Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq .....                     Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir? .....                     Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! .....                     Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? .....                     Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı .....                     “Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” .....                     Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı .....                     “Zeynəb Xanlarova toylara getməyib, .....                     Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı .....                     Paşinyan onu Azərbaycana verəcəkmi? .....                     Bakının mərkəzində SU ÇİLƏSİ... .....                     "Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" .....                     Əməkdar artist fotosessiyasını paylaşdı və... .....                     Putinin tənqidçisi GÜLLƏLƏNDİ .....                     Rus ordusu nə qədər ərazini ələ keçirib? .....                     Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! .....                     Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər .....                     "Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" .....                     Üç ayda İrandan min tondan çox forel gətirilib .....                     Tibb şirkətinin dövlətə vergi borcu yarandı .....                     Naxçıvanda idarəetmə problemi... .....                     Bu təhsil binası heç oynamalı halda deyil .....                     Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! .....                     “Həmkarlar”ın etiraz doğuran turpaketi... .....                     Bakının 9 rayonunda bu binalar sökülür .....                     Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. .....                     Fermerlərin problemi: Ona çarə tapılacaqmı? .....                     Azərbaycan, yoxsa rus bölməsi? .....                     Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR .....                     "Mən müğənni olmaq istəməmişəm ki..." .....                     Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib .....                     Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır .....                     Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir .....                     İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? .....                     Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? .....                     Rusiya nə mesaj verir? .....                     Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır .....                     Paşinyan və Anna Hakopyan boşanmayıblar? .....                     “Dövlət teatrlarının heç birində vakansiya yoxdur” .....                     Paşinyandan Kremli “havalandıracaq” daha bir addım .....                 

"Bizə saxta ittihamlarla hücumlar təşkil edilir" - Əli Həsənov
Tarix: 18-08-2015, 15:31 | Çap et
"Bizə saxta ittihamlarla hücumlar təşkil edilir"
"İlk növbədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bugunkü iclasının iştirakçılarını səmimiyyətlə salamlayırıq. Eyni zamanda, bu toplantının yüksək səviyyədə təşkil olunmasına görə Qazaxıstan tərəfinə təşəkkür edirik. Əminik ki, iclasda aparılan müzakirələr və qəbul olunan qərarlar ölkələrimiz arasında informasiya sahəsində əməkdaşlığın inkişafına, media qurumlarının əlaqələrinin güclənməsinə, informasiya mübadiləsinin çevik və səmərəli təşkilinə müsbət təsir göstərəcəkdır".

diaaz.space Trend-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclasında çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov qeyd edib ki, türk dünyasının inteqrasiya prosesində özünəməxsus yeri olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası uğurlu birlik modeli kimi artıq özünu təsdiq edib: "Bu təşkilat həm də ölkələrimizi narahat edən mürəkkəb qlobal və regional geosiyasi prosesləri, mövcud problemləri müzakirə etmək, çıxış yolları axtarmaq və adekvat addımlar atmaq üçün olduqca vacib platformadır".

PA rəsmisi çıxışında vurğulayıb ki, hazırda beynəlxalq aləmdə və regionumuzda sabitliyə zərbə vuran bəzi neqativ proseslərin, həm də Türk dünyasında asayişə, sülh və əmin-amanlığa təhlükə yaratması bizi narahat etməyə bilməz: "Qardaş Türkiyənin qarşı-qarşıya qaldığı İŞİD və PKK terroru, hərbi-təcavüzkar ölkə olan Ermənistanın Azərbaycanın tarixi torpaqlarını işğal etməsi, hələ də öz həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi geosiyasi problemlər Türk dunyasında davamlı sülhün və təhlükəsizliyin təmin olunması naminə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən vacib faktorlardandır".

Ə.Həsənov deyib ki, hal-hazırda antitürk, islamofob dairələrin təsirində olan bəzi beynəlxalq media resursları birmənalı şəkildə qərəzli mövqe nümayiş etdirir, müəyyən siyasi qrupların göstərişləri ilə hərəkət edirlər: "Xüsusən 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunları ərəfəsində və yarışlar dövründə bu kimi beynəlxalq media vasitələrində ölkəmizə qarşı ardıcıl şəkildə qərəzli materialların yayımlanması müasir dövrdə informasiyadan daha çox siyasi təzyiq vasitəsi kimi istifadə olunduğunu bir daha sübut etmişdir. Təəssüflə qeyd etməliyəm ki, regionda əməkdaşlığın, sülhün və əmin-amanlığın tərəfdarı olan Azərbaycanın qısa müddətdə sosial-iqtisadi və siyasi sahədə əldə etdiyi böyük uğurlar dünyanın bir sıra aparıcı media resurslarının səhifələrinə çətinliklə yol tapır. Bundan başqa, bir müstəqil dövlət olaraq qazandığımız uğurların miqyası genişləndikcə, bəzən müəyyən mətbuat orqanlarında bizə qarşı qərəzli, saxta ittihamlara əsaslanan hücumlar təşkil edilir".

Ə.Həsənov əminliklə deyib ki, oxşar problemləri olan digər türkdilli ölkələr də eyni münasibətlə qarşılaşırlar: "Özünün iqtisadi-siyasi tərəqqisi ilə dünyanın bir çox aparıcı ölkəsini geridə qoymuş Türkiyəyə qarşı dünya mediasında zaman-zaman aparılan çirkin kampaniya bunun bariz sübutudur. Bu gün qondarma və saxta soyqırım iddiaları ilə Türkiyənin üzərinə hücuma keçən beynəlxalq media qurumları 1992-ci ildə Azərbaycanda ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımı mövzusunda susur. Alternativ media resurslarının az olması isə bizim əks-tezislərlə çıxış etmək imkanımızı məhdudlaşdırır. Eyni mənzərəni Türk dünyasının tərkib hissəsi olan Qazaxıstan, Qırğızıstan və digər qardaş ölkələrlə bağlı müəyyən hadisələrin dünya ictimaiyyətinə təqdim edilmə formasında da müşahidə edirik".

Prezidentin köməkçisi qeyd edib ki, bu ilin sonlarında Türkiyə G-20 liderlərinin onuncu sammitinə, 2017-ci ildə Azərbaycan İslam Həmrəylik Oyunlarına, Qazaxıstan isə "Kazakhstan Expo" kimi dünya miqyaslı tədbirlərə ev sahibliyi edəcək: "Ənənəvi olaraq bəzi Qərb təşkilatları və media qurumları tərəfindən ölkələrimizə qarşı etimadsızlıq mühitinin yaradılması cəhdlərinin yeni mərhələsinə start veriləcəyini gözləmək olar. Dili, dini, etnik mənsubiyyəti eyni olan Türkdilli dövlətlərə qarşı араrılan oxşar, sistematik kampaniyalar belə düşünməyə əsas verir ki, bu fəaliyyətlər eyni mərkəzdən idarə olunur və vahid məqsədə - ölkələrimizin inkişafına, birlik və bərabərliyinə mane olmağa xidmət edir. Bu faktlar Türkdilli dövlətlər arasında həmrəyliyin gücləndirilməsi ilə yanaşı, informasiya sahəsində qarşılıqlı əlaqələrın genişləndirilməsinə, dünya ictimaiyyətində ölkələrimiz haqqında düzgün təsəvvürün yaranması üçün qlobal informasiya şəbəkəsinə obyektiv məlumatların ötürülməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir".

PA rəsmisinin sözlərinə görə, nəzərə alınmalıdır ki, vahid informasiya məkanının mövcud olduğu müasir dövrdə informasiya dövtətlərarası münasibətlərin inkişafında mühüm amilə çevrilmiş, həmçinin ictimai fikrin formalaşması və ifadə olunmasını təmin edən təsirli vasitə kimi medianın əhəmiyyəti daha da yüksəlmişdir: "Buna görə də real şəraitə uyğun informasiya siyasətinin formalaşdırılması, qlobal şəbəkədə prioritetlərin müəyyənləşdirilməsi, cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsi hər bir dövlətin, o cümlədən Türkdilli dövlətlərin həyatında vacib rol oynayır. Bütun bunları nəzərə alaraq, hesab edirik ki, Türkdilli dövlətlərin informasiya vasitələrində qarşılıqlı əlaqənin və həmrəyliyin təmin olunması, bu məqsədlə media qurumlarının fəaliyyətinin koordinasiya edilməsi, birgə media təsisatlarının yaradılması, ölkələrimizin maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və digər bu kimi tədbirlər hazırda da öz aktuallığını saxlamaqdadır. Bu baxımdan bu gün imzalanması nəzərdə tutulan “Türkdilli dövlətlərin milli televizlya kanalları arasında əməkdaşlıq protokolu” və “İnformasiya agentlikləri arasında anlaşma memorandumu” mühüm əhəmiyyət kəsb edir".

Ə.Həsənovun sözlərinə görə, qlobal informasiya məkanına sərbəst çıxışın təmin edilməsi və birgə fəaliyyətin təşkili, ölkələrimizə qarşı aparılan qarayaxma kampaniyalarının qarşısının alınmasında qüvvələrimizin birləşdirilməsi və Türkdilli dövlətlərin qərəzli transmilli media şirkətlərindən asılılığına son qoyulması məqsədi ilə arternativ informasiya mənbəyinin - Beynəlxalq Türk Xəbər Kanalının yaradılması təşəbbüsü ölkələrimiz üçün tarixi əhəmiyyətə malik vacib məsələlərdən biri olmaqla yanaşı, Turk dünyasınının mərkəzləşmiş xəbər siyasətinin də formalaşmasına önəmli töhfə verə bilər: "Bu sahədə əldə etdiyimiz müəyyən təcrübələr - Türkdilli Xəbər Agentlikləri Birliyinin və daha çox Türk xalqlarının milli-mədəni dəyərlərinin təbliği ilə məşğul olan TRT AVAZ kanalının uğurlu fəaliyyəti bizə belə düşünməyə əsas verir ki, Beynəlxalq Türk Xəbər Kanalının yaradılması Türkdilli dövlətlərin informasiya siyasətində daha məhsuldar bir dövrün başlanğıcı olacaqdır".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq - BUNDAN SONRA...
Bu gün, 10:02
Böyük hissəsi səhradan ibarət olan Səudiyyə Ərəbistanı niyə qum idxal edir?
Bu gün, 09:50
Tanınmış memardan SOS: BUNLAR VANDALDILAR! - ETİRAZ VAR!
Bu gün, 09:45
Gömrük Komitəsi büdcə öhdəliyini niyə yerinə yetirə bilməyib? - SƏBƏB
Bu gün, 09:37
Özlərini vəzifəli şəxs kimi təqdim edib pulları mənimsəyənlərlə bağlı QƏRAR
Bu gün, 09:31
“Xalq artisti var ki, heç insanlığı, şəxsiyyəti yoxdur, ayrı-seçkilik salırlar ki...” - Xanəndədən ETİRAZ
Bu gün, 09:30
Dələduzluq edən "səfirlik əməkdaşı" ilə bağlı QƏRAR VERİLDİ
Bu gün, 09:26
“Zeynəb Xanlarova toylara getməyib, bizi bazarda da görüblər, marketdə də...”
Bu gün, 09:24
Məhkəmə müdir təyinatı adı ilə 68 mini ələ keçirən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 09:14
Paşinyan onu Azərbaycana verəcəkmi? - AKTUAL
Bu gün, 09:10
Bakının mərkəzində SU ÇİLƏSİ... - Vətəndaş deyir ki...
Bu gün, 08:59
"Ən pis sülh, ən yaxşı müharibədən karlıdır" - partiya sədri
Bu gün, 07:47
Əməkdar artist fotosessiyasını paylaşdı və... - "HEÇ NƏ BİTMİŞ SAYILMAZ!"
Bu gün, 07:32
Putinin tənqidçisi GÜLLƏLƏNDİ - TƏFƏRRÜAT
Bu gün, 07:23
Rus ordusu nə qədər ərazini ələ keçirib? - General
Bu gün, 07:05
Tələbənin biliyi yox... CİBİ ÖNƏMLİDİR! - BAZAR AÇIBLAR...
Bu gün, 07:03
Tramp İranla memorandumun mətnini iyunun 19-dan əvvəl açıqlaya bilər
Bu gün, 06:57
"Qəsdən kəsir, sonra 1500 - 2000 AZN tələb edirlər" - "ADPU tələbələri NARAZIDIR
Bu gün, 06:54
Üç ayda İrandan min tondan çox forel gətirilib – Kiloqramı 7,6 manata
Bu gün, 06:46
Tibb şirkətinin dövlətə vergi borcu yarandı - "İZOMER MEDİCAL" MMC büdcəyə ödəniş etmir
Bu gün, 06:43
Naxçıvanda idarəetmə problemi... ONSUZ DA VAR!
Bu gün, 06:32
Bu təhsil binası heç oynamalı halda deyil - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:26
Aİ-dən Azərbaycan əsilli iş adamına qarşı ŞOK SANKSIYA! – Siyahıya salındı
Bu gün, 06:17
“Həmkarlar”ın etiraz doğuran turpaketi... - “O boyda pul yığırlar, verdikləri yeməyə bax” + VİDEO
Bu gün, 06:12
Bakının 9 rayonunda bu binalar sökülür – Sakinlərinə MÜHÜM XƏBƏR
Bu gün, 06:07
Min kilometrlərlə aralıda güllə atılanda məhsullar niyə bahalaşır?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:53
Fermerlərin problemi: Ona çarə tapılacaqmı? - Ekspert deyir ki...
Bu gün, 05:49
Azərbaycan, yoxsa rus bölməsi? – AKTUAL MÜZAKİRƏ
Bu gün, 05:47
Daha "Ləzzət" də LƏZZƏT ELƏMİR - GİLEY
Bu gün, 05:42
"Mən müğənni olmaq istəməmişəm ki..."
Bu gün, 05:37
Netanyahu parlament seçkilərində qalib gəlmək niyyətində olduğunu bildirib - KİV
Bu gün, 05:30
Cənubi Qafqazda "soyuq müharibə" nəzarətdən çıxır - Paşinyanın "Avropa xəyalı" Rusiyanı geopolitik labirintə yönəldir
Dünən, 18:39
Qərb İrana qarşı sanksiyaları ləğv etməyə tələsmir - GƏLİŞMƏ
Dünən, 18:35
İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq? - AKTUAL
Dünən, 17:14
Polşa Orxan Məmmədbəylini niyə axtarışa verib? - TƏFƏRRÜAT
Dünən, 17:12
Rusiya nə mesaj verir? - ŞƏRH
Dünən, 16:45
Sabahdan sığorta ilə bağlı bu sistem ləğv edilir, yeni əmsalın tətbiqinə başlanılır - DETALLAR
Dünən, 16:35
Paşinyan və Anna Hakopyan boşanmayıblar? – Baş nazirin qərarı müzakirələrə səbəb olub
Dünən, 16:25
“Dövlət teatrlarının heç birində vakansiya yoxdur” - Gənc aktrisadan etiraz
Dünən, 16:21
Paşinyandan Kremli “havalandıracaq” daha bir addım - ŞOK DETALLAR
Dünən, 16:18
Sabah Məhərrəm ayı başlayır
Dünən, 16:13
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib - TƏFƏRRÜAT
Dünən, 16:11
Qalmaqallı “zərbə planı” İranı necə xilas etdi? – Pezeşkiandan SEPAH həmləsi
Dünən, 13:37
Əsrin sövdələşməsi, yoxsa... - Kövrək razılaşmanın pozulma ehtimalı
Dünən, 13:32
Ermənistan KTMT-dən ÇIXA BİLƏR - GƏLİŞMƏ
Dünən, 13:26
Seçkidən sonra Bakı ilə İrəvan arasında ilk təmas: - Dilican görüşü nəyə təkan verə bilər?
Dünən, 13:22
737 nümayəndədən 729-u Orbana səs verdi: - “Heç vaxt təslim olmuram”
Dünən, 13:10
Putin Kiyevdə dinc sakinləri bombalayarkən Çin bir güllə atmadan Rusiyanın şərq ərazilərini işğal edir...
Dünən, 13:00
Ermənistanda köhnə xəstəlik yenidən xortlayıb
Dünən, 12:57
Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb - Hesablama Palatası
Dünən, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru