“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” .....                     ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib .....                     Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? .....                     İTV rəhbərliyi uğrunda yarış .....                     Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı .....                     Niyam onları belə yad etdi .....                     Quru sərhədlərlə bağlı mühüm XƏBƏR .....                     Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır .....                     Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib .....                     “Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” .....                     Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb .....                     ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır .....                     “İndi niyə şikayət edirsiniz?” .....                     Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı .....                     Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar .....                     Tiflisdə Trampın adına göydələn tikiləcək .....                     Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı .....                     "Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı .....                     Qarabağ barədə bundan başqa iddiamız yoxdur .....                     Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: .....                     Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ .....                     “Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                     Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan .....                     “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                 

ETN-də monopoliya: Kimin "adamı" varsa, o da dərslik yazır - NAZİRLİK SUSUR
Tarix: 9-09-2023, 10:14 | Çap et
ETN-də monopoliya: Kimin "adamı" varsa, o da dərslik yazır
“Elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərdəki nöqsanlardan xəbəri yoxdur. Bu nöqsanları ona çatdırmağa isə Nazirliyin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu mane olur. Vəfa Yaqublu bizimlə Elm və Təhsil Nazirliyi arasında divardır. O imkan vermir ki, dərslikdəki çatışmazlıqlardan, nöqsanlardan nazirin xəbəri olsun”.
DİA.AZ bildirir ki, bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında ötən həftə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şamaxıda keçirilən “Azərbaycan Dili Və Ədəbiyyatı” forumunda dərslikdəki problemlər barədə nazir Emin Əmrullayevə iradlar bildirən Yazıçılar Birliyinin “Azərbaycan” jurnalının şöbə müdiri, şair Qəşəm Nəcəfzadə söyləyib.
Şair dərslikdəki qüsurları nazirin üzünə dedi
Qeyd edək ki, Q. Nəcəfzadə forumda iştirak edən Elm və təhsil naziri Emin Əmrullayevə dərsliklərlə bağlı iradlarını bildirərək salınan şeirlərin biyabırçı vəziyyətdə olduğunu söyləyib. Onun bu fikri tədbirdə müəyyən narazılığa səbəb olub. Bəzi deputat və məmurlar onun çıxışına müdaxilə edərək nöqsanları Emin Əmrullayevin iştirak etdiyi tədbirdə açıq şəkildə səsləndirməsinə mane olmağa cəhd edib.

Dərsliklərə salınan şeirləri kim quraşdırır?
Q.Nəcəfzadə müsahibəsində bildirib ki, dərsliklərdə ədəbi mətn və şeirlər gülməli vəziyyətdədir. Mətnlər şagirdlərə heç bir bilik vermir, şeirlərdə qafiyə yoxdur. Bir sözlə, dərsliklərdə çox ciddi nöqsanlar var:
“Mən bu iradları söyləyəndə, dərslikləri çapa qəbul edənlərin, nəşriyyat rəhbərlərinin xoşuna gəlmir. Onlar tapşırıqlara uyğun şeirlər verildiyini, mətnlər salındığını söyləyirlər. Düzdür, dərsliyə salınan şeirlər tapşırıqlara uyğun olmalıdır. Amma bu o demək deyil ki, dərsliklərə məzmunsuz şeirlər və mətnlər salınmalıdır. Tapşırığa uyğun şeir yüz şeirin içərisindən seçilməlidir. Amma dərslik çap edənlər özlərindən cavaba uyğun şeir quraşdırırlar".
Q.Nəcəfzadənin sözlərinə görə, “Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılovun nəşriyyatının hazırladığı 1-ci sinifdən 9-cu sinfədək dərsliklərdə belə qondarma imzalarla şeirlər verilir. Halbuki, Azərbaycanın şifahi xalq ədəbiyyatı zəngindir. Oradan yüz şeir tapmaq olar. Dərslik yazanlar isə bu zəhməti çəkmək istəmirlər. Əziyyət çəkib uyğun şeir axtarmaqdansa, özlərindən cavablara uyğun şeir quraşdırırlar. Nəticədə belə bərbad dərsliklər ortaya çıxır.
"Mənim bu nöqsanlarımı nazirə deməyim çoxunun xoşuna gəlmir”- Q.Nəcəfzadə söyləyib.

Nazirliyin nümayəndəsi susur
Həmsöhbətimiz bildirib ki, V.Yaqublu dərsliklərdəki bu cür qüsurlara göz yumur:
“Yaxşı ki, belə tədbirlər var, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən forumda mən bu problemləri nazirə çatdırdım. Deputat Nizami Cəfərov isə bu problemləri səsləndirməyimə narazılıq etdi, nazirdə heç bir günah olmadığını söylədi. Amma Nazirliyin o dərsliklərdə möhürü var. Elm və Təhsil Nazirliyi bu dərsliklərin hazırlanması üçün pul ayırır. Bilmir ki, aldığı məhsulun keyfiyyəti necədir?”.
Sputnik Azərbaycan şairin səsləndirdiyi ittihamlara cavab vermək üçün V.Yaqubluya müraciət etsə də, o, susmağı üstün tutub.

"Onun iddiası əsassızdır"
“Altun-kitab” nəşriyyatının direktoru, dilçi-alim Rafiq İsmayılov isə iddialarla razılaşmır. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dərsliklərə salınan şeirlər uşaqların yaş qrupuna uyğun seçilir:
"Bizim klassik uşaq ədəbiyyatında uşaqlara uyğun şeirlər yoxdur. Çoxsaylı arxaik sözlər olduğundan, uşağa həmin şeirləri təqdim etmək olmur. Biz isə onları dəyişə bilmərik. Ona görə də məcburuq elə şeirlər seçək ki, müəllif az tanınmış şəxs olsa da, uşağın başa düşəcəyi şeir və mətn nümunəsi olsun. Qəşəm Nəcəfzadə istəyir ki, dərsliyə onun şeirləri salınsın. Mən bir dəfə Hüseyn Cavidin “Ana” şerində türk dilində olan sözləri dəyişdiyim üçün tənqidlərə məruz qalmışdım. Hamı üstümə gəldi ki, Cavidi redaktə edir, onun yazdığı şeiri dəyişirsən. Amma o formada uşağa vermək mümkün deyildi".
R.İsmayılın dediyinə görə, dərsliklər Elm və Təhsil Nazirliyində çoxsaylı “süzgəclərdən” keçirilir:
"Orada elə yüksək səviyyəli ekspertlər iştirak edir ki, onlar Qəşəm Nəcəfzadəni təhsil məsələsində “suya aparıb, susuz gətirər”. Görünür, bu tənqidlərdə şəxsi qərəz var".
R.İsmayılov bildirib ki, dərsliklər hazırlanaraq əvvəlcə sınağa təqdim olunur, ondan sonra ikinci sınağa verilir. İki ildən sonra ümumtəhsil müəssisələri üçün dərslik formasında kütləvi çap olunaraq məktəblərə paylanılır.

Ədəbiyyat dərsliklərindəki biabırçılıq
Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) dosenti, dərsliklərlə bağlı ekspert Fəxrəddin Yusifov isə Sputnik Azərbaycan-a açıqlamasında Q.Nəcəfzadənin dərsliklərlə bağlı səsləndirdiyi iradların haqlı olduğunu söyləyib. O, bildirib ki, 5-9 sinif ədəbiyyat dərsliklərinə salınan bütün mətnlərin hamısı ixtisarla təqdim olunub.
"İstər şeir parçaları, istərsə də bədii nəsr və dramaturgiya əsərləri ixtisarla verilir. Bunu bəhanə edirlər ki, dərsliyin həcmi 202 səhifə ilə məhdudlaşır deyə bədii mətnlər ixtisarla verilir. Bədii mətnləri ixtisarla verdikdə onun ideyasına çox ciddi zərbələr vurur. Müəllim üçün vəsaitə daxil olan metodiki göstərişlər dərsliyə daxil edilir. Ədəbiyyat dərsliyində yarım səhifə şeirə dörd səhifə metodik göstəriş verilir. Bəs onda müəllim üçün vəsait nəyə lazımdır?" - deyə F.Yusifov söyləyib.
Onun sözlərinə görə, qələm təcrübəsi olmayan şəxslərin əsərlərini dərsliyə daxil edirlər. Həmsöhbətimiz deyir ki, ali məktəbdə keçirilən ədiblərin əsərləri orta məktəb dərsliyinə salınmalıdır:
"İndi orta məktəbdə keçməyə böyük əsər tapılmır. Mətnlərin sadədən mürəkkəbə doğru getməsində sistem tamamilə pozulub. Müəlliflərin ixtiyarına buraxılan dərsliklər belə biabırçı vəziyyətə gəlib çatıb. Dərsliklərin hazırlanmasında koordinasiya olmalıdır. Hansı əsərlərin, nə həcmdə dərsliyə salınmasına geniş müzakirə olunduqdan sonra qərar verilməlidir. Ədəbiyyat dərsliyi belə tərtib olunmamalıdır. Mətnlərdə eyni fikirlər təkrar olunur, qruplara eyni tapşırıqlar verilir. Bu, dərsliklərdə də, müəllim üçün vəsaitlərdə də təkrarlanır".
Mütəxəssis söyləyir ki, müəllim üçün metodiki vəsiatlərdə irəli sürülən bütün təkliflər yanlış və qüsurludur. Həmçinin metodiki vəsaitlərdə tədqiqat suallarının qoyulması qətiyyən məzmunla uyğun deyil.

Mətn seçimini müəlliflərin ixtiyarına buraxmaq olmaz!
"Əsərin təhlili ilə bağlı motivasiya sualları məzmun dərslərinə qoyulub. Əsərin məzmununu bilməyən şagird təhlil sualına cavab verə bilərmi? Şagirdlərin təfəkkürünü məhdudlaşdırmaq üçün dərsliklərin içərisində müəyyən çərçivədən çıxmamaq üçün tələb qoyulur. Bu sərbəst düşüncəni məhdudlaşdırmaqdır. Bu zaman uşaqlar əsərləri necə təhlil etsinlər? Dərslik siyasəti dəyişməlidir. Bədii mətnlərin seçilib dərsliklərə salınmasına xüsusi işçi qrupu baxmalıdır. Bunu müəlliflərin ixtiyarına buraxmaq olmaz! Bədii mətnləri qətiyyən ixtisarla vermək olmaz. Uşaq beş mətn öyrənsin, amma tam öyrənsin, nəinki ixtisarla. İxtisarla təqdim olunan mətnlərin mövzusu və ideyası təhrif olunur" - F.Yusifov deyib.
O vurğulayıb ki, isbat etmək çətin olsa da, dərsliklərə şeirlərin, mətnlərin “tapşırıqla” salınması halları mövcuddur.

Kimin adamı var, o dərslik yazır?
F.Yusifovun sözlərinə görə, dərsliyə salınan şeirlərin bədii sənətkarlıq baxımından zəif olması bunun sübutudur. Məsələn, milli mənəvi dəyərlər başlığı altında verilən təmsillərin milli mənəvi dəyərlərlə qəti bağlılığı yoxdur.
Həmsöhbətimiz iddia edir ki, dərsliklərin ictimai müzakirəsi formal aparılır:
"Mən universitetdə rəy hazırlamaq istəyəndə çoxsaylı hücumlara məruz qaldım. İndi dərsliklərlə bağlı sizə dediyim nöqsanların çoxunu rəylərimdə yazıb göndərmişdim. Nazirlik tapşırıq əsasında bəzi müəlliflərin üzünə qapılar açır, onlara şərait yaradır. Bunu isbat etmək çətin olsa da, reallıqdır. Nə qədər ki, dərslik çapında tanışlıq, tapşırıq rol oynayacaq, dərsliklər belə biabırçı vəziyyətdə də çap olunacaq".
Xatırladaq ki, Təhsil İnstitutunun bazaВ­sında Dərsliklərin Müstəqil MoniВ­torinq Mərkəzi yaradılıb, çapdan əvvəl dərsliklər ictimai müzakirəyə çıxarılır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ay deputat xanım, cavanlar dünyaya uşaq gətirməsin?” - Xalq artisti HİRSLƏNDİ
Bu gün, 07:13
ABŞ Ukraynaya 108,1 milyon dollar dəyərində ZRK avadanlığının satışını təsdiqləyib
Bu gün, 07:09
Paşinyan erməniləri “haqq yoluna” gətirə biləcəkmi? - AKTUAL
Bu gün, 06:40
İTV rəhbərliyi uğrunda yarış - Media nümayəndələri vəziyyəti dəyərləndirdi
Bu gün, 06:37
Nazirlik Dərslik çapına 6 milyon manatlıq böyük büdcə ayırdı - DETALLAR
Bu gün, 06:33
Niyam onları belə yad etdi - FOTO
Bu gün, 06:29
Quru sərhədlərlə bağlı mühüm XƏBƏR – Gözlənilən tarix bilindi
Bu gün, 06:26
Hörmüzün blokadasının davam etməsi 2008-ci ildəki kimi böhran təhlükəsi yaradır - “Bloomberg”
Bu gün, 06:20
Tramp Qrenlandiyanı güclə ələ keçirmək fikrindən imtina edib - ABŞ səfiri
Bu gün, 06:18
“Ermənistana yeganə təsiri Azərbaycan edə bilir” - Ovannsiyan
Dünən, 17:35
Bir neçə şirkət “MilliKart”dakı payını “ASB Bank”a satıb
Dünən, 17:31
ADSEA 2,7 milyon manatlıq nasos aqreqatları alır
Dünən, 17:23
“İndi niyə şikayət edirsiniz?” - “Avroviziya” təmsilçisi ittihamlara cavab verdi
Dünən, 17:11
Kremlin vəzifə verdiyi komissiya sədri Azərbaycanı hədəf aldı - DETALLAR
Dünən, 17:03
Lukaşenko və Putin nüvə qüvvələrinin təlimində videobağlantı ilə əlaqə saxlayıblar
Dünən, 17:01
Tiflisdə Trampın adına göydələn tikiləcək - Qafqazın ən böyüyü olacaq
Dünən, 16:51
Bakıda 8 il əvvəl iş adamına basqın edən şəxslə bağlı QƏRAR
Dünən, 16:42
"Qiyamət günü" radiostansiyası müəmmalı sözlər yayımladı - "UVB-76 loqi"
Dünən, 16:38
Qarabağ barədə bundan başqa iddiamız yoxdur - Köçəryan
Dünən, 16:28
Cəbrayıl və Ağdamda “ASAN Həyat” kompleksləri tikilir: - Layihələndirməyə ₼1 milyon ayrıldı
Dünən, 16:23
Bakı-Tiflis qatarında biletlərin TAM QİYMƏTİ AÇIQLANDI
Dünən, 16:14
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Dünən, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Dünən, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Dünən, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Dünən, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Dünən, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Dünən, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Dünən, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Dünən, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Dünən, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Dünən, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Dünən, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Dünən, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Dünən, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Dünən, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Dünən, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Dünən, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Dünən, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Dünən, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Dünən, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Dünən, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Dünən, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Dünən, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Dünən, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Dünən, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Dünən, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Dünən, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Dünən, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Dünən, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru