Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                 

“Müharibə partiyası” dirilir: Paşinyanı nə gözləyir? - Bizə düşəni isə...
Tarix: 11-10-2025, 07:08 | Çap et

Bəlkə, qəribə səslənəcək: Azərbaycanın gələcəyə dair planlarına indi onun öz seçkilərindən çox, Ermənistandakı seçkilər təsir göstərir. Düşünəndə bunu da yanınızda götürün – 2018-ci ildə qonşu ölkədə seçkilərdən Nikol Paşinyanın partiyasının qalib çıxması bütün regionda böyük dəyişikliklərə səbəb olan hadisələrə gətirdi...

Ermənistanda keçiriləcək parlament seçkilərinə 8 ay qalmış siyasi arenada diqqətəlayiq proseslər baş verir. Təkcə Moskvaya səfərdən qayıtmış eks-prezident Robert Köçəryanın oktyabrın 7-də Yerevanda geniş mətbuat konfransı keçirərək, seçkiyə qatılacağını bildirməsi və Paşinyan hakimiyyətinə müharibə elan etməsi faktı çox şey deyir.

Köçəryan Ermənistan siyasi isteblişmentində xüsusi çəkisi hələ də qalan “Qarabağ klanı”nı təmsil edir. İşğal etdikləri torpaqları itirdikdən və elan etdikləri qondarma separatçı qurum ləğv olunduqdan sonra bu, məlum klanın ilk açıq və güclü həmləsidir. Buna qədər Paşinyan yalnız Erməni Apostol Kilsəsinin simasında ciddi müqavimətlə üzləşmiş, müəyyən təlatümlərdən sonra etiraz hərəkatını yatırda bilmişdi.

“Qarabağlılar” amili bu ölkədə, necə deyərlər, lənət daşına çevrilib. Azərbaycanda yaşadıqları bölgəni tərk edərək, Ermənistana getmiş bu kontingenin cüzi hissəsi orada vətəndaşlıq alıb; qalanlar “tarixin çarxının” geri dönəcəyi günü gözləməklə saxta “Artsax pasportu”nu təhvil verməyə tələsmir, qaçqın kimi qeydiyyatda qalmağa, bu sosial-siyasi statusun təminatlarından yararlanmağı üstünlük verir. Hər iki seçimin üstünlükləri kimi, məhdudiyyətləri də var: vətəndaşlıq almayan Qarabağ erməniləri seçki hüququ qazanmırlar, alanlar isə qaçqın statusunu itirirlər. Ancaq son vaxtlar Ermənistan pasportu almaq üçün müraciət edənlərin sayı sürətlə artmağa başlayıb. Əlbəttə, qaçqınlara verilən müavinətin ilin axırında kəsiləcəyi barədə söz-söhbətlər də öz təsirini göstərir, lakin “seçki hüququ olmayan qarabağlı bir cür, seçki hüququ olan qarabağlı isə ayrı cür problemdir” deyən erməni ekspertləri burada daha mühüm səbəb görürlər.

Köçəryan (yəqin ki, onunla həmfikir olan başqaları da tapılar) məhz həmin kontingentin maraqlarına, emosiyalarına hesablanmış seçki siyasəti aparacaq. Aydındır ki, elektoratın cəmi 4-5 faizini təşkil edən bu qüvvə nəinki qələbə, parlamentə keçmək üçün belə bəs etməyə bilər. Odur ki, Köçəryan digər siyası qüvvələrlə, xüsusilə Samvel Karapetyanın həbsxanadan yaratmaqda olduğu partiya ilə əməkdaşlığa ümid bəsləyir, bununla da kifayətlənməyib, “erməni identikliyinə qarşı müharibəyə başlamış” (ifadə Köçəryana məxsusdur) Paşinyanı bütövlükdə Ermənistan seçicilərinin, hətta dünya erməniliyinin hədəfinə çıxarmağa çalışır. Sonuncu amilin daha çox qabardılmasının bir səbəbi də odur ki, Minsk Qrupunun ləğvi ilə beynəlxalq aləm, hətta Ermənistanın özü üçün “mübahisəli Qarabağ” söhbəti bitib. Artıq o havaya oynayan tək-tükdür...

Köçəryanın anons etdiyi prosesə Moskvadan dəstək veriləcəyi gözlənilir. Doğrudur, Rusiyanın seçiminin məhz Köçəryanın üzərində dayandığına hələlik işarə yoxdur. Moskvaya yaxınlığı ilə bəlli olan və hətta bu sahədə yarışan digər qüvvələr də var. Ancaq hazırda Kremlin Ermənistanda arxalana biləcəyi ciddi resurslardan biri də “qarabağlılar” və onların revanşist liderləridir. Hər halda, Rusiyanın qarşıdakı seçki prosesinə bütün mümkün vasitələrlə müdaxiləsini gözləməyə dəyər.

Rusiyanın bu ölkədə hərbi kontingenti hələ qalır, üstəlik, ötən yay boyu həmin hərbi bazaya intensiv şəkildə silah və texnika daşındığı barədə məlumatlar yayılırdı. Hər iki tərəfdən səslənən bəyanatlara baxmayaraq, İran və Türkiyə ilə sərhədləri hələ də rusiyalı hərbçilər qoruyur. Ermənistan iqtisadiyyatında, enerji sektorunda, qiymətli metallar və zərgərlik sənayesində, oliqarxiya və biznes mühitində Rusiyanın ciddi dayaqları və kapitalı qalır. Bütün bu amilləri hərəkətə gətirib, Paşinyanın növbəti seçkilərdə uduzmasını, revanşist və rusiyapərəst qüvvələrin hakimiyyətə gəlməsini, bununla da sülh prosesinin başqa məcraya yönəldilməsini, daha dəqiq desək, əvvəlki məcraya qaytarılmasını təmin etmək planının iflasa uğradığını söyləmək hələ tezdir.

Bəs, Paşinyanın durumu necədir?

Nikol Paşinyanın rəhbərlik etdiyi fraksiya sonuncu – 2021-ci ilin yayında keçirilən parlament seçkilərində, müharibəni uduzmasına baxmayaraq, qalib gəlmişdi. O vaxtdan bəri hökumət başçısının reytinq itirdiyi şəksizdir. Bunu sosioloji tədqiqatlar aşkar göstərir. Üstəlik, Köçəryanın dediyi “erməni identikliyi” amili də cəmiyyətin münasibətində ciddi rolunu saxlayır. İdeolojiləşmiş erməni cəmiyyəti üçün pasportlara vurulan möhürdən Ararat (Ağrı) dağının təsvirinin yığışdırılması, Apostol Kilsəsinə qarşı çıxmaq, hətta onun fəaliyyətini təftiş etmək, “tarixi düşmən” Türkiyə və Azərbaycana güzəştlərlə müşayiət olunan münasibət sərgiləmək qeyri-populyar, hakimiyyət üçün riskli yeniliklərdir. Bu addımlar rasional siyasi baxışı olan bəlli kəsim üçün anlaşılandır. Lakin geniş cəmiyyət, kilsə, diaspor kimi tarixi, ideoloji, hətta mifik dəyərləri müdafiə edənlər Baş naziri “soyqırımçı” Türkiyə ilə, “işğalçı” Azərbaycanla yaxınlaşmaqda, bununla da erməni cəmiyyətini konsolidasiya edən “kökləri sarsıtmaqda”, ən bəsit şəkildə “Azərbaycan və Türkiyənin agenti” olmaqda suçlayırlar.

Cəmiyyət belə əhval-ruhiyyədə olsa da, maraqlıdır ki, Baş nazirin qarşısına institusional səviyyədə çıxacaq vahid və güclü müxalifət qüvvəsi görünmür. Hələlik Ermənistanın daxilindən “köhnə qüvvələrdən” oliqarx Qagik Sarukyan seçkidə Paşinyana rəqib olacağını elan edib. Müşahidəçilər hesab edirlər ki, “Çiçəklənən Ermənistan” partiyasının əvvəlki nüfuzunu bərpa etməkdə olan lideri Sarukyan və Yerevanda həbsxanada oturan, “Mer dzevov” (“Öz tərzimizdə”) partiyasının yaradıcısı, erməni-rus milyarderi Samvel Karapetyan qüvvələrini hansısa formada birləşdirsələr, Paşinyanın “Vətəndaş sazişi” üçün real alternativ yarada bilərlər. Ancaq belə birliyin formalaşacağı və iki ambisiyalı milyarderin başının “bir qazanda qaynayacağı” şübhəli görünür. Sarukyan heç vaxt “bütün körpüləri birdəfəlik yandırmır”, əsl biznesmen kimi, həmişə alverə yer saxlayır. Çoxları gözləyir ki, Paşinyan əsas dəstəkçiləri olan qərb ölkələrindən ciddi təminatlar alsa, seçki prosesində üstünlüyünü qorusa, Sarukyan son anda özünü qələbəyə yaxın tərəfə mümkün qədər “baha qiymətə” təklif etməyə hazır olacaq. Hərçənd, ötən illərin təcrübəsi göstərir ki, Paşinyan koalisiyalara, ittifaqlara çox maraq göstərmir, hakimiyyəti bölüşməyə meylli deyil.

İndi Paşinyanın əlində qlobal trendə oynaya biləcək güclü anti-Rusiya kartı var. O, müharibədən sonrakı illər ərzində Moskva ilə münasibətləri maksimuma qədər gərginləşdirməkdən çəkinməyib. Düzdür, belə bir fikir də var ki, bütün bu gərginliklər bircə dəfə Kremlin gülümsəməsinə bağlıdır. Məsələn, Paşinyanın Moskvaya son səfərindən bəri yerli və beynəlxalq ekspertlər onun sülh prosesindəki ənənəvi mövqedən yayınmağa başladığını deyirlər. Ancaq seçki prosesində Rusiyanın daxildəki resurslarını özünə qarşı çevirməmək istəyi Paşinyanın belə davranışına daha inandırıcı izahdır.

Beləliklə, Baş nazirin hakim mövqeyi saxlaması, seçkiləri qazanıb yenidən hökumətə rəhbərliyi davam etdirməsi ehtimalı yüksəkdir. Bu işdə ona Avropa və ABŞ-nin “gərəkli dəstək” verəcəyi gözlənilir. Hətta siyasi həbslər, səslərin hesablanmasına müdaxilə bahasına belə Paşinyanın iqtidarda qalması təmin olunarsa, buna göz yumulaçağını ehtimal edən ekspertlər az deyil. Bununla belə, Ermənistanda seçkilərin nəticələri bəlli olmayınca, rəsmən elan edilməyincə Bakının Yerevanla münasibətlərində hər hansı yeni ciddi addım atacağı indiki mərhələdə real görünmür.

Hər halda, döyüşü izləməkdənsə, sülhü gözləmək daha yaxşıdır…

Qabil Abbasoğlu - pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Bu gün, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Bu gün, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Bu gün, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Bu gün, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Bu gün, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Bu gün, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Bu gün, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Bu gün, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Bu gün, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Bu gün, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Bu gün, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Bu gün, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Bu gün, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Bu gün, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru