Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

Qaynını Fətullah Gülənə calayan Qorxmaz Hüseynovla bağlı yeni şok iddialar - "Azərsu" şefinin "ailə podratı"...
Tarix: 8-04-2015, 08:43 | Çap et
Qaynını Fətullah Gülənə calayan Qorxmaz Hüseynovla bağlı yeni şok iddialar
Neçə vaxtdır “Təzadlar”a “Azərsu” ASC-də baş verən qanun pozuntuları, korrupsiya faktları, bahalı tenderləri Qorxmaz Hüseynovun qohum-əqrəbasının rəhbərlik etdiyi firmaların, şirkətlərin “udması” barədə faktlarla, sənədlərlə dolu məlumat daxil olmuşdu. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ASC-də aparılan yoxlamanın nəticəsində aşkar edilmiş korrupsiya faktları və bunun fonunda Babək Hüseynovun həbs edilməsi təbii ki, bu qrumda ciddi problemlərin olduğunun göstəricisidir. Ona görə də “Təzadlar”ın Araşdırma Qrupu təqdim edilmiş sənədlərin dəqiqləşdirilməsi istiqamətində neçə vaxtdır gərgin işləyirdi. Bunun üçün vətəndaşlarla öz aralarında “Çin səddi” yaratmış “Azərsu” ASC-nin rəhbərləri, tenderləri udan şirkətlərlə və digər dövlət orqanları ilə əlaqələr yaradaraq əks tərəfin münasibətlərini öyrənməyə cəhd edirdik. Elə bu ərəfədə “Cumhuriyyət.az” saytında bizim araşdırdığımız mövzu öz əksini tapdı. Görünür son vaxtlar bəzi vətəndaşlar tərəfindən dəb halını almış bir gəlişmə burada da öz sözünü deyib. Yəni vətəndaş əlində olan fakları bir neçə qəzetə və sayta göndərir ki, möcud problem daha geniş yayılsın. Ona görə də saytdakı həmkarlarımızı başa düşürük. Bu səbəbdən saytdakı araşdırma yazınin möqeyimizlə üst-üstə düşdüyündən və müəyyən qədər bizi qane etdiyindən dərcinə qərar verdik.
Azərsu” ASC-ninfəaliyyətində yer almış müxtəlif qanun pozuntuları ilə bağlı dəfələrlə yazmışıq. Araşdırmalarımızın birində bildirmişdik ki, ASC-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamanın nəticəsində aşkar edilmiş mənimsəmənin bilavasitə həyata keçirilməsinə görə məsuliyyət daşıyan şəxs kimi ASC-nin Babək Həsənov adlı bir əməkdaşı həbs olunub. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə Babək Həsənov ASC-də Köçəri Həsənov, Mahir Məmmədov və İlqar Tağıyevdən ibarət qruplaşmaya daxil imiş. Babək Həsənov “Azərsu” Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavinİ Teyyub Cabbarovun qardaşının kürəkənidir. O, həbsinə qədər ASC-nin hüquqşünası olub. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb.
Baş verənlərin təfərrüatına keçməzdən öncə bildirək ki, “Azərsu” Q.Hüseynovun yaxın ətrafının talan obyektinə çevrilib və aparılan maxinasiya sistemində əsasən üç şəxsin adı çəkilir. Onlardan biri, Qorxmaz Hüseynovun ən sevimli adamı olan bacısı oğlu Yusifəlidir. Digəri qardaşı Məhəmməd, üçüncüsü isə qaynı Namiqdir.

Yusifəlinin boru və qum biznesi

Qeyd edək ki, “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynov rayonlarda həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi zamanı yeni “qayda”lar tətbiq edib. Həmin “qaydalara” əsasən borular çəkildikdən sonra onun üzəri mütləq dəniz kənarındakı ağ qumdan örtülməlidir. Və məsələ belə əsaslandırılır ki, həmin qum növü guya, boruların əyilməsinə və çürüməsinə imkan vermir.
Əslində isə durum tamam fərqlidir. Bu məsələnin gündəmə gəlməsinə səbəb həmin biznesini bacıoğluya verilməsidir. Belə ki, 2011-ci ildən etibarən Yusifəli dayısının sayəsində ağ qumu özünün biznesinə çevirib. Məsələn, Hacıqabul rayonun Atbulaq kəndində Qalmaz adlanan ərazi var. Həmin ərazidə əslən Hacıqabul rayonun Rəncbər kəndindən olan Əbil adlı şəxsin ağ qum karyeri fəaliyyət göstərir. Əbil Yusifəlinin kiçik müəssisəsinə bir yük maşın qumu 30 manatdan satır. Yusifəli isə sənədləşmədə həmin ağ qumun Hacıqabulun Atbulaq kəndindən deyil, başqa bir rayondan daşıdığını yazdırır.
Burada qumun uzaq məsafədən daşınmasını sənədləşdirmək pulun çox silinməsinə hesablanıb. Özü də qiymət bir neçə dəfə baha göstərilib. Sənəd üzərində guya, gündəlik 100 maşın qumun daşınması əksini tapıb. Bu isə 10 minlərlə manatın mənimsənilməsi deməkdir.
Amma Yusifəlinin qazanc yeri təkcə qum deyil. Həmçinin rayonlarda kanalizasiya və su xətlərinin çəkilməsində istifadə olunan boruların da onun gəlirinə təsiri var. Məlumatlara görə, ASC prezidentinin bacısı oğlu Sumqayıtdakı zavoddan alınan boruların üzərinə bir qədər pul qoyaraq, onu öz məhsulu kimi satır. Bu ilk baxışdan kiçik rəqəm kimi diqqəti çəksə də, dəqiqləşdirildikdə hər il yüz minlərlə dollar qazanc demək olduğu aşkarlanar.
Lənkəran, Mingəçevir, Biləsuvar, Hacıqabul, İmişli, Kürdəmir, Qax, Quba, Şəmkir, Ucar və Zərdab rayonlarında su təchizatı və kanalizasiya sisteminin tikintisinin bəzi xidmətləri Q.Hüseynovun bacısı oğlu Yusifəlinin müəssisəsinə həvalə ediblər.

Qayın qardaşdan irəlidir

“Azərsu” prezidenti Qorxmaz Hüseynovun layihələrdən pay verdiyi şəxslərdən biri də qaynıdır. “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri olan Namiq Cəbrayılov sözün həqiqi mənasında Yusifəli və Məhəmməddən də daha çox paya sahibdir. Onun şirkətin əksər işlərini həyata keçirdiyi və bir çox hallarda normal şəkildə işləri görmədiyi üçün problemlər yaratdığı “Azərsu”da kimsəyə sirr olmayan məsələdir. Namiq Cəbrayılovun “udduğu” tenderlərin ən ucuzu 1 milyon dollarlıqdır. Qalanları isə artan rəqəmlər üzrə inkişaf edir. Onun kürəkəninin yanına gedərək, asanlıqla söz deməsi də çətin məsələ sayılmır. Elə buna görədir ki, “Hidro-İnşaat Servis” MMC-nin rəhbəri “Azərsu” prezidentindən asanlıqla böyük məbləğli layihələri ala bilir.

Babək Hüseynovun həbsindən kənarda qalanlar

Sözügedən yazımızda onu da bildirmişdik ki, aşkar olunan mənimsəmə halına görə məsuliyyət daşımalı olan şəxslərdən birinin də ASC sədri Qorxmaz Hüseynovun xalası oğlu Şakirin olduğu müəyyən edilib. Lakin ASC-də məsul vəzifə daşıyan həmin şəxsin istintaqa cəlb olunması nədənsə hələ də təxirə salınır. Digər tərəfdən isə cumhuriyyet.az-ı bilgiləndirən mənbə iddia edir ki, Babək Həsənovun “əməyindən” bəhrələnən ASC rəsmilərinin siyahısı heç də yuxarıda adları keçən şəxslərlə məhdudlaşmır. Qeyd olunur ki, Babək Həsənovun “səmərəli” fəaliyyəti ASC sədrinin birinci müavini Teyyub Cabbarovun da 650 min manat dəyərində villaya sahib olmasına şərait yaratmışdır. Bu xüsusda yeni aldığımız məlumatda isə bildirilir ki, aşkarlanmış mənimsəmə faktlarına əsasən prokurorluq tərəfindən istintaqa cəlb olunan şəxslərdən biri də ASC sədrinin iqtisadi məsələlər üzrə müavini Mahir Məmmədov olub. Lakin Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun işə müdaxiləsindən sonra Mahir Məmmədov sərbəst buraxılb.

“Texniki şərt” maxinasiyaları

Məlumata görə, Babək Həsənovun həbsinə qədər “Texniki şərt”lər Qorxmaz Hüseynovun 1-ci müavini Teyyub Cabbarovun birbaşa razılığı ilə verilib: “Mümkündür ki, bu, Qorxmaz Hüseynovun razılığı ilə olub. Digər müavinlər və hətta “Sukanal” Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə qədər bir çox vəzifəlilər isə əksər hallarda bu mənimsəmələrdən xəbərsiz olublar. Əəslində isə “Texniki şərt”i bu institut hazırlayıb, səlahiyyətinə uyğun olaraq 1-ci müavinə, o isə sədrə təqdim etməli idi…”. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə hazırda “Texniki şərt”lə bağlı hazırlanan bütün sənədləri birbaşa sədrin özü nəzərdən keçirməyə başlayıb: “Qorxmaz Hüseynovun bu işə belə ciddi yanaşması da səbəbsiz deyil. Çünki Yasamal Sukanal İdarəsinin rəis müavini olan doğma xalası oğlu Şakir İsmayılovun da Babək Həsənovun həbsində adı hallanıb. Hətta bəzi saytlarda bu haqda məlumat da dərc olunub. İddialara görə Yasamalda yeni tikilmiş binalara verilən “Texniki şərt”lərdən alınan pulların böyük hissəsi mənimsənilib. Bu isə o qənaəti yaradır ki, istintaq dərinləşərsə, Qorxmaz Hüseynovun xalası oğlu və digər qohumları da ilişə bilər”.
Redaksiyamıza daxil olan məlumatda həmçinin qeyd olunur ki, əslində ASC-də aşkarlanan mənimsəmə faktı üzrə müəyyən edilmiş məbləğ, mətbuat səhifələrində əks olunan məbləğdən bir neçə dəfə artıqdır. Belə ki, təkcə Mahir Məmmədovun bu maxinasiyalar sayəsində paytaxtın Montin qəsəbəsində aldığı torpaq sahəsinin 1,5 milyon manat qiyməti olduğu bildirilir.

Qorxmaz Hüseynovun qələmi qırılıb?

Bizi bilgiləndirən mənbənin sözlərinə görə məsuliyyət daşımalı olan şəxslərdən birinin də ASC sədri Qorxmaz Hüseynovun xalası oğlu Şakirin olduğu müəyyən edilib. Məlumatları nəzərdən keçirdikdə aydın olur ki, Babək Həsənovun “əməyindən” bəhrələnən ASC rəsmilərinin siyahısı heç də yuxarıda adları keçən şəxslərlə məhdudlaşmır. Sözügedən həbs başda Qorxmaz Hüseynov olmaqla, onun 1-ci müavini və digər vəzifəli şəxsləri qorxuya salıb. Məsələnin kifayət qədər ictimailəşməsi və aşkarlanan korrupsiyaya bir dövlət qurumunun ən yüksək vəzifə sahiblərinin bulaşması prosesə daha yüksək səviyyədə müdaxiləni zəruri edib. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə Qorxmaz Hüseynovun vəzifədən alınmasına artıq qərar verilib: “Vəziyyət hakimiyyətin üst qatının da diqqətindədir və yaxın vaxtlarda Q.Hüseynovun yerinə təyinat verilməsi gözlənilir. Bu səbəbdən də artıq bir neçə qruplar aktivləşməyə başlayıb. Azərsu kimi böyük məbləğdə pulların dövr etdiyi bir qurumu ələ keçirmək üçün hakimiyyətdaxili böyük güclər belə hərəkətə keçib”.

“Azərsu” ASC-də Etibar Məmmədov qruplaşması

Mənbəmizin sözlərinə görə ASC-yə rəhbərlik uğrunda mübarizə aparan qruplaşmaların sayı üçdür. Amma hazırda ən real şansa malik qrup MM sədri Oqtay Əsədova bağlı şəxslərdir. Xatırladaq ki, spiker uzun illər “Azərsu”yun sədri olub və bu dövrdə ətrafına topladığı komanda hələ də qurumda çalışır. Həmin komandanın indiki liderinin isə Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun olduğu bildirilir. Onu da bildirək ki, Q.Hüseynov və E.Məmmədov yaxın dostluq münasibətləri ilə seçilirlər. Belə ki, bu iki vəzifə sahibi İstanbulun “zənginlər məhəlləsi” kimi tanınan ərazisində (Floriya səmtində) də qonşudurlar. Bundan başqa isə bu gün Azərbaycanın bir çox rayonunda Qorxmaz Hüseynova məxsus 2 hektar torpaq sahəsi var ki, bu ərazilər həmin rayonda “Azərsu” ASC tərəfindən hər hansı bir irimiqyaslı (dövlət sifarişli) layihənin həyata keçirilməsi zamanı Etibar Məmmədovun təşəbbüsü ilə yerli su-kanal idarə rəhbərliyi tərəfindən ASC sədrinə hədiyyə olunur. Yeri gəlmişkən, E.Məmmədov özü də vaxtaşırı Qorxmaz Hüseynova bu kimi “hədiyyə”lərdən təqdim etməyi unutmur. Buna misal olaraq Bakının Saray qəsəbəsində, Xətai rayonunda və digər ərazilərində inşa olunaraq ASC sədrinə təqdim edilmiş villaları göstərmək olar.

Spikerin müdaxiləsi və iki namizəd

Amma bütün yaxın münasibətlərə baxmayaraq E.Məmmədov hazırda Q.Hüseynovun yerinə yeni bir şəxsin gətirilmə prosesində aktiv iştirakçılardandır. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə bir müddət öncə spiker O.Əsədova bağlı qruplaşmanın gizli bir toplantısı keçirilib. Mənbəmiz toplantının O.Əsədovun bağ evində keçirildiyini və burda E.Məmmədovdan başqa spikerin Nazim adlı qardaşının və əmisioğlunun iştirak etdiyi bildirilir. Sözügedən toplantıda “Azərsu” ASC-nin sədr müavini Mirkamil Seyidovun iştirakı gözlənilsə də, bizə məlum olmayan səbəblərdən o müzakirəyə qatılmayıb.
Məlumatda o da göstərilir ki, müzakirə olunan əsas məsələ “Azərsu” ASC-yə rəhbər şəxs kimi kimin namizədliyinin üzərində dayanmaq olub. Əsasən, Birləşmiş Su-Kanal MMC-nin rəhbəri Etibar Məmmədovun və Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin namizədliyinin üzərində dayanıb.
Məlumat üçün bildirək ki, A.Qocayev spikerin qudasıdır və uzun müddət “Azərsu” sistemində müxtəlif vəzifələrdə çalışmış və 2004-2005-ci illərdə isə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti olmuşdur. Ehtimal etmək olar ki, spiker üçün daha əlverişli variant məhz A.Qocayevin bu posta gətirilməsidir. Amma nəzərə alsaq ki, A.Qocayev Binəqədi rayon icra hakimiyyətinin başçısı postundan Samuxa göndərilib, onda onun “vurulmuş” kadrlardan olduğunu düşünmək olar. Çox güman ki, spiker də qohumunun hakim komanda daxilindəki durumundan xəbərdardır və bu səbəbdən ikinci namizədini də hazırlayıb.

“Təzadlar”dan:
Əlavə olaraq bildirək ki, “Azərsu” ASC-də baş verən bu korrupsiya əməllərinin acı nəticəsi sadə insanların başında çatlayır. Belə ki, “Azərsu” ASC-dən müqavilə əsasında işləyib bir tikə çörəyə göz dikən yüzlərlə insan, məhz yuxarıda göstərilən korrupsiya faktlarına görə iki aydan artıqdır ki, əmək haqqı almırlar. Bunların arasında iri dövlət müəssisələri də var. Bu müəssilərin rəhbərləri yaranmış problemlə bağlı dəfələrlə “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynova müraciət ediblər, lakin rəhbərlik müxtəlif bəhanələrlə problemin həllindən yayınıb. Q.Hüseynov gah deyib ki, vergi hesablarına həbs qoyulub, gah deyib hesablarında pul yoxdur və s. Verginin əmək haqqı hesabına həbs qoymasına bələkdəki uşaq da inanmaz. Çünki vergi qurumları heç vaxt belə qanunsuzluğa getməzlər. Sadəcə Q.Hüseynov “Əli papağı Vəli başına, Vəli papağı Əli başına” üsulu ilə mənimsədiyi pulların yerini tapıb, doldurmaq üçün yeni mənbələr axtarışındadır. Əgər vəzifə ömrü buna imkan versə, Q.Hüseynov “Əli-Vəli” oynunu davam etdirməklə sadə insanları əmək haqqı üzünə həsrət qoymaqda davam edəcək. O ki, qaldı hesabda pul olmaması məsələsinə, bax, Q.Hüseynov bunu düz deyir. Bütün qohum-əqraba ilə birlikdə hesaba qarğa- quzğun kimi daraşaraq, basıb yeyəndə, əlbəttə hesabda pul olmaz.
Növbəti saylarımızda “Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun müqavilə ilə əmək haqqı kimi müxtəlif idarə və təşkilatlara ödəməli olduğu yüz min manatlarla pulu dolayısı ilə necə mənimsəməsi barədə şok məlumatlar verəcəyik.
Bizi izləyin.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Dünən, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Dünən, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Dünən, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Dünən, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Dünən, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Dünən, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Dünən, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Dünən, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Dünən, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Dünən, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Dünən, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Dünən, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Dünən, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Dünən, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Dünən, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Dünən, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Dünən, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Dünən, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Dünən, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Dünən, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Dünən, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru