Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

Qızı intihar edən ananın baş prokurora və təhsil nazirinə tükürpədən müraciəti – “Bizdə sinifdə, məktəbdə türmə qanunlarıdır”
Tarix: 14-01-2015, 09:38 | Çap et
Qızı intihar edən ananın baş prokurora və təhsil nazirinə tükürpədən müraciəti
DİA.AZ: - Bakı sakini Hacıyeva Rufanə İslam qızı üzləşdiyi faciə ilə bağlı baş prokuror Zakir Qaralova, təhsil naziri Mikayıl Cabbarova müraciət edib. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

“Mən dəfələrlə qaynar xəttə müraciət etmişəm, heç bir səs-səmir yoxdur, Nəsimi rayonundakı 164 в„–-li məktəbin direktoru Kəmalə Qədirova, onunla birlikdə, bildiyini eləyən, özbaşınalıqla məşğul olan müəllimlər işləməyə davam edirlər.

05.02.2014-cü ildə mənim qızım Əliyeva Çinarə Samir qızı intihar edib. İşə Bakı şəhəri Nəsimi rayon prokurorluğunda baxılıb. Qızım ölümqabağı kağız qoyub, sağlam düşüncəylə açıq-aşkar məktəbi ittiham edib. İş bağlandıqdan sonra mən hansısa sənədlərə qol çəkdim. Elə əvvəldən mən hiss elədim ki, məlum olan səbəblərə görə (direktor Qədirova Kəmalənin əri Təhsil nazirliyində şöbə müdiridir), iş lazımi səviyyədə baxılmayacaq. İndi direktor Kəmalə Qədirova və sinif rəhbəri İsmayılova Cəmilə heç nə olmayıbmış kimi işlərini davam edirlər. Belə şey ola bilərmi? Yaşınızı, qanunlara vaqif olmanızı, peşəkarlığınızı nəzərə alaraq düşünürəm Siz yaxşı bilirsiniz ki, əvvəllər bu çür fövqəladə hadisəyə görə azı işdən azad edərdilər. Xahiş edirəm, mənim Sizə müraciətimi kiçik məsələ saymayın.

Mənim yerimdə olan valideynlər nə edərdilər? Doğrudanmı Kalaşnikov avtomatıyla girərdilər məktəbə? Sizdən bu işi araşdırmanızı artıq dərəcədə xahiş edirəm.

Əgər bu faktlar kifayət deyilsə, yalnız gözləmək qalır ki, məktəblərdə tualetdə geroin satacaq və zorlayacaqlar. Təhsil Nazirliyi tərəfindən rəsmi qadağaya baxmayaraq məktəblərdə hicabda gəlməyə davam edilir.

Özbaşınalıq faktları göz qabağındadır. Mən öz müraciətimdə Təhsil naziri Mikayıl Cabbarova hər şeyi yazmışam, amma mənə indiyəcən zəng belə edilməyib. Mən orda baş verənlərin onda birini bildirmişəm.

Hər şeydən göründüyü kimi məktəb mafiyası son dərəcədə güclüdür. Bütün qeyd etdiklərimin heç bir sənədə və sübuta belə ehtiyacı yoxdur. Bu özbaşınalıq illərdir ki hamımızın gözü önündədir. Müəllimlərin valideynləri soyub-talaması, məktəb direktorlarına, onların isə nazirliyə rüşvət verməsi heç kimə sirr deyil. Hələ üstəlik büdcə pullarının yeyilməsi və sair. Düşünürəm ki korrupsiya piramidasının şifrəsini açarkən Amerikanı təzədən kəşf eləməmişəm.

Müəllimlərin məktəbdə dərs saatı almaq üçün bir neçə min manat xərcləməsi heç kəsə sirr deyil. Bunu alanlar da hamıya yaxşı məlumdur. Bu xərci çıxarmaq üçün onlar uşaqların başına oyun açır və bu pulu valideynlərdən qoparırlar. Düşünürəm ki, məktəbdə yüngül əxlaqlı qadınların da işləməsində təəccüblü heç nə yoxdur. Bütün bunlar faktlardır, elə-belə sözlər deyil.

Direktor Kəmalə Qədirovanın əri Təhsil Nazirliyində işləyir. Yəqin Qədirova bu ÇP-dən sonra buna görə hələ də məktəbdə işləyir. Bu mümkündürmü? Və bu hadisədən sonra neçə il bunlar vəzifələrində qalacaqlar? Hörmətlə, Hacıyeva Rufanə İslam qızı 21.09.2014

Hörmətli canab Mikayıl Cabbarov,

çox xahiş edirəm bu informasiyayla tanış olasınız, 164 в„–-li məktəbdə özbaşınalıq faktlarını diqqətsiz qoymamağınızı artıq dərəcədə rica edirəm. Ekspertiza müəyyən edib ki, qızım intihar zamanı anlaqlı olub, bu ölümqabağı məktubdan da görünür. İşə Nəsimi rayon prokurorluğunda baxılıb. Müəllimlər, sinif rəhbərləri, qızımı özünəqəsd dərəcəsinə çatdırdıqdan sonra öz yerlərində qalıb işlərinə davam edə bilərlərmi? Mən bu informasiyada hər sözə cavabdehəm, burda heç nəyi sübut etmək lazım deyil. Elə şeylər var ki hamıya məlumdur, bu illər ərzində bütün bunların uşağa necə təsir etdiyini təsəvvür etmək çətin deyil. İsmayılova Cəmilə məktəbdə qalıb işləyə bilərmi? Hələ anasının Rəsulova Arifənin 7-ci sinif üçün ingilis dili kitabı yoxlanılsa, çox maraqlı olar. Orada “ingilis dilində rəqslər” frazası var ki, bunun mənasını o özü də izah edə bilmir.

Xüsusi qeyd etmək istəyirəm ki, qızım öz davranışıyla bu hadisələri heç cür qızışdırmayıb.

MÜRACIƏT

1998-ci il təvəllüdlü, 164 в„–-li məktəbin 10-cu sinfində oxuyan qızım Çinarə Əliyeva Samir qızının 2014-cü ilin 5 fevralında ölümüylə bağlı diqqətinizə aşağıdakı faktları və yalnız faktları çatdırıram. Təhsilin birdən dördüncü sinfinə qədər bu məktəbdə direktor hələ Yaqut Əfəndiyeva olduğu vaxtdan partalarda çanta üçün qırmaqlaradək ağına-bozuna baxmadan pul alırdılar. Pulsuz dərsliklər üçün pul tələb edirdilər və mütamadi, hər il, pulsuz gündəliklər üçün, müəllimlər günündə, 8 Martda, ad günlərində və ilaxir. Uşaqların birinci növbədə oxuması üçün pul yığdıqlarına hiddətlənəndə, məni mədəni şəkildə təhdit etməyə başladılar. Birinci növbədə oxumaq müəllimlərə və bəzi valideynlərə sərf edirdi. Onlar üçün belə rahat idi, pulu isə valideynlərdən alırdılar. Nəhayətdə hərhalda məndən birinci növbə üçün pul aldılar. Verməsən, uşaqları sıxışdırmağa başlayırlar.

Şəxsən mən hər il məktəb fonduna, sinif fonduna, moqnitofon, jalüzlər, pəncərə barmaqlıqları, sinfin təmiri üçün pul ödəmişəm, özü də sinifləri tez-tez dəyişirdilər, hətta çanta üçün partalardakı qırmaqları da (hər dəfə sinfi dəyişəndə), dəftərlər, gündəliklər, partalara yapışdırdıqları qələmlər üçün tamamilə lazımsız penallar, sinfin tərtibatı, divardakı portretlər, təbaşir, sonra markerlər, birinci növbəyə görə çoxlu-çoxlu başqa şeylərə görə. Valideyn iclasına getməyə ona görə qorxurdum ki, orada həmişə pul yığırdılar. Əgər biz hətta markerlərə və təbaşirlərə görə də pul ödəyirdiksə, sual doğur. Məktəbə ayrılan budcə pulları hara gedir?

Məktəbdə hər ay hər uşaqdan zorla 2 manat yığırdılar və bu pullar hara gedirdi, aydın deyil. Bizə heç bir qaimə vermirdilər və xərclər barədə hesabat da almırdıq. Əgər məktəbdəki uşaqların sayını nəzərə alsaq, normal məbləğ əmələ gəlir, yaxşı bir avtomobil. Mən çox vaxt vermirdim. Təbii ki bununla özümə və uşaqlarıma qarşı hiddət yaradırdım.

Beşinci sinifdə Rəsulova Arifə Həsən qızı direktor olması səbəbindən qızı İsmayılova Cəmiləni sinif rəhbəri qoydular. Rüşvət davam edirdi. Arifənin qızı

Cəmilə İsmayılova sinifdə özbaşınalıq yaratdı. Muzeylərə ekskursiyalar əvəzinə uşaqlar vaxtlarını evdar qadın olan öz varlı anaları və sinif rəhbəriylə şəhərin mərkəzində restoranlarda və yarımpodval kafelərdə keçirirdilər, pulu əlbətdə ki analar ödəyirdi. Hansısa problem barədə heç bir şikayət nəzərə alınmırdı. Cəmiləyə mənim qızım kimi uşaqları müdafiə etmək sərf etmirdi. Müəllimlər gözümün qabağında jaketlərinin ciblərini aralayır və valideynlər tənəffüsdə ora onluq və iyirmiklər dürtürdülər.

Sinifdə oğru oğlan oxuyurdu, hansı ki dəfələrlə uşaqlardan, həmçinin qızımdan telefon oğurlamışdı. O, Almaz adında qızın telefonunu oğurladı, sonra sınıq halda qaytardı. Cəmilə buna heç bir reaksiya vermirdi. Hamı bilirdi ki, Rəşad oğrudur. İbtidai sinif müəllimi Svetlana Yevgenyevna bir dəfə fenomenal cümlə işlətdi (sözbəsöz təkrar edirəm): “Biz axı bilmirik, bəlkə onun qohumları varlı və nüfuzludurlar”. Demək ona oğurlamaq olar. Axırda İsmayılova Cəmilə öz başının sakitliyi üçün ondan canını qurtarıb, başqa sinfə keçirtdi. O, orada yenə oğurluq edirdi və valideynlər tərəfindən polisə müvafiq ərizə var, bu da qızımın günahsız olduğunu sübut edir, lakin onu bu sinifdə hər cür təhqir edir və incidirdilər. O biri sinifdə bu oğlanı nəyə görəsə sinif nümayəndəsi qoymuşdular, bu da onun oğurluğa meylliliyini nəzərə alsaq, tamamilə qəbuledilməzdir. Qızımın telefonunu qaytarmadılar ki qaytarmadılar.

Cəmilə xəstə uşaqları (Sona anadan gəlmə xəstə idi və bir ildən sonra onu psixiatriya xəstəxanasına müəyyən etdilər) görəsən niyə həmişə qızımın yanında oturdurdu. Qızım bu qızcığaza kömək edir, yolu keçirirdi, bu da onun oxumasına mane olurdu. Mən insanlıq naminə şikayət etmədim, çünki anası qızının xəstəliyinə görə daim ağlayırdı. Nəticədə ziyan qızıma dəyirdi. Sona dəfələrlə aqressivlik göstərir və hətta qızıma hücüm edirdi. Xüsusən yazda. Sona fiziki cəhətdən çox güclü idi, hətta xətər yetirə bilərdi. Məktəbdə baş alıb gedən özbaşınalıqdan göründüyü kimi istisna edilmir ki, psixi xəstə olan qızı orada rüşvətə görə saxlayırdılar. Sinifdə oxuyan Cəmilənin xalası oğlu Anar dəfələrlə xəstə Sonanı ələ salırdı.

Sinifdə indiyəcən Cəmilənin xalası oğlu, son dərəcədə tərbiyəsiz və həyasız Anar oxuyur. Anarın anası Təranə onu başqa məktəbdən olan bacısı qızı Cəmilə Ruslanovnanın yanına keçirtdi ki, qohumu öz fərsiz oğlunu müdafiə etsin. Anar dəfələrlə qızımı təhqir edib tələb qoyurdu ki, ondan arxadakı partada oturub onun peysərinə baxmasın. Mən səbəbini soruşanda o heç nə demədi, bu biabırçılığa son qoymasını tələb etdikdə isə qızıma hücüm çəkmiş, onun saçından tutub döymək iştəmişdi, bundan sonra isə mənə məsafədən kitab və dəftər atdı və üstümə cummaq istədi. Onu müəllimlər çəkib apardılar. Qeyd edirəm ki, onun yeniyetməlik çağını nəzərə alaraq üstünə qışqırmamış və təhqir etməmişdim. Səhvim o idi ki, bu barədə polisə bildirməmişəm. Təbiidir ki, Cəmilə öz xalası oğlunu müdafiə edirdi.

Bundan sonra anlaşılmayan səbəblərə görə qızıma nifrət edən və müəllimlərdən beş ala bilmədiyi üçün hiddətlənən Bağırlı Nigar özünə əl qatdı. O, isterik halda partanı yumruqlamağa, məktəb ləvazimatları və penalı ora-bura atmağa başladı. Bütün bunlar sinfin, Cəmilənin, üzdəniraq “psixoloq” Gülsənəmim, dərs hissə müdiri İradə Rövşən qızı və daha bir neçə müəllimin iştirakı ilə baş

vermişdi. Cəmilə bütün bunlara heç bir reaksiya vermirdi və mənə bildirdi ki, Anarda keçid dövrüdür, halbuki mənim qızımda da keçid dövrü idi, müəllimlər isə ondan çox razılıq edirdilər, bu da uşaqlarda və onların valideynlərində hiddət yaradırdı. Anarın anası, Cəmilənin xalası Təranə həmçinin, baş verənlə maraqlanmadı. Halbuki, iş direktorun kabinetinəcən gedib çıxmışdı. O, hər iclasda çalışırdı ki, kiçik oğlunun sinif rəhbəri bacısı Rəsulova Arifə olsun. Bu ümumiyyətlə heç də pis deyil, iki tərbiyəsiz oğlunun, birində sinif rəhbəri bacısı, o birininki isə bacısı qızı. Arifə Rəsulova onun kiçik oğlunun sinif rəhbəri olmadı, çünki hamı onu rüşvətxor kimi tanıyırdı. Bu haqda fikirlər internetdə forumlarda olub. Bu artıq direktor Kəmalə “xanım” vaxtda baş verib, hansı ki həmçinin məktəbdə özbaşınalığa son qoymaq üçün heç bir ölçü götürmürdü. Nəticədə Anar sinifdən getməyib orada oxudu, mənim qızımı isə sıxışdırıb çıxartdılar oradan.

İsmayılova Cəmilə mənə bildirdi ki, valideynlərlə ünsiyyət saxlamadığım üçün qızıma pis münasibət göstərirlər və bu, tamamilə absurtdu. Günahlandırmağa heç bir səbəb tapmayaraq o məni uşaqları təhqir etməkdə ittiham etdi ki, bu da həqiqətə uyğun deyil.

Təkrar edirəm, qızım öz rəftarı ilə bütün bunlara səbəb olmayıb. Bunu direktor Qədirova Kəmalə təsdiq edə bilər, hansı ki, bu biabırçılığın qarşısını almaq üçün tamamilə heç bir ölçü götürmürdü.

Gülər adlı bir qız bir dəfə yellənə-yellənə pivə bankasıyla gəlmişdi məktəbə, Aida adında qız isə oğlanların dizi üstündə oturur və hamının qabağında öpüşürdü. Cavidan adlı oğlan bol-bol üz üçün rumyanalardan istifadə edirdi. Bu Cavidanın baxıcısı məhşur Nelya “xanım” dörd il məktəbə öz evi kimi gəlib-getdi, hökm edir, bütün dərslərdə oturur, təbii ki onun beş qiymətlərini təmin edirdi. Görünür Cavidan hamı kimi deyil, nə isə xüsusi idi. Bəzi valideynlər (evdar qadınlar Samirə, Nurlana), ümumiyyətlə, məktəbi karavan-saraya döndərmişdilər. İstədiyi vaxt məktəbə gəlirdilər, gedirdilər, dərs vaxtı sinfə girirdilər, pul yığırdılar və tədris prosesinə qarışırdılar.

Yenə takrar edirəm – bunlar faktlardır. Əlbəttə, bütün bunları görürdülər və bilirlər. Onlar qorxudan bunu təsdiq etməsələr belə, onlarla şahid var. Valideyn iclaslarının birində Cəmilə həyasızlıqla bildirdi ki, qaynar xəttə şikayət etməyin xeyri yoxdur, nazirlikdə öz adamlarımızdır, hər şey əlimizdədir.

Kimsə sinif qapısını sındırdığı üçün məndən pul tələb etdilər. Bunu qızımınmı sındırdığıyla maraqlanandan sonra pulu mənə qaytardılar. Cəmilə Ruslanovna heç nədən xəbəri omladığını bildirdi, əslində onlar pulu valudeynlərin vasitəsiylə yığırdılar (Xuraman adlı valideyin), bir şey çıxsa sinif rəhbəri işin içində deyil. Cəmilə yaxşıca pul götürürdü, müəllim günündə də, 8 Martda da, Yeni ildə də və ya kiminsə qiymətini artırmaq üçün. Əks təqdirdə sinif rəhbərliyini, yəni böyük məsuliyyəti üzərinə götürmək, sadəcə mənasızdır. Sözsüz, təbiidir ki, bayramlarda pul direktora da çatırdı. Əgər bütün bayramları, həftənin dərs olmayan iki gününü, payız, qış, bahar və çox uzun yay tətillərini hesaba alsaq, o zaman müəllimlər ildə cəmi bir neçə ay işləyirlər, bu pis deyil, özü də valideynlərdən hər bəhanəylə pul qoparmaq və repetitorluqla məşğul olmaq sərfəlidir. Üstəlik, məktəbdən kənar onlarda yox, başqa müəllimlərdə məşğul olan

uşaqların qiymətini onlar həyasızcasına kəsirlər. Təkrar edirəm, mən faktları söyləyirəm. Bütün bunlar tədris ilinin sonunda, 8-ci sinifdə və Qədirova Kəmalənin rəhbərliyi altında baş vermişdir.

Məktəbə heç vaxt heç bir metodist gəlməmişdir. Bunun səbəbi də məlumdur.

Sinifdə fəal sürətdə Avropa sistemi üzrə uşaqların biri o birini zibilə salmaq və süni surətdə bir-birinin qiymətini aşağı salmaq üçün bir-birlərinə həddən artıq çətin suallar verilməsi şəklində yenilik tətbiq edilirdi. Bunda Ağabəy xüsusilə seçilirdi. Mən dəfələrlə şikayət etmişəm, lakin bundan bir şey çixmayıb. Yalnız varlı atalığı və həyasız anasının hesabına üfüqdə ulduz kimi parlayan Nərminənin işi yaxşı gedirdi. O, ulduz xəstəliyinə tutulmuşdu. Məndə qızımın əliylə yazdığı yazı qalıb. Orada o, Nərminənin onu necə təhqir etdiyini yazıb. Şərəf lövhəsində yalnız onun şəkli asılıb, halbuki sinifdə ağıllı uşaq çoxdur. Sözsüz rüşvətsiz keçinməyib. Nəhayətdə onlar qızımın simasında rəqibdən qurtuldular və mən onu bu ailə mafiyasından uzaqlaşdırıb başqa sinfə keçirməli oldum.

Müvafiq sənədlərin və müəllimlərin təsdiq etdiyi kimi qızım yaxşı oxuyurdu. 8-ci sinfin gündəliyi qalıbsa orda hər səhifədə bir neçə beş görmək olar. Qızımın mənəviyyatı hamıya məlumdur. Kiçik qızım Emilyanın da şəkli şərəf lövhəsində asılmışdı. Bunu yoxlamaq asandır. Cəmilə bu sinifdən Kənan adlı oğlanı da sıxışdırıb çıxarırdı, bunu da asanlıqla yoxlamaq olar.

O biri sinifdə qızım 10-cu sinfə qədər oxudu. Orada sinif rəhbəri Dilarə Qəsafovnanın “hakimiyyəti” zamanı Nəzrin adlı qızın anası məndən 8 Marta görə demək olar ki zorla pul qoparırdı (50 manat), baxmayaraq ki, bu mənim maaşımın üçdə biridir. Deyəndə ki bu qədər verə bilmirəm, o, məbləği 40-a endirib mənimlə bazarlıq etməyə başladı, mən yalnız 10 manat verə bilərdim, lakin o, iyrənən tərzdə çevrildi. İl yarım ərzində orada dörd (!!!!!!) sinif rəhbərini dəyişdilər. (İrina Borisovna, Dilarə Qəsafovna, Bənövşə, İrina Adılevna). Bu uşaqların müvəffəqiyyət göstəricisinə mənfi təsir göstərdi. İrina Borisovnanın məktəbin üzdəniraq “psixoloqu” – fırıldaqçı Gülsənəmlə ümumiyyətlə şəxsi mübahisələri var idi. Nəticədə İrina Borisovna sinif rəhbərliyindən məhrum edildi. Məktəbin psixoloqu ümumiyyətlə uşaqlarla heç bir iş aparmırdı. Məktəbdə bütün zaman ərzində o yalnız bircə dəfə uşaqlara anket paylayıb və orada tələb edib ki bunu doldursunlar və bu və ya digər müəllimlərə münasibətlərini qeyd etsinlər. Uşaqlar danışdılar ki, həqiqəti yazmağa qorxdular və yazdılar ki, bütün müəllimlər xoşlarına gəlir. Hər şeydən göründüyü kimi, psixoloqun bütün işi mənasız casusluqdan ibarət imiş.

Qayda-qanuna yaxşı nəzarət edən mühafizəçini, Yusif adlı polis zabitini məktəbdən sıxışdırıb çıxartdılar. Rus dili və ədəbiyyatı müəllimi “Əsilzadə” Dilarə Qəsafovna onu Abdulla adlı varlı kişinin həyasız oğul balasını dərsə yarım saat gecikdiyi üçün məzəmmət etdiyinə görə söyüb valideynlərin iclasında qapıçı adlandırdı.

Eşitmişdim ki, sinifdə Maral adlı isterik və dindar qız oxuyur. Qızım deyirdi ki tənəffüsdə hot doq yeyə bilmir, çünki uşaqlar sosis yeyəndə Maral onlara ucadan lənət yağdırarkən tikə boğazında qalır. Ona görə onun bu qızla dost olması məni

çox təəccübləndirdi. Mən və kiçik qızım onu bu dostluqdan hər vəchlə çəkindirirdik, Çinarə onunla dostluğu davam etdirirdi. Maralın, yüngül desək əsəbi olması barədə digər uşaqlar da ona xəbərdarlıq edirdilər. Axır ki onların arası dəydi, qızım onunla tualetə getməkdən imtina etdiyi üçün. Ölümündən qabaq qızım evə burun dəsmalı gətirdi və dedi ki, Maral ölmüş babasının yaylığını ona bağışlayıb. Mən yaylığı yudum və tapşırdım ki qaytarsın, amma Maral onu götürmədi və bundan sonra yaylıq tullandı. Bütün bunlar məndə xoş olmayan hislər yaratdı. Hər şeydən göründüyü kimi burda qızıma qarşı təhqirsiz keçinməmişdir, bu işdə onun dediyinə görə Seva və Nəzrin iştirak etmişdir. Qızımın ölümündən sonra Maral hətta dərs ilinin axırını gözləmədən məktəbdən getdi. Bu onun təqsirini dolayısıyla sübut edir. Sinif rəhbəri İrina Adilevnadan nə baş verdiyini araşdırmağı tələb etdikdə o mənə bildirdi ki bu mənim problemlərimdir və ona “təqsirsizlik prezumpsiyası” yaxşı tanışdır. Bunu araşdırmaq onun nəyinə gərəkdir, vəzifəsini yerinə yetirdi ya yetirmədi, maaşı onsuz da gəlir. Öldüyü gün qızım güclü sarsıntı içərisində idi. Mən heç nə aydınlaşdıra bilmədim, çünki işə tələsirdim.

Sinifdə demək olar ki şagird qalmayıb. Hamı ev məktəbinə gedib, çünki müəllimlər öyrətmir, tələb edirlər. Heç bir şikayət nəticə vermir. Müəllimlərin həyasızlığının hüdudu yoxdur, hamısı elə-belə maaş alır və repetitorluqla məşğul olur. Öyrətmək sərf eləmir, əks təqdirdə repetitorluğa kim pul verər. Məktəb qohum-əqrabayla doludur, ona görə nəyi isə sübut etmək mümkün deyil. Kiçik qızımın sinfində də Arifə Rəsulovanın qohumları oxuyur.

Nə direktorluq, nə sinif rəhbəri heç nəyə reaksiya vermir, məktəbdə nizam-intizam zahiridir, qalan şeylərdə özbaşınalıqdır. Qızımla bağlı olmayan özbaşınalıq faktlarını da asanlıqla göstərmək olar. Məktəbə auditorları göndərmək və hələ təsərrüfat müdirini də yoxlamaq kifayətdir. Təkrar edirəm özbaşınalıq, biabırçılığa son qoymaq üçün heç bir tədbir görməyən direktor Kəmalə Qədirovanın rəhbərliyi altında baş verirdi. Yəqin ki öz ərinə arxalanırdı.

P.S. Qızımın ölümündən sonra məktəbdə şagirdlərə, valideynlərə və müəllimlərə nə isə danışmaq qadağan edilib. Kağızda yazılmışdı: bizim sinifdə türmə qanunlarıdır. Görünür indi məktəblərdə türmədə olduğu kimi sıxışdırıb aradan götürürlər. Əsl dedovşinadır. Birdə takrar edirəm mən baş verənlərin onda birini bildirmişəm.

Çinarənin ölümqabağı məktubu

Rufa, sən yaxşı anasan. Heç nəyi aydınlaşdirma. Sadəcə mənu dəfn elə. Bu, hər ehtimala qarşı ölümündən qabaq yazdığım maktubdur. Bizdə sinifdə, məktəbdə türmə qanunlarıdır. Mənim xarakterimlə heç nə alınmayacaq. Həyatına davam et. Emilyaya görə. Çinarə”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru