Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                 

Azərbaycan öz məhsulunu baha qiymətə reallaşdırmaq imkanı qazanar - Neft qiymətləri 200 dollar olacaqsa...
Tarix: 19-07-2025, 09:45 | Çap et

ABŞ Prezidenti Donald Trampın Rusiyaya və onunla neft-qaz ticarəti aparan ölkələrə sanksiya tətbiqi üçün 50 gün müddət təyin etməsindən sonra Avropa İttifaqının Moskvaya qarşı ən sərt sanksiyaları qəbul etməsi dünyada böyük ajiotaja səbəb olub. Belə ki, Brüsselin sanksiyalarının əksəriyyəti bilavasitə Rusiyanın neft-qaz gəlirlərinə qarşı yönəlib. Bura daxildir Rusiya neftinin qiymət həddinin hər barel üçün təqribən 47,6 dollara endirilməsi və hər altı aydan bir tavana yenidən baxılması; Şimal axını qaz kəmərlərindən istifadənin qadağan olunması; Rusiya neftindən əldə edilən neft məhsullarının Aİ-yə idxalına qadağa; Rusiya neftini daşıyan daha 105 tankerə qarşı sanksiyalar; Hindistanda Rosneft neft emalı zavoduna qarşı məhdudiyyətlər.

Bundan əlavə, 18-ci sanksiya paketi Rusiyanın neft də daxil olmaqla, ticarətini təmin edən bir neçə Çin bankına, habelə Çindən olan yeddi şirkətə, Türkiyədə fəaliyyət göstərən 4 şirkətə qarşı sanksiyalar; 22 Rusiya bankına qarşı məhdudiyyətlər: onların SWIFT-dən ayrılması və artıq sistemdən ayrılmış banklarla əməliyyatların tam qadağan edilməsini nəzərdə tutur.

Rusiya rəsmiləri neft ixracına qarşı sanksiyaların təsirini etiraf etmirlər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyada sanksiyalara qarşı immunitet yaranıb. Onun sözlərinə görə, Rusiya sanksiyaların təzyiqi altında həyata uyğunlaşıb, məhdudiyyətlər altında yaşamağı öyrənib.

Peskov onu da vurğulayıb ki, Rusiya rəhbərliyi ölkəyə təsirini minimuma endirmək üçün Avropa sanksiyalarının yeni paketini diqqətlə təhlil etmək niyyətindədir. O qeyd edib ki, belə bir təhlilin aparılması zəruri tədbirdir.

Dövlət Dumasının deputatı İqor Ananskix Lenta.ru-ya bildirib ki, Hindistanın Rusiya neftini almaqdan imtina etməsi Moskva üçün heç bir ciddi problem yaratmayacaq: “Birincisi, sual ondan ibarətdir ki, Hindistan hətta ABŞ Prezidenti Donald Trampın sanksiyaları olsa belə, Rusiya neftindən imtina edəcək, yoxsa yox? Hindistan hazırda yaxşı inkişaf edir, onun böyük iqtisadi artımı var və o, Rusiyadan gələn ucuz enerji resurslarına əsaslanır. Əgər onları əvəz etməyə başlasalar, iqtisadiyyat tənəzzülə uğrayacaq”.

Ananskix qeyd edib ki, Hindistan neft almaqdan imtina etmək qərarına gəlsə, Rusiya müəyyən çətinliklərlə üzləşməli olacaq. Lakin siyasətçinin fikrincə, ölkə böyük itkilər olmadan itirilmiş həcmləri digər istiqamətlərə yönləndirə biləcək: “Rusiyanın təklif etdiyi məhsula dünyada tələbat var. Bu, həm neft, həm də qazdır. Ona görə də mən burada heç bir xüsusi problem görmürəm. Axınların başqa yerlərə bölüşdürülməsi o qədər də çətin olmayacaq. Bəli, iki-üç ay yenidənqurma olacaq. Amma biz artıq bir neçə ildir ki, daimi məhdudiyyətlər rejimində yaşayırıq”.

Hindistan dünyanın aparıcı neft istehlakçılarından biridir: 2024-cü ildə ölkə gündə təxminən 5,6 milyon barel neft istehlak edib. 2030-cu ilədək iqtisadi inkişaf tempini saxlamaq üçün tələbatın sutkada 6,6 milyon barelə qədər artacağı proqnozlaşdırılır. 2022-2023-cü illərdə Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra Hindistan Urals da daxil olmaqla, endirimlə Rusiya neftinin ən böyük alıcılarından birinə çevrilib. Hindistan Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ildə Rusiya nefti Hindistanın xammal idxalının təxminən 40 faizini təşkil edib.

2024-cü ilin iyul ayından Hindistan Çini keçərək Rusiya neftinin ən böyük alıcısına çevrilib. Bununla belə, sanksiyaların təzyiqi fonunda son aylarda Hindistan digər istehsalçılardan alışları artırıb: 2025-ci ilin iyun ayında Hindistan Neft Korporasiyası (IOC) Petrobras (Braziliya) ilə 10 milyon barel neftin tədarükü üçün yeni müqavilə imzalayıb, "İndian Reliance Industries" şirkəti "Occidental Petroleum"la (ABŞ) müqavilələrin genişləndirilməsi ilə bağlı danışıqlar aparır, Kanadadan WCS (Western Canadian Select) neftinin tədarükünü artırır.

Aİ-nin "Rosneft" şirkətinin Hindistanda 49,13 faizinə sahib olduğu Nayara Energy Limited şirkətinə sanksiya tətbiq etməsi Rusiya üçün ağır zərbədir. Belə ki, bu şirkətin Vadinar şəhərində ildə 20 milyon ton məhsuldarlıq və 95,5 faiz emal dərinliyi olan neft emalı zavodu, ultra böyük VLCC tankerlərini qəbul edə bilən dərin su limanı, Hindistanda ən böyük pərakəndə yanacaqdoldurma məntəqələri şəbəkələrindən biri və faktiki olaraq mindən çox neft stansiyaları və digər logistika stansiyaları var. "Rosneft" bu aktivə hələ 2017-ci ildə investisiya qoymağa başlayıb, 12,3 milyard dollar sərf edib. Lakin on milyardlarla dollar həcmində əsas investisiyalar 2023 və 2024-cü illərdə yatırılıb. "Rosneft" buna faktiki olaraq məcburən gedib: Hindistana satılan neftə görə ödənilən milyardlarla dollar ekvivalentində rupi yerli banklarda ilişib qalmışdı. Hindistan qanunları rupinin ölkədən çıxarılmasını qadağan edir. Rusiyanın Hindistana ixracı Hindistandan idxalını 10-20 dəfə üstələdiyinə və Rusiya ilə ticarətdə dollardan istifadəni ABŞ qadağan etdiyinə görə neft üçün ödənilən rupilərin istifadəsi lazım idi. Buna görə də son nəticədə, bütün bu rupiləri Hindistanın neft infrastrukturuna yatırmaq qərara alındı, investisiya obyekti isə əvvəllər "Rosneft" tərəfindən alınmış "Nayara Energy Limited" seçildi.

Maraqlıdır ki, Rusiya prezidenti şəxsən bunu qürur səbəbi kimi təqdim edib, Rusiyanın Hindistan iqtisadiyyatına ən böyük investor oluğunu demişdi. Onun verdiyi məlumata görə, "Nayara Energy Limited"ə 23 milyard dollar yatırılıb. Putin həmçinin şirkətlə bağlı böyük planların olduğunu, yeni zavod tikiləcəyini açıqlamışdı. O zaman bu, mediaya super nailiyyət, o cümlədən anti-Rusiya sanksiyalarından yan keçmək imkanı kimi təqdim edilirdi. İndi bu imkan bütünlüklə əldən çıxır.

Onu da qeyd edək ki, Aİ-nin şirkətə sanksiya tətbiq edəcəyinə dair məlumatlar hələ aprel ayından yayılmışdı. Buna görə də "Rosneft" oradakı payını satmaq üçün hərəkətə keçmişdi. Yerli media xəbər verir ki, "Rosneft" milyarder Mukesh Ambaniyə məxsus "Reliance Industries Ltd." ilə "Nayara"dakı payının mümkün satışı ilə bağlı danışıqlar aparıb. Lakin prosesi sövdələşməyə qədər aparmaq mümkün olmadı. Brüssel Rusiyanın Avropadakı adamı olan Slovakiyanın baş naziri Robert Fikonun yaratdığı əngəli aşaraq sanksiya paketini təsdiqlədi. Bundan sonra "Rosneft"in “Nayara Energy Limited”dəki payını sata bilməsi real görünmür: sanksiya altında olan şirkəti kim almaq istəyər ki? Belə istəyi olansa dəyərindən qaq-qat aşağı qiymət təklif edəcək. Nəticədə, bu şirkətin maliyyə nəticələri kəskin şəkildə aşağı düşəcək, saxlanması Rusiya şirkətinə böyük həcmdə əlavə xərclər yaradacaq.

Aİ-nin Rusiya neftindən emal olunan neft məhsulları idxalını qadağan etməsi də Rusiyanın Hindistana neft ixracında kəskin azalmanı şərtləndirən amillərdəndir. Belə ki, 2023-cü ildən Aİ Rusiya neft məhsullarının alışını dayandırdıqdan sonra Hindistan ucuz qiymətə aldığı Rusiya neftindən həmin məhsulları emal edərək Avropaya satmağa başlayıb. Nəticədə Hindistanın Aİ-yə təmiz neft məhsulu ixracı 2023-cü ildə əvvəlki illə müqayisədə ayda orta hesabla 200.000 bareldən çox artıb. Bu ixrac 2024-cü ilin əvvəlindən daha 50 faizdən çox artıb. Hindistan şirkətləri sanksiya altında olan Rusiya neftini ucuz qiymətə alaraq, emal edib, alınan məhsulu baha qiymətə Avropaya satmaqla böyük gəlir əldə edirdilər. İndi bu gəlir kanalı da bağlanır.

Ticarət Nazirliyinin statistikasına görə, Rusiyanın Hindistanın neft idxalında payı may ayında natura ifadəsində 40 faizə, pul ifadəsində isə 39 faizə çatıb. Rusiya bu ölkəyə 4,422 milyard dollara (25 faiz azalma) 9,015 milyon ton neft (6 faiz azalma) tədarük edib.

Qeyd edək ki, yanvarın əvvəlində Bayden administrasiyası Rusiyanın neft sənayesinə qarşı irimiqyaslı sanksiyalar tətbiq edib. Bu məhdudiyyətlər nəticəsində fevralda həcmlər faktiki olaraq azalıb (4,9 milyon tona qədər, pay 31 faiz), lakin mart ayında onlar sanksiyalardan əvvəlki səviyyəyə qayıdıb - 7,43 milyon ton (Hindistanın idxalında payı 27,5 faiz), apreldə - 8,57 milyon ton (pay - 28,9 faiz.

İyulun 16-da Hindistanın neft naziri Hardeep Singh Puri "Reuters"ə bildirib ki, ölkəsi Rusiya neftindən imtina etməyə hazırdır. Onun sözlərinə görə, ABŞ sanksiyalar tətbiq edərsə, o, başqa ölkələrdən gələn təchizatla əvəzlənəcək. Nazir qeyd edib ki, Yeni Dehlinin 40-dan çox neft tədarükçüsü var: “Əgər nəsə olarsa, biz bunu həll edəcəyik”.

Nazirin sözlərinə görə, Rusiyadan idxal dayandığı halda Qayana ixracı artıra bilər, Braziliya və Kanadada sərbəst həcmlər var.

"Reuters"in yazdığına görə, Çin də ABŞ-ın tətbiq etdiyi mümkün tariflərə görə Rusiya neftindən imtina edə bilər. Bura həmçinin Türkiyə də daxildir.

Politoloq, Rusiya Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Dünya Siyasəti fakültəsinin dosenti Andrey Suzdaltsev isə iddia edir ki, Ağ Ev rəhbəri dediyi tarifləri tətbiq edərsə, dünya iqtisadiyyatı üçün fəlakət olacaq - belə bir rüsum dərəcəsi Rusiya karbohidrogenlərinin satışının faktiki olaraq dayandırılmasına gətirib çıxaracaq və dünya bazarında neftin qiymətinin 200 dollara qədər bahalaşmasına səbəb olacaq.

Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin və Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov xəbərdarlıq edib ki, Çin də eyni qərarı verərsə, bu vəziyyət Rusiya üçün problemə çevriləcək: “Əgər Çin və Hindistan öz istiqamətlərini dəyişdirə və Amerika sanksiyalarına müqavimət göstərə bilməsələr, o zaman bizim neft və neft məhsullarımızı yığmaq üçün sadəcə yerimiz qalmayacaq və biz onların istehsalını və ixracını azaltmağa məcbur olacağıq. Bəli, bu, bizim üçün böyük zərbə olacaq, lakin bu, həm də dünya bazarı üçün böyük zərbə olacaq. Bütün idxal edən ölkələr bundan böyük zərər görəcək: Çin, Hindistan, Avropa İttifaqı, ABŞ”.

Rusiya neftinə qarşı sanksiyaların neft ixracatçısı olan Azərbaycana təsirinə gəlincə, bu, əsasən neft qiymətləri baxımından hiss oluna bilər. Rusiyanın gündəlik ixrac etdiyi 7 milyon barelə çatan neft və neft məhsullarının mühüm hissəsi bazardan çıxarsa, bu, ümumi qiymət artımına səbəb olar. Nəticədə Azərbaycan öz məhsulunun satışını baha qiymətə reallaşdırmaq imkanı qazanar.

"Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Bu gün, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Bu gün, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Bu gün, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Bu gün, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Bu gün, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Bu gün, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Bu gün, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Bu gün, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Bu gün, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Bu gün, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Bu gün, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Bu gün, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Bu gün, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Bu gün, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Bu gün, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru