İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... .....                     Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub .....                     Təkbaşına meşə yaradan adam .....                     Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb .....                     Keçmiş icra başçısına yeni vəzifə verildi .....                     “Qaraqan qalib oldu, məni söyürdülər“ .....                     Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər .....                     “Badam” klinikasının direktoru istefa verdi .....                     Rusiya Belarusdan hücuma keçə bilərmi? .....                     21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir .....                     İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən .....                     Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb .....                     Burda başdan-ayağa qanunsuzluqdur... .....                     "Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR .....                     Oxuyub-yazmağı bacarmayan 6 şagird .....                     Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar .....                     Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... .....                     75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? .....                     Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... .....                     "Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" .....                     Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib .....                     "Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var .....                     Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür .....                     İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək .....                     İran razılıq verib... .....                     Almaniyanın Köniqsberqi geri qaytarmaq planları .....                     SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... .....                     Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... .....                     Allahın turisti də QAPIMIZI DÖYMÜR... .....                     Bank kartının bloka düşməsini istəmirsənsə... .....                     Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... .....                     Nazirlik də kadrı xaricdən axtarır... .....                     NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... .....                     "Əfsələddin Buğayevdən şikayət etsəm də..." .....                     Xeyir-şər evlərinin də qazını kəsirlər... .....                     Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? .....                     “Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi .....                     Paşinyana qarşı iki cəbhədən HÜCUM .....                     “Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” .....                     Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? .....                 

Ağstafa şefinin Yaşar Aslanov “sevdası”: “Səma MM İnşaat” MMC-də yuyulan milyonlar - ARAŞDIRMA
Tarix: 13-03-2019, 09:52 | Çap et
Ağstafa şefinin Yaşar Aslanov “sevdası”: “Səma MM İnşaat” MMC-də yuyulan milyonlar
Prezident Administrasiyasına ən çox şikayətlər gələn bölgələr cərgəsində Ağstafanın xüsusi yeri var. Bu iddia yox, PA tərəfindən açıqlanan rəsmi siyahıda əksini tapır.

Ağstafa sakinlərinin şikayətlərinə baxılmaması, yerli icra orqanı tərəfindən qulaqardı edilməsi məktubları daha yuxarı instansiya olan PA-ya yönəldilməsi ilə nəticələnir.

Mediaya da gələn şikayət məktubları arasında Ağstafadan müraciətlər az deyil. Sakinlər icra hakimi Məhərrəm Quliyevin yarıtmaz idarəçiliyindən bezar olduqlarını yazırlar.

Reportyor.info araşdırıb ki, Ağstafa RİH bu müddət ərzində inkişaf və yenidən qurma üçün heç bir real addımlar atmayıb. Dövlətin ayırdığı maliyyə isə müxtəlif tender şirkətlərinin əli ilə yuyulub.

Bu firmalar arasında “Səma MM İnşaat” MMC-nin adına daha çox rast gəlinir. Məsələn, ötən il Ağstafa Suvarma Sistemləri İdarəsi “Səma MM İnşaat” MMC-yə mal-materiallar üçün 95160.06 manat ayırıb.

Ağstafa Rayon Mərkəzi Xəstəxanası da qəribədir ki, bu firmaya üstünlük verib. “Səma MM İnşaat” MMC-yə Ağstafa rayonunda səhiyyə müəssisələrinin cari təmiri işləri üçün 29391.00 manat çatıb.

Nədənsə Ağstafa RİH-nin şəhər İcra Nümayəndəliyi də “Səma MM inşaat” MMC-nin “qara qaşına, qara gözünə vurulub”. İcra nümayəndəliyi kommunal yaşayış binalarının təmiri işləri üçün 118287.73 manat ayırıb.

Eyni zamanda çoxmənzilli binaların təmiri işlərinə görə sözügedən firma tenderdə yenə qalib gələrək 276487.00 manatla işlərə başlamalı olub. İcra Nümayəndəliyi yalnız yumşaq inventarlar üçün “Təchizat AS” MMC-yə6395.00 manat peşkəş edib.

Digər maşın və avadanlıqlara görə 12168.00 manat, dəftərxana və təsərrüfat malları üçün 13295.00 manat həmin firmaya tenderdə qalib gəldiyinə görə ayrılıb. Ağstafa Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi isə “Ağköynək-S” MMC-yə təsərrüfat malları üçün keçən il 33925.00 verib.

İndisə gəlirik, araşdırmanın real rəqəmlərinin ardınca məsələnin arxasındakı gizlinlərə…

Sən demə, bir müddət əvvəl Yaşar Aslanov adlı şəxsin rəhbərlik etdiyi həmin “Səma-MM İnşaat” MMC-nin icra başçısının sifarişi ilə həyata keçirilən işlərdə smeta xərclərinin şişirməsi, görülməyən işlərə görə pul ödənişləriaşkar olunub. Müfəttişlər təftiş apardıqdan sonra üzə çıxardıqları faktları nazirliyə təqdim edilib.

Göründüyü kimi, şirkətin və Y.Aslanovun maxinasiyalarda ustalığı M.Quliyevin ürəyincə olub, onunla “tender əməliyyatları”ını davam etdirib.

Söhbət ondan gedir ki, Ağstafada nə kommunal binalar təmir edilib, nə çoxmənzilli binalara əl gəzdirilib, nə də xəstəxanada əsaslı yenidənqurma işləri aparılıb.

Amma bu işləri həyata keçirmək üçün tenderdə qalib gələn “Səma-MM İnşaat” MMC-yə külli-miqdarda vəsaitlər çatıb. Həmin məbləğlərin şəffaf xərclənməsinə dair şübhələr var. Ehtimala görə, Ağstafa İH başçısı bu pulları da həzm-rabedən keçirə bilib.

O da xəbər verilir ki, M.Quliyevin maliyyə oyunlarında Y.Aslanovla paralel olaraq etibar etdiyi şəxs öz müavini Ramiz Tatarovdur. Hesablama Palatasının hələ 2014-cü il üzrə hesabatında Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavininə xəbərdarlıq edilmişdi.

Ağstafa şefinin Yaşar Aslanov “sevdası”: “Səma MM İnşaat” MMC-də yuyulan milyonlar

Hesabat sənədində nöqsanlara yol verən 3 nəfərə, o cümlədən RHİ-in birinci müavininə (Ramiz Tatarov), 1 şöbə müdirinə və 1 mütəxəssisə xəbərdarlıq edildiyi qeyd olunub.

Ortaya çıxan faktlar Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarovun rayonda korrupsiya və maliyyə maxinatoru kimi şöhrətləndiyini göstərir.

Rayonda həyata keçirilən maxinasiyalar, oyunlar və yağma prosesləri bilavasitə Tatarovun adı ilə bağlanır. Məsələn, Qarayazı meşələrinin talan edilməsi, BTC-nin keçdiyi ərazilərə görə kompensasiyaların alınması zamanı edilmiş fırıldaqlar, insanların adından saxta sənədlər düzəldilərək, yüz minlərlə manatın mənimsənilməsi, habelə boru “biznesi”nin tam himayə altına alınması və bu zaman hətta qonşu rayonların ərazilərinə müdaxilələr bu qəbildən olandır.

Üstəlik, Ağstafa RİH başçısı Məhərrəm Quliyev rayonun tikinti sektorunu Məlik adlı qohumuna həvalə edib. Rayonda inşaatı anlayan yox idimi ki, icra başçısı bu sahəni yaxın qohumuna tapşırıb? Qardaşı oğlu Faiq Məhərrəmov isə rəsmi sənədlərdə bağban kimi göstərilsə də, o, konkret olaraq icra başçısının köməkçisi funksiyasını yerinə yetirir.

Ağstafada Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən M.Mikayılov adına qoyunçuluq təsərrüfatı və Səməd Vurğun qəsəbəsindəki Yardımçı Təcrübə Təsərrüfatı icra başçısının adamları tərəfindən zəbt olunub.

Belə ki, adı çəkilən iki təsərrüfatı özünün şəxsi obyekti hesab edən başçı yaxınları vasitəsilə həmin təsərrüfatların gəlirlərinə tam nəzarət edir. Ötən dövrdə Satınalmalar üzrə Dövlət Agentliyi ilə həyata keçirilən tenderlərdə “qalib” birmənalı olaraq icra başçısı və onun yaxın ətrafına məxsus şirkət, yaxud fiziki şəxslərdir.

Belə ki, 2015-ci ildə keçirilən tenderlərin siyahısına nəzər yetirdikdə eyni adların təkrarlanması belə düşünməyə ciddi əsas verir.

Başçıya ən yaxın şirkətlərin arasında “Turan- İnşaat” MMC xüsusi olaraq diqqəti cəlb edir. Başçının maliyyə əməliyyatlarını həyata keçirdiyi digər şirkət В«Tamerlan-RВ» MMC-dir.

Bir sözlə, Ağstafa icra başçısı M.Quliyev həm Y.Aslanov, həm R.Tatarovun fərasətindən yararlanır, bu trio rayonu çapıb-talamaqdadır. Odur ki, sahibkarların, fermerlərin, sadə insanların şikayətlərinə baxılmır. Bu laqeydliyin nəticəsi olaraq PA-ya Ağstafadan saysız-hesabsız məktublar ünvanlanır.

Prezidentin son islahatları, xalqla təmasları, bölgələrdə ev-ev, qapı-qapı görüşləri, insanlardan məktubları əlbəəl alması göstərir ki, Məhərrəm Quliyev kimi yarıtmaz məmurların işləmədiyi, camaatla ünsiyyət qurmadığı, belə başçılarla vidalaşmağın vaxtı yetişdiyi göz qabağındadır. Çox güman ki, prezident Ağstafaya da islahatçı, enerjili yeni kadr təyin etməli olacaq…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... - Fars-molla rejimi AĞLINI İTİRİB...
Bu gün, 11:46
Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub - AÇIQLAMA
Bu gün, 11:40
Təkbaşına meşə yaradan adam - FOTO
Bu gün, 11:32
Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb
Bu gün, 11:18
Keçmiş icra başçısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:00
“Qaraqan qalib oldu, məni söyürdülər“ - Nigar Köçərli
Bu gün, 09:57
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:10
“Badam” klinikasının direktoru istefa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:09
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Bu gün, 09:04
21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Burda başdan-ayağa qanunsuzluqdur... - ETİRAZ VAR!
Bu gün, 08:29
"Sədərək Yusif"un qardaşı Hacı Ənvər İTTİHAM OLUNUR - Vətəndaşın pulunu mənimsəyib?
Bu gün, 08:18
Oxuyub-yazmağı bacarmayan 6 şagird – Abbaszadə düzmü dedi?
Bu gün, 08:05
Yaponiya və ABŞ maliyyə nazirləri yenin kəskin ucuzlaşması fonunda danışıqlar aparıblar - KİV
Bu gün, 08:03
Azərbaycanda oğul atasının qətlini belə sifariş edibmiş... - Vatsap yazışmaları
Bu gün, 08:01
75 yaşlı qadının üzərindən keçən marşrutun rəhbəri İradə Əliyeva kimdir? - TƏFƏRRÜAT
Bu gün, 07:45
Elm və Təhsil Nazirliyi QAYÇILAMA ərəfəsində... - İDDİA
Bu gün, 07:41
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - MALƏSƏF...
Bu gün, 07:33
Respublika Klinik Xəstəxanasında xəstə ziyarəti qadağan edilib - PANDEMİYA TƏHLÜKƏSİ?
Bu gün, 07:30
"Kinos Co" MMC-nin dövlətə 400 min manatdan çox vergi borcu var - Sahibi görün kimdir
Bu gün, 07:26
Tehranın gecikmiş etirafı: İrəvanın əsl niyyəti indi görünür - İNCƏLƏMƏ
Bu gün, 07:23
İsrail-Livan danışıqlarının yeni mərhələsi Vaşinqtonda keçiriləcək
Bu gün, 07:20
İran razılıq verib... - Vens belə deyir...
Bu gün, 07:00
Almaniyanın Köniqsberqi geri qaytarmaq planları - GƏLİŞMƏ
Bu gün, 06:55
SOCAR-da Babək Hüseynov QUYUSU: Dövlətə belə ziyan vurulur... - İLGİNC FAKTLAR
Bu gün, 06:51
Karxanaçı Siyasətin DAŞDAN PUL ÇIXARMA SİYASƏTİ... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:40
Allahın turisti də QAPIMIZI DÖYMÜR... - AXI NİYƏ?..
Bu gün, 06:36
Bank kartının bloka düşməsini istəmirsənsə... - AKTUAL
Bu gün, 06:30
Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... - dönə bilmək üçün isə...
Bu gün, 06:25
Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04
NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52
"Əfsələddin Buğayevdən şikayət etsəm də..." - MÜRACİƏT
Bu gün, 05:46
Xeyir-şər evlərinin də qazını kəsirlər... - GİLEY
Bu gün, 05:28
Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? - TƏKLİF...
Bu gün, 05:12
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi - DETALLAR
Bu gün, 05:00
Paşinyana qarşı iki cəbhədən HÜCUM - GƏLİŞMƏ
Bu gün, 04:57
“Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” - partiya sədri
Bu gün, 04:55
Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:53
Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 04:50
"General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var - FOTO
Bu gün, 04:47
"Ayna son zamanlar məni çox kövrəldir..."
Bu gün, 04:43
Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37
İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00
İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58
“Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53
Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45
Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru