2025-2026-cı tədris ili necə yadda qaldı? .....                     Paşinyanı erməni müxalifət ilə danışıqlara Bakı məcbur edəcək .....                     Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək .....                     “Bu seçkilər legitim sayıla bilməz” .....                     Mətanət İsgəndərlidən keçmiş gəlini ilə bağlı qalmaqallı açıqlama: .....                     Stomatologiyada "kreditlə gülümsəmə" .....                     Ağstafa İcra Hakimiyyətinin maraqlı tenderi: 95 ton yerinə, 134 ton sement alınacaq .....                     80 qəpiklik dondurmalarla bağlı gizli təhlükə .....                     Tsarukyan Paşinyandan üzr, təkzib və kompensasiya tələb edir .....                     “Barama” niyə uşağı bağçada saxlamaq istəmir? .....                     Polşada azərbaycanlı sürücüyə xəsarət yetirdilər .....                     Qırmızı meydanda Rusiya Günü konserti niyə ləğv olundu? .....                     Ukrayna Rusiyanın Krıma aparan son quru yolunu "ölüm yoluna" çevirib .....                     Hindistanın Rusiyadan neft almasını ABŞ istəyib .....                     Karapetyan qaçmaq istədi, saxlanıldı: .....                     Sərvəti ölkə büdcələri ilə müqayisə olunan .....                     Pekin Vaşinqtonun Çin şirkətlərinə qarşı addımlarını pisləyib .....                     Böyük Britaniyada iqtisadi artım azalıb .....                     BƏƏ raket hücumlarını dayandırmaq üçün İrana .....                     Əməkdar artistdən şok açıqlama: .....                     İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI... .....                     Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımasa, nə baş verəcək?.. .....                     “Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ” .....                     Türkiyə Ermənistanla sərhədi açdı .....                     İcra başçısı "Ana-bala" parkını SATDI: sakinlər narazıdır... .....                     Putin Paşinyana “yox” dedi: Təbrik olmayacaq .....                     AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub .....                     “Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” .....                     Qaz məngənəsindəki İrəvan: Qurtuluşu Azərbaycandadır .....                     Dörd mindən çox əcnəbi Peterburqdan ÇIXARILDI: .....                     Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. .....                     Azərbaycan nefti 6 dollardan çox ucuzlaşıb .....                     İranın üç dodağı .....                     Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər .....                     "Embawood"un vergi borcu .....                     Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş .....                     "Ceylan MMC" fırıldağının pərdəarxası: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı? .....                     Hacıbaba Babayev bu tikintiyə icazə verib? .....                     İrəvandan Zəngəzur “həmləsi” .....                     “Tren de Aragua” lideri öldürüldü .....                 

Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir? - AKTUAL
Tarix: 25-10-2024, 16:33 | Çap et
Ali məktəblərdə hansı ixtisaslar ləğv edilməlidir?
Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev mətbuata açıqlamasında ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac olduğunu bildirib.
Nazir deyib ki, hökumətə təqdim olunan bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi texniki xarakterlidir:
"Əslində, bu, indiki mərhələdə texniki dəyişikliklərdir. İkili diplomlar həyata keçirilir, ayrı-ayrı ölkələrdə ixtisaslar fərqli olduğu üçün qanunvericiliyə uyğunlaşdırma lazımdır".
Mütəxəssislər hesab edir ki, ölkə universitetlərində tədris olunan bəzi fənnlər yenilənməli, əmək bazarına uyğun olmayan ixtisaslar ləğv edilməli və ya birləşdirilməlidir. Dünya təcrübəsi göstərir ki, təhsildə çeviklik və əmək bazarının tələblərinə uyğunlaşma müasir universitetlərin uğurunun əsas göstəricilərindən biridir. Azərbaycan təhsil sistemi də bu istiqamətdə addımlar ataraq tələbələrə daha perspektivli və müasir ixtisaslar təklif etməlidir.
Təhsil ekspertləri hesab edir ki, hazırda etnoqrafiya, arxiv işi və s. kimi ixtisaslar əmək bazarında kifayət qədər perspektivli sayılmır. Bu sahələrin yerinə daha geniş profilli fənlər təklif edilə bilər. Eyni zamanda köhnəlmiş texnologiyalar üzərində qurulmuş mühəndislik ixtisasları mövcuddur. Dünya təcrübəsində artıq bu tip ixtisaslar yeni texnoloji sahələrə inteqrasiya edilir. Bir zamanlar vacib hesab olunan ixtisasların cəmiyyətdə və iqtisadiyyatda real qarşılığı qalmayıb. Praktiki əhəmiyyət kəsb etməyəb belə ixtisaslar yeniləri ilə əvəzlənməlidir.
Təhsil eksperti Elçin Əfəndi bildirib ki, bir çox yeni ixtisasların tədrisi başlanılsa da, hələ tələbatın olduğu başqa ixtisaslar da var:
“Düşünürəm ki, artıq son dövrlərdə bəzi ixtisaslar açılıb. Əsasən, İT yönümlü ixtisaslar, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, kosmik texnologiyalar mühəndisliyi ixtisası var. Magistratura pilləsində kiber təhlükəsizlik var. Eyni zamanda, 56-cı MBA proqramında “blockchain” ixtisası var. Məncə, bununla paralel biz artıq bakalavr pilləsinə gen mühəndisliyi ixtisası da gətirməliyik. Bundan başqa, uçuş aparatları üzrə mühəndis, həmçinin maliyyə yönümlü ixtisasları universitetlərə gətirmək lazımdır. Əsasən də maliyyə və İT sintezindən yaranan ixtisasları tətbiq etməliyik. Bakalavr və magistr pilləsində bu ixitisaslara tələbat var”.
Elçin Əfəndinin sözlərinə görə, hazırda universitetlərdəki ixtisasların bir neçəsi mövcud dövrün tələblərinə uyğun deyil:
“Bu gün həmin ixtixsaslara əmək bazarında tələbat qalmayıb. Yeni ixtisasların yaradılması daha çox informasiya texnologiyaları yönümlü olmalıdır. Dünya praktikasına nəzər yetirsək, görərik ki, universitetlərdə müasir dövrün tələblərinə uyğun ixtisaslara daha çox yer ayrılır. Nəticələr də uğurludur. Bunlara daha çox yeniliklər etmiş ölkələri - Yaponiya, Cənubi Koreyanı misal göstərmək olar. Ölkəmizdə isə təzə-təzə texnologiyaya yönümlü ixtisaslar yaradılır. Məsələn, kosmik texnologiya ilə bağlı ötən il bir neçə ixtisas yaradılıb. Halbuki bu vaxta qədər yaradılmalı idi. Tələbələrin az sayda müraciət etdiyi ixtisaslar mövcuddur. Düzdür, həmin ixtisaslara ehtiyac var, amma çox deyil. Belə ixtisasların plan yerlərini azaldıb, yerinə digərlərinin plan yerlərini artırmaq daha məqsədəuyğundur. Məsələn, dağ mədən mühəndisliyi, materiallar mühəndisliyi ixtisaslarında 150-200 nəfər yox, cəmi 35-40 qəbul etmək olar. Qalanlarında isə 100 yox, 200 plan yeri yaratmaq məqbuldur. Bu sahədə görünür ki, islahatlara böyük ehtiyac var”.
Ekspert vurğulayıb ki, təhsil müəssisələrində əmək bazarında tələbat olmayan ixtisaslara daha çox yer ayrılır. O, bunun dəyişməli olduğunu deyir:
“Elə ixtisaslar var ki, ora qəbul planı çoxdur. Yəni o ixtisasa hazırda bir o qədər tələbat yoxdur. Məsələn, turizm işinin təşkili istiqamətində ölkədə kifayət qədər kadr var. Hər il də bu istiqamətdə 3000-4000 tələbə qəbulu aparılır. Bunun sayı azalmalıdır. Əmək bazarında tələbatı daha az olan ixtisaslar var, həmin ixtisaslarda plan yeri azaldılmalı, onun əvəzinə isə daha çox tələbatı olan ixtisaslara yer arılmalıdır. Həmin o tələbat olan ixtisaslar da pedoqoji, İT, maliyyə yönümlü, dizayn, tibb və s. ixtisaslarıdır”.
Millət vəkili Ceyhun Məmmədov deyir ki, yeni ixtisasların açılması önəmli məsələdir. Lakin bu, düzgün şəkildə aparılmalıdır. İş elə bir formada təşkil olunmalıdır ki, sistem pozulmasın:
“Sovet dövründə müəyyən bir sistem, ixtisaslaşmış universitetlər var idi. Biz çalışmalıyıq ki, bu ixtisaslaşmanı gözləyək və irəliləməyə davam edək. Düşünmürəm ki, hər hansı bir ixtisas tamamilə ləğv olunmalıdır. Sadəcə olaraq, həmin ixtisaslarda bəzi məlumatlara yenidən baxıla bilər”.
Millət vəkilinin dediyinə görə, bu gün daha çox texniki elmlərə üstünlük verilir. Məsələn, həndəsə, informasiya texnologiyaları, mühəndislik və s. İnsanlar humanitar sahə ilə yanaşı, texniki sahələrə də üstünlük verməli və bu sahədə yetişib püxtələşməlidir.
Ceyhun Məmmədovun fikrincə, bəzi ixtisaslar üzrə dar sahə istiqamətində getmək lazımdır: “Ümumi ixtisaslar daha çoxdur, məsələn, medianın bir neçə istiqaməti var. Dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanda bazar araşdırılıb, həmin bazarda nəyə daha çox tələbat varsa, o sahədə məlumatlar alınmalıdır”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyir ki, bugünün tələbi artıq diplomlu, ali savadlı olmaq yox, dövrün tələblərinə uyğun ixtisasa sahib olmaqdır:
"Müasirləşən dünya məzunlardan yeni ixtisaslara sahib olmağı, sovet dövründəki ənənəvi ixtisaslardan mümkün qədər uzaq durmağı tələb edir. Bu ixtisaslar artıq dördüncü sənaye inqilabının proqramlarında da əsas xətt kimi keçir. Bu gün artıq hər bir məzun bilir ki, ixtisas seçiminin düzgün aparılması gələcəyin təminatıdır.
Diplom xatirinə oxuyub ali məktəbi bitirmək stereotipindən uzaqlaşmaq gərəkdir. Qərbin aparıcı analitik mərkəzlərinin bəzi hesabatlarına nəzər saldıqda maraqlı ixtisaslara rast gəlmək mümkündür. Şəxsən mənim qənaətimcə, ixtisas seçimində də bir planlama olmalıdır. Sirr deyil ki, bu gün Türkiyənin ali məktəblərində minlərlə tələbəmiz ən müxtəlif ixtisaslar üzrə təhsil alır. İxtisas seçərkən böyük əksəriyyət tibbi seçir. Belə baxanda burada qeyri-adi nəsə yoxdur. Ancaq məsələ ondadır ki, tibbə yaxın xeyli sayda yeni, gələcəyin ixtisasları var. Onlara da üstünlük verilməlidir. Məsələn, götürək dünyada geniş vüsət alan biomedikal mühəndisliyi. İnsan bədənindəki orqanizmlər qocalır, pozulur və biomedikal mühəndislər bunları bərpa etmək üçün elm və texnologiyanın yeniliklərindən istifadə edir. Eləcə də biomedikal mühəndislər bədəndə xərçəng xəbərdarlığı verən kimyəvi siqnalları axtarır, tibbi cihazlar, protezler icad edir, inkişaf etdirir, yeni dərmanlar, peyvəndlər edir və əməliyyatlarda köməkçi olacaq robotlar icad edirlər. İxtisas seçimi zamanı bu məqamlara da diqqət yetirmək lazımdır".
BakuPost










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
2025-2026-cı tədris ili necə yadda qaldı?
Bu gün, 16:50
Paşinyanı erməni müxalifət ilə danışıqlara Bakı məcbur edəcək - “meduiza”
Bu gün, 15:38
Seyid Əli Xamenei iyulun 9-da dəfn ediləcək
Bu gün, 15:35
“Bu seçkilər legitim sayıla bilməz” - Köçəryan
Bu gün, 14:51
Mətanət İsgəndərlidən keçmiş gəlini ilə bağlı qalmaqallı açıqlama: - “Mən dəvət etmirəm, özü gəlir”
Bu gün, 14:11
Stomatologiyada "kreditlə gülümsəmə" - Diş müalicələri niyə bahalaşır?
Bu gün, 14:09
Ağstafa İcra Hakimiyyətinin maraqlı tenderi: 95 ton yerinə, 134 ton sement alınacaq - ARAŞDIRMA
Bu gün, 14:05
80 qəpiklik dondurmalarla bağlı gizli təhlükə - DİQQƏT
Bu gün, 13:39
Tsarukyan Paşinyandan üzr, təkzib və kompensasiya tələb edir
Bu gün, 13:24
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
Bu gün, 13:13
Polşada azərbaycanlı sürücüyə xəsarət yetirdilər - FOTOlar
Bu gün, 13:06
Qırmızı meydanda Rusiya Günü konserti niyə ləğv olundu? – Moskvada qorxu
Bu gün, 13:02
Ukrayna Rusiyanın Krıma aparan son quru yolunu "ölüm yoluna" çevirib - "The Telegraph"
Bu gün, 12:54
Hindistanın Rusiyadan neft almasını ABŞ istəyib – XİN rəhbəri
Bu gün, 12:53
Karapetyan qaçmaq istədi, saxlanıldı: - Ohanyanla bağlı isə həbs qərarı verildi
Bu gün, 12:51
Sərvəti ölkə büdcələri ilə müqayisə olunan AZƏRBAYCANLI
Bu gün, 11:51
Pekin Vaşinqtonun Çin şirkətlərinə qarşı addımlarını pisləyib
Bu gün, 11:49
Böyük Britaniyada iqtisadi artım azalıb
Bu gün, 11:47
BƏƏ raket hücumlarını dayandırmaq üçün İrana 20 milyard dollar verəcək?
Bu gün, 11:44
Əməkdar artistdən şok açıqlama: - "Ən yaxın rəfiqələrim sirlərimi saytlara ötürmüşdü"
Bu gün, 11:36
İmişli təhsilində SAXTA DİPLOM QALMAQALI... - İTTİHAM VAR...
Bu gün, 11:16
Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımasa, nə baş verəcək?.. - Hərbi müdaxilə?..
Bu gün, 11:07
“Paşinyanın ciddiliyini yoxlamaq istəyiriksə, 2 məsələyə fikir vermək lazımdır... ” - ŞƏRH
Bu gün, 11:03
Türkiyə Ermənistanla sərhədi açdı - KİV
Bu gün, 10:53
İcra başçısı "Ana-bala" parkını SATDI: sakinlər narazıdır... - FOTOLAR
Bu gün, 10:49
Putin Paşinyana “yox” dedi: Təbrik olmayacaq - GƏRGİNLİK DAVAM EDİR...
Bu gün, 10:41
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub - DİQQƏT!
Bu gün, 10:31
“Bizdə dünya ulduzu yoxdur, toy ulduzları var” – Tolikdən sərt açıqlama
Bu gün, 10:27
Qaz məngənəsindəki İrəvan: Qurtuluşu Azərbaycandadır - GƏLİŞMƏ
Bu gün, 10:20
Dörd mindən çox əcnəbi Peterburqdan ÇIXARILDI: - azərbaycanlılar da var
Bu gün, 10:16
Budaqova qarşı CƏBHƏ AÇANLAR kimlərdir?.. - İLGİNC İDDİALAR...
Bu gün, 10:06
Azərbaycan nefti 6 dollardan çox ucuzlaşıb
Bu gün, 10:04
İranın üç dodağı - AKTUAL
Bu gün, 10:02
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər - “Hraparak”
Bu gün, 09:35
"Embawood"un vergi borcu 1.6 milyonu ötdü
Bu gün, 09:29
Bakıda reabilitasiya mərkəzində qadınlar kişilərə işgəncə verirmiş - Şok faktlar
Bu gün, 09:27
"Ceylan MMC" fırıldağının pərdəarxası: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı? -İDDİA (VİDEO)
Bu gün, 09:11
Hacıbaba Babayev bu tikintiyə icazə verib? - VİDEO
Bu gün, 09:03
İrəvandan Zəngəzur “həmləsi” - Nə BAŞ verir?
Bu gün, 08:59
“Tren de Aragua” lideri öldürüldü - Tramp
Bu gün, 08:57
Rus generaldan Bakıya SENSASİON xəbərdarlıq - NƏ BAŞ VERİR?
Bu gün, 08:05
Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT
Bu gün, 08:04
" Hər bir halda, bu məsələ aktuallığını qoruyur..." - deputat
Bu gün, 08:02
Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb - DETALLAR
Bu gün, 08:00
Kürdəmirdə kəndlilər SUSUZ QALIB - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:59
Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlayır - AÇIQLAMA
Bu gün, 07:54
Qazaxda “Heydər Əliyev ideyalarının işığında” adlı tədbir keçirilib - ANIM
Bu gün, 07:45
Səhiyyə Nazirliyinə qarşı məhkəmə işi - Rəşad Babayev Prezidentə müraciətinin səbəbini açıqladı
Bu gün, 07:39
Ramiz Mehdiyevin bankı RƏSMƏN LƏĞV OLUNDU - BU DA SON!
Bu gün, 07:29
Daha bir Qazimizin əlilliyi ləğv olundu - "Etməyin belə!"
Bu gün, 07:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru