"DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                 

DGK sədri Aydın Əliyevlə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovu nə birləşdirir? - İlginc iddialar
Tarix: 14-06-2016, 08:59 | Çap et
DGK sədri Aydın Əliyevlə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovu nə birləşdirir?
Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov cəmiyyətdə populyar adam olmasa da, ara-sıra ölkə mətbuatında onun adına da rast gəlmək olar. Sabiq nazir, hazırkı məhbus Əli İnsanovun köhnə kadrlarından olan bu şəxs barəsində Qafqaznews.az-a bir sıra məlumatlar daxil olub. Maraqlıdır ki, bu şəxs barəsində vaxtaşırı “kurator” ifadəsi də işlədilir. Çünki bir sıra estetik mərkəzlərdən, apteklərdən, stomatoloji klinikalardan “haqq” yığılmasında, tenderlərdə müəyyən paya sahib olmasında Abbas Vəlibəyovun adı hallandırılır.

Məsələn, virtualaz.org saytının ötən il dərc etdiyi yazılardan birində bu hissə diqqəti çəkir: “İddia olunur ki, gözəllik salonları və diş kabinetləri səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun himayəsindədir. Başqa sözlə, RGEM-lər, xəstəxanaların mətbəxinin ərzaqla təminatı kimi gəlirli sahələri himayəsinə alan A.Vəlibəyov həkimlər arasında “Milyarder” ləqəbini alıb. İddialara görə, keçmiş nazir Əli İnsanovun “sağ əli” hesab olunan Abbas Vəlibəyov sonradan da nazirlikdəki mövqeyini qoruyub saxlaya bilib”.

Rublika.az-da isə belə bir iddia yer alıb: “İddialara əsasən, sabiq nazir tutduğu vəzifədən azad olunarkən Abbas Vəlibəyov böyük həyəcan yaşayıb, hətta onun səhhətində bir müddət problem belə yaranıb. Lakin sonradan kimlərinsə sayəsində nazir müavininin postuna olan təhlükə sovuşub. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, sakit bir insan təsiri bağışlayan Vəlibəyov əslində nazirliyin əsas fiqurlarından biri hesab edilir. Belə ki, nazirliklə bağlı olan kadr məsələlərin əksəriyyəti onun razılığı əsasında həyata keçirilir. Bundan başqa, səhiyyə müəssisələrinin təmir-tikinti işləri ilə bağlı elan edilən tenderlərdə də onun payının olduğu bildirilir. Məhz bu tip işlərə imza atan nazir müavini nəhəng biznes imperiyasına sahib çıxmağı bacarıb. Deyilənə görə, adıçəkilən məmurun Bakıda bir neçə klinikası, stomatoloji kabineti, aptekləri və digər ticarət obyektləri fəaliyyət göstərir. Maraqlıdır görəsən, o bütün bunları hansı vəsaitlə əldə edib? Bu arada, onu da bildirək ki, nazir müavini keçmiş rəhbəri Əli İnsanovla əlaqələrini kəsməyib. Əksinə onun tez-tez sabiq nazirə В«peredaçaВ» göndərdiyi, telefon əlaqəsi saxladığı iddia olunur”. Bu və digər iddiaları araşdırarkən, bir sıra məlumatlara da rast gəldik.

Həmçinin, Abbas Vəlibəyovun adı “Ebola” virusu ilə bağlı tədbirlərə ayrılan pulların “yeyilməsində” də hallanır: “Deyilənə görə, nazir müavini “Ebola” virusu ilə mübarizə məqsədilə dövlət tərəfindən ayrılan vəsaitlərin istifadəsi zamanı nöqsanlara yol verib və bununla da maliyyə durumunu xeyli yaxşılaşdırıb (arqument.az)”. Abbas Vəlibəyovun Əli İnsanovdan sonra vəzifədə qalması, hətta daha da güclənməsi nə qədər “sirli” və təzadlı görünsə də, onun qohumluq əlaqələrinə diqqət yetirdikdə, bir çox suallara aydınlıq gəlir. Məsələ ondadır ki, Abbas Vəlibəyovla Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev arasında “qohumluq körpüsü” və isti münasibətlər var. Belə ki, Aydın Əliyevin əmisi oğlu Faiq Əliyevin oğlu Abbas Vəlibəyovun qızı ilə ailə qurub. Bu izdivacda da Aydın Əliyevin şəxsən “qarant” durduğu söylənilir.

Məlumat verən mənbə onu da bildirir ki, Aydın Əliyevlə Abbas Vəlibəyov ölkəyə dərman idxalatı ilə bağlı da “ortaq dil” tapıblar və nazir müavini bu istiqamətdə xeyli qazanc əldə edib. Bəs Faiq Həsən oğlu Əliyev kimdir? Bu şəxs barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Məlumatda bildirilir ki, hazırda Kooperasiya Universitetində fəlsəfədən dərs deyən Faiq Əliyev 20 il bundan əvvəl əmisi oğlu Aydın Əliyevin vasitəsi ilə Azərbaycana Rusiya universitetlərindən birinin filialını gətizdirib. Ölkədə imkanlı ailələrin övladlarının hərbi xidmətdən yayınması üçün, bu cür təhsil ocaqları xüsusi “əhəmiyyət” daşıyır. Ancaq o illər təhsil naziri olan Misir Mərdanov Faiq Əliyevin təhsil ocağına lisenziya verməyib. Nəticədə isə həmin filialın fəaliyyətini davam etdirmək mümkün olmayıb. Faiq Əliyev qapılara düşərək nazirə çıxışı olan adamlar axtarıb.

Oxucuda sual yarana bilər: o illər Aydın Əliyev DGK sədrinin 1-ci müavini vəzifəsində çalışıb və çox güman ki, özü də lisenziya məsələsi üçün Misir Mərdanova müraciət edə bilərdi. Ancaq əldə etdiyimiz məlumata görə, Aydın Əliyev heç vaxt istəməyib ki, onun adı hansısa təşkilatla bağlı olsun. Və məlumata görə, o, sadəcə əmisi oğluna məsləhət verib ki, şəxsən özü nazirə yaxın olan adamlar tapsın. Faiq Əliyev elə də edib. Nazirə yaxın olan bəzi şəxslər Faiq Əliyevdən 90 min dollar pulu alaraq lisenziya vəd etsələr də, sonda onu aldadırlar. Yəni, Faiq Əliyev bir qrup şəxs tərəfindən fırıldağa məruz qalır. Bununla bağlı Faiq Əliyev DİN rəhbərliyinə müraciət edir. Hətta bu məsələ o illər DİN-nin Baş İstintaq İdarəsinin baş müstəntiqi mərhum Rövşən Musayev tərəfindən araşdırılıb. Bununla sakitləşməyən Faiq Əliyev Aydın Əliyevlə məsləhətləşərək, üz tutur “Azadlıq” qəzetinə və qəzetin redaksiyasında Qənimət Zahidlə şəxsən bir neçə dəfə görüşür.

Faiq Əliyevə pul atılması ilə bağlı “Azadlıq” qəzetində silsilə yazılar dərc olunur. Bu məsələyə hüquq mühafizə orqanları qarışır və məlum olur ki, Faiq Əliyev Aydın Əliyevin əmisi oğludur. Aydın Əliyevə təziqlər başlayır və o, tutduğu vəzifəsini itirmək təhlükəsi ilə üzləşir. Sonda Aydın Əliyev əmisioğluna əmr edir ki, “Azadlıq” qəzetində gedən yazıları dayandırsın və tutduğu bu yoldan əl çəksin. Çox güman ki, atılan 90 min dollar pul Aydın Əliyevin olduğu üçün Faiq Əliyev tutduğu bu yoldan əl çəkmə əmrini də elə ondan gözləyirdi. Mənbənin sözlərinə görə, Faiq Əliyevin özü o vaxt böyük imkanlara sahib deyildi və çox güman ki, həmin pulu da əmisioğlundan almışdı və bu məsələ sadəcə Aydın Əliyevin “pulu unutması” ilə bağlanıb. Bu gün Faiq Əliyevlə bağlı “Azadlıq” qəzetinin veb saytında 1999-2000-ci illərin yazılarını axtarsaq da, tapa bilmədik. Amma güman ki, Qənimət Zahiddə Faiq Əliyevin qəzetə verdiyi materialların arxivi qalar. Bundan başqa, qeyd edək ki, biz hələ 2013-cü ildə Qafqazregion.az saytı olaraq “ DGK-nin şefi Aydın Əliyevin adından istifadə edən kim olub?” başlıqlı yazı dərc etmişdik.

Redaksiyamıza daxil olan məlumata görə, 03.05.2013-cü ildə aeroportda Dubay-Bakı reysindən düşən, əslən Gəncədən olan Əliyev Faiq Hüseyn oğlu sərhəd və gömrük xidmətinin işçiləri tərəfindən saxlanılmışdı. Həmin şəxs sərhəd və gömrük xidmətinin əməkdaşlarına DGK-nin şefi Aydın Əliyevin doğmaca əmisioğlu olduğunu deyib və onu saxladıqlarına görə başlarına oyun açacağını bildirib. Aeroport əməkdaşları tez bu barədə öz rəhbərliyinə, onlar da öz növbəsində DGK-nın şefi Aydın Əliyeva məruzə ediblər. Məruzədən sonra Aydın Əliyev məsələni aydınlaşdırmaq üçün dərhal həm öz doğma əmisioğlu Əliyev Faiqi, həm də aeroportun adıçəkilən xidmətlərinin əməkdaşlarını idarəyə çağırtdırıb və orada məlum olub ki, hava limanında onlar tərəfindən saxlanılan şəxs əslən Gəncədən olan Əliyev Faiq Hüseyn oğludur və bu şəxsin Aydın Əliyevlə heç bir qohumluğu yoxdur.

Ancaq idarədəkilərin suallarına cavab verən Aydın Əliyevin doğma əmisi oğlu Əliyev Faiq Həsən oğlu qeyd edib ki, təxminən 13 il bundan əvvəl onun Gəncə sakinləri ilə mübahisəli bir işi olub. Yəni, 2000-ci ildə təhsil ocağının lisenziyası ilə əlaqədar ona atılan 90 min dollar pulu nəzərdə tutub. Onun bildirdiyinə görə, həmin mübahisəli iş o illər mətbuatda çox işıqlanıb və ola bilsin ki, elə həmin gəncəllilərin sifarişi ilə Bakı-Dubay təyyarəsindən düşən Əliyev Faiq Hüseyn oğlu qəsdən DGK şefiylə qohum olduğunu bildirib. … O ki qaldı Abbas Vəlibəyova, onun qudası Faiq Əliyev bu günlərdə yenə də ölkəmizə Rusiyadakı təhsil ocaqlarından birinin filialını gətizdirmək istəyir. Hətta öyrəndiyimizə görə, bu işdə ona məhz Abbas Vəlibəyov arxa çıxmağı vəd edib. Belə ki, hazırda Azərbaycanda Tibb Universitetinə daxil olmaq çətindir, buna görə də, bir sıra imkanlı şəxslər övladlarını özəl təhsil müəssisələrində açılan tibb fakültələrində oxutdurur.

Mənbənin məlumatına görə, Abbas Vəlibəyov hətta qudasını arxayın edib ki, “pullu müştərilər” tapacağı halda, onların sonradan Tibb Universitetinə köçürülməsinə də yardımçı olacaq. Həmçinin, bu təhsil ocağının bina almaq və digər maliyyə xərclərini Aydın Əliyevin boynuna götürməsi barədə də məlumatlar var. Görünür, Aydın Əliyev və Abbas Vəlibəyovun tutduqları vəzifələr onları qane etmədiyi üçün, bu şəxslər Faiq Əliyevin vasitəsi ilə “təhsil biznesi”nə qoşulmaq niyyətindədirlər.

Xatırladaq ki, bir zamanlar türk liseylərində vəzifəli və imkanlı şəxslərin övladları oxuyurdu və liseylərin bağlanması məsələsi gündəmə gələrkən, bəzi məmurların da bu liseylərə arxa durması barədə iddialar mətbuatda yer almışdı. Olmaya, əmioğlu-quda üçlüyünün planı da məhz təhsil ocağı vasitəsi ilə yeni əlaqələr qurmaq, müxtəlif qurumlarda rıçaqlar qazanmaq və beləcə daha da möhkəmlənməkdir?

A.Vəlibəyovla bağlı araşdırmamız davam edir. Gələn yazımızda Abbas Vəlibəyovun sabiq MTN başçısı Eldar Mahmudova məxsus “Caspian Crystal”adlı qastronomdan bahalı ərzaqlar almasından söz açacağıq. Belə ki, Nəriman Nərimanov prospekti, 57/24 ünvanında yerləşən həmin market Bakıda vəzifəli və imkanlı adamların alış-veriş etdiyi, ən seçilən və bahalı məhsulların satış yeri hesab olunur. Və hətta Abbas Vəlibəyovu gəzdirən 10 AA 885 nömrəli avtomobilin “Caspian Crystal”ın qabağında dayandığı zaman baş verən hadisələrdən də söz açacağıq. Araşdırmamız davam edir…

DGK sədri Aydın Əliyevlə səhiyyə nazirinin müavini Abbas Vəlibəyovu nə birləşdirir?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
18-06-2026, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
18-06-2026, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
18-06-2026, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
18-06-2026, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
18-06-2026, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
18-06-2026, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
18-06-2026, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
18-06-2026, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
18-06-2026, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
18-06-2026, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
18-06-2026, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
18-06-2026, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
18-06-2026, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
18-06-2026, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
18-06-2026, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
18-06-2026, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
18-06-2026, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
18-06-2026, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
18-06-2026, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
18-06-2026, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
18-06-2026, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
18-06-2026, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru