Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı .....                     35 illik münaqişədən sonra... .....                     Erməni baş nazir xalqını əmin edir ki... .....                     Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? .....                     Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı .....                     “Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” .....                     “Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” .....                     NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... .....                     Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik .....                     Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur .....                     Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı .....                     SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb .....                     "Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." .....                     Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... .....                     Durduğun yerdə borclanırsan... .....                     Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? .....                     "Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." .....                     “300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti .....                     Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... .....                     Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı .....                     Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb .....                     DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... .....                     “Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” .....                     Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... .....                     “Unibank” sənin bankın deyil... OLMAYIB DA... .....                     Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... .....                     ABŞ İranın hərbi obyektinə zərbə endirib .....                     Ermənistan konstitusiyası dəyişir... .....                     Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu .....                     MİNLƏRLƏ CAN QURBAN OLDU... .....                     Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb .....                     Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər .....                     İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb .....                     Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? .....                     Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi .....                     Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb .....                     Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb .....                     Litva Rusiyaya nota verdi .....                     "Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" .....                     "AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib .....                 

Paşinyan “ev tapşırığı”nın icrasına başladı - Əliyevin o tələbi...
Tarix: 16-08-2025, 08:48 | Çap et

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı növbəti tələbinə razılıq verib. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr bildirib ki, söhbət Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Ermənistan Konstitusiyasından çıxarılmasından gedir: “Bunu Vaşinqton Sazişinin birinci bəndi sübut edir. Orada bildirilir: ”Sülh müqaviləsi paraflandıqdan sonra biz sazişin imzalanması və yekun ratifikasiyası istiqamətində gələcək fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini qəbul etdik və ölkələrimiz arasında sülhün qorunması və möhkəmləndirilməsinin vacibliyini vurğuladıq".

Bu razılaşmadan sonra Bakı bəyan elədi ki, Paşinyana ev tapşırığı veriblər: o, Konstitusiyanı dəyişməlidir və sülh sazişi bundan sonra imzalanacaq" (Teleqraf).

Qəzet ardınca qeyd edir ki, Konstitusiya İslahatı Şurası uzun fasilədən sonra həftələr öncə iclas keçirib. “Əldə etdiyimiz məlumata görə, şura tezliklə yeni Konstitusiyanın mətninin hazırlanması üçün aktiv şəkildə iclaslar keçirəcək”, - məlumatda bildirilir.

Bəs Paşinyan Əliyev və Trampın əsas “Ev tapşırığı”nı hansı tarixdə reallaşdıracaq?

“Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən müddəaların çıxarılmasına razılıq verməsi, uzun illərdir bölgədə gərginliyə səbəb olan təxribatçı yanaşmadan imtina istiqamətində mühüm addımdır. Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadla ərazi iddialarını Konstitusiya səviyyəsində qoruması beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin ərazi bütövlüyü prinsipinə ziddir. Bu səbəbdən həmin müddəaların ləğvi regionda davamlı sülhün bərqərar olması üçün zəruri şərtdir”. Bunu “Yeni Müsavat”a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Vaşinqton Sazişinin birinci bəndində də vurğulandığı kimi, sülh müqaviləsinin paraflanmasından sonra onun imzalanması və ratifikasiyası üçün zəruri addımların atılması tərəflərin öhdəliyidir: “Ermənistan Konstitusiyasındakı təxribatçı müddəaların aradan qaldırılması, bu öhdəliyin real icrası və sülh prosesinin irəliyə aparılması üçün əsaslı zəmin yaradacaq. Bu baxımdan hesab edirəm ki, Ermənistanın ”ev tapşırığı"nı tez bir zamanda yerinə yetirməsi vacibdir. Çünki hər hansı siyasi manevr və ya gecikmə cəhdləri, təkcə sülh gündəliyinə zərbə vurmaqla qalmayacaq, həm də Ermənistanın beynəlxalq etibarlılığını ciddi şəkildə sarsıdacaq. Sülhün imzalanması üçün bu addımın gecikdirilmədən atılması bölgədə sabitlik və qarşılıqlı etimad mühitinin möhkəmlənməsi baxımından həlledici əhəmiyyət daşıyır".

V.İskəndərov qeyd edib ki, Azərbaycan sülhün əldə olunması üçün bütün addımları atmağa hazırdır: “İndi top Ermənistanın tərəfindədir. Paşinyan hökuməti siyasi iradə nümayiş etdirərək bu dəyişiklikləri reallaşdırmalı, xalqını əsassız iddiaların əsiri olmaqdan qurtarmalıdır. Yalnız bundan sonra bölgədə etibarlı sülh və əməkdaşlıq mühiti formalaşa bilər”.

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov məsələlərə bu cür aydınlıq gətirdi: “Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və dövlətlərarası münasibətlərin qurulmasında əngəl olan iki vacib məsələ var. Biri fəaliyyəti olmayan ATƏT Minsk Qrupunun buraxılması və Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması idi. Lakin İrəvan hər vəhclə Bakının haqlı tələblərini icra etmək istəmirdi. Bu da nəticə etibarı ilə sülh sazişini imzalamağı yubadırdı. 8 avqustda Ağ Evdə prezident Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında aparılan görüşlərdə və imzalanan tarixi sənədlərdə nəhayət ki, Paşinyan şərtləri qəbul etmək məcburiyyətində qaldı. ATƏT Minsk Qrupu demək olar ki, buraxılıb. Hər iki tərəf bununla bağlı quruma birgə müraciəti ünvanlayıb. Lakin konstitusiya dəyişikliyinin bir qədər uzun proses olacağı gözlənilir. Bunun üçün ilk növbədə ciddi hazırlıqlar tələb olunur. Erməni cəmiyyətini inandırmaq lazımdır ki, onların konstitusiyası işğalçı ruhludur, başqa dövlətlərin ərazilərinə iddia edilir. Bu təkcə Azərbaycanın şərti kimi qəbul edilməməlidir, beynəlxalq hüquq normaları və prinsiplərindən irəli gəlir. Bir dövlətin ərazisinə konstitusiya ilə iddia edərək həmin dövlətlə sülh sazişi imzalamaq və diplomatik əlaqələr qurmaq absurd səslənir. Gələcəkdə imzalanacaq həmin sənədlərin özü də davamlı sabitliyə və təhlükəsizliyə tam təminat vermir. Nəzərə almaq lazımdır ki, erməni müxalifəti, həmçinin kilsə sülh sazişinə qarşı çıxmaqdadır və onlar bu yolu bloklamaq üçün hər cür vasitəyə əl atırlar. Rusiya da həmin qüvvələri açıq şəkildə müdafiə etməkdədir. Odur ki, Paşinyan müsbət nəticəni almaq üçün təbliğat aparatını gücləndirib erməni cəmiyyətini Konstitusiya dəyişikliyinin vacibliyinə inandırmağı bacarmalıdır. Mövcud durum isə qaneedici deyil və Konstitusiya dəyişikliyində üstünlük Bakının diktəsi kimi qəbul edilir. Qarşıda isə Ermənistanda parlament seçkiləridir və indiki hakimiyyət nisbi üstünlüyə malikdir. Odur ki, Paşinyan seçki öncəsi referenduma getməyə tərəddüd edərdi. Ehtimallardan biri odur ki, seçkini udub növbəti qısa mərhələdə referenduma start verilsin. Lakin Birləşmiş Ştatların və Qərbin güclü dəstəyini hiss edərsə, o zaman uzağı 2026-cı ilədək Konstitusiya dəyişikliyini həll edər. Məncə, Baş nazir üçün yaxın prioritet hakimiyyətini qorumaqdır. Erməni kilsəsinə qarşı total hücum da, Moskvanın əlaltılarını əzməklə bağlı sərt tədbirləri də məhz parlament seçkilərinə hesablanıb. Əsas odur ki, sülh sazişi paraflanıb, Ermənistan sazişdən irəli gələn müddəaları qeyd şərtsiz icra etməlidir və edəcək də. Əks təqdirdə fəlakətlə üzləşə bilər”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Köçəryan İlham Əliyevin siyasətinə möhtac qaldı – Özü etiraf etdi
Bu gün, 11:34
35 illik münaqişədən sonra... - GƏLİŞMƏ
Bu gün, 11:33
Erməni baş nazir xalqını əmin edir ki... - KİV
Bu gün, 11:26
Əkbər Hacıyevin müavini NƏ İŞLƏR ÇEVİRİR? - İLGİNC
Bu gün, 11:17
Komitə sədri daha bir şöbə müdirini işdən çıxardı - ƏMR
Bu gün, 11:07
“Azərbaycan xalqı 28 Mayı Novruzdan daha böyük sevinclə qeyd etməyə başlayacaqsa…” - AKTUAL
Bu gün, 11:05
“Ermənistan bu imza ilə Rusiyanın əlindən getdi” -Kremlə suçlamalar
Bu gün, 10:56
NDU-da rüşvət də KORRUPSİYAYA UĞRAYIB... - BU NƏDİ BELƏ?
Bu gün, 10:38
Heç vaxt bunu Azərbaycanla müzakirə etməmişik - Paşinyan BELƏ DEYİR
Bu gün, 09:24
Azərbaycan nefti 102 dollar səviyyəsində ticarət olunur
Bu gün, 09:22
Vahid Əhmədov Tamerlan Qarayevlə bağlı tarixi detalı açdı - O gün parlamentdə nə baş vermişdi?
Bu gün, 09:03
SEPAH ABŞ hərbi hava qüvvələri bazasını hədəf aldığını açıqlayıb
Bu gün, 08:49
"Murad Dadaşovun qadağaları Balakişi Qasımovun qadağalarından daha şiddətlidir..." - keçmiş deputat
Bu gün, 08:22
Şəhid adını daşıyan küçədə ACINACAQLI MƏNZƏRƏ... - NARAZILIQ VAR...
Bu gün, 08:12
Durduğun yerdə borclanırsan... - AXI NİYƏ?..
Bu gün, 08:02
Kinematoqrafçılar İttifaqında DAVAya səbəb nə olub? - "...heç nə dəyişməyəcək"
Bu gün, 07:03
"Hesablama Palatası 5 gündür oturub ittifaqda Əli İsa ilə bağlı yoxlama aparır..." - QALMAQAL
Bu gün, 07:00
“300 min azərbaycanlı” iddiası: Karapetyandan seçkiöncəsi qorxu siyasəti - ƏSLİNDƏ İSƏ...
Bu gün, 06:56
Bahalı geyinib-gecinən başçı internetə 15 min ödəyir... - TƏFƏRRÜAT
Bu gün, 06:53
Paşinyan seçkidən sonra nə edəcəyini açıqladı - "Görəcəksiniz ki..."
Bu gün, 06:49
Tramp Paşinyanı Ermənistan seçkilərində dəstəklədiyini açıqlayıb - “Truth Social”
Bu gün, 06:40
DİQQƏT: Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər... - ƏGƏR...
Bu gün, 06:37
“Azərbaycan qlobal ərzaq böhranına daha hazırlıqlı yaxınlaşır” - AKTUAL
Bu gün, 06:35
Masallıdakı özbaşınalıqdan Azər Məmmədova şikayət olundu... - MÜRACİƏT
Bu gün, 06:32
“Unibank” sənin bankın deyil... OLMAYIB DA... - FAKT BUDUR!
Bu gün, 06:26
Goranboy sakini iş üçün DAĞA-DAŞA DÜŞÜB... - bu, rəsmən belədir...
Bu gün, 06:23
ABŞ İranın hərbi obyektinə zərbə endirib - "Reuters"
Bu gün, 06:01
Ermənistan konstitusiyası dəyişir... - Əgər Paşinyan qalib gələrsə...
Bu gün, 05:59
Türk Cem Özdəmir Almaniyanın ikinci ən nüfuzlu siyasətçisi oldu - INSA
Bu gün, 05:56
MİNLƏRLƏ CAN QURBAN OLDU... UĞRUNA...
Bu gün, 05:54
Rubionun səfəri Paşinyana seçki dəstəyinin verilməsinə hesablanıb - ŞƏRH
Dünən, 17:30
Ermənistan İranla münasibətlərində ciddi problemlərlə üzləşə bilər - Köçəryan
Dünən, 17:27
İran dövlət televiziyası ABŞ-la mümkün anlaşmanın ilkin detallarını açıqlayıb - AKTUAL
Dünən, 17:07
Bakı ilə barışığa Rusiya ZƏMANƏT verəcək? – Ayının MİN oyunu...
Dünən, 16:52
Mariya Zaxarova Ermənistan nazirinə belə cavab verdi - GƏRGİNLİK
Dünən, 16:50
Pentaqon İrandakı əlavə hədəflərin siyahısını hazırlayıb – NBC
Dünən, 15:31
Cahangir Əsgərov "Premium Bank"dakı payını artırıb
Dünən, 15:29
Litva Rusiyaya nota verdi
Dünən, 15:24
"Müqavilənin ləğvini qaz nəhəngindən soruşun" – Peskovdan İrəvanı şoka salacaq bəyanat
Dünən, 15:18
"AFB Bank" səhmdarlarına 4 milyon manatdan çox dividend ödəyib
Dünən, 15:15
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
Dünən, 15:13
Kremlin qorxunc planı: - Rusiya Avropada yeni müharibə ocaqları yandırır
Dünən, 13:20
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
Dünən, 13:14
“Qarabağdan olan “general”ların kütləvi həbsinə hazırlıq gedir” - “İravunk”
Dünən, 12:55
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
Dünən, 12:44
"Kristal Bakı"nın səhmdarlarının yığıncağı keçiriləcək
Dünən, 12:36
Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Dünən, 12:27
“Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Dünən, 12:20
Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Dünən, 12:16
Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Dünən, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru