Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

Mikayıl Cabbarov son maaş artımından necə manipulyasiya edir və nəyə nail olmaq istəyir – Nazirin daha bir uğursuzluğu...
Tarix: 21-01-2015, 09:23 | Çap et
Mikayıl Cabbarov son maaş artımından necə manipulyasiya edir və nəyə nail olmaq istəyir
DİA.AZ: - Redaksiyamıza Sumqayıt müəllimləri adından bir müraciət daxil olub. DİA.AZ olaraq həmin müraciəti təqdim edirik:

“Nazir vəzifəsinə təyin olunduqdan sonra təhsil sisitemində heç bir islahat apara bilməyən Mikayıl Cabbarov ictimaiətdə özü haqqında yarana biləcək mənfi fikirlərin qarşısını almaq məqsədi ilə yenidən fənd işlədərək ölkə başçısı Cənab Prezident İlham Əliyevə 2015-ci ilin yanvarın 16-da bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və vəzifə maaşlarının aratırılması barədə sərancamın imzalanmasına nail olmuşdur. İlk baxışda baxdıqda bu təhsil sisitemində müsbət dəyişikliyin baş verməsindən xəbər verir. Əslində bu heç də belə deyildir. Belə ki, ümumtəhsil məktəblərinin müəllimləri bu sərəncam imzalananadək həftədə 12 saat dərs deməklə bir “stavka” üzrə orta hesabla 120-170 manat, 18 saat dərs demeklə 1,5 “stavka” üzrə orta hesabla 180-255 manat və 24 saat dərs deməklə 2 “stavka” üzrə orta hesabla 240-340 manat əməkhaqqı alırdılar.

Lakin bu sərəncam qüvvəyə mindikdən sonra əslində müəllimin yerinə yetirdiyi işin həcmi 50% artaraq yəni 1 “stavka” üzrə dərs yükü 12 saat yerinə 18 saat, 1,5 “stavka” dərs yükü üzrə 18 saat əvəzinə 27 saat, 2 “stavka” dərs yükü üzrə isə 24 saat əvəzinə 36 saat olmuşdur. Digər tərəfdən baxdıqda sərəncamın məzmunundakı artım məsələsi bir tərəfdən pozitiv olduğu halda digər tərəfdən neqativdir. Neqativ hissəsi ondan ibarətdir ki, müəllimin 1 “stavka” dərs yükünün 1,5 dəfə artması əslində onun yerinə yetirdiyi işin həcminin 1,5 dəfə artması deməkdir. Onun işinin həcminin 1,5 dəfə artması sonucda müvafiq yüklə dərs aparan müəllimin əməkhaqqının 2 dəfə deyil 50% artımı deməkdir. Burda cənab nazir şahmat dilində desək ictimaiəti ustalıqla etdiyi xodla çaş-baş salmışdır. Yaxşı olardı ki, bu sərəncam təhsil işçilərinə bu formada deyil gerçək olduğu formada təqdim olunaydı.

Bu sərəmcandan sonra müəllim 1 “stavka” üzrə həftədə 6 saat, 1,5 “stavka” üzrə həftədə 9 saat və 2 “stavka” üzrə isə həftədə 12 saat artıq işləməli olacaqdır. Belə olduğu təqdirdə əslində müəllimin maaşı onun yeni həftəlik dərs yükü ilə götürdükdə əməkhaqqı 2 dəfə yox 50% artacaqdır. Yəni bu gün çalişan müəllim hazırkı dərs yükü ilə əməkhaqqısının orta hesabla 50% artamsına nail ola biləcəkdir. Müəllimlərin əməkhaqqısı 50% -də olsa belə artsa, biz təhsil işçiləri ölkə başçısı cənab İlham Əliyevə öz dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda biz müəllimlərin həftəlik işinin həcminin 50% artırılmasına baxmayaraq əməkhaqqımızın 50% artırılmasını ölkə başçısının müəllimlərə olan yüksək qayğı və diqqəti kimi qəbul edirik. Mikayıl Cabbarovun KİV-lərə verdiyi müsahibələrə görə bu sərəncam 160 minlik müəllim ordusunun yalnız Bakı şəhərindəki 30 minini əhatə edəcəkdir.

Bəs sual olunur : Nədən Təhsil Nazirliyi Respublikada çalışan bütün müəllimlərin diaqnostik qiymətləndirməsini apara bilməməişdir? Əgər buna Təhsil Nazirliyinin aparatının gücü yetmirsə o zaman Respublikamızda Prezident yanında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fəaliyyət göstərir və həmin komissiyanın yardımı ilə qısa bir zaman ərzində bu işi başa çatdırmaq olardı. Təcrübə göstəriri ki, TQDK-ı respublikamızda fəaliyyət göstərən bir sıra dövlət orqanlarının işçilərinin qiymətləndirilməsi işlərini çox müvəffəqiyyətlə həyata keçirmiş və vaxtaşırı olaraq bu iş həmin komissiya tərəfindən davam etdirilir. Eyni zamanda təbii olaraq bele bir sual da ortaya çıxır: Əgər respublikamızda çalışan 160 min nəfər müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsini apara bilməyən bir Nazirlik necə olurdu ki bütövlükdə respublika təhsil sisteminin birbaşa idarə olunmasını və respublika təhsil sisiteminin büdcə xərclərinin iadrə olunmasını öz üzərinə götürürdü.

Daha bir sualda meydana çıxır Nə üçün 2015-ci ilin yanvarın 1-dən Bakı şəhərində çalışan müəllimlər əməkhaqqını artımla almalıdır, lakin Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Lənkəran Şəki Şirvan və s... digər bu kimi şəhər və rayon ümumtəhsil məktəblərin müəllimləri əməkhaqqlarını artımsız almalıdırlar. Bu da kurikulum islahatı deyil ki, pillə-pillə bunu tətbiq edəsən, söhbət müəllimin maddı vəziyyətindən rifahından gedir.Fikrimizcə bu müəllimlər arasında ayrı-seçkiliyə gətirib çıxardır. Bu məsələdə yanşma hamıya eyni cür olmalıdır.

Gəncədə, Naxçıvanda, Sumqayıtda, Mingəçevirdə, Lənkəranda, Şəkidə, Şirvanda, Bərdədə və s... bu kimi şəhər\rayonlarda çalışan müəllimlərin günahı nədir ki, Mikayıl Cabbarov diaqnostik qiymətləndirmə aparmadığına görə ölkə başçısının sərəncamı onlara şamil olunmasın. Mikayıl Cabbarovun gördüyü bu səriştəsiz tələsik və qeyri-peşəkar işlər əhalinin dövlət başçısından süni şəkildə narazı salır. Hazırda biz İnformasiya Texnologiyalarının tətbiq edildiyi bir dövrdə yaşayırıq. Dövlət büdcəsindən 10 milyonlarla manat vəsait Təhsil Nazirliyinə İKT-nin tətbiqi ilə bağlı ayrılır. Əgər nazir Mikayıl Cabbarov istəsə bir gün ərzində respublikada çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsini online vasitəsi ilə həyata keçirə bilər. Əgər o bunu etmək istəmirsə deməli bunun arxasında müəyyən məqsəd güdür. (Biz müəllimlərin KİV-lərdən aldığımız məlumatlara görə dövlət büdcəsindən ayrılan digər vəsaitlər kimi Təhsil Nazirliyinə İKT proqramı ilə bağlı ayrılan büdcə xərclərinin də 60% Təhsil Naziri Mikayıl Cabbarov və onun müavini Maliyyə nazirinin müavini Azər Bayramovun qardaşı Ceyhun Bayramov tərəfindən ortaq şəkildə mənimsənilir). Çox güman ki, bu məqsəd Təhsil Nazirliyinin rayonlarda rüşvət maşının qoyulacağından xəbər verir. Bakı şəhəri paytaxt olduğundan məsələnin üstü tezliklə açıla biləcəyindən ehtiyatlanaraq cənab nazir gözdən uzaq könüldən iraq prinsipləri ilə paytaxtadan kənar şəhər və rayonlarda özünün dediyi kimi “sistem, taktika və texnika” tətbiq etməklə bacarıqla bu işin öhdəsindən gəlməyə nail olacaqdır.

Nazir Mikayıl Cabbarov çıxışlarında bildirir ki, dövlət başçısı bu imzaladığı sərəncamla insan kapitalının inkişafına yönəlmiş cəsarətli bir addım atmışdır.Çox maraqlıdır insanların maddi rifanının yaxşılaşmasına yönəlmiş addım görəsən nə vaxtdan insan kapitalının inkişafına yönəlmiş addım kimi qəbul olunur.

KİV-lərə verdiyi müsahibələrdə Mikayıl Cabbarov çox böyük fərəhlə və sevinclə ümumtəhsil məktəblərinə müəllimlərin qəbulu işinin yüksək səviyyədə təşkil olunduğundan bəhs edir. Bu zaman müəllimlərin elektron müraciətlərin və elektron qaydada imtahanların verilməsinin təşkilindən söhbət açır. O zaman əgər bu etibarlı, düzgün başqa və kənar güclərin təsirindən qorunan bir sisitemdirsə bu zaman müəllimlərin bilik və bacarıqlarının da bu vasitə ilə diaqnostik qiymətləndirilməsini təmin etsin.

Bundan başqa nazir çıxışlarında bildirmişdirk ki, diaqnostik qiyətləndirmə aparılan təhsil müəssislərində müəllim-şagird nisnəti 1:12 dək artıb və bunuda çox sevindirici hal kimi qeyd edir. Söhbət Bakı şəhərindəki təhsil müəssisələrindən getdiyindən burda sevinməyə heç bir əsas yoxdur. Hər kəsə çox aydındır ki, Bakı şəhərində fəaliyyət göstərən ümum təhsil məktəblərində şagird sıxlığı respublikanın digər şəhər və rayon təhsil məssislərindən çox yüksəkdir. Cənab nazir bu fikrini nəqliyyat, gömrük, aqrar və bu kimi digər sahələrdə çalışan işçilərin qarşısında desə pafoslu alına bilər. Ancaq təhsil ictimaiəti çox yaxşı bilir ki, Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində siniflər üzrə şagirdlərin sıxlığı qüvvədə olan normativlərin maksimum həddindədir. O maksimum hədddini aşmaq üçün qüvvədə olan normativləri o zaman dəyişməlidir. Bakı şəhəri üzrə bu nisbət uzun illər boyu həmişə yüksək həddə olub. Yəni bu məsələdə öyünməyə dəyməz.

Artıq Mikayıl Cabbarov Təhsil Naziri vəzifəsində çalışdığı 1il 9 ay ərzində bu cür tələm tələsik nəticəsi əvvəlcədən bəlli olmayan, heç bir hesablama və əsaslandırılmalara söykənməyən qərar və sərancamların hazırlanıb ölkə başçısı tərəfindən imzalanmasına bir növü alışmışdır. Bu ilk növbədə bir keçmiş Dövlət Qoruğunun müdiri kimi siyasətçi olmadığına həmçinin bunula yanaşı ətrafında və komandasında qabaqcıl pedaqoqolların təhsil sahəsini mükəmməl bilən hüquqşünasların, iqtisadçıların və ekspertlərin olmamasına sübutdur. Atalar demişkən: Dad yarımçıq əlindən.

Elə ona görə də Mikayıl Cabbarov tərəfindən respublikamızın ayrı-ayrı zonalarında Regional Təhsil İdarələrinin yaradılamsı ilə bağlı hazırlanmış sərəncam da bu qəbildən olan qeyri-peşəkar tələsik düşünülməmiş layihələrdən biri idi ki, həmin sərəncamın tətbiqi dayandırıldı və bu barədə nazir Mikayıl Cabbarov fikir bildirərəkən həmin Regional Təhsil İdarələrinin yaradılamsının mümkün olmamasını, dövlət büdcəsində bu məqsədlə vəsaitin nəzərdə tutulmadığını bəhanə kimi göstərmişdir.

Biz təhsil işçiləri çox əndişəliyik ki, yaxın günlərdə bundan əvvəl oldğu kimi bu sərancamında tətbiqinin dayandırılması gözləniləndir.

Saytınız vasitəsi ilə ölkə başçısı cənab İlham Əliyevə müraciət edərək xahiş edirik ki, bizi Təhsil naziri Mikayıl Cabbarovun bəd və düşünülməmiş əməllərindən qorusun və ölkə başçısından yenədə xahiş edirk ki, Mikayıl Cabbarov və onun komandasının respublikamızın rayon və şəhərlərində bu sərəncamın tətbiqi ilə bağlı rüşvət sistemi taktikası və texnikasını özündə birləşdirən mexanizmin qurulmasına imkan verilməsin”.

Qarşı tərəfi də dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru