Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                     Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı .....                     Medvedev Ermənistan Baş nazirini aşağıladı .....                     Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb .....                     “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                     Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi .....                     Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                     “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” .....                     Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı .....                     Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi .....                 

Bakının tələb etdiyi, İrəvanın razılaşmadığı məsələ... - NƏ BAŞ VERİR?
Tarix: 7-10-2025, 06:47 | Çap et

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın TVP World telekanalına müsahibəsində Ermənistan–Azərbaycan münasibətləri, Vaşinqtonda imzalanmış bəyannamə, sülh müqaviləsi və regiondakı dəyişikliklərdən danışıb.

Mirzoyan xatırladıb ki, 8 avqustda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev ABŞ lideri Donald Trampın iştirakı ilə Vaşinqton Bəyannaməsini imzalayıblar. Onun sözlərinə görə, sənəddə bir sıra mühüm məsələlər razılaşdırılıb: “Biz Bayramovla birlikdə Sülh müqaviləsini parafladıq – bu, özü-özlüyündə ciddi mərhələdir. Həmçinin sənəddə nəqliyyat əlaqələrinin açılmasına dair əsas prinsiplər əksini tapıb: ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı, dövlətlərin suverenliyi və nəqliyyat dəhlizləri üzərində milli yurisdiksiya”.
A.Mirzoyan vurğulayıb ki, Ermənistan və Azərbaycan qarşılıqlı şəkildə dəmir yolları və digər kommunikasiyalardan istifadə barədə razılaşıblar. Bu çərçivədə “TRIPP” adlı qısa marşrut nəzərdə tutulub: “Ermənistan və ABŞ birgə konsorsium yaradacaq. Bu konsorsium dəmir yolu xəttinin idarəçisi olacaq, həmçinin digər şirkətləri cəlb edə biləcək. Boru kəmərlərinin, elektrik xətlərinin və başqa infrastrukturun tikintisi və istismarı da planlara daxildir. Prinsip qarşılıqlıdır. Biz, məsələn, Naxçıvan ərazisindən istifadə etməklə Ermənistanın şimal və cənubunu birləşdirəcək dəmir yolu çəkə biləcəyik”.
Nazir deyib ki, ABŞ artıq 145 milyon dollar vəsait ayırıb. Hazırda texniki parametrlər üzrə danışıqlar aparılır: “Bu mərhələ bir neçə ay davam edəcək, sonra tikinti işləri başlayacaq. Ekspertlərin rəyinə görə, dəmir yolu layihəsi ən azı iki il çəkəcək. Amma biz mümkün qədər tez açılmasında maraqlıyıq, çünki Ermənistan əsas benefisiarlardan biri olacaq”.
Mirzoyanın sözlərinə görə, Sülh müqaviləsinin mətni hələ mart ayında razılaşdırılıb və avqustda paraflanıb: “Biz onu imzalamağa hazırıq. Lakin Azərbaycan tərəfi əlavə şərtlər irəli sürür və biz bununla razı deyilik. Bununla belə, proses imza mərhələsini gözləmədən də davam edir. Məsələn, biz artıq birlikdə ATƏT strukturlarına müraciət etmişik ki, Minsk prosesi bağlansın”.

Nazir qeyd edib ki, sərhəd boyunca artıq 12 km-lik hissə demarkasiya olunub: “Bu, Ermənistanın sərhəd kəndlərində insanların özlərini daha təhlükəsiz hiss etməsinə imkan verib. Yeni məktəblər tikilir, insanların həyatı yaxşılaşır”.

Ararat Mirzoyan uzunmüddətli münaqişənin cəmiyyətlərdə psixoloji yük yaratdığını deyib: “Onilliklər davam edən qarşıdurma qan yaddaşı və ehtiyatlılıq yaradıb. Barışıq vaxt tələb edəcək və gündəlik səylər istəyəcək. Hər hansı tərəfdən aqressiv ritorika isə prosesə heç bir fayda vermir”.
Nazir bildirib ki, Rusiya rəsmən Vaşinqton Bəyannaməsini alqışlasa da, eyni zamanda Moskva mediasında, parlamentdə və ekspert dairələrində Ermənistanın xarici siyasəti sərt tənqid olunur: “Rusiya rəsmiləri layihəni dəstəklədiklərini bəyan etdilər. Amma eyni zamanda hər gün Ermənistanın Qərblə yaxınlaşması ilə bağlı sərt tənqidlər eşidirik”.

Mirzoyan vurğulayıb ki, Ermənistanın seçimi bütün dövlətlər tərəfindən qəbul edilməlidir: “Əminəm ki, həm rusiyalı həmkarlarımız, həm də digər dövlətlər və beynəlxalq aktorlar Ermənistan xalqının iradəsinə hörmət etməlidirlər. Ermənistanda mütəmadi olaraq demokratik seçkilər keçirilir və 2026-cı ildə yenidən parlament seçkiləri olacaq”.

Müsahibənin sonunda nazir əlavə edib ki, Ermənistan Qərblə əməkdaşlığı genişləndirməkdə maraqlıdır və qarşıdakı seçkiləri beynəlxalq media işıqlandıracaq.

Ararat Mirzoyan Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı irəli sürdüyü əlavə şərtlər haqda danışmayıb. Ermənistanın razı olmadığı bu şərtlər nədən ibarətdir? Maraqlıdır, erməni nazir bu haqda avqustun 8-dən sonra ilk dəfə niyə məhz indi danışır?

Xatırladaq ki, bu günlərdə Ermənistan parlamentində Azərbaycanla sülh müqaviləsinə dair bəyannamə qəbul edilib. Sənəd hakim “Vətəndaş müqaviləsi” partiyasının bütün üzvləri və müttəfiq deputatlar (64 millət vəkili) tərəfindən dəstəklənsə də, eks prezidentlər Robert Koçaryan və Serj Sarkisyan etiraz olaraq parlamenti tərk ediblər.

Azərbaycan Milli Məclisi daha əvvəl 8 avqust Vaşinton razılaşmaları ilə bağlı dinləmə keçirib və Prezidentin atdığı addımları birmənalı şəkildə dəstəkləyib. Görünür, bu, tərəflərin sülh prosesinin möhkəmləndirilməsi, ona parlament və ictimai dəstəyin təmin olunması istiqamətində əvvəldən müəyyənləşirdiyi tədbirlərdən biri olub.

Mirzoyanın müsahibəsindəki qeyri-müəyyən fikirlərə gəlincə, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov burada Rusiya izləri axtarır. O, sosial şəbəkədəki hesabında yazıb: “Axır vaxtlar Ermənistandan ziddiyyətli bəyanatlar eşidirik. Həmin ziddiyyətli məsələlərə aydınlıq gətirmək lazımdır. Ələlxüsus ona görə ki, Ermənistan Baş nazirinin münaqişəyə aid siyasi ritorikası Moskva səfərindən dərhal sonra dəyişib. Bu, çox önəmli məsələdir. Biz bilirik ki, Ermənistan siyasəti ciddi şəkildə Rusiyanın təsiri altında formalaşır. Aydınlaşdırmaq lazımdır ki, nə baş verir və nəyə görə Ermənistanın ritorikası dəyişir".

Ermənistan Baş nazirinin ritorikasının dəyişməsinin səbəbini sabiq nazir belə izah edib: "Konstitusiyaya dəyişiklik, Zəngəzur dəhlizi və sair mövzularda ritorikasını dəyişməsi onu göstərir ki, Moskvada Paşinyana Tramp layihəsini keçirməyə icazə verməyiblər. Nə baş verdiyini izləmək lazımdır".

Konfliktoloq Arif Yunus isə Tofiq Zülfüqarovla razılaşmır, o Paşinyanın Moskva səfərinin Azərbaycan-Ermənistan sülh prosesinə təsir etmədiyini düşünür: “İrəvanın mövqeyində hər hansı dəyişiklik yoxdur. Mirzoyanın dedikləri Konstitusiyanın dəyişdirilməsi ilə bağlıdır. Bu, yeni məsələ deyil”.

“Tərəflərin mövqelərində başqa ziddiyətlər varmı” sualına A.Yunus belə cavab verib: “Avropa İttifaqı Müşahidə Missiyanın çıxarılması ilə bağlı fikir ayrılıqları var”.

Konfiliktoloq vurğulayıb ki, qaçqınların öz yerlərinə qayıdış hüququ ilə bağlı məsələ də sülh müqaviləsi layihəsindən çıxarılıb.

Politoloq Fərhad Məmmədov isə düşünür ki, Mirozyanın açıqlaması seçki prosesinə hesablanıb: “Onlar dolayısı ilə deyirlər ki, referendum keçiriləcəyinə boyun olmuşuq, amma sülh müqaviləsini seçkidən əvvəl imzalayaq, bu seçkilərdə qalib gəlmək üçün bizə dəstək olardı”.

Politoloq, A.Yunusdan fərqli olaraq, Avropa müşahidəçilərinin Azərbaycanla sərhədlərdən çıxarılması məsələsində problem olmadığını deyir: “Müqavilə imzalandıqdan sonra onlar çıxacaqlar, bu məsələ razılaşdırılıb. Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı narahatedici heç bir məsələ yoxdur...”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru