Milyardlar ölkədən necə çıxarılır? .....                     Kremllə Pekin arasında sərin yellər əsir... .....                     Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı .....                     Qardaşının evinə qonaq getmişdi .....                     “2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” .....                     Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi .....                     Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu .....                     Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək .....                     Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi .....                     Orden qalmaqalı BÖYÜYÜR .....                     “Tacirə əsəbləşirəm, çox eqoist adamdır, .....                     Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? .....                     Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı .....                     “Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI .....                     Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi .....                     GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... .....                     “Huawei Azərbaycan”ın direktoru dəyişdirilib .....                     Molla rejimi süquta doğru .....                     Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal .....                     AYNA yollarda nişanlanma işlərinə .....                     “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb .....                     1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı .....                     Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur .....                     Deputat ATV-ni saxtakarlıqda .....                     “Ruslanın qisasını aldım” .....                     Moskva merinin "Telegram" kanalı ələ keçirildi .....                     Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, .....                     Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR .....                     AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq .....                     “Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı .....                     Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? .....                     Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub .....                     Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… .....                     AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub .....                     1 qəpiyə yumurta alasan, o da xarab çıxa... .....                     Bu xanıma yüksək vəzifə verildi .....                     Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb .....                     Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... .....                     Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... .....                 

Neftçala Rayon İcra Hakimiyyətindən Lerikə “qışlaq” SANKSİYASI - NARAZILIQ VAR...
Tarix: 29-10-2016, 08:21 | Çap et
Neftçala Rayon İcra Hakimiyyətindən Lerikə “qışlaq” SANKSİYASI
Yarım əsrdən çox idi ki, Lerik rayonunun qoyunçuluq təsərrüfatları payız başlayar-başlamaz qoyun sürülərini Neftçaladakı və Biləsuvardakı qışlaq ərazilərinə sürüb aparardılar. Hətta sovet dönəmində bu təsərrüfatlarda çalışan briqadirlərin, çobanların məktəbli uşaqları üçün təhsil ocaqları da yaradılırdı ki, onlar da kəmsavad, yəni savadsız qalmasınlar. Bu işlər o qədər dəqiq tənzimlənmişdi ki, Neftçalanın da, Biləsuvarın da dövlət strukturları və hüquq mühafizə orqanları hətta bu təsərrüfatlarda çalışan insanlara nəinki mane olur, əksinə, bütün vasitələrlə yardım göstərir, problemlərini həll etməyə çalışırdılar.

İndi, yəni qışlaq mövsümünün başladığı bu günlərdə Lerik rayonunun damazlıq qoyunçuluq təsərrüfatının rəhbərliyi, öz dövrünün tanınmış təsərrüfat rəhbərlərindən olan Meyxos müəllim, Lerikdə fəaliyyət göstərən fermerlərin hamısı həmən günləri ömürlərinin ən xoş anları kimi xatırlayrılar. Hələ üstəlik dərindən ah çəkib bunu da deyirlər ki, "Allah sənə qəni-qəni rəhmət eləsin Lenin baba, hayıf sənin qurduğun dövlətdən.”Bu nastolji hisslər lerikli təsərrüfat adamlarına bəzən elə güc gəlir ki, oturub o günlər üçün lap ağlamaq istəyirlər. Bil mərrə durub niyəsini və nə üçününü soruşsanız gərək mən də təfsilatı olduğu kimi danışım:

Miq.Az-ın araşdırmalarına görə, keçən əsrin ortalarında Lerik qoyunçuluq təsərrüfatlarının Neftçalada 18 min hektar, Biləsuvarda isə 5-6 min hektar qışlaq torpaqları var idi. Təsərrüfatlar yay qurtaran kimi sürüləri arana, yəni bu qışlaq torpaqlarına sürür, qış qurtaran kimi də dağa, yaylağa qalxırılar. Dədə-babadan qalan bu həyat tərzi minlərlə ailənin dolanışığında əsas rol oynayırdı və indi oynamaqdadır. Gələcəyi hələ bəlli deyil. Müstəqillik illəri başlayanda da vəziyyət beləcə davam edirdi. Hətta ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə islahatlar aparılandan sonra kolxoz və sovxozlar dağılsa da Leriklilərin qışlaq torpaqları yerində qalırdı. Çünki kolxoz və sovxozlar dağılmışdı, daha qoyunlar qırılıb qurtarmamışdı ki... İnsanlar yeni iqtisadi münasibərlərə alışıb çox az bir zamanda fermer təsərrüfatları yaratmağa başlamışdılar. Zarafat deyil, bu ilin iqtisadi göstəricilərində qeyd edilir ki, hazırda Lerik rayonunun fərdi və fermer təsərrüfatlarında 130 minədək qoyun var. Və bu heyvanların da ən azından 70 mini payız girən kimi qışlağa sürülür.

Bu qədər heyvan varsa deməli onların qışlağa ehtiyacları da qalır. Lakin bunlara baxmayaraq, beş-altı il əvvəl Neftçalanın icra strukturlarının rəhbərləri fürsəti fötə verməyib Lerik rayonunun təsərrüfatlarına ayrılmış qışlaq torpaq sahələrini almağa və "işbaz adamlara” satmağa qərar verdilər. İlk kəşfiyyat xarakterli bu "təcavüz” (buna başqa ad vermək olmur) çox çəkmədi. Fermerlər, Lerik rayon rəhbərliyi məsləyə qarışdı, dövlət başçısına şikayətlər və müraciətlər ünvanlandı. Yüksək səviyyədə müzakirəyə çıxarılsa ciddi tənbehlərin olacağı qaçılmaz idi. Məsələnin belə ciddi rezonans doğuracağından qorxan icra başçısı bir qədər yumşaq variant seçərək leriklilərin qışlaq torpaqlarının 18 min hektarından 4 min hektarını əllərindən alıb, vəziyyəti sakit axara sala bildi. Amma məsələ bununla bitmədi.

Bu il Prezident İlham Əliyevin respublikada pambıqçılığın inkişafı ilə bağlı Sabirabad rayonunda keçirdiyi müşavirədə söylədiyi bəzi fikirlər Neftçalanın və elə Biləsuvarın icra başçılarının əlində yeni bir dəstəvuza çevrildi. Həmin müşavirədə dövlət başçısı sərt şəkildə bildirdi ki, "Bəzi torpaqlar müxtəlif adamlar tərəfindən qanunsuz olaraq zəbt edilib və o torpaqlarda heç bir fəaliyyət göstərilmir.”

Prezidentin bu ifadəsindən və pambıq əkini sahələrinin genişləndirilməsi ilə bağlı tapşırıqlarından "vəcdə gələn” icra başçıları bu sözləri əllərində dəstəvuz edib, dövlət başçısının dediyi adamları deyil (çünki onlara gücləri çatmır) Lerikli fermerləri hədəfə aldılar və onlara ən qısa zamanda torpaq icarəsi haqqında müqavilələrinin ləğv ediləcəyi və sürüləriniqışlağa gətirməməkləri ilə bağlı məktublar ünvanlamağa başladılar. Maraqlı məqam ondan ibarətdir ki, Neftçala İcra hakimiyyətinin bu sanksiyaları məhz qışlaq mövsümünün başlandığı günlərə təsadüf etdi.

Bu yazını hazırlayarkən, Prezidentin müşavirədəki çıxışında həqiqətənmi Neftçala icra hakimiyyəti başçısının sanksiyalarına əsas olub-olmadığını aydınlaşdırmaq üçün, mətni təkrar oxudum və yenə o qərara gəldim ki, bəzi icra başçıları dövlət başçısının strateji xəttini ya başa düşmürlər ya da bundan sui istifadə etmək üçün özlərinə lazım olan məqamı götürüb gerisinə əhəmiyyət vermirlər. Cənab İsmayıl Vəliyev, axı prezident, təkcə Sabirabaddakı müşavirədə deyil, bütün toplantılardakı çıxışlarında qeyd edir ki, "Bizim qarşımızda duran vəzifələrdən biri ərzaq təhlükəsizliyini təmin etməkdir”. Prezident elə Sabirabaddakı çıxışında deyir: "Bu gün biz özümüzü ətlə tam təmin edirik. Toyuq əti ilə 100 faiz, süd və süd məhsulları ilə təqribən 80 faiz səviyyəsində təmin edirik. Əminəm ki, növbəti 2-3 il ərzində öz tələbatımızı tam ödəyəcəyik və eyni zamanda, xaricə də süd məhsulları ixrac edəcəyik. Ona görə bizim əsas məqsədimiz bu məsələlərlə bağlı idi və deyə bilərəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həlli işində çox böyük nailiyyətlər var.”

Və bütün bu nailiyyətlərin əldə edilməsində fermerlərin böyük əməyi olduğunu da dövlət başçısı diqqətə çatdırır və hətta onlara dövlət dəstəyininin verildiyini bildirir:"Son illər ərzində sahibkarlara müxtəlif layihələri icra etmək üçün 1 milyard manatdan çox məbləğdə güzəştli kreditlər verilmişdir...Fermerlərə subsidiya şəklində 200 milyon manata yaxın vəsait verilir.”

Yox, bunların əsas gətirdikləri odur ki, "biz bu yerlərdə pambıq əkəcəyik”. Qardaş, əkin də, məgər sovet dövründə 50 min hektarda pambıq əkmirdiz. Onda qışlaq torpaqlarındamı pambıq əkirdiniz! Kimin başına ip salıb fırladırsınız?

Miq.az olaraq, yazımızı bununla bitirmək fikrində deyilik. Yəni bu materalin davamı olacaq. Biz aşağadakı suallara cavab tapan kimi yazının davamını sizə təqdim edəcəyik.

ANONS

"Daha qışlaqdan gözünüzü çəkin” deyən Neftçala İcra Hakimiyyətinin rəhbərliyinin Lerik fermerlərinə tətbiq etdiyi bu sanksiyası hardan qaynaqlanır?

Pambıq əkini üçün 3 min hektar torpaq lazımdırsa fermerlərdən on minlərlə hektar torpağı niyə zorla alırlar?

Lerikin fermer təsərrüfatlarının qışlaq torpaqlarına göz dikən kimlərdir?

Prezidentin ərzaq proqramı və kənd təsərrüfatının inkişafı ilə bağlı layihələrini kim və nə üçün sabotaj edir?

Kənd təsərrüfatı nazirliyi niyə hələ də susur? Qış gəlib qapını kəsdirəndə qırılan mal-qaranın ziyanını kim çəkəcək?

Burda deyirlər ki, Əlbir olub bir ayı bir şir ilə... məsəli yada düşür.

Qışın oğlan çağında Lerikli fermerləri qışlaqlardan nə üçün məhrum edirlər?

Niyə məhz Lerik fermerləri bu "cəzaya” məhkum edilirlər?

Bizi izləyin!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milyardlar ölkədən necə çıxarılır? - AKTUAL
Bu gün, 12:56
Kremllə Pekin arasında sərin yellər əsir... - İNCƏLƏMƏ
Bu gün, 12:54
Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı – Həbsdən təcili xəstəxanaya aparıldı
Bu gün, 12:49
Qardaşının evinə qonaq getmişdi - 8-ci mərtəbədən yıxılıb öldü
Bu gün, 12:47
“2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” - GİLEY
Bu gün, 12:42
Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi - ƏMR
Bu gün, 12:40
Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 12:29
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Bu gün, 12:26
Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi - FOTO
Bu gün, 12:22
Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ
Bu gün, 12:20
“Tacirə əsəbləşirəm, çox eqoist adamdır, Kənan mənim ifama görə tanındı, utanmırsan xalqı aldadırsan?”
Bu gün, 12:16
Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? - TƏFƏRRÜAT
Bu gün, 12:09
Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı – QƏRAR
Bu gün, 12:01
“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI - NARAZILIQ VAR...
Bu gün, 11:59
Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi - BAZARI KİM QARIŞDIRIR?
Bu gün, 11:53
GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 11:42
“Huawei Azərbaycan”ın direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 11:27
Molla rejimi süquta doğru - İranın dağılması niyə qaçılmazdır?
Bu gün, 11:25
Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal – Bakıdan REAKSİYA
Bu gün, 11:22
AYNA yollarda nişanlanma işlərinə 29,4 milyon manat xərcləyəcək
Bu gün, 11:20
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Bu gün, 11:18
1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı
Bu gün, 10:59
Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur - FOTO
Bu gün, 10:56
Deputat ATV-ni saxtakarlıqda İTTİHAM ETDİ
Bu gün, 10:54
“Ruslanın qisasını aldım” - Orxan Hacıyevin qatilinə hökm oxundu
Bu gün, 10:47
Moskva merinin "Telegram" kanalı ələ keçirildi - "Moskva yanacaq" (FOTO)
Bu gün, 10:44
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Bu gün, 10:42
Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR - NARAZILIQ VAR...
Bu gün, 10:37
AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
“Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” - Xalq artisti
Bu gün, 10:26
İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı QƏRAR
Bu gün, 10:23
Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA
Bu gün, 10:20
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:13
Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… - KİV
Bu gün, 10:12
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub - FOTO
Bu gün, 10:09
1 qəpiyə yumurta alasan, o da xarab çıxa... - MALƏSƏF...
Bu gün, 10:01
Bu xanıma yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:58
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:56
Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... - Bütün bunları bir araşdıran olarsa...
Bu gün, 09:48
Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 09:25
“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” - UŞAKOV
Bu gün, 08:28
"Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" - ÇAĞIRIŞ
Bu gün, 08:22
"Bu o demək deyil ki, hər şey alınacaq.." - partiya sədri
Bu gün, 08:16
Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir - TƏFƏRRÜAT
Bu gün, 08:09
Moskvaya hücum: - Putin niyə susur?
Bu gün, 08:05
Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... - Daha 27 ailə...
Bu gün, 08:03
Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? - BİR SORUŞAN YOXDUR Kİ...
Bu gün, 07:56
Paşinyan onlara necə qalib gələ bildi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:27
Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq - İran XİN
Bu gün, 07:05
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir - AKTUAL
Bu gün, 07:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru