Türkiyədə “Hisart Canlı Tarih Müzesi”-də saxlanılan Səlcuq döyüşçünə aid ayaqqabı. Səlcuqlar Oğuz türklərinin Qınık boyuna mənsub idilər. Tarix elmində "Səlcuqlu" termininin özü bir xalq deyil, hakim sülalənin və imperiyanın adıdır.
X əsrin birinci yarısında Yaxın Şərqdə ən qüdrətli oğuz və türk tayfalarının hərbi-siyasi birliyindən orta əsr feodal dövlətlərindən biri idi. Tayfa başçısı Səlcuqun adı ilə adlanan bu birliyin üzvləri X-XIII əsrlərdə Yaxın Şərqdə böyük dəyişikliyə səbəb oldu, geniş miqyaslı hərbi yürüşlərdə iştirak etdilər. Türküstandan Aralıq dənizinə, Zaqafqaziyadan Pers körfəzinə qədər geniş bir ərazini əhatə edən Səlcuq dövlətinin əsası qoyuldu.
N.Tusi Səlcuqilər imperiyasının qanunvericiliyinin sistemləşdirilməsində bilavasitə iştirak etmiş və bununla da hüquq elminin artıq bir sistem kimi formalaşmasında tarixi xidmətlər göstərmişdir.
Müasir Azərbaycan xalqının formalaşmasında da əsas etnik daxili sütunu məhz Oğuz türkləri təşkil edir. Bu baxımdan, Səlcuqlarla müasir azərbaycanlılar arasında birbaşa soy, dil və mədəniyyət bağlılığı var.
Hündürdaban ayaqqabılar əvvəlcə yalnız kişi atlılar üçün idi. Daban at minərkən və ox atarkən ayağı üzəngidə etibarlı şəkildə saxlamağa kömək edirdi və ayağın irəli sürüşməsinin qarşısını alırdı.
Hündür daban qadın qarderobuna yalnız XVII əsrdən etibarən Avropada şərq dəbinin təsiri ilə daxil olmağa başlayıb. Ondan əvvəl isə min illər boyu sırf Türk döyüşçlərininin atın üstündə rahat ayağa qalxaraq ox ata bilməsi üçün hazırlanırdı.
Çəkmələr xarakterik kobud teksturaya malik yaşıl tünd qırmızı dəridən hazırlanır. Orta əsrlərdə dərinin bu cür parlaq yaşıl ya firuzəyi rəngdə boyanması xüsusi ustalıq tələb edirdi və adətən kübar təbəqəyə, hərbçilərə və ya zadəganlara məxsusluğu bildirirdi. Səlcuqlu dövründə xüsusilə at və ya uzunqulaq dərisindən hazırlanan dərilər çox dözümlü və suya davamlı idi.
Yuxarı qaldırılmış barmaq şərq ayaqqabılarının ənənəvi xüsusiyyətidir və ot və at qoşqularına ilişmənin qarşısını alır.
Müasir assosiasiyaların əksinə olaraq, daban əvvəlcə yalnız hərbi texnikanın kişi elementi idi. Türk at üzərində oxatanları və süvariləri ayağı üzəngidə etibarlı şəkildə saxlamaq üçün ondan istifadə edirdilər. Bu, atlının çaparkən sabit şəkildə qalxmasına və daha dəqiq hədəfi vurmağa imkan verirdi.
Bu cür uzunboğaz, rəngli və bəzəkli çəkmə ənənəsi sonradan Azərbaycanın Səfəvilər, Əfşarlar və Qacarlar dövrü hərbi və kübar geyimində də davam etdirilmiş, xalq arasında "Xətaisayağı çəkmə" və ya "başmaq" adlanan formaların yaranmasına zəmin hazırlamışdır.
Müəllif: Prof.Dr.Zaur Aliyev - "DİA-AZ"








