CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                     Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı .....                     Medvedev Ermənistan Baş nazirini aşağıladı .....                     Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb .....                     “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                 

Cənubi Qafqaz və Mərkəzi Asiya ağır sınaqdan çıxa biləcəmki? - ARAŞDIRMA
Tarix: 6-10-2025, 01:53 | Çap et

Bir vaxtlar xoşbəxtliyin universal resepti kimi görünən Avropa arzusu bu gün soyuducunun üzərinə yapışdırdığımız maqnit kimi görünür – keçmişdən qalan xoş suvenir, qəlbi isidir, amma problemləri həll etmir. Avropa özü düşdüyü labirintdən çıxış yolu axtarır. Bizim “Avropayönlü” və ya “Avropasız” yol seçimimiz mövzusundakı mübahisələr isə köhnə poçt markaları haqqında söhbəti xatırladır: kolleksiyaçılar üçün maraqlıdır, amma valyuta məzənnəsinə təsir etmir.

Yeni dövrün başlıca dəyəri – çeviklik. “Kiməsə qarşı olmaq” deyil, “özün üçün olmaq”. Ölkəni başqalarının qəliblərinə salmaq deyil, öz ölçünə uyğun kostyum tikmək. Bu gün də suverenliyi zərif şəkildə hissələrə ayırmağa çalışırlar – qrantlar, təlimlər, “işıqlı gələcək” mövzusunda konfranslarla. Hər şey mədəni, hər şey sivil şəkildədir – sadəcə qərarlar insanların yaşadığı yerdə yox, pulların gəldiyi yerdə qəbul olunur.

Məhz buna görə də, tarixən “yad güc mərkəzləri”nin arasında qalan bölgələrin “suveren praqmatizm” prinsipi ilə yeni siyasət qurmağa çalışmasını izləmək maraqlıdır.

Mərkəzi Asiya: qrantlarla sərhədlər arasında

Qırğızıstanda QHT-lər artıq çoxalmır, qeydiyyat üçün növbəyə düzülür – kim çatmadısa, keçə bilmədi. Bu yaxınlarda ən tanınmış təşkilatlardan birinin bağlanması artıq küçələrdə deyil, daha çox Telegram-da müzakirə olundu: görünür, “qrant gündəmi” ilə bağlı yorğunluq entuziazma qalib gəlib.

Qazaxıstan çoxdan öz neft kəmərlərini siyasət təzyiqinə çevirib: gah kranı açır, gah bağlayır – tərəfdaşlar ventilin harada olduğunu unutmasınlar deyə.

Özbəkistan yollar və zavodları elə tikir ki, sanki qonşularına sübut etmək istəyir: o təkcə “pambıq anbarı” deyil, “iş görənlər klubu”na namizəddir.

Tacikistan nadir torpaq metallarının zənginliyi üzərində oturub, amma Afrika ssenarisini oynamaq riski var: sərvət var, yollar isə yoxdur. Nəticədə udan tərəf investorlar deyil, qaçaqmalçılar olur.

Bütün bunlar birlikdə regional marafona bənzəyir: kim xarici vəsaitlə daxili maraqlar arasında balansı birinci tapsa, finiş medalını da o alacaq.

Cənubi Qafqaz: xarakteri olan yol ayrıcı

Mərkəzi Asiya qrantlarla öz maraqları arasında balansı öyrənirsə, Cənubi Qafqaz oxşar seçimi daha dramatik formada yaşayır.

Azərbaycan eyni anda iki şahmat taxtasında oyun aparır: birində iqtisadi müstəqillik, digərində resurslara nəzarət. Onlar burada sadəcə fiqur deyil, demək olar ki, vəzirdir. Amma döyüş təkcə neft və qaz uğrunda deyil, məsələn, Qarabağ tarixinin hansı versiyasının dərsliklərə və beynəlxalq forumlardakı hesabatlara düşəcəyi uğrunda gedir. Bu intellektual qarşıdurmanın qalibi yalnız mənəvi rahatlıq deyil, dünya arenasında bonus xalları da qazanır.

Ermənistan isə bu vaxt Qərbin qrant texnologiyalarının poliqonuna çevrilib: yeni elit nəsli yetişdirirlər – bu nəsil öz ənənələrini az xatırlayır, xarici təsir mərkəzlərinə daha çox yönəlir. Nəticə gözləniləndir: mübahisəli islahatlar, qütbləşmiş cəmiyyət. “Rejissor haradadırsa, pərdə arxasındadır” hissi getdikcə güclənir. Amma bəzən bütün bu səs-küyün içindən qonşularla münasibətləri və ümumiyyətlə dövlətçiliyi necə qurmaq barədə yeni anlayışın cücərtiləri də görünür.

Gürcüstan isə öz əbədi yolayrıcısındadır: inteqrasiya vədləri ilə Aİ-yə dönmək, yoxsa daim qəzəbli görünən şimal qonşusunun baxışları altında yaşamaq? Qrantlar, islahatlar, gözəl təqdimatlar – hamısı ruhlandırıcı səslənir, amma cəmiyyətdə narazılıq artır. “Xarici agentlər” haqqında qanuna qarşı son etirazlar göstərdi ki, burada qütbləşmə çoxdan siyasət çərçivəsindən çıxıb – mübahisə artıq partiyalar haqqında deyil, bir neçə ildən sonra Gürcüstanın özünün necə olacağı haqqındadır.

Regionlardan qlobal səhnəyə

Mərkəzi Asiya və Cənubi Qafqaz XXI əsrin əsas prinsiplərinin möhkəmliyinin sınandığı laboratoriyalardır: dəyişən dünyaya qoşulmaq və eyni zamanda özün kimi qalmaq mümkündürmü? Cavab təkcə daxili qərarlardan deyil, qlobal “kəfkirin” hansı tərəfə əyiləcəyindən də asılıdır.

Çoxqütblülük: arzu, yoxsa başağrısı?

Tyanjində keçirilən iri ŞƏT sammitində Si Cinpin maliyyə və kosmik hədiyyələrlə bol olan çıxış etdi:
“Soyuq müharibənin kölgələri çəkilmir, çağırışlar artır… Biz 2 milyard yuan yardım, 10 milyard yuan kredit verəcəyik və ŞƏT üzvləri üçün Beidou sistemini açacağıq”.

Sadə dillə desək: “Pullarımızı götürün, peyklərimizdən istifadə edin – və Amerika GPS-ni unudun”.

Si həmçinin “İdarəetmənin Qlobal Təşəbbüsünü” də irəli sürdü – suverenlik, çoxqütblülük və müəmmalı “insan mərkəzliliyi”.

Amma gəlin açıq danışaq: çoxqütblü dünya idilliya deyil, idarə olunan xaosdur. Təkqütblü dünya sadə idi, “böyük” tərəf sərt müəllim kimi bəzən danlayır, bəzən tərifləyirdi. İkiqütblülüyü də “keçmişik” – Kubadakı raketlər, Berlin divarı, sabah sonuncu gün olacaq kimi əbədi hiss. Üç qütb isə maraqlı eksperimentdir. Bu, artıq üçlü şahmatıdır. ABŞ və Çin artıq öz stullarında oturublar. Üçüncü stul uğrunda Rusiya ilə Aİ savaşır. Razılaşmasalar – stulu ortadan böləcəklər, qütblər dörd olacaq. Dünya sakitləşməyəcək, amma darıxmaq da mümkün olmayacaq.

Nəticə: öz “qütbün” özgəninkindən yaxşıdır

Regionun gələcəyi təcrid və ya kapitulyasiyada deyil, “suveren praqmatizmdədir”: ən yaxşısını götürmək lazımdır. Amma yalnız öz şərtlərin daxilində. Bir çoxları fərqinə varmır, amma indi təhlükəsizlik prinsiplərindən tutmuş iqtisadi qanunlara, xüsusən də pul siyasətinə qədər əsaslar dəyişir. Ona görə də islahatlar lazımdır – nə “Brüssel”, nə də “Moskva” metodikası ilə. Yad “xoşbəxtlik reseptləri” bizim iştahamızı kəsir, toxluq hissi gətirmir.

Mərkəzi Asiya və Cənubi Qafqaz xarici təzyiqə tab gətirə biləcəkmi? Hər şeyi təzyiqin gücü yox, daxili dayanıqlıq həll edir. Və əgər dünya onsuz da xaosa yuvarlanırsa, qoy bu xaos heç olmasa bizim – yerli istehsal olsun.

Güclü region özgə qütbü seçən deyil, öz qütbünü yaradan və öz tarixini yazandır – özünü qoruyaraq, yad paytaxtlara baxmadan irəliləyəndir.

Fuad Rəsulov - pressklub.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Bu gün, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Bu gün, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Bu gün, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Bu gün, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Bu gün, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Bu gün, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Bu gün, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Bu gün, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Bu gün, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Bu gün, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Bu gün, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru