Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                     Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq .....                     Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq .....                     Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq .....                     Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb .....                     Rasim İldırımzadə məhkəmə zalında həbs edildi .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib .....                     "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub .....                     “Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? .....                     MEDİAYA VAHİD YANAŞMA... .....                     ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? .....                     Köçəryanın Putinlə görüşünə imkan verilmədi .....                     Gecə və səhər bəzi yerlərdə duman olacaq .....                     “PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib .....                     Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı .....                     Bu ölkələrdə kreditlər faizsiz verilir .....                     “Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən .....                     ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq .....                     Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib .....                     Yasamalın YARIMÇIQ BAŞÇISI... .....                     Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı .....                     ABŞ geri çəkilir? .....                     Aqil Şərifova hökm oxundu .....                     Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir .....                 

Putin Azərbaycanı yenidən işğala hazırlaşır - BÖYÜK TƏHLÜKƏNİN ASTANASINDA
Tarix: 27-03-2014, 08:30 | Çap et
Putin Azərbaycanı yenidən işğala hazırlaşır
DİA.AZ: - Rusiyanın son illərdə yürütdüyü siyasət özünü daha da bariz formada nümayiş etdirməkdədir. Artıq Krımın işğalı və eyni zamanda digər keçmiş sovet respublikalarının anoloji problemlərinə Kreml tərəfindən nümayiş olunan baxış Rusiyanın əsl niyyətini ortaya qoymuş oldu.

Putin Rusiyanın 2-ci Pyotrudur…

Hakimiyyət sükanını sərxoş Yeltsindən alan Putin Rusiyanı indiki ərazilərini ilk olaraq parçalanmadan qurtardı. Halbuki Yeltsinin hakimiyyət illərində Rusiya kifayət qədər zəifləmişdi və indiki ərazisi rəsmən parçalanmış vəziyyətdə idi.

Lakin Putin iqtidara gələndən sonra Rusiyanı illər ərzində nəinki toparlaya bildi, hətta Rusiyanı yenidən keçmiş SSRİ-nin əvvəlki mövqelərinə qədər daşımış oldu.

Doğrudur, Rusiya bu gün SSRİ qədərində böyük olmasa da, SSRİ-nin əsas silah arsenalının varisi kimi eyni dərəcədə təhlükəli və güclüdür.

Elə buna görə də Putinin Krım əyləncəsinə nəinki Qərb, hətta ərazilərini faktiki olaraq itirmiş Rusiya belə hövsələ nümayiş etdirmək zorunda qaldı.

Təsadüfi deyil ki, Putini öz ölkəsində hazırki Rusiyanın imperiya şəklinin memarı olan 1-ci Pyotrun əsas davamçısı kimi qəbul edirlər və ona В«2-ci PyotrВ» adını belə veriblər.

2-ci Pyotrun 1-ci revanşı

Əslində Krımda baş verənlər Putinin SSRİ-nin bərpası yönündə altdığı ilk açıq addım kimi dəyərləndirilməlidir. Buna qədər müxtəlif adlar və bəhanələr altında SSRİ-dən qopan respublikaları yan-yörəsinə buxovlayan Rusiya artıq Gömrük İttifaqı və Avrasiya Birliyi ideyalarının da son ünvanının məhz keçmiş SSRİ şəklində bir siyasi subyekt olduğunu nümayiş etdirməkdədir.

Bəlkə də Krıma qədər Rusiyaya qarşı alternativ gücü təşkil edən Avropa Birliyi və Amerika Putinin məlum çabalarını o qədər də ciddiyə almırdılar. Amma artıq özünü kifayət qədər arqumentli hesab edən Rusiya bir-birinin ardından müsəlman ölkələrini işğal edən Amerikaya keçmiş SSRİ məkanının məhz ona aid olduğunu və bu məkana hansısa digər bir qüvvəni buraxmayacağını sərt formada nümayiş etdirdi.

Rusiyanın görüntüdə olan addımları kifayət qədər kobud təsiri bağışlasa da, gözlənilən idi. Çünki ənənəvi olaraq ruslar bir siyasi dəst-xəttə malikdirlər: HESABLANMAYAN VƏ HƏR HANSI SİYASİ NƏZƏRİYYƏYƏ UYMAYAN TƏRZƏ…

Bu halda Qərb anlamalı idi ki, Amerikanın İraqı, Əfqanıstanı, Liviyanı, Suriyanı və digər müsəlman ölkələrini rəsmən işğal etməsinə seyrçi qalırmış kimi davranan qoca Rusiya bunun bədəlini ödətdirəcək. Hətta bu gün Rusiyanın təkcə Krımla və separatçılığa dəstək siyasəti nəticəsində istehsal etdiyi qondarma respublikalarla da kifayətlənəcəyi gözlənilən deyil. Rusiya keçmiş SSRİ məkanına və keçmiş SSRİ-nin əvvəlki təsir dairəsinə iddialıdır.

Azərbaycan nə etməlidir?..

Təbii ki, Putinin Azərbaycana hansı səviyyədə münasibət sərgilədiyini təxmin etmək o qədər də çətin deyil. Elə buna görə də hazırda rəsmi Bakının yürütdüyü xarici siyasət ən idealı hesab olunmaqdadır. Təsəvvür edin, Azərbaycan iki nəhəngin maraq toqquşmasının episentrində ola-ola nəinki bir dövlət olaraq varlığını qorumaqdadır, hətta günü-gündən gücünün üstünə güc də qatır.

Amma Rusiyanın Krım tikəsini ağzından aldığı Ukrayna ilə belə müqayisədə bizim yox hesab olunduğumuz bir faktdır. Deməli, istənilən güclənmə səviyyəmiz dəli Rusiyanın hər hansı şıltaqlığı qarşısında acizdir. Və bu səbəbdən Azərbaycan hakimiyyətinin hazırki balans siyasəti ən idealıdır. Və disbalansın Azərbaycana daha da başa otura biləcəyi şübhəsizdir. Halbuki biz məhz bu balans naminə Qarabağı işğaldan azad etmə hüquqlarını itirmişik.

Yəni bu faktdır ki, Azərbaycanın istənilən bir mövcud balansın pozulmasına hesablanmış addımı risqlidir. Ola bilsin ki, risqimiz uğurlu alınar və biz Qarabağı işğaldan azad edə bilək. Amma bu, ehtimal olduğundan Azərbaycanın hansısa risqə baş vuracaq komfortu mövcud deyil.

Məsələn, Azərbaycan Gürcüstanın Saakaşvili dönəmində olduğu kimi birmənalı siyasət yürüdərsə, Qərbin yanında olduğunu nümayiş etdirərsə, o zaman iqtisadi baxımdan nailiyyətlər əldə edə bilər. Lakin Azərbaycanın Qərbdən Qarabağda savaş hüququnu əldə etməsi inandırıcı və ümumiyyətlə, mümkün deyil.

Bu halda, Azərbaycan Rusiya kimi bir nəhəngi də qarşısına almış olacaq. Və Qarabağa hətta birdəfəlik В«əlvidaВ» demək zorunda da buraxıla bilər. Və Qərbin - Azərbaycanın sığınacağı Qərbin Azərbaycanın ərazi bütünlüyü naminə hansısa çaba göstərəciyi də ağlabatan deyil. Çünki biz Qərbin qəribçiliyini həm Gürcüstanda və həm də elə son olaraq Ukraynada gördük, görməkdəyik.

Rusiya isə Azərbaycana qarşı daha da sərt mövqe nümayiş etdirəcək. Bu qaçılmaz bir hal olacaq və Rusiyanın Qarabağı da В«referendumВ» yolu ilə öz tərkibinə qatacağı belə inandırıcıdır. Təbii ki, Azərbaycanın Qərbə söykənib, özünə yeni bir kurs seçəcəyi təqdirdə…

Əksini düşündüyümüz halda da Azərbaycan üçün uğurlu nəsə vəd olunmur. Yəni Azərbaycan Qərblə təmaslarını kəsərək birmənalı şəkildə - məsələn, Belorusiya kimi Rusiyanın yanında dayanacaqsa, o halda da Azərbaycanı yaxşı nəsə gözləmir. Bəlkə də bu yolda Qarabağın azadlığı mövcuddur. Amma bu azadlıq tam olaraq bizim istədiyimiz şəkildə olmayacaq. Və bunun qarşılığında Azərbaycan özünün tək siyasi yox, həm də iqtisadi müstəqilliyini itirmiş olur. Əgər Qərbin yanında olmaqla yalnız cinah seçimi etmiş oluruqsa, Rusiyanın yanında dayanmağı seçməklə həm də müstəqilliyimizin hüdudlarını daraltmış oluruq.

Və bu baxımdan Azərbaycanın hazırki durumu ən doğru seçimdir.

Azərbaycanı nə gözləyir - 2-ci Pyotr bizi sevmir…

Təbii ki, bizim üçün sabahımız daha maraqlıdır. Bu gün Suriyada baş verənləri, Ukraynanın başına açılan oyunları ürək ağrısı ilə izləyə bilərik. Amma bu narahatçılıq bizi sona qədər təqib etmir. Bizi daha çox narahat edəni öz sabahımızdır. Və biz bundan sonra başımıza nələr gələcəyini düşünürük, düşünməliyik.

2-ci Pyotrun Azərbaycana hansı münasibəti bəslədiyini bilirik. O bizi sevmir. İllər əvvəl İrəvanda olarkən Ermənistanın Slavyan Universitetinin tələbə və müəllim heyətinin qarşısında çıxış edən Putin onlara Pyotrun ermənilər haqqında vəsiyyətini xatırladaraq В«skazano, sdelanoВ» ifadəsini işlətmişdi. Yəni Putin Azərbaycan torpaqlarında özlərinə dövlət qurmuş və bu dövlətlərini yeni işğal siyasəti ilə daha da genişlətmiş erməniləri Pyotrun əmanəti kimi qəbul etdiyindən onun hansısa şəraitdə əmanətə xəyanət edəcəyi gözlənilən deyil.

Putin erməniləri sona qədər çiyinlərində daşıyacaq. Çünki bu, Rusiyanın siyasətidir. Putin Ermənistana Azərbaycanın düşməni kimi baxmır. Putin Ermənistanı regionda özünün əsas istinad nöqtəsi kimi görür və Putin regionda son qalası ilə bağlı hansısa prinsipial dəyişiklik qərarı verməyəcək. Və Putindən sonra Rusiyanın maraqlarına xidmət edən digər Rusiya dövlət başçıları da eyni tərzi, eyni siyasəti davam etdirəcəklər.

Putin Azərbaycanı yenidən işğala hazırlaşır

Rusiyanın Azərbaycanla bağlı məkrli planı

Azərbaycanı isə nəyin gözlədiyi ortadadır. Yenidən işğal təhlükəsi var və Krımda baş verənlərin ardından bu işğalın artıq hüdudlarımıza doğru yaxınlaşdığı hiss olunmaqdadır. Yox, biz Jirinovskinin sayıqlamalarını ciddiyə almırıq. Amma həm də alırıq. Çünki bu gün Rusiya faktiki olaraq Jirinovski təfəkkürü ilə idarə olunur və Azərbaycanı hər zaman В«Cənubi RusiyaВ» adlandıran Jirinovski əslində öz ölkəsinin siyasi hədəflərini kobud formada ifadə edib.

Belə bir şəraitdə Rusiyanın Azərbaycanı bir dövlət hesab etmədiyi ortadadır. Əslində Krımda baş verənlərdən sonra hər bir azərbaycanlı özünü narahat bir atmosferdə his edir və düşünür ki, eyni şəkildə Rusiya Azərbaycanda da davrana bilər. Hətta artıq bu sarıdan bir itik verməyimiz belə yetərli hesab olunmaya bilər.

Rusiya isə Azərbaycanda ciddi maraqlara sahibdir və bu maraqlarını sona qədər qoruyacağını nümayiş etdirir. Və bu halda Azərbaycana kimsə kömək edə bilməyəcək… özündən başqa. Yəni ümid Azərbaycana, Azərbaycan hakimiyyətinin yürüdəcəyi ağıllı siyasətədir. Bir növ hazırki siyasətin davamı, inkişafı ən ağıllı seçim kimi görünür. Əksi isə Azərbaycanı bir çox əskikliklərə məruz qoya bilər.

Bu gün Azərbaycanı idarə edən İlham Əliyev Qərbə Saakaşvilidən yaxın olmayacaq. Bu faktdır. Deməli, Saakaşvilini yalnız Putinin edam qərarından qorumağa müvəffəq olan Qərbin Azərbaycan prezidentinin istənilən bir kurs dəyişikliyi qərarına hansısa ciddi dəstəyi verməsi də gözlənilən deyil. Bu isə Azərbaycanın hansı böyük təhlükə ilə üz-üzə qaldığını faktiki olaraq ortaya qoymaqdadır.

Artıq Azərbaycan Qərbin, konkret olaraq ABŞ-ın İran siyasətində də maraqlı bir mövqeyə malik deyil. Azərbaycan yalnız Qərbə aid oluna biləcək İsrail üçün maraqlı bir ünvandır. Bu da enerji təhlükəsizliyi baxımından. Digər səbəblər isə əleyhimizədir. Artıq İraqı, Suriyanı işğal edən Amerikanın İranla öz sərhədləri var və digər tərəfdən ABŞ-İran münasibətlərindəki yumşalmalar da Azərbaycanı məlum prosesdə əhəmiyyətsiz bir məkana çevirib.

Azərbaycan bu gün Qərb üçün daha çox neft çəlləyi olaraq maraqlı görünür. Rusiya isə Azərbaycana bu cür yanaşmır və elə buna görə də Qarabağ problemi də həll olunmur və hətta başımız üzərində birbaşa olaraq Kremldən qidalanan digər separatizm meyilləri də bir qara kabus olaraq dolaşmaqdadır.

Rusiya Azərbaycanı necə işğal edəcək?

Bəli, Rusiyanın Azərbaycanı yenidən işğal etməsi bu gün daha çox proqnozlaşdırılır. Hətta bu şəraitdə В«Yox, Qərb buna imkan verməyəcəkВ», В«Yox, Rusiya bu qədər də ağ edə bilməzВ» kimi etirazlar da eşidilmir. Çünki Rusiyanın bütün bəşəriyyətə Krımda verdiyi dərsdən hər kəs öz payını götürüb. Amerika okeanın o tayında rusları dollarla təhdid edənə qədər Rusiya Azərbaycanı istədiyi şəklə salacaq.

Bunu bu gün Azərbaycan hakimiyyəti də görür. Amma Azərbaycan hakimiyyətinin də öz prinsipləri var və hətta Rusiya ilə münasibətlərimizdəki bu qeyri-bərabərliyə rəğmən yenə də rəsmi Bakı öz mövqeləri uğrunda sona qədər çarpışır. Rusiya təbii ki, bizim nazımızla oynamır, oynamayıb və oynamayacaq da. Sadəcə olaraq rəsmi Bakı gərəkən anda gərəkən manevrləri edərək həm öz mövqelərini qoruya bilir, həm də Azərbaycanın bir dövlət olaraq maraqlarını güdməyi bacarır.

Ona görə də olduqca çətin bir regionda yerləşməyimizə, Rusiya kimi bir qoca nəhəngin qulağının dibində müstəqil enerji siyasəti yürütməyimizə rəğmən Azərbaycanı Ukraynanın aqibətinin gözləyəcəyi inandırıcı deyil. Amma Rusiyanın Azərbaycanı işğal siyasətinin olması bir faktdır.

Rusiya Azərbaycana ənənəvi dayaqları üzərində daxil olmağa çalışacaq. Bölərək, Azərbaycanı ələ keçirəcək. Artıq bunun təzahürləri də var. Cənubda talış separatizmi süni şəkildə qabardılır, şişirdilir və bir problem kimi təqdim olunur. Ən acınacaqlı olanı isə odur ki, həmin talış separatizminə Rusiya ilə yanaşı, abdal Qərb təşkilatları da dəstək verməkdədir. Onların absurd В«insan haqqları prizmasıВ» bu gün Rusiyanın Azərbaycanda yeni işğal siyasətinə tam uyur.

Şimalda isə Azərbaycanı bir neçə imtiqamətdə narahat etməyi düşünən Rusiyanın avar və ləzgi separatçıları ilə dəfələrlə təlim keçdiyi faktdır. Bu gün təkcə В«googleВ» və В«youtubeВ»də axtarış verməklə həmin süni separatizm meyillərini təbliğ edən minlərlə materiala, bu cür Azərbaycan əleyhinə olan təhlükəli təbliğatla məşğul olan saytlara rast gəlmək mümkündür.

İllərdir Rusiya bu siyasətinə sədaqətlidir. Azərbaycanı hətta kəndlərə bölərək kiçiltməyi belə göz önünə alan Rusiyanın qarşısını isə yalnız rəsmi Bakının atacağı addımlar ala bilər.

Ruslar gəlirlər. Əllərindəki Leninin qıp-qırmızı bayrağı olmasa da, mahiyyəti eynidir. Putin Dəli Pyotrun varisi kimi SSRİ-nin keçmiş ərazisini yaxın 10 ildə geri almağı planlayır. O, Yeltsinin dağıtdıqlarını bərpa edib, indi də Qorbaçovun dağıtdıqlarını bərpaya hazırlaşır. Hətta Xruşşovun tarixi qərarını da geri oxutdurdu. Yəni bu qədər inamlıdır. Hazır və tədarüklü olmaq zorundayıq… Bir millət və dövlət olaraq…

Məhəmməd Ərsoy










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Bu gün, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Bu gün, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Bu gün, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Bu gün, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Bu gün, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Bu gün, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Bu gün, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Bu gün, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Bu gün, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Bu gün, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Bu gün, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Bu gün, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Bu gün, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Bu gün, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Bu gün, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Bu gün, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Bu gün, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Bu gün, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Bu gün, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Bu gün, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Bu gün, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Bu gün, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Bu gün, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Bu gün, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Bu gün, 13:05
ABŞ-İran razılaşması Bakı neftini “vurdu”? – Kəskin ucuzlaşa bilər
Bu gün, 13:02
Köçəryanın Putinlə görüşünə imkan verilmədi - AÇIQLAMA
Bu gün, 12:57
Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:55
“PAŞA Sığorta”nın Direktorlar Şurasına yeni sədr və üzvlər seçilib - BUNDAN SONRA...
Bu gün, 12:52
Bakıda bağlanan məşhur idman kompleksi yenə satışa çıxarıldı - Bu dəfə yarım milyon ucuz
Bu gün, 12:50
Bu ölkələrdə kreditlər faizsiz verilir - SİYAHI
Bu gün, 12:44
“Hörmüz boğazından keçid 60 gün pulsuz olacaq” – Vens
Bu gün, 12:35
İcra başçısının elektron qolbaq taxılan sabiq müavinindən XƏBƏR VAR
Bu gün, 12:33
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Bu gün, 12:15
Məhkəmə AXCP sədri Əli Kərimli barəsində qərar verib - TƏFƏRRÜAT
Bu gün, 12:14
Yasamalın YARIMÇIQ BAŞÇISI... - Gərək buna maaşı da yarımçıq versinlər...
Bu gün, 12:12
Onu bıçaqlayan həmkəndlisinin qulağını dişlədi, cəza aldı - Qusardakı cinayətin TƏFƏRRÜATI
Bu gün, 12:03
ABŞ geri çəkilir? - Vaşinqton NATO qarşısındakı öhdəliklərini azaltdı
Bu gün, 11:59
Aqil Şərifova hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 11:57
Gizli planlar cızılır, Cənubi Qafqaz da bura daxildir - Baxçalı
Bu gün, 11:55
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İTTİHAM VAR...
Bu gün, 11:47
Azərbaycandan ən çox neft idxal edən ölkələr - SİYAHI
Bu gün, 11:40
Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir - ÇAĞIRIŞ
Bu gün, 11:30
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş LƏĞV EDİLİR
Bu gün, 11:26
Yanacaq böhranı: artıq Kreml təbliğatçılarının da deməyə sözü qalmayıb - GƏLİŞMƏ
Bu gün, 11:25
Azərbaycan Güləş Federasiyasında yeni Komitə təsis edilib
Bu gün, 11:16
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri yenidən məhkəmə qarşısında
Bu gün, 11:13
Niyə “Sədərək” hər yay yanır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:10
Bu restoran bina sakinlərini yatmağa qoymur – Video
Bu gün, 11:08
Ermənistanda müxalifət parlamenti boykot etdi - GƏRGİNLİK
Bu gün, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru