Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                 

İlham Əliyev Ermənistana SƏFƏR EDƏCƏK? - GƏLİŞMƏ
Tarix: 4-10-2025, 09:24 | Çap et

Avropa Siyasi Birliyinin növbəti - 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək. Əvvəlcədən məlum olan bu məsələ ilə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə Danimarkanın paytaxtı Kopenhagen şəhərində bildirib.

“Mən iştirakçı ölkələrdən olan aparıcı həmkarlarımı rəsmi olaraq İrəvana dəvət etdim. Onların hər birinə ev sahibliyi etmək böyük şərəfdir”, - Paşinyan əlevə edib. Qeyd edək ki, Danimarkada keçirilən 7-ci sammitdə Azərbaycan Prezidenti də iştirak edib. Toplantı çərçivəsində Azərbaycan və Ermənistan liderləri görüşüb, 8 avqust razılaşmasını müzakirə ediblər. Növbəti sammitin gələn il İrəvanda keçirilməsi qərarı Prezident İlham Əliyevin İrəvana səfəri mövzusunu aktuallaşdırır. Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasındakı görüşlə bağlı rəsmi açıqlamada bildirilir ki, tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar. Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə edib, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər bu xüsusda ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı yekdilliklə qəbul edilmiş qərarı alqışlayıblar. Görüşdə tərəflər etimad quruculuğu tədbirlərinin bundan sonra da həyata keçirilməsinin vacibliyini vurğulayıb və təmasları davam etdirmək barədə razılığa gəliblər.

Nəzərə alaq ki, artıq iki ölkə arasında sülh prosesi var, etimad mühiti formalaşır. Eyni zamanda, Ermənistan parlamentində 8 avqust razılaşmalarını və ümimilikdə sülh prosesini müdafiə edən bəyanatın qəbul olunması da prosesin irəli aparılması baxımından mühüm addımlardandır. Düzdür, Ermənistan hələlik Azərbaycanın təqdim etdiyi əsas “ev tapşırığı”nı - konstitusiyada ölkəmizə qarşı əksini tapan iddiaların çıxarılmasını nəzərdə tutan referendumu keçirməyib. Amma N.Paşinyan bu məsələyə seçkilərdən sonra baxılmasını da istisna etməyib, bəzən fərqli yanaşmalar sərgiləsə də. Eyni zamanda Türkiyə ilə münasibətlərin bərpası, sərhədlərin açılması istiqamətində də hərəkətlilik var. Bu arada, Türkiyə Prezidentinin də İrəvandakı tədbirə qatıla biləcəyi haqda mətbuatda materiallar dərc olunub.

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, yaxın vaxtlarda Cənubi Qafqazda yeni regional nəqliyyat əlaqələri açılacaq. Musavat.com xəbər verir ki, baş nazir bunu Tsaqkadzorda keçirilən “Mədən sənayesi” forumunda çıxış edərkən deyib. Paşinyan vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi, eləcə də yaxın gələcəkdə baş tutacaq regional infrastruktur və nəqliyyat əlaqələrinin açılışı mədənçıxarma sənayesinin inkişafı üçün əlverişli şərait yaradacaq.

Erməni bloger və fəal İşxan Verdyan isə bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan həqiqətən sülhə sadiqdir, çünki sülhə alternativ yalnız müharibədir və müharibə Ermənistan dövlətçiliyinin məhvinə gətirib çıxara bilər. Verdyan bunu “Minval Politika”ya müsahibəsində Paşinyanın İrəvan və Bakı arasında sülh sazişi kontekstində konstitusiyaya düzəlişləri müzakirə etməməsi ilə bağlı şərh edərkən deyib. O qeyd edib ki, Paşinyanın Azərbaycanla sülh anlayışı zəifdir və onun Azərbaycanın subyektivliyi barədə unikal baxışı var. Fəal həmçinin Paşinyanın ritorikasının daxili siyasi kontekstdə olduğunu vurğulayıb və yaxın gələcək seçkilərdə daşnak müxalifətin “Paşinyan hər şeyi Azərbaycanın istəyi ilə edir” povestindən istifadə edə biləcəyini qeyd edib. Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına gəlincə, Verdyan bildirib ki, Aİ-yə üzvlük üçün fiziki maneə Türkiyədir. Ermənistanın Aİ-yə üzv olması üçün Türkiyə ərazisindən quru yol tapması lazımdır. Əks halda, ölkə Rusiyanın iqtisadi əlavəsi olaraq qalacaq. İ.Verdyan yekun olaraq vurğulayıb ki, Ermənistanın regionda inkişafı və Avropa İttifaqına inteqrasiyası üçün yeganə yol sülhün qorunması və praktik həll yollarının tapılmasıdır.

Yeri gəlmişkən, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək. Bu barədə cari ilin mayında Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta bildirib. Liderlər səviyyəsində Ümumavropa siyasi dialoqu üçün vacib platformaya çevrilən sammitin 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ilin birinci yarısında Azərbaycanda, ikinci yarısında isə Latviyada keçiriləcəyi elan olunub. Hesab olunur ki, belə bir tədbirin Bakıda keçirilməsi Azərbaycanla Avropa ölkələri arasında münasibətlərin inkişaf tendensiyasından xəbər verir. Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında mühüm rol oynayan Azərbaycana və onun liderinə böyük diqqəti N.Paşinyan da yaxşı anlayır. Paşinyanın hamını İrəvana dəvət etdiyini bildirməsi göstərir ki, Azərbaycan Prezidentini də Ermənistanda görmək istəyir. Xüsusilə də də sülh prosesi çərçivəsində Azərbaycan Prezidentini İrəvanda görmək istisna deyil ki, Paşinyanın böyük arzusudur. Bu halda, Azərbaycan Prezidenti İrəvana gedə bilərmi? Hesab olunur ki, bu tarixi bir səfər olar və bütün dünyanın diqqətini cəlb edər. Bəs yekun sülh müqaviləsi olmadan belə bir səfərin reallaşması nə dərəcə mümkündür?

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Avropa Siyasi Birliyi Fransanın Avropa İttifaqına sədrlik etdiyi vaxt Fransa prezidentinin təklifi əsasında yaradılmış bir platformadır: “Bu platformaya Aİ üzvü olmayan dövlətlər də, o cümlədən Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının əhatə etdiyi 6 dövlətdən 5-i - belarus istisna olmaqla - daxildir. Platformanın ötən 7 sammiti göstərdi ki, bu forum davamlı bir platformaya çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kopenhagendə keçirilən 7-ci sammitdə iştirakı olduqca məhsuldar oldu. Prezident Əliyev çox mühüm görüşlər keçirdi. Avropa Siyasi Birliyinin əvvəlki sammitləri bir dəfə Avropa İttifaqı üzvü olan dövlətdə, növbəti dəfə isə Avropa İttifaqı üzvü olmayan dövlətdə keçirilir. Belə bir ənənə yaranıb və çox güman ki, yaxın illərdə belə bir sammit Azərbaycanda da keçiriləcək. Bu dəfə növbə Avropa İttifaqı üzvü olmayan Ermənistana keçib və növbəti sammit Ermənistanda keçiriləcək. Azərbaycan Prezidenti də həmin sammitə dəvət alacaq”.

S.Məmmədov xatırlatdı ki, ötən il Azərbaycanda bu sammitdən miqyasına görə dəfələrlə böyük, əhəmiyyətinə görə daha vacib qlobal tədbir - COP29 təşkil ediləndə Paşinyana rəsmi dəvət göndərilmişdi: “Amma nə Paşınyan, nə Ermənistan prezidenti bu tədbirə qatılmadı və hətta adi nümayəndə heyəti də göndərmədi. Belə olan halda Azərbaycan Prezidentinin Avropa Siyasi Birliyinin Ermənistanda keçiləcək 8-ci sammitində iştirak edib-etməyəcəyini proqnozlaşdımaq çətindir. Bununla belə, COP29-dan sonra Azərbaycan-Ermənistan münasibətlərində ciddi dəyişiklik baş verib. 2025-ci ilin 8 avqust tarixində Vaşinqtonda ”Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" paraflanıb və bu iki dövlət arasıda sülhün bərqərər olunması istiqamətində mühüm bir irəliləyişdir. Ona görə də münasibətlərin nizamlanması istiqamətində müsbət dinamikanın davam etməsi ona gətirə bilər ki, hətta dövlət başçıları qarşılıqlı olaraq səfərlər edə bilər".

STM icraçı direktoru qeyd etdi ki, Ermənistanın baş naziri ölkəsinin müstəqilləşməsindən bəhs etsə də, reallıq fərqlidir və onun səfəri xaricə bağlı olan daxili qüvvələrin fəallaşmasına gətirə bilər: “Bu baxımdan Paşinyanın durumu o qədər də yaxşı vəziyyətdə deyil. Azərbaycan Prezidentinin isə belə bir problemi yoxdur. Sammitin vaxtına elə də çox vaxt qalmayıb. Proqnoz verməkdənsə, gözləməyimiz daha yaxşıdır. Prezident İlham Əliyev nəyi, necə, nə vaxt etmək lazımdır yaxşı bilir”.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirdi ki, “Avropa Siyasi Birliyi”nin sammitində cənab prezident İlham Əliyevlə N. Paşinyan arasında görüş səmimi və müsbət ortamda keçirildi: “Bu, de-fakto sülhün təzahürüdür. Bu görüşdə müsbət istiqamətdə danışıqlar gedib. N. Paşinyanın ”Avropa Siyasi Birliyi" İrəvanda keçiriləcək sammitə dəvət etməsinə gəldikdə, inanmıram ki, erməni baş nazir bu cəsarət edib, cənab Prezidentə bu təklifi versin. Çünki, belə bir səfərin reallaşması mümkün deyil. Nikol Paşinyan COP29-a qatılmadı. Heç nümayəndə heyəti də göndərmədi. Hazırda de-fakto sülh olsa da, bu, Prezidentin Ermənistanda keçiriləcək sammitə qatılması anlamına gəlmir". M.Əsədullazadə əlavə etdi ki, nəinki ASB sammitinə, ümumiyyətlə, yekun sülh müqaviləsi imzalanandan sonra da cənab Prezidentin Ermənistana səfər edəcəyini düşünmür: “Cənab Prezident işğala son qoyub. Ermənilərin miatsium ideologiyasını fiaskoya uğradib. Qarabağ xulyalarını dəfn edib. Düzdür, iki ölkə arasında sülh vacibdir, olacaq. Növbəti dəfə Azərbaycanda ASB sammiti keçiriləcək. İlk növbədə Paşinyan Azərbaycana səfər etməlidir. Ondan sonra, biz Baş nazir səviyyədə Ermənistana belə bir tədbirlərdə iştirak edə bilərik. Biz Ermənistanla sülhə tələsən deyilik. Onlar bunu tezləşdirməli və istəməlidirlər. Bakının isə şərti və ”ev tapşırığı" bəllidir..."











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Bu gün, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Bu gün, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Bu gün, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Bu gün, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Bu gün, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Bu gün, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Bu gün, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Bu gün, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Bu gün, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Bu gün, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Bu gün, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Bu gün, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Bu gün, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Bu gün, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru