üç ölkə anlaşarsa... müdafiə nazirlikləri ləğv olunar...
Bu gün, 02:36
Həmkarından Mirşahinə TƏRS SÖZLƏR... - "Aşağıdakı insanların dərdi xırda görünür..."
Bu gün, 02:28
Bizdə 'uşaq pulu' verilir... HARINLAMIŞ MƏMUR BALALARINA... - "Büdcənin elə çox böyük hissəsi..."
Bu gün, 02:22
Azərbaycanla Türkiyə arasındakı mənəvi körpünü rənglərə çevirən adam
Dünən, 19:44
“ABŞ-la danışıqlara diplomat yox, raket göndərin” - İranlı deputat
Dünən, 17:16
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
Dünən, 17:09
“Qarabağ klanı” və Rusiya casusları birləşdi - PAŞİNYANA QARŞI...
Dünən, 17:07
Dövlət Agentliyi eyni ünvanda yerləşən iki şirkətə QADAĞA QOYDU - TƏFƏRRÜAT
Dünən, 17:00
Qarabağda minalardan təmizlənməmiş qəbirstanlıq demək olar qalmayıb - Asəf Quliyev
Dünən, 16:47
Karapetyandan Moskvanı narahat edən AÇIQLAMA
Dünən, 16:42
"PAŞA Bank"ın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 16:40
"Düşünün, analiz edin, empatiya hissiniz olsun..." - ÇAĞIRIŞ
Dünən, 16:34
ABŞ və İran sülhlə bağlı razılığa gəldi – “Al-Arabiya”
Dünən, 16:29
Ermənistan vətəndaş müharibəsinə doğru gedir - Tərəflər bir-birinin qanına susayıb
Dünən, 16:28
Nazirlik aqrar sektoru MƏHV EDİB - Ölkədə məhsul qıtlığı yaranacaq, qiymətlər bahalaşacaq
Dünən, 16:26
Anar Əsədliyə hökm oxundu - 4 il 6 ay müddətinə ...
Dünən, 16:18
Ermənistan Moskvadan qopur: Kreml panikadadır, amma artıq gecdir - AKTUAL
Dünən, 16:15
Nazilə Səfərli peşman oldu: - “Məni bağışlayın”
Dünən, 15:05
AzTV “Məhməd: Fəthlər Sultanı”nın dublyajı üçün 8 nəfərə 36,6 min ödəyəcək - DETALLAR
Dünən, 15:00
Lətifənin Aygün Kazımovaya həsr etdiyi məşhur klipi - Video
Dünən, 14:59
Son bir ildə 19 tender udan şirkət sənədləri saxtalaşdırırmış - İLGİNC
Dünən, 14:55
Pərdəarxası qiyamət planı masada – Pakistanın rəsmi elçisi təcili İrana getdi
Dünən, 14:49
Böyük Britaniya səfiri Azərbaycanı tərk edir
Dünən, 14:39
Türkiyədə baş verənlər... - ŞƏRH
Dünən, 13:20
BU NƏDİ BELƏ: KOBİA-nın 38 minlik tenderini öz təlimçisi uddu - AY MAŞALLAH...
Dünən, 13:12
Novella Cəfəroğludan Kamal Abdullaya ETİRAZ - Onun öz universitetində...
Dünən, 13:00
Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT
Dünən, 12:58
Eldar Əzizov Dubay haqqında... - FOTOLAR
Dünən, 12:51
Azərbaycanda ətin qiyməti yenidən bahalaşacaq - SƏBƏB BUDUR
Dünən, 12:42
Türkiyə NATO-nu narahat edən hərbi təlimlər keçirdi... -İSRAİL MEDİASI
Dünən, 12:38
“Azərbaycan Dəmir Yolları”nın saytı çökdü
Dünən, 12:33
Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ - “Bunun üçün vaxt istəyirəm”
Dünən, 12:24
Ermənistan atom elektrik stansiyasını ABŞ texnologiyası ilə dəyişdirir - KİV
Dünən, 12:22
25 illik şirkətin rəhbərliyi yenidən seçiləcək
Dünən, 12:17
Bakı-Tiflis-Bakı marşrutu: Bir gündə 1000-dən çox bilet satılıb - HƏLƏ DƏ...
Dünən, 12:14
Moskva Ermənistanın seçki mənzərəsini yenidən formalaşdırmağa çalışır - Təzyiq praqmatikdir
Dünən, 12:10
AzTV “Və ya”ya görə Qəşəm Nəcəfzadəyə 2 min 700 manat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 12:01
"Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də..: Lox-zadam mən?.." - KƏRAMƏT
Dünən, 11:52
Ermənistandan növbəti təxribat – Paşinyan yüz minlərlə azərbaycanlının qayıdış mövzusunu qapatdı
Dünən, 11:50
“17 il sonra eyni hərbi hissədə idi, bu dəfə əlində qələm yox, silah vardı” - ANIM
Dünən, 11:49
İrəvanda "Zelenski" gərginliyi – Ermənistan baş naziri Kremlin tənqidlərinə sərt reaksiya verdi
Dünən, 11:46
Balakənin həbsdə olan icra başçısı ilə bağlı yeni qərar verildi - TƏFƏRRÜAT
Dünən, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru