"DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                 

İnam Kərimovun effektsiz layihələri və havaya sovrulan milyonlar... - KTN-də nə baş verir?
Tarix: 21-12-2020, 08:47 | Çap et
İnam Kərimovun effektsiz layihələri və havaya sovrulan milyonlar...
Dünyada 2015-ci ildə baş verən qlobal iqtisadi böhran, birjalarda neft qiymətlərinin sürətlə enməsi Azərbaycana da mənfi təsirini göstərdi. 2015-2016-cı illərdə davamlı şəkildə baş verən devalvasiyalar, iş yerlərinin iflas etməsi ölkədə iqtisadi durumu ağırlaşdırdı. Bütün bu cərəyan edən hadisələrin fonunda Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafını təmin etmək məqsədilə müəyyən islahatlar həyata keçirməyə başladı.

Prezident İlham Əliyevin hökumətdə apardığı islahatlar, dövlətin dəstəyi ilə yaradılan yeni innovativ layihələr, özəl sektorda yaradılan bu tip layihələrin dövlət tərəfindən dəstəklənməsi iqtisadi böhranın aradan qalxmasına müəyyən qədər təkan verə bildi.

Dövlətin qeyri-neft sektorunda inkişafını prioritet saydığı sahələr, ilk növbədə, aqrar sektor və turizm oldu. Lakin ilin əvvəlindən koronavirus pandemiyasının dünyada geniş yayılması sözügedən sektora ciddi zərbə endirdi və nəticədə bütün dünyada olduğu kimi, ölkəmizdə də turizm sahəsi tam iflasa uğradı.
Aqrar sahənin dirçəldilməsi, inkişaf etdirilməsi üçün dövlətin ayırdığı subsidiyalar, bu istiqamətdə çalışan sahibkarlara, fermerlərə güzəştli kreditlərin verilməsi, beynəlxalq layihələr çərçivəsində müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin tətbiqi isə hələ ki, gözlənilən nəticəni vermir. Əksinə, kənd təsərrüfatı sahəsində çalışan insanların gəlirlərinin azalması, ənənəvi əkinçiliyin sıradan çıxması, məhsuldar torpaqların becərilməməsi halları, melorasiya sahəsindəki problemlər gündən-günə artmaqdadır.

Anası ağlar günə qalan aqrar sektor

Artıq kənd təsərrüfatı sahəsində yaşanan problemləri hər bir vətəndaş hiss etməkdədir. Belə ki, market və bazarlarda meyvə-tərəvəzlərin, ət və süd məhsullarının qiymətlərinin gündən-günə qalxması, bu ərzaqların çoxunun isə xaricdən, əsasən də bizdən kasıb və məhsuldar torpaqları olmayan ölkələrdən idxal edilməsi vəziyyətin daha acınacaqlı olmasının göstəricisidir. Aqrar sektorun inkişafına birbaşa məsul olan Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi isə qarşıdakı problemin nəinki aradan qalxmasına, əksinə daha da dərinləşməsinə yol açır.

Kənd Təsərrüfatı Nazirliyinin strukturunda 2018-ci ildə baş verən dəyişikliklərdən sonra da əfsus ki, bu sahədə olan problemləri aradan qaldırmaq mümkün olmamışdır. Dövlətin və beynəlxalq təşkilatların maliyyə dəstəyi hesabına həyata keçirilən layihələrin effektivliyi gözlənilən nəticəni verməmişdir. Nazirliyin aqrar sektorda yenilik kimi təqdim etdiyi layihələrin bəziləri isə dövlətin digər strukturlarının illər öncə həyata keçirdiyi layihələrin birbaşa təkrarından ibarətdir.

Bir-birini təkrarlayan effektsiz layihələr

2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində yaradılan, fəaliyyət istiqaməti əsasən kənd təsərrüfatı və ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasını, fermerlərdən, sahibkarlardan məhsulların birbaşa alınmasını və kənd təsərrüfatı, ərzaq məhsullarının istehsalını və ixracını artırmaq məqsədilə həmin məhsulların xarici ölkələrə ixracını və istehsal olunan bu məhsulların yerli bazarda satışının təşkili və həyata keçirilməsini təmin etməli olan "Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti isə yumşaq sözlə ifadə etsək, qənaətbəxş sayılmır.

"Aqrar Tədarük və Təchizat” ASC 2018-ci ildən indiyədək aqrar sahənin inkişafı üçün bəzi layihələr həyata keçirmişdir. Bu layihələrdən biri ölkədəki əksər fermer və sahibkarları qane etməyən "tədarük portal” digəri isə "Şəhərdən kəndə” layihəsidir.

"Aqrar Tədarük və Təchizat” ASC-nin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirdyi layihələrdən biri də 2019-cu ilin oktyabr ayında başladılan Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsidir.

"Dağlarda dolaşan" "AFAQ”

AFAQ layihəsinin əsas məqsədi aqrar sektorda çalışan qadınları dəstəkləmək, onları bu sahədə çalışmağa həvəsləndirmək və sosial vəziyyətlərinin yaxşılaşmasını təmin etməkdir. Layihə çərçivəsində fermer qadınlara müstəqil surətdə kredit götürmək, bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün şərait yaradılacağı vurğulanır.

Layihə ilə bağlı görülən işlərlə tanış olmaq üçün "Aqrar Tədarük və Təchizat” ASC-nin yaratdığı afaq.az portalına daxil olduqda isə layihənin yaradılmasından 1 il ötməsinə baxmayaraq, görülən işlərin heç də qənaətbəxş olmadığı aydınlaşır.

Belə ki, portalın "haqqımızda” bölməsini açıb, "layihə haqqında”, "necə qoşulmalı” və "hesabatlar” bölməsinə daxil olmaq istədikdə "səhifə yenilənir” xəbərdarlığı ilə qarşılaşırıq. "Səhifə yenilənir” xəbərdarlığı ilə "AFAQ shop” və "Təlim və tədbirlər” bölməsinə daxil olarkən də qarşılaşırıq. Xəbərdarlıq "Afaq forum” bölməsində də öz "mövqeyini” qoruyub saxlayır.

Portalda "Afaqçılar” bölməsində isə olduqca maraqlı məqamlara rast gəlinir. Qeyd edək ki, bu bölmədə layihədən yararlanan 25 xanım haqqında qısa informasiya verilmişdir. Buradakı informasiyalarla tanış olduqda bəzi narahatedici məqamlar ortaya çıxır. Sözügedən narahatlıqlardan biri ciddi texniki və maliyyə dəstəyi olan layihənin lokal xarakter daşımasıdır. Ola bilsin ki, gələcəkdə layihə genişlənərək bir çox regionları əhatə edəcək. Lakin hazırda bizə təqdim olunan "Afaqçı” xanımlar Dağlıq-Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarını əhatə edir. Məsələn, bölmədə təqdim edilən 25 xanımın 3-ü Şamaxı rayonunun Məlikçobanlı kəndindən, 14-ü İsmayıllı rayonunun Sumağallı kəndindən, 3-ü İsmayıllı rayonunun Kürdmaşı kəndindən, digər 3-ü Şamaxı rayonunun Meysəri, Göylər, Qaladərəsi kəndlərindən, 2-i isə Balakən rayonunun Talalar və Hənifə kənd sakinləridirlər.

Bir il ərzində davam edən layihənin 5-6 kənddən kənara çıxa bilməməsi gözlənilən subyektiv səbəblərlə yanaşı, həm də "Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyinin fəaliyyətsizliyinin əyani təzahürüdür.

Bununla belə, obyektivlik naminə vurğulayaq ki, Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət qurumlarının aqrar sektorun inkişafı naminə müəllifi olduqları mənasız layihələrdən fərqli olaraq "AFAQ” layihəsində, heç olmasa, bəxti gətirən təsərrüfatçı xanımlar avadanlıq və bəzi hallarda isə inək, toyuq-cücə ilə təmin olunurlar.

Qeyd edək ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının texniki yardımı ilə həyata keçirilən AFAQ layihəsinə "PAŞA Holding” maliyyə dəstəyi verir.

Cahandar Laçınlı
Qlobal.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Bu gün, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Bu gün, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Bu gün, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Bu gün, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Bu gün, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Bu gün, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Bu gün, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Bu gün, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Bu gün, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru