"DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                 

Ziya Məmmədovun 30 il zəmanət verdiyi yol indiyədək 30 dəfə təmir olunub - Yeyinti ittihamı...
Tarix: 20-06-2016, 08:47 | Çap et
Ziya Məmmədovun 30 il zəmanət verdiyi yol indiyədək 30 dəfə təmir olunub
May ayının 30-dan etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 kilometr uzunluğunda olan hissəsi bağlanılıb. Bu, həmin ərazidə təmir işlərinin aparılması ilə əlaqədardır. Belə ki, məsələ ilə bağlı bir müddət əvvəl В«AzəravtoyolВ» ASC-dən verilən məlumata görə, artıq yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində təmir-bərpa işlərinə start verilib. Qeyd olunur ki, təmir-bərpa işləri yalnız bir istiqamət üzrə, daha dəqiqi Bakı şəhəri istiqamətində aparılır. Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə Baş Dövlət Yol Polisinin stasionar postuna qədər aparılacaq. İlkin olaraq işlərə sözügedən yolun 1 kilometrlik hissəsində start verilib. Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Rəsmi informasiyada deyilir ki, daha sonra karbonat materialı tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 santimetr qalınlığında monolit-beton töküləcək. Bütün işlər В«AzəravtoyolВ» ASC-nin rəhbərliyinin, Fövqaladə Hallar Nazirliyinin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət agentliyinin əməkdaşlarının xüsusi nəzarəti altında və tərtib olunmuş qrafikə uyğun olaraq aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Nəzərinizə çatdıraq ki, işlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib. Təbii, bu, o deməkdir ki, Bakı-Quba-Rusiya avtomobil yolunun yenidən təmirinə dövlət büdcəsindən təkrarən külli miqdarda vəsait ayrılacaq. Halbuki əvvəlki adı В«AzəryolservisВ», indiki adı isə В«AzəravtoyolВ» olan ASC nəqliyyat naziri Ziya Məmmədovun tabeliyində olduğu dönəmlərdə, daha dəqiq desək, 2008-ci ildə tikintisinə başlanılan sözügedən yolun tam istifadəyə verilməsi üçün büdcədən nə az, nə çox düz 545 milyon 287 min 800 manat xərclənmişdi. Lakin həmin vaxtdan etibarən bu yol bir neçə dəfə dağılıb, beton üzlüklər sökülüb. Xatırlayırsınızsa, o zaman Ziya Məmmədov Bakı-Quba-Rusiya avtomobil yolunun 30 il davam gətirəcəyini bəyan etmişdi. Görünən odur ki, nəqliyyat naziri əbəs yerə şişirtməyə yol verib. Məsələnin maraqlı tərəfi ondadır ki, həm Nəqliyyat Nazirliyi, həm də В«AzəryolservisВ» indiyədək sözügedən yolun dağılma səbəbini məhz iritonnajlı yük avtomobilləri ilə əlaqələndirib. Gundelik-Baku.com olaraq bu qənaətdəyik ki, əslində adıçəkilən yolun dağılması ilə bağlı göstərilən səbəb bəsit bəhanədən, Bakı-Quba-Rusiya avtomobil yolunun tikintisi zamanı yol verilən səhlənkarlıqları ört-basdır etməyə çalışmaq cəhdlərindən başqa bir şey deyil. Təxminən, eyni mövqedən çıxış edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da böyük vəsait xərclənərək tikilən yolun belə tez sıradan çıxmasını həyata keçirilən keyfiyyətsiz işlə əlaqələndirib: В«Reallıq budur ki, həmin yol artıq dağılıb, həqiqətən də müəyyən hissələrində hərəkət etmək çox təhlükəlidir. Bu baxımdan təmir-bərpa işləri mütləqdirВ». Onun fikrincə, yolun tikintisinə başlamazdan öncə hər şey planlaşdırılmalıdır: В«Tikinti bu gün yox, gələcək nəzərə alınmaqla tikilməli idi. Bundan başqa, Bakı-Rusiya sərhəd yolunun strateji əhəmiyyəti düşünülməli idi. Bu, beynəlxalq əhəmiyyətli yoldur, Avropa avtomagistralları siyahısına salınıb. Ona görə də yüksək keyfiyyətlə tikilməli idiВ». Mütəxəssisin sözlərinə görə, В«Ağır tonnajlı avtomobillər yolu sıradan çıxarıbВ» iddiası bəhanədən başqa bir şey deyil: В«Görünən odur ki, yol başdansovdu tikilib. Bunun üçün xüsusi araşdırmalara da ehtiyac yoxdur. Amma araşdırma aparılsa, biabırçılıq meydana çıxar. Bunu sözlə ifadə etmək çətindir. Bir neçə il əvvəl həmin yolun tikintisinə külli miqdarda vəsait xərcləndi. Hesab edirəm ki, məsələdə cavabdeh şəxsləri, vəsaitlərin xərcləndiyi yerləri müəyyənləşdirmək, mühakimə etmək, dəmir barmaqlıqlar arasına göndərmək lazımdır ki, digərlərinə də dərs olsunВ». Nəzərinizə çatdıraq ki, mövzu ilə bağlı apardığımız araşdırmalar zamanı bəlli olur ki, Ziya Məmmədovun 30 il zəmanət verdiyi yol indiyədək 30 dəfə təmir olunub. Bu isə bir daha onu deməyə əsas verir ki, 600 milyon manata yaxın vəsaitə başa gələn Bakı-Quba-Rusiya avtomobil yolun tikintisi zamanı bir xeyli yeyintiyə yol verilib. Bu səbəbdən də həmin yol mütəmadi təmirə bağlanır. Məlumat üçün onu da bildirək ki, mövzu ilə əlaqədar əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən mənbənin sözlərinə görə, vaxtaşırı çökən, beton örtükləri dağılan, Nəqliyyat Nazirliyinin sifarişi ilə inşa edilən yolun tikintisində istifadə olunmaq üçün nəzərdə tutulan armatur toxunmalar satılıb və yol adi beton qarışıqla inşa olunub: В«Deyilənlərə görə, məhz bu səbəbdən yol hərəkət edən ağırtonluq yük maşınlarına tab gətirməyib çökür, dağılır. Hazırda bu yolun böyük bir hissəsi tam yararsız vəziyyətdədir. Bir sözlə, beton yol tam olaraq sıradan çıxıb. Payız və qış aylarında isə vəziyyət daha da acınacaqlı olur. Belə ki, həmin vaxt örtüyü tam dağılan yolu yağış suları daha da bərbad vəziyyətə salır, yol palçıqdan keçilməz vəziyyətə düşür. Elə buna görə də müvafiq dövlət orqanları dərhal sözügedən məsələni nəzarətə götürməli, Bakı-Quba-Rusiya avtomobil yolun tikintisi zamanı yeyintiyə yol verən şəxs və qurumlar barədə ölçü götürməli, onların ən sərt formada cəzalandırılmalarını təmin etməlidirlər. Bir sözlə, adıçəkilən yolu tikənlər əməllərinə görə qanun qarşısında cavab verməli, həbs olunmalıdırlarВ». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
18-06-2026, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
18-06-2026, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
18-06-2026, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
18-06-2026, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
18-06-2026, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
18-06-2026, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
18-06-2026, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
18-06-2026, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
18-06-2026, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
18-06-2026, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
18-06-2026, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
18-06-2026, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
18-06-2026, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
18-06-2026, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
18-06-2026, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
18-06-2026, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
18-06-2026, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
18-06-2026, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
18-06-2026, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
18-06-2026, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
18-06-2026, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
18-06-2026, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru