Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                 

“Erməni baş nazir seçkilərə qədər Kremli narazı salmamağa çalışacaq” - NƏ BAŞ VERİR?
Tarix: 27-09-2025, 11:44 | Çap et

Hazırda əksər dünya liderləri BMT Baş Məclisinin 80-ci yubiley sessiyası çərçivəsində Nyu-Yorkdadadır. Onların arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.

Səfərin ilk saatlarından etibarən çoxsaylı müraciətlər əsasında ikitərəfli görüşlər keçirən Azərbaycanın dövlət başçısı artıq dünyanın bir saylı ofisinin rəhbəri, ABŞ lideri Donald Trampla növbəti dəfə bir araya gəlib. Amma baş nazir Nikol Paşinyan nədənsə Amerikaya getməyib. Ermənistanı Nyu-York zirvəsində xarici işlər naziri Ararat Mirzəyan təmsil edir.

Beləcə, hesab etmək olar ki, Paşinyan unikal bir fürsəti buraxıb. Daha qəribəsi odur ki, o, sentyabrın 25-də Putinin qatılacağı Rusiya atom sənayesinin 80 illiyi ilə bağlı qlobal tədbirdə iştirak üçün Moskvaya uçub. Maraqlı gedişatdır, həm də rəmzi mənada edilən seçimdir: Baş Assambleyanın 8-ci sessiyasındansa, atom sənayesinin 80 illiyi ilə bağlı tədbirə üstünlük verilib. Faktiki olaraq Paşinyan Putinlə görüşə önəm verdiyini nümayiş etdirib.

Paşinyan 26-30 sentyabr tarixlərində Ümumdünya Atom Həftəsinin (World Atomic Week) keçiriləcəyi Moskvaya səfər etməyə üstünlük verib ki, burada önəmli olan atom sənayesi deyil. Şübhəsiz ki, bu səfər və seçim Paşinyanın ürəyincə sayıla bilməz. Çünki onun 8 avqustda, Vaşinqtonda Azərbaycan və ABŞ liderləri ilə görüşdə nə qədər xoşbəxt göründüyünü də unutmamışıq, kəsəsi, uçmağa qanadı yox idi. Rusiya rəsmiləri bir müddət öncə verdikləri açıqlamalarda Paşinyanı Rusiyada gözlədiklərini bildirmişdilər və bununla da Ermənistan baş nazirinin ABŞ-yə yolunu kəsmiş olmuşdular. Xüsusilə də ABŞ-nin Zəngəzur dəhlizi - Tramp marşrutunun maliyyələşdirilməsi ilə bağlı 145 milyonluq tranş ayırması Rusiyanı qəzəbləndirib və şübhə yoxdur ki, Paşinyan bu istiqamətdə Rusiyanı sakitləşdirməkdən ötrü əlindən gələni edib, səfərin də bu məqsəd daşıdığını söyləmək olar.

İstisna deyil ki, bu barədə ABŞ-yə də mesajlar çatdırılıb. Xüsusilə də Ermənistanın iqtisadiyyat nazirinin ABŞ-yə dəvət olunması və Zəngəzur dəhlizində işlərə başlamaq istiqamətində təşəbbüslər Kremli qıcıqlandırıb və İrəvan Rusiyanı sakitləşdirməkdən ötrü cəhdlər göstərir. Həm də seçkilərə yaxınlaşan Ermənistanda siyasi hərarətin artması birbaşa Rusiya ilə bağlıdır ki, Paşinyan bunu çox yaxşı anladığı üçün Qərbə doğru “bir addım irəli, iki addım geri” atır. Putinlə görüş zamanı Paşinyan bildirib ki, Ermənistan özünə uyğun olan kiçik modul tipli atom layihələri axtarır və bu məsələdə Rusiya ilə aktiv dialoq aparır: “Rosatom korporasiyası ilə də səmərəli əməkdaşlıq mövcuddur. Bu gün biz atom texnologiyaları barədə çox yeni məlumatlar əldə etdik və sizin paylaşdığınız bilgilərə görə təşəkkür edirik. Ermənistan üçün də atom energetikası olduqca önəmlidir”.

Baş nazirin sözlərinə görə, rəsmi İrəvan hazırda Ermənistan Atom Elektrik Stansiyasının istismar müddətini 2036-cı ilə qədər uzatmaq üzərində çalışır. Paşinyan iki ölkə arasındakı ticarət dövriyyəsinə də diqqət çəkərək qeyd edib ki, bu il müəyyən azalma müşahidə olunub: “Bu, qlobal proseslərlə bağlıdır. Amma qarşılıqlı ticarətin 2023 və 2024-cü illərdəki templə artmasını davam etdirmək üçün bu istiqamətdə işləmək vacibdir”.

Ermənistanın baş naziri Paşinyan budəfəki görüş ərəfəsində də Rusiya prezidenti tərəfindən aşağılanıb. Publika.az-ın Rusiya mətbuatına istinadən bildirdiyinə görə, Paşinyan Putinlə görüşmək üçün az qala gecə yarısına qədər gözləməli olub və o, sentyabrın 26-dakı görüş zamanı az qala saat 01:00-a qədər gözləməli olub. Görüşdə Rusiya tərəfdən baş nazirin müavini Aleksey Overçuk, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Dmitri Lyubinski, Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov, “Rosatom” Dövlət Korporasiyasının rəhbəri Aleksey Lixaçev iştirak ediblər.

Rusiya prezidenti “Bir-birimizi bu yaxınlarda görsək də, həmişə danışacaq bir şeyimiz var, lakin buna baxmayaraq, sizi Moskvada görməyə çox şadıq”, deyib. Görüşdə Rusiya tərəfdən baş nazirin müavini Aleksey Overçuk, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Dmitri Lyubinski, Rusiya Dəmir Yollarının baş direktoru Oleq Belozerov, “Rosatom” Dövlət Korporasiyasının rəhbəri Aleksey Lixaçev iştirak ediblər. N.Paşinyan Rusiyada artıq neçənci dəfədir ki, aşağılanır, ələ salınır. Amma güman ki, qarşıdakı seçki səddini Rusiya maneəsi olmadan aşmaqdan ötrü “bütün məhrumiyyətlərə dözür”.

Bəs Paşinyan nədən Putini Trampdan üstün tutub? Erməni baş nazirin gerçək hədəfi nədir?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında öncə mühüm bir məqama diqqət çəkdi. Bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti kimi BMT Baş Assambelyasının sessiyasına qatılsaydı, iki lider növbəti dəfə görüşüb fikir mübadiləsi aparacaqdı: “Nikol Paşinyan bunun əvəzinə ”beynəlxalq atom həftəsi" konfransında iştirak məqsədilə sentyabrın 25-də Moskvaya getdi. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra bu ölkənin tərəfdaşlarının sayı azalıb. Kreml bu görüntünü ortadan qaldırmaq üçün Rusiyada müxtəlif beynəlxalq tədbirlər keçirməyə çalışır. “Beynəlxalq atom həftəsi” konfransı da bu məqsədə xidmət edir. Rusiya Prezidenti Vladimir Putin tədbirə Nikol Paşinyanı da dəvət etmişdi. Ermənistanın baş naziri bu tədbirdə iştirak etməklə iki ölkə arasında münasibətlərin normal olduğunu göstərməyə çalışdı. Çünki onun rəqibləri Paşinyanı Ermənistanın ənənəvi müttəfiqi Rusiyadan üz döndərərək Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməkdə ittiham edirlər".

E.Şahinoğlu digər bir məqamı vurğulayaraq xatırlatdı ki, Nikol Paşinyan iyun ayında verdiyi açıqlamada Ermənistanın Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatını tərk edə biləcəyini söyləmişdi: “Bu açıqlama Rusiyanın siyasi dairələrində narahatlıq yaratmışdı. Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı açıqlamaları da Kremli narahat etmişdi. Avropa İttifaqı Ermənistanla sıx əlaqələr qurub. Rusiya rəsmiləri Paşinyanı seçim qarşısında qoydular: ”Ermənistan ya Avrasiya İqtisadi Birliyini, ya da Avropa İttifaqını seçməlidir". Daha sonra Paşinyan Avropa İttifaqı üzvlüyü fikrini korrektə etdi və ölkəsinin əvvəlkitək Avrasiya İqtisadi Birliyində üzvlüyünə davam etdirəcəyini söylədi. Nikol Paşinyan Ermənistanın Rusiya ilə iqtisadi və ticarət əlaqələrinin davam etdirilməsini istəyir".

Politoloqun ehtmalına görə, Paşinyan Ermənistanda parlament seçkilərinə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək barədə danışmayacaq: “Paşinyan Rusiyanın Ermənistanda seçki öncəsi təxribat törədə biləcəyindən qorxur. Ona görə də Paşinyan parlament seçkilərinə qədər Kremli narazı salmamağa çalışacaq. Onun Moskvada konfransda iştirakı və Vladimir Putinin görüşü buna dəlalət edir”.

Moskva görüşü ilə bağlı bir məqam da diqqət çəkir. Prezident Putin Paşinyanla görüşündə xatırladıb ki, Rusiya ilə ticarət münasibətləri Ermənistanın xarici ticarət dövriyyəsinin 34 faizini təşkil edir. O, Rusiya ilə Ermənistan arasında münasibətləri “sabit və yaxşı” inkişaf etdiyini bildirib.

“Ticarət dövriyyəsi demək olar ki, 11 milyard dollardır. Bu, Ermənistanın xarici ticarət dövriyyəsinin 34 faizidir. Bizim statistikaya görə, Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 11,7 milyard dollardır. Bu, 2024-cü il üçün rekord göstəricidir”, - deyə Putin konkret rəqəmlərə istinad edib. Həmçinin iki ölkə arasında əlaqələrin digər sahələrdə də inkişaf etdiyini deyib. Bu faktın özü Ermənistanın Rusiya orbitindən çıxışının mümkünsüz olduğu barədə açıq eyhamdır. Dolayısı ilə Kreml erməni iqtisadiyyatını sabotajla təhdid edir. Özü də bu mesaj təkcə Paşinyana deyil, həm də Qərbdəki tərəfdaşlarına ünvanlanıb.

İndi görək ABŞ-nin, xüsusən də bir neçə dəfə N.Paşinyan haqqında müsbət fikirlər söyləyən D.Trampın bu seçimə reaksiyası necə olacaq?..











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:09
Bu gün onun anım günüdür
Dünən, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Dünən, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Dünən, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Dünən, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Dünən, 12:45
SOCAR-da yeni təyinat - Foto
Dünən, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Dünən, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Dünən, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Dünən, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Dünən, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Dünən, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Dünən, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Dünən, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Dünən, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Dünən, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Dünən, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Dünən, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Dünən, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Dünən, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Dünən, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Dünən, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru