Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                 

Putin Paşinyanı devirə bilmədi... - Görünəni odur ki...
Tarix: 5-10-2025, 10:42 | Çap et

Son zamanlar Ermənistanda anti-Rusiya ab-havası geniş yayılıb. 2018-ci ildə Nikol Paşinyanın Baş nazir seçilməsindən, xüsusilə də 44 günlük müharibə və Azərbaycanın antiterror əməliyyatından sonra ölkənin siyasi kursu tamamilə dəyişib.

Paşinyan ölkəsini Rusiyanın orbitindən çıxararaq Qərbyönümlü siyasət aparmağa üstünlük verib. Onun dönəmində İrəvanla Moskva arasındakı gərginlik pik həddə çatıb. Hətta Ermənistanın Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqından çıxmaq istədiyinə dair bəyanatlar verilir. Əvəzində isə adıçəkilən ölkə NATO və Avropa İttifaqına qoşulmağa çalışır.

Əlbəttə ki, bütün bunlar Kremlin narazılığına səbəb olur. Hətta zaman-zaman Rusiyanın Ermənistanda çevriliş planı hazırladığı və Nikol Paşinyanı devirmək istədiyi iddia olunur. Lakin gəlinən son nöqtədə görürük ki, Kremlin bu planı baş tutmayıb.

Ümumiyyətlə, artıq Rusiyanın Ermənistanda çevriliş planının tamamilə iflas etdiyini söyləmək olarmı?

AĞ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli “Cümhuriyət”-ə bildirib ki, Rusiyanın Ermənistanda çevriliş planının olduğu şübhəlidir:

"Yəni Paşinyanın Rusiya ilə düşmənçilik etdiyi, Kremlin də onu istəmədiyi iddia olunur. Lakin bütün bunlara rəğmən, məhz Paşinyanın hakimiyyəti dövründə Rusiya ilə Ermənistan arasındakı ticarətin 14 milyard dollara qədər çatacağı proqnozlaşdırılır. Kiçik ölkə olan Ermənistanın nəhəng Rusiya ilə bu qədər böyük hansı alış-verişi etdiyi də suallar doğurur. Əslində, Ermənistan Rusiya üçün sanksiyalardan yayınaraq öz mallarını satdığı bir ərazidir. Yəni rus malları adıçəkilən ölkədən başqa dövlətlərə satılır".

Politoloq qeyd edib ki, Paşinyan Rusiyaya sanksiyalardan yayınmaq üçün imkan yaradıb:

"Belə vəziyyətdə Kreml nə üçün onu devirsin ki? Düzdür, Paşinyan Qərbyönümlü addımlar atır. Lakin Rusiya Prezidenti Vladimir Putin üçün əsas puldur, yoxsa Ermənistanın hansısa simvolik addımları? Rusiyanın hərbi bazasının Ermənistanda olduğunu nəzərə almaq lazımdır. Üstəlik, bu ölkənin sərhədlərini də rus hərbçiləri qoruyur.

Eyni zamanda, Ermənistanın dəmiryolları da Rusiyanın nəzarətindədir. Bütün bunların fonunda Putinin Paşinyanı devirmək kimi bir planının olduğunu düşünmürəm. Düzdür, Kreml ona yaxın Ermənistan hakimiyyətinin olmasını istəyər. Ancaq Paşinyan da onlar üçün məqbuldur. Ümumiyyətlə, Putin və Paşinyan arasında xüsusi ziddiyyətlər görmürəm".

Azad Vətən Partiyasının Siyasi Şurasının sədri, siyasi ekspert Novruz Novruzov isə açıqlamasında bildirib ki, bu gün Rusiya öz xarici siyasətində “kələfin ucunu” itirdiyi üçün sabah nə olacağını proqnozlaşdırmaq çətindir:

"Amma hər addımı fitnə-fəsadla dolu olan bu fövqəlşovinist dövlətin mövcud durumu belə deməyə əsas verir ki, onun hər hansı bir dövlətdə çevriliş etmək qüvvəsi qalmayıb. Təbii ki, Ermənistan da bu sırada qərarlaşıb. Bunun bir neçə səbəbi var".

Ekspert həmin səbəblərdən bəhs edib:

"Birincisi, Rusiyanın Qafqaz siyasəti saralmış yarpaqları tökülən ağaca dönüb. Çünki bu siyasətin su içdiyi mənbələr quruyub. Xüsusilə də Qafqazın cənub dövlətləri üzrə Rusiyanın sözü keçmir. İkincisi, Rusiya Ukraynaya qarşı işğalçılıq müharibəsini səfehcəsinə davam etdirməklə iqtisadi cəhətdən gündən-günə zəifləyir. Hər hansı dövlətdə çevriliş etmək isə güclü maliyyə qaynağı tələb edir ki, hazırda bu amil Rusiya üçün böyük problemdir.

Üçüncüsü, konkret olaraq, Ermənistan Rusiyanın orbitindən faktiki olaraq xeyli uzaqlaşıb. İndi bu ölkədə gedən siyasi proseslərə ən azı 50/50 faiz nisbətində ABŞ nəzarət edir. Qalan 50 faizdə Türkiyənin, Azərbaycanın da payı var. Rusiyanın imkanı 10 faiz civarındadır ki, bu da Gümrüdəki hərbi bazasının hesabınadır".

Onun sözlərinə görə, əslində bu bazanın da fəaliyyət imkanı xeyli daralıb:

"Çünki Ukrayna ilə müharibə çərçivəsində Ermənistanda 5000 nəfərlik şəxsi heyətə malik bazanı saxlamaq çox xərc tələb edir. Üstəlik, Ukrayna cəbhəsində Rusiya əsgər çatışmazlığı ilə üz-üzədir. Düzdür, BMT iclaslarında, Rusiya XİN-in keçirdiyi brifinqlərdə Ermənistanın Rusiyanın nəzarətində qalması üçün rus diplomatlar müəyyən fikirlər söyləyir, siyasi atmacalar atırlar.

Lakin bunların təsiri çox azdır və əksər hallarda iş planına uyğun olaraq atılan addımlar təsiri bağışlayır. Bütün bu amilləri nəzərə alsaq, deyə bilərik ki, Rusiyanın çevriliş planı iflasa uğrayıb. Lakin ani çılğınlıq nəticəsində terror hadisəsinin törədilməsi imkanı qalır".

Həmsöhbətimiz hesab edir ki, bu, Rusiya siyasətinin son adəti kimi ortaya çıxa bilər:

"Məsələn, Rusiyaya xidmət edən ermənilərin revanşı, yaxud şəxsi motivləri qabardıb kimisə silahlı basqınla aradan götürmək versiyası qalır. Ancaq bu cəhdlər indilikdə çevrilişə səbəb ola bilməz. Çünki erməni cəmiyyəti artıq Rusiyaya və Kremlə xidmət edən ermənilərə nifrət edir. Təsadüfi deyil ki, bu günlərdə Kremlin danışan dili olan erməni Keosoyanın vəfatı ona qarşı ermənilərdə olan nifrəti azaltmayıb, əksinə, mətbuatda onu aşkar surətdə manqurt adlandıraraq lənətləyirlər".












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Bu gün, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Bu gün, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Bu gün, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Bu gün, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Bu gün, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Bu gün, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Bu gün, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Bu gün, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Bu gün, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Bu gün, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Bu gün, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Bu gün, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Bu gün, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Bu gün, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru