Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                     Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı .....                     Medvedev Ermənistan Baş nazirini aşağıladı .....                     Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb .....                     “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                     Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi .....                     Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                     “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” .....                     Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı .....                     Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi .....                     Qurban kəsimi 3 gün davam edəcək .....                     İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib .....                     “FNC BOKT” QSC-dən ASC-yə çevrildi .....                 

Deputatın obyekti XALQA QƏNİM KƏSİLİB - TOTAL NARAZILIQ
Tarix: 20-05-2022, 08:23 | Çap et
Deputatın obyekti XALQA QƏNİM KƏSİLİB
“Suvarma mövsümü gəlib çatıb, yenə ağaclarımıza baxa-baxa qalmışıq. Gözümüzün önündə hər gün bir neçə ağac quruyur, çıxarıb atırıq. Şəxsən mənim bağda 100-dən çox ağacım vardı. Bağdan hər il azı 3500-4000 manat mənfəət götürürdüm. İndi vur-tut 30 ağac qalıb, onları da suvara bilmirəm, çoxu quruyub”.

Ziyafət Əliyev Lənkəranın Aşağı Təngivan kənd sakinidir. 30 ildən çoxdur ki, meyvəçiliklə məşğul olur. Ancaq son 5-6 ildə bir şirkətin meyvə bağlarını viran qoyması səbəbindən təsərrüfatı məhv olub. Tək Ziyafət Əliyev yox, Yuxarı və Aşağı Təngivan kəndindəki xeyli ailə feyxoa bağlarından əlini üzüb.

Təngivan yaxınlığındakı hektarlarla ərazidə 1990-cı ildən başlayaraq kəndlilər əvvəlcə çəltik əkib. 1999-cu ildən artıq pay torpaqlarına çevrilərək mülkiyyətlərinə verilmiş həmin sahələrdə kəndlilər birləşərək feyxoa bağları salıb. Ziyafət Əliyev deyir, ilk vaxtlarda bağlar kustar yolla qazılmış su quyusundan su çəkməklə bağları suvararmışlar. Sonralar birləşib su mühərriki alıblar, mühərrik vasitəsilə bağlara su vurmağa başlayıblar. Aşağı və Yuxarı təngivanlılar öz ağlarını beləcə, növbəli şəkildə suvarır, mövsümdə meyvələri yığıb satmaqla güzəranlarını qururlarmış. Bir neçə il əvvəl “Kaspi Yıldız” MMC tərəfindən qum-çınqıl hasilatı məqsədilə yaxınlıqdakı çayın dibi və sahili qazılmağa, sonralar bu qazıntının sonralar bağlara tərəf uzanmağa davam etməsi (Meydan TV bu barədə bir neçə dəfə yazıb) səbəbindən meyvə təsərrüfatları da məhv olmağa başlayıb:

“Çayı qazanda Yuxarı təngivanlıların öz pay torpaqlarına (meyvə bağlarına) olan körpüsünü dağıtdılar, ona görə də Yuxarı təngivanlılar ümumiyyətlə, meyvə bağlarına gəlib-gedə bilmirlər. Onların bağlarından artıq əsər-əlamət qalmayıb. Biz – yəni Aşağı təngivanlılar da uzun müddətdir ki, bağlarına əziyyətlə gəlib-gedirik. Keçiblər pay torpaqlarımıza, qaza-qaza gedirlər. Qonşunun bar verən 150 feyxoa ağacını kəsib atdılar kənara, yerini də qazıb torpağını daşıdılar, şikayət etmədiyi yer qalmadı, nəticəsi olmadı. O boyda təsərrüfatdan cəmi 9 ya 10 təsərrüfat qalıb burda…”

Ziyafət Əliyev ailəsini feyxoadan əldə etdiyi qazancla dolandırırmış. Deyir, bu bağdan daha çox qazanc götürənlər varmış:

“Ən az ağac məndə olub. Məsələn, bacımın 300-ə, qardaşımın 200-ə yaxın ağacı vardı. Qonşum var, hansı ki, 400-dən çox ağacı olub. Onlar daha çox mənfəət itirib. Təsəvvür edin ki, illərlə bağ saxlayırsız, o bağ sizin yeganə dolanışıq yerinizdir, yeganə təsərrüfatınızdır və bir gün kimsə gəlib hər-şeyi alt-üst edir. Və söhbət bir nəfərin yox, onlarla kəndlinin təsərrüfatından gedir. Təngivanda yaşamaq üçün səbəb qalmayıb. İllərdir ki, yazılır, çəkilir, göstərilir, ancaq elə bil daha da qəddarlaşırlar. Yolları dağıdıblar, heyvandarlığı, meyvəçiliyi məhv ediblər. Məsələn, mən heyvanlarıma yemi bu ərazidən daşıyırdım, indi burda ot da bitmir. Kəndlilər yem tapa bilmədiklərinə görə heyvanlarını dəyər-dəyməzinə satmalı olur və bütün bunlara bir son verən yoxdur”.

Kənd sakini Şirvan Nəzərov da bağ təsərrüfatının məhv olmasından danışır. Deyir, illərlə ailəsinin dolanışıq yeri olan feyxoa təsərrüfatı susuzluqdan məhv olub:

“Bütün aidiyyəti qurumlara yazmışıq, prezidentə, vitse-prezidentə yazmışıq. Ekologiya və Təbii Sərvətlər Nazirlriyindən gəlib baxıblar, bizə məktub göndəriblər ki, şirkət qanunsuz işlərlə məşğul olur. Ancaq nə faydası? Sahibkar öz işindədir. O, bağlarımızı, örüşlərimizi yox, birbaşa həyatımızı məhv edir. Kəndlinin təsərrüfatını dağıtdın, ya həyatını, eyni şeydir. Tələb edirik ki, ölkə başçısı bu məsələyə diqqət ayırsın, bizi və təsərrüfatlarımızı bu yırtıcıların əlindən xilas etsin. Bağlarımızı susuzluqdan yandırıblar, örüş yerlərimizi qazıb, torpağını daşıyıblar, heyvanlarımız acından ölməsin deyə, dəyər-dəyməzinə satmaq məcburiyyətində qalmışıq, biz nə edək, necə yaşayaq? Bir sahibkarın daha çox pul qazanması üçün bizi daha hansı faciələr gözləyir?”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Kaspi Yıldız” MMC-ni qanunsuz qum-çınqıl hasilatına və ekologiyanı çirkləndirdiyinə görə dəfələrlə məhkəməyə verib. Məhkəmə MMC-ni bir neçə dəfə cərimələsə də, şirkət öz fəaliyyətindədir.

“Kaspi Yıldız” MMC Lerikin 78 saylı dairəsindən deputat seçilmiş İqbal Məmmədova məxsusdur. O, bu şirkəti 1996-cı ildə təsis edib. Bu il “Kapitalbank” həm ona, həm qardaşı Çingiz Məmmədova, həm də şirkətə qarşı məhkəmə iddiası qaldırmışdı. Şirkətin dövlət büdcəsinə də 9 milyon manat civarında vergi borcu var. İqbal Məmmədovun Lerikdə fəaliyyət göstərən iri quşçuluq təsərrüfatı da var. Hansı ki, çayı çirkləndirən səbəblərdən biri də həmin təsərrüfatda quş kəsimləri zamanı tullantıların çaya buraxılması idi. Piran kəndinin sakinlərinin uzunmüddətli şikayətlərindən sonra təsərrüfatdakı quş kəsimi sexləri bağlanıb.

Bu məsələylə bağlı Meydan TV bir neçə dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə, Lənkəranın və Lerikin icra hakimiyyətləriylə əlaqə saxlayıb. Hər dəfə nazirlikdən şirkətin fəaliyyətinin qanunsuz, icra hakimiyyətlərindənsə qanuni olduğunu bildiriblər.
//Meydan TV//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Tramp bir neçə ölkəni "İbrahim sazişləri"nə qoşulmağa çağırıb - "Axios"
Bu gün, 08:01
Avokado Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? - SİYAHI
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru