Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… .....                     Qonşular niyə daha sürətlə inkişaf edir? .....                     Ermənistan qazanmaq istəyirsə... .....                     ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat .....                     Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir .....                     Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki .....                     "Düşüncəsi dayaz olanlar xəyanət edər" .....                     ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib .....                     Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                 

Lamiyə Quliyeva oğluna yeni ad qoydu, sənəd aldı: - “Bu da mənim onlara bir jestim olsun”
Tarix: 31-07-2015, 13:02 | Çap et
Lamiyə Quliyeva oğluna yeni ad qoydu, sənəd aldı:
1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi üzrə təqsirləndirilən Lamiyə Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndiriliblər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

2010-cu ildə həbsxanadaykən Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi üzrə əlavə cinayət işi açılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay da artırılıb. Lamiyə Quliyeva rəsmi nikahı olmadığı halda cəzaçəkmə müəsisəsində 2014-cü il oktyabrın 16-da övlad dünyaya gətirib..

2015-ci il fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib. Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bu il fevralın 20-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Lamiyə Quliyeva barəsində cəza dəyişdirilib. Onun barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Həmin cəzanın müddəti başa çatdığı üçün Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.

Bu xəbəri xatırlatma ilə başladıq. Çünki hələ də Lamiyə Quliyevanın kimliyi haqqında konkret fikrə sahib deyilik. Özünün də Modern.az saytına verdiyi açıqlamada dediyi kimi: “Bəlkə də haqqımda kitab yazılır, amma bu barədə məlumatım yoxdur. Yəni yaşadıqlarım, kimliyim, başıma gələnlər bir kitaba sığarmı? Çətin ki... inanmıram”.

Hazırda heç bir işlə məşğul olmadığını deyən Lamiyə Quliyeva evdə 10 aylıq körpəsini böyüdür: “Mənim üçün hər şey geridə qaldı. Artıq yeni həyata başlamışam. Oğlum üçün həyatımı yaşayıram. Hər şeyi ona həsr etmək istəyirəm. Planlarımı açıqlamaq istəmirəm. Həbsdən çıxandan sonra istər ailəmə, istərsə də özümə qarşı təzyiq hiss etməmişəm. Olsaydı, aidiyyəti qurumlara müraciət edərdim. Hələ ki sakitçilikdir”.

O, azadlığa çıxandan sonra övladına doğum haqqında şəhadətnamə almağından da söz açdı: “Övladım Uğura doğum haqqında şəhadətnamə almaqla yanaşı, ona şəxsiyyət vəsiqəsi də düzəltdirmişəm. Sənədlərin düzəlməsində problem yaşamadım. Sağ olsunlar, Şəmkirdə hara müraciət etdimsə, bütün işlərimi yoluna qoydular. Uşağımın şəhadətnaməsində ata adı yerində Vüqar Əliyevin adı qeyd olunub. Başqa kim olmalı idi?!

Uğurun ata tərəfindən heç kim onu görməyə gəlməyib. Onlarla heç bir əlaqəm də yoxdur, mənə lazım da deyil. O qədər atasız böyüyən uşaqlar var ki... Özüm atasız böyümüşəm. Təki ana yaxşı olsun övlada qarşı. İnsan atadan yox, anadan yetim qalır. Mən belə şeyləri çox görmüşəm, İnşaallah Uğura atasızlığı hiss etdirmərəm”.

Lamiyə Quliyeva geriyə dönüb baxanda “kaş ki...” dediyi məqamlara da toxundu:

“Həyatımda belə məqamlar olub. Amma “kaş ki...”lər mümkün olsaydı, onda bütün insanlar xoşbəxt olardı. Çox şeylər itirdim. Bugünkü günümə şükür, oturmuşam evdə, uşağımla, normal həyat yaşayıram. Ailəmin, qohumlarımın mənə münasibəti çox yaxşıdır”.

Lamiyə Quliyevadan kamera yoldaşlarına baş çəkmək istəyinin olub-olmadığını soruşduq: “Həmişə həbsdəki insanlarla kənərdan-kənara münasibət qurmuşam. Orda geniş çevrəm olmayıb. Xaraktercə qapalıyam, ürəyimi hər kəsə açıb-boşaldan insan deyiləm. Demirəm orda olan insanlar qatı cinayətkardır, yox. Sadəcə o səhifəni tamamilə bağlamaq niyyəti ilə, istəməzdim kimlərləsə yenidən əlaqə yaradım. Qəti şəkildə qarşıma məqsəd qoymuşam ki, həbsxanada bir yerdə cəza çəkdiyim insanlarla heç bir əlaqə saxlamayacam. O həyatı xatarladan hər şeydən uzaq olmaq istəyirəm. Həbsxanada yetərincə ömrümü itirdim. Amma həbsxanada ana və uşaq otağında mənimlə birlikdə 6 nəfər qadın qalırdı. Uşaqları çox istədiyim üçün istərdim ki, gedib onlara baş çəkəm”.

O, düşməninə belə, həbsxana həyatı arzulamdığını vurğulayır: “Əgər arzulasaydım, yəqin ki, çoxdan haralarasa müraciət etmişdim. Mənə toxunan insanları Allaha tapşırıb çıxdım. Onların mənə etdiklərini mən onlara etmədim, bu da mənim onlara bir jestim olsun. 12 il başıma bu qədər oyunlar gəldi, həbsə uşaqkən düşmüşdüm, dolğun bir yaşda çıxdım. Mühit, üstəgəl yanımda bir övladım istər-istəməz həyata baxışımı dəyişdi. Bütün insanlar azadlığının qədrini bilsin. Azadlıq gözəl nemətdir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02
Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00
Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56
ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55
Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52
Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51
"Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46
ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:09
Bu gün onun anım günüdür
Dünən, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Dünən, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Dünən, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Dünən, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Dünən, 12:45
SOCAR-da yeni təyinat - Foto
Dünən, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Dünən, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Dünən, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Dünən, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Dünən, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Dünən, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Dünən, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Dünən, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Dünən, 11:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru