"DİA-AZ"da texniki fasilə... .....                     “907-ci düzəliş”ə SON ÇARƏ .....                     ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb .....                     Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər .....                     SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR .....                     Krediti olanlara müjdə: .....                     BDU tələbələri niyə etiraz edir? .....                     Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi .....                     İran Ermənistanı hücumla hədələdi .....                     AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər .....                     "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" .....                     "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..." .....                     ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... .....                     Yanan Moskva... yaman Moskva... .....                     Bir dəfə də adınızı xeyirliyə çəkək... .....                     İrandakı rejim nə qədər ki ayaqdadır... .....                     "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" .....                     Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb .....                     Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir .....                     Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq .....                     Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir .....                     "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı .....                     Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR .....                     “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” .....                     Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... .....                     "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" .....                     "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al" .....                     İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək .....                     Toylarda spirtli içkilər qadağan olunacaq? .....                     Ermənilər artıq barbarlıq edirlər .....                     “Sürücü tüstülənən avtobusu güclə saxladı” .....                     SOCAR-da yeni təyinat .....                     Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı .....                     Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib .....                     “XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” .....                     Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə .....                     Həbsdə olan icra başçısının maşını SATILDI .....                     Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən .....                     800 illik Səlcuqlu ayaqqabısı .....                     Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” .....                 

Həmyerlilərini Akif Çovdarova sifariş edən “Akula” Xaliq kimdir? – Sumqayıt gömrük şefinin adı keçən qalmaqal
Tarix: 24-05-2016, 08:10 | Çap et
Həmyerlilərini Akif Çovdarova sifariş edən “Akula” Xaliq kimdir?
Mayın 20-də Qafqaznews.az saytında “Sumqayıt Baş Gömrük İdarəsində “invoice” saxtakarlığı” başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazıda bildirilirdi ki, “Şurataz LTD” şirkətinin rəhbəri Xaliq Abbasovla Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənovun işbirliyinə dair bəzi məlumatlar əldə olunub.
Redaksiyamıza “İFO Tire” LTD şirkətinin adına Sumqayıt BGİ-nə gətirilən malların “invoice” sənədlərindən bəzilərinin (“Goodyear” və “Lanvigator” şirkətlərinin istehsal etdiyi məhsullar üzrə- red.) surəti göndərilib.

Bu ilin birinci ayında gələn malın “İnvoice”inin üstündə “İfo Tire” LTD yazılmasa da, hüquq mühafizə orqanlarına bu hesabatın hansı şirkətə məxsus olduğunu öyrənmək çətin olmayacaq. Çünki, malın siyahısı və dəyəri invoysda göstərilib. “İnvoice” hesablamasında zavodun qiymətləri karandaşla qeyd olunub, lakin içəridə göstərilən qiymətlər Xaliq Abbasov tərəfindən azaldılan qiymətlərdir. Çox güman ki, Xaliq Abbasov invoysda malın zavod qiymətini azaltmadan əvvəl Sumqayıt BGİ-nin rəisi Vəzir Həsənovla əvvəlcədən razılaşıb.
Çünki, bu, birbaşa Xaliq Abbasov tərəfindən törədilən cinayətdir və onun əməlinə Sumqayıt BGİ-nin rəhbərliyi göz yumub. Hətta, burada ortaqlıq barədə şübhələr də istisna deyil. Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, “IFO Tire” LTD şirkətinin təsisçisi Məhərrəmov İslah Siyafər oğludur.

Oxucuda sual yarana bilər ki, onda Xaliq Abbasovun bu işə nə aidiyyatı var? Biz bunu da araşdırdıq: Məhərrəmov İslah Siyafər oğlu “IFO Tire” LTD şirkətinin təsisçisi olmaqdan savayı, həm də “Şurataz LTD” MMC- də şirkət sahibi və baş direktor Xaliq Abbasovun birinci müavinidir. Yəni, Xaliq Abbasov özünün “yedək” şirkətinin rəsmi rəhbərliyini məhz özünün “Şurataz”dakı müavininə tapşırıb.Birinci “invoice” sənədində tam aydın görünür ki, zavod qiymətinin ümumi məbləği 77 min 168 dollar olduğu halda, invoysda 49 min 550 dollar göstərməklə 27 min 617 dollar (və yaxud dolların bugünkü məzənnəsi lə 41 min 425 manat) məbləğində malın invoysunu azaldaraq vergidən yayınma faktı var. Məlumat üçün onu da bildirək ki, dolların məzənnəsi yanvar ayında 1 manat 79 qəpik təşkil edirdi. İkinci invoysda isə ümumi qiymət 35 min 460 dollar təşkil edir, bu da zavod qiymətindən 5 min 261 dollar azdır. Yəni zavod qiyməti 40 min 722 dollar təşkil edir. Beləliklə, Xaliq Abbasovla İslah Məhərrəmov 5 min 261 dollar və yaxud da, 7 min 891 manat məbləğində malın rəsmi “invoice”ini azaldaraq saxtakarlıq yolu ilə vergidən yayınıblar.

Əldə etdiyimiz məlumata görə, “İFO Tire” LTD şirkəti “Şurataz LTD” MMC şirkətinə təkcə bu ilin birinci rübündə 68 konteyner mal göndərib. Nəticədə isə, dövlətdən nə az-nə çox, 2 milyon 440 min ABŞ dolları gizlədilib.

Bundan başqa, X.Abbasovun “İFO Tire LTD” şirkəti Avropa, Türkiyə, Ukrayna, Rusiya, Çin və BƏƏ-dən gətirilən şinlərin Gürcüstandakı Poti Azad Ticarət Zonasında “invoice”ini dəyişdirir, sonra həmin şirkət vasitəsilə iki dəfə az gömrük rüsumu ödəməklə Azərbaycana keçirərək, burda “İFO Tire” LTD ilə “Şurataz LTD” arasında alqı-satqı reallaşdırır. Beləcə, 36 faiz vergi verən, qanuni sənədləşdirmə aparan digər sahibkarlara 100 min manata başa gələn müəyyən həcmdə idxalat partiyası Xaliq Abbasova 50 min manata başa gəlir”, – deyə mənbə bildirib.

Yazıda həmçinin qeyd olunur ki, mənbənin sözlərinə görə, Xaliq Abbasov uzun illərdir Sumqayıt Baş Gömrük İdarəsinin maliyyə şöbəsinin müdiri Əhmədlə dostluq edir və eyni zamanda, idarənin rəisi Vəzir Həsənovla isti münasibətləri var: “Vəzir Həsənov əvvəl Tovuz Gömrük İdarəsinə rəhbərlik edib. Uzun illər həmin vəzifədə çalışdığı zaman Gürcüstandan ölkəmizə mal keçirən sahibkarlara zülm edib. İndi də bu cür hallar bəzi sahibkarlara qarşı Sumqayıt BGİ-də davam edir. Ancaq bu cür zülmlərin X.Abbasova aidiyyatı yoxdur. Çünki, onun bütün əməlləri əvvəlcədən Vəzir Həsənovla razılaşdırılıb. Belə ki, təkər idxalı zamanı “invoice”in azaldılmasında, gömrük rüsumundan və vergilərdən yayınma hallarında Xaliq Abbasova himayədarlıq edən əsas fiqur da odur. Beləliklə, Xaliq Abbasov bu cür əlaqələr və dostluqlar vasitəsilə ölkədə yeni “parlayan” monopolistə çevrilib”.

Mayın 21-də isə Qafmaxresdefaultqaznews.az-a araşdırdığımız mövzu ilə bağlı bir sıra məlumatlar daxil oldu.
Məlumata görə, Xaliq Abbasov əslən Zəngilan rayonundan olmasına baxmayaraq, o, hətta öz həmyerlilərini Akif Çovdarova sifariş edib.

Mənbə bildirir ki, X.Abbasov təkər biznesində özünə rəqib bildiyi əslən Zəngilan rayonundan olan və hazırda Sumqayıt şəhərində məskunlaşan Knyaz və Namaz qardaşları, həmçinin, əslən Zəngilan rayonundan olan və yenə də Xaliq Abbasov tərəfindən özünə rəqib sayılan Ələddin Allahverdiyev kimi adamları MTN çətəsinə sifariş edib. Əslən Qazax rayonundan olan bazarda avtomobil ehtiyat hissələrinin ticarəti ilə məşğul olan Kərim Babayev və Kama avtoşinlər şirkətinin Azərbaycanda distribüteri olan Pünhan və Rəşad qardaşları da Xaliq Abbasov tərəfindən Akif Çovdarova sifariş veriliblər.

Xaliq Abbasovla Akif Çovdarovun kürəkəni Rəşad Əmircanovnan yaxın dostluq əlaqəsi olduğu üçün, elə onun vasitəsi ilə özünə rəqib bildiyi iş adamlarını Akif Çovdarova sifariş etdirib. Bu şəxslərin hamısı keçmiş MTN binasına çağırılaraq Rəşad Əmircanov tərəfindən onlardan haqq tələb olunub. Əlbəttə ki, bu hərəkətlə Xaliq Abbasov özünün güc sahibi olduğunu sahibkarlara nümayiş etdirmək istəyib”.

Xaliq Abbasovun yaxın ətrafında olan mənbə bildirir ki, o, vaxtlar özünə “Akula Xaliq” ləqəbi vermişdi: “O deyirdi ki, Akif Çovdarov Eldar Mahmudovun “Akula”sı ola bilir, mən “Akula Xaliq” ola bilmərəm?” .
Biz məlumatları dəqiqləşdirmək üçün Knyaz adlı sahibkarla əlaqə saxladıq. Soyadının İbrahimov olduğunu və Sumqayıtda təkər və şin satan mağaza işlətdiklərini deyən sahibkar, bizə daxil olan məlumatı dinlədi, lakin MTN çətəsi və Xaliq Abbasov mövzusunda danışmaq istəmədi: “Mən hacı adamam… Bu suallara cavab verə bilmərəm. Baş verən bu hadisələrə görə, ilin əvvəlindən bəri hələ də ölkəyə mal ixrac edə bilmirəm.
Kərim Babayev adlı sahibkar da suallarımızı dinlədikdən sonra belə cavab verdi: “Sizin suallarınıza cavab verə bilmərəm”.

Məlumatda adı keçən başqa bir sahibkar Ələddin Allahverdiyev isə MTN çətəsinin ona təzyiqlər etməsi barədə sualı bu cür cavablandırdı: “Olan keçmişdə qaldı. Kimin günahı var idi, cəzalandırıldı. Bizim istədiyimiz odur ki, hər kəs öz cəzasını alsın. Dövlətimiz də günahı olanların cəzasını verir”.
Xaliq Abbasovun ilin ilk rübündə 68 konteyner mal gətirməsi, digər sahibkarların da X.Abbasovdan xahişlər etməsi barədə sualımızı isə Əlləddin Allahverdiyev belə şərh etdi: “Mənim onunla əlaqəm yoxdur. Bəlkə kimsə ondan kömək istəyir, amma mən özüm gətirirəm. Bu il bir konteyner mal gətirmişik, hər şey qanuni olub”.
Rəşad adlı sahibkar isə bu işlərdə əsas söz sahibinin qardaşı Pünhan olduğunu bildirdi: “Pünhansız suallarınıza cavab verə bilmərəm”.

Görünür, sahibkarlar Xaliq Abbasovla baş verənləri açıqlamaqdan çəkinirlər, yaxud da bu söhbətlərin ictimailəşməsini uyğun görmürlər.
Lakin onlarla söhbət zamanı, xüsusilə də Ələddin Allahverdiyevlə danışandan sonra anladıq ki, bizə verilən məlumatlarda həqiqət payı olmamış deyil.
Bizim araşdırmalarımız davam edir və bu istiqamətdə yeni məlumatları oxuculara təqdim edəcəyik.

Həmyerlilərini Akif Çovdarova sifariş edən “Akula” Xaliq kimdir?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Bu gün, 12:02
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Bu gün, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Bu gün, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Bu gün, 08:11
SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Bu gün, 08:07
Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Bu gün, 07:20
BDU tələbələri niyə etiraz edir? - İDDİA
Bu gün, 07:16
Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 06:02
İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Bu gün, 05:57
AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Bu gün, 05:55
"Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Bu gün, 03:55
"Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Bu gün, 03:44
ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Bu gün, 03:36
Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Bu gün, 03:30
Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Bu gün, 03:24
İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Bu gün, 03:17
"Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Bu gün, 03:04
Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Bu gün, 02:58
Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Bu gün, 02:56
Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Bu gün, 02:53
Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Bu gün, 02:52
"Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Bu gün, 02:48
Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Bu gün, 02:46
“Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 02:43
Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Bu gün, 02:39
"Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Bu gün, 02:31
"Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Bu gün, 02:26
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Bu gün, 02:22
Toylarda spirtli içkilər qadağan olunacaq? - Diqqətçəkən AÇIQLAMA
Dünən, 17:46
Ermənilər artıq barbarlıq edirlər - Zaxarova
Dünən, 17:43
“Sürücü tüstülənən avtobusu güclə saxladı” – Bakıda olay
Dünən, 17:39
SOCAR-da yeni təyinat - ƏMR
Dünən, 17:34
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 minlik İDDİA
Dünən, 17:31
Azərbaycanda iki ödəniş təşkilatı elektron pul təşkilatına çevrilib
Dünən, 17:29
“XAİNLƏR, VƏTƏNİ TƏRK EDİN!” - Solovyov o görüntüləri çəkənlərə cəza istədi
Dünən, 17:25
Azərbaycanlı "qanuni oğru"nun iştirak etdiyi ad günü məclisinə polis BASQINI
Dünən, 17:22
Həbsdə olan icra başçısının maşını SATILDI - Bu qiymətə...
Dünən, 17:19
Türkiyədə iş adamı naməlum şəxslər tərəfindən QAÇIRILDI
Dünən, 17:15
800 illik Səlcuqlu ayaqqabısı - FOTO
Dünən, 17:12
Əliçıraqda qanunsuz anbarlar neft torpaqlarını və qanunları “yeyir” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 17:05
Oğlunu namaz qılmağa məcbur edən sabiq axund cərimələndi - FOTO
Dünən, 16:53
Bakıda sevgilisinin 108 min manatını oğurlayan ərəb həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:50
Bakıda Avtomobillərə Texniki Baxış Kompleksi tikilir - 21.3 milyona
Dünən, 16:45
“Rusiya dayansa, Azərbaycan Ermənistana qaz verəcək” - “Hraparak”
Dünən, 16:42
Xalq artistinə qarşı HAQSIZLIQ - "Məni aldadaraq ərizə yazdırdılar ki..."
Dünən, 16:38
“Halal” sertifikatı kimlər verə bilər? - Eyyub Hüseynov deyir ki...
Dünən, 16:33
Azərbaycanda iki şirkət birləşdi: - “İntegra Holding” təsis edilir
Dünən, 16:30
Veysəloğlu Şirkətlər Qrupunda Milli Qida Texnologiyaları Platformasının nümayəndə heyəti ilə işgüzar görüş keçirilib - FOTO
Dünən, 16:28
İranı müharibədə məğlub olmağa qoymayan general Səfəvi KİMDİR? - Vüqar Zifəroğlu ŞƏRH EDİR
Dünən, 16:22
Paşinyan sözünü tutub KTMT-dən çıxacaqmı?.. - YOXSA...
Dünən, 16:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru