Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi .....                     Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq .....                     “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” .....                     Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi .....                     İrəvana TƏHDİD YAĞIŞI bitmir... .....                     "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı .....                     Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür .....                     “Kreditlə, borcla qurban kəsmək olmaz” .....                     "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək .....                     "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." .....                     "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı .....                     “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... .....                     Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur .....                     İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib .....                     İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? .....                     Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi .....                     Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu .....                     Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı .....                     Sabah Ermənistanın taleyi Astanada həll olunur .....                     Aktrisa Ulduz Süleymanova vəfat edib .....                     İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib .....                     Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? .....                     Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... .....                     "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" .....                     SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... .....                     "Bu sullara cacab verən baba-igid məmur varmı?!" .....                     Burda SAXTA DOLLAR satılır? .....                     Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq .....                     Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb .....                     Təhsilimiz Bağırovlardan qurtula bilmir .....                     “Kontakt Home” camaatla MƏZƏLƏNİR .....                     "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi .....                     Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! .....                     AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir .....                     "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" .....                     Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? .....                     Bu pulları dəyişsəz, itirə bilərsiniz .....                     "Arvad" sözünü dilimizdən çıxaraq? .....                     "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" .....                     Masada 3 ssenari var: Hansı ağır gələcək? .....                 

Həkimlər gənc yazarın anasını neçə manata öldürdü?
Tarix: 15-09-2015, 10:21 | Çap et
Həkimlər gənc yazarın anasını neçə manata öldürdü?
Həkimlər anamın ayağının soyuqladığını bildirib, müalicə yazdılar. Dərmanlara 50 manat verdim. Amma bu müalicə kursunu keçsə də, səhhətində müsbətə doğru heç bir irəliləyiş olmadı. Əksinə, müalicədən sonra anamın belində də ağrılar başladı və bu dəfə onu Cəlilabad rayonunda yerləşən Diaqnostika Mərkəzinə apardıq. Tibb müəssisəsində anamın belini yoxlayarkən həkimlər bir şey anlamadıqlarına görə bizə bildirdilər ki, Bakıya gedin və orada xəstənin belini dəqiq yoxlatdırın, bizim müəssisədə elə bir aparat yoxdur ki, dəqiq diaqnoz qoya bilək. Burada bu xəbəri bizə deyən həkimlərə 50 manat ödədik.

Bakıya, “Grant Hospital”a gəldik, neyrocərrah Sənan həkimlə görüşdük. Sənan həkim anamın belini yoxlatdırmaq üçün bizi “Gənclik” metrosu yaxınlığında yerləşən “Bakı klinikası”na göndərdi. Orada anamın beli MRT müayinəsindən keçirildi. Bunun üçün klinikaya 125 manat ödədim. Sonra Sənan həkimin yanına qayıtdıq və həkim cavablara baxdıqdan sonra bildirdi ki, anamın belində “qrija”, yəni on milli onurğa yırtığı var. Amma bunun qorxulu bir şey olmadığını, müalicə ilə düzələcəyini dedi.

Sənan həkim də anama müailcə yazdı və biz həmin dərmanları alaraq anamı rayona apardıq. Bu dəfə reseptə 100 manata yaxın pul verdim.

Müalicə başa çatdı, amma anamda ağrılar elə əvvəlki kimi qalmışdı. Biz yenidən Sənan həkimin yanına gəldik.

Sənan həkim bizi N.Nərimanov rayonunda yerləşən “Türk Amerikan Medical Center” klinikasında öz həkim yoldaşı olan neyrocərrah Əliosman Qədimbəylinin yanına yolladı. Burada Əliosman həkim MRT nəticələri ilə tanış olduqdan sonra bildirdi ki, xəstə 15 gün masaj olunmalı və fizioterapiyadan keçməlidir.

Həkimin izahından sonra belə məlum oldu ki, anamın onurğa sümüyündəki çıxıntılar sinir damarını sıxır və bu da xəstəyə şiddətli ağrılar verir. Anam həkimin dediyi kimi, 15 gün müalicə olundu və bu, müsbət təsir etdi: anam dözülməz ağrılardan az da olsa canını qurtara bildi. 15 günlük müalicə zamanı hər gün klinikaya 37 manat pul köçürdüm. Bu da ümumilikdə 555 manat elədi.

Bundan sonra anamı yenidən rayona, öz evimizə qaytardıq. Amma çox keçmədi, yenə şiddətli ağrıların əsiri oldu. Anam bildirdi ki, həm belində, həm də sağ ayağının sümüyündə ağrılar var. Ağrıdan səhərə qədər qışqırırdı və vurulan ağrıkəsici iynələrin heç biri təsiri olmurdu.

Kənddəki ailə həkimimizin məsləhəti ilə bizi əslən Cəlilabad rayonundan olan, hazırda Bakıda işləyən neyrocərrah Cəmil həkimlə tanış etdilər. Anamı yenidən Bakıya gətirdik. Anamın beli yenidən MRT olundu, yəni aparata salındı. Bu dəfə artıq anamın belində beş yerdə yırtıq göründü. Cəmil həkim bildirdi ki, xəstə təcili əməliyyat olunmalıdır.

Beləliklə, Cəmil həkim anamı iyulun 9-da Batamdarda yerləşən “Caspian Hospital” klinikasında əməliyyat etdi. Əməliyyat üçün klinikaya 700 manat pul ödədim. İki gündən sonra sevinə-sevinə anamı rayona apardıq ki, bundan sonra yaxşı olacaq.

Əməliyyat olunandan beş gün sonra anamın yenə dözülməz ağrıları başladı. Bunu Cəmil həkimə bildirdikdə isə həkim dedi ki, bu normaldır və əməliyyatdan sonra ağrılar olmalıdır. Amma bel yırtığından əməliyyat olunan bir neçə qonşu bizə gələrək, anama bildirdilər ki, bizdə belə ağrılar olmayıb.

Avqustun əvvəllərində anamı halsız vəziyyətdə yenidən Cəmil həkimin yanına gətirdim. Cəmil həkim anama iki həftəlik müalicə yazdı. İynə və dərmanlara 60 manat pul ödədim. Anama vurulan qan iynələrindən sonra şiddətli ağrılar sakitləşməyə başladı. Cəmil həkim özü Türkiyəyə getdi və bildirdi ki, avqustun 20-dən sonra Bakıda olacaq. Bu vaxt ərzində biz onunla telefonla əlaqə saxladıq...

Anamın vəziyyəti pisləşdi və Cəmil həkim Türkiyədə olduğuna görə anamı müalicə edən Əliosman Qədimbəylinin yanına gətirdik. Əliosman həkim bildirdi ki, qan analizi verilməlidir. Anamın əməliyyat olunduğunu biləndə isə təəssüfləndi ki, əməliyyata ehtiyac yox idi.

Anam qan analizi verdi və analiz üçün klinikaya 118 manat ödədim. Analizin cavabını aldıqdan sonra Əliosman həkim cavablarla tanış oldu və bildirdi ki, bu, xərçəngin əlamətləridir. Bu diaqnozu dəqiqləşdirmək üçün bizi N.Nərimanov rayonunda yerləşən “MediStyle Klinikası”na yolladı.

Avqustun 17-də burada anam dörd aparatdan keçdi. Bütün bunlar üçün klinikaya 455 manat ödədim. Avqustun 18-də cavabları alıb Əliosman həkimin yanına gəldim. Həkim bildirdi ki, anamın qanında myeloma xəstəliyi - yəni, qan xərçəngi və həmçinin onurğa sümüyündə də xərçəng xəstəliyi var. Xəstəlik sürətlə yayılır və anamın nə qədər yaşayacağı məlum deyil. Səhəri gün, yəni, avqustun 19-da səhər saatlarında anam 49 yaşında dünyasını dəyişdi…

Yəqin anladınız ki, anamda ilk gündən xərçəng xəstəliyi olub. Əgər vaxtında doğru diaqnoz qoysaydılar və müalicə də bu istiqamətdə getsəydi, ən azı, “onurğa yırtığı” adı ilə xərçəng xəstəsini əməliyyata götürməsəydilər, anam indi də yaşayırdı. Savadsız həkimlərin pul hərisliyi anamın dünyadan vaxtsız köçməsinə səbəb oldu.

Bunları nəyə görə yazdım? Yazdım ki, bəlkə, eyni situasiyada olan kimlərinsə gözünə bu yazı sataşar və bəlkə də eyni vəziyyətdən daha doğru nəticə çıxarmağa onlara yardımçı olaram.

Ana müqəddəsdir, müqəddəslərimizi tamah naminə əlimizdən alan cahil həkimlərdən görəsən, kimə sığınaq?

Qeyd: Gənc şair Vasif Əlihüseynin anası Şəlalə Əlihüseynova avqustun 19-da 49 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52
Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48
“Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43
Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39
İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26
"Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04
Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02
“Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57
"Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47
"Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45
"Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42
“Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39
Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25
İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23
İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18
Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16
Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09
Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05
Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01
Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57
İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51
Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45
Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42
"Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18
SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13
"Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31
Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18
Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52
Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45
Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33
“Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28
"Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25
Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19
AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17
"Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13
Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09
Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02
"Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00
"Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58
Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55
Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53
Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51
Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48
MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44
Kinematoqrafçılar İttifaqının iclasında dava düşdü - VİDEO
Bu gün, 05:38
Bu gün QURBAN BAYRAMIDIR... - QUTLU OLSUN!
Bu gün, 05:32
“MTN işi” ilə bağlı üzücü XƏBƏR: Zərərçəkənlərdən daha biri... - FOTO
Dünən, 21:00
Azərbaycan XİN başçısının Moskvaya, Rusiya müdafiə nazirinin isə Bakıya səfərinə hazırlıq gedir
Dünən, 20:56
“Vaşinqton sənədini cırıb atmayacağıq” - Köçəryan
Dünən, 17:42
“Yüksəliş” müsabiqəsinin qalibinə bankda yüksək vəzifə verildi - FOTO
Dünən, 17:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru