Hotellərin parkinqində avtomobilə dəyən zərəri kim ödəməlidir? - ARAŞDIRMA
Tarix: 31-07-2015, 11:29 | Çap et
 Azərbaycanda 535 hotel fəaliyyət göstərir, bunlardan 165-i Bakıda yerləşir. Bəs, həmin hotellərdə qonaqların əmlaklarının təhlükəsizliyi hansı səviyyədə təmin olunur? Bakıdakı 4 və 5 ulduzlu hotellərin əksəriyyətində avtomobil üçün park yeri, bəzilərində isə avtomobili sürücüdən təhvil alan və təhvil verən parkinq xidməti var. Bir sıra hotellərin parkinq xidməti ödənişli və ya ödənişsiz şərtlərlə qonaqdan avtomobili təhvil alır və ona lazım olan vaxtı təhvil verir. Amma "Report"un araşdırmasına görə, məlum olub ki, avtomobilin parkinqdə hərəkətsiz vəziyyətdə dayandığı müddətdə başına gələ biləcək hər hansı hadisəyə görə, hotel heç bir məsuliyyəti üzərinə götürmür. “Fairmont” hotelinin parkinq xidmətindən istifadə edən Bakı sakininə hotel tərəfindən qaydalara uyğun olaraq qəbz verilib. Qəbzdə açıq şəkildə qeyd olunub ki, “hotelin və ya onun əməkdaşlarının diqqətsizliyi və ya su, yanğın, oğurluq və ya hər hansı digər səbəbdən sözügedən əmlakın itməsinə və ya ona zərər dəyməsinə görə, hotel məsuliyyət daşımır”. Bununla yanaşı, qəbzdə əmlak sahibinin öz avtomobilini 3 ay ərzində götürməyəcəyi təqdirdə, avtomobil içindəki əşyalarla birlikdə gizli və ya açıq şəkildə hotel tərəfindən satıla biləcəyi qeyd olunur. Sözügedən qayda yalnız həmin hoteldə yox, ölkədə fəaliyyət göstərən “Excelsior Baku”, “Hilton Baku”, “Royal Hotel” kimi məşhur hotellər də daxil olmaqla, bir çox hotellərdə var. Məsələ ilə bağlı açıqlama verən “Fairmont” hotelinin əməkdaşları onlarda parkinq xidmətinin olduğunu təsdiq etdi, lakin onlardakı qaydaya görə, hotelə məxsus parkinq ərazisində avtomobilin üzləşəcəyi bədbəxt hadisələrdə avtomobil sahibinin özünün günahı yoxdursa, onda hotel buna görə məsuliyyəti üzərinə götürür. Onların sözlərinə görə, təcrübədə yalnız qəbzdə qeyd olunan mətnin ikinci hissəsi həyata keçirilə bilər, yəni avtomobili uzun müddət saxlamaq üçün yerləri olmadığına görə, 3 ay müddətində avtomobil sahibi qəbzi təqdim edib avtomobili almadığı müddətdə əmlakı satıla bilər. “Hilton Baku”dan "Report"a bildiriblər ki, hotelin parkinqində kiminsə günahına görə baş verən hadisəni mühafizəçinin gördüyü təqdirdə araşdırma aparılır və hotel tərəfindən qonağa yardımçı olmağa çalışılır, amma ümumilikdə hotelin belə bir öhdəliyi yoxdur. “Excelsior Baku”da parkinq xidməti var, amma yenə də məsuliyyəti hotel daşımır. “Royal Hotel”də parkinq yeri var, amma sürücü özü avtomobilini yerləşdirməlidir, hotel isə baş verə biləcək hadisəyə görə cavabdehlik daşımır. Məsələyə aydınlıq gətirən yol hərəkəti üzrə tanınmış ekspert Ərşad Hüseynov “Report”a bildirib ki, Nazirlər Kabinetinin parkinq yerləri barədə əsasnaməsi var: "Əsasnamədə göstərilir ki, parkinq xidməti göstərən təşkilat, fiziki və ya hüquqi şəxs avtomobili qəbul edibsə və ya buna görə müəyyən haqq alırsa, həmin hotel, qurum və s. avtomobilin təhlükəsizliyinə görə məsuliyyət daşımalıdır. Bu birmənalıdır. Parkinqə görə haqq almaq da müxtəlif cür ola bilər - hotelə edilən ümumi ödənişə daxil edilə bilər, və ya əlavə ödənilə bilər". Ə.Hüseynov deyib ki, Əsasnaməyə görə avtomobili qəbul edən zaman hotel tərəfindən ona yüngül, vizual baxış keçirilməli, zədələnən yerləri qeydə alınmalı, avtomobildə qiymətli bir əşyanın olub olmaması da qeyd olunmalıdır. Sonra sahibin hər hansı iddiası olarsa, ona həmin sənəd göstərilməlidir ki, buna baxış keçirilib və hotelə daxil olan zaman avtomobilin vəziyyəti belə idi, zədəli idisə, avtomobil sahibi özü, deyildisə və parkinq ərazisində zədələnibsə, hotel buna görə məsuliyyəti öz üzərinə götürməlidir. Ə.Hüseynov qeyd edib ki, Nazirlər Kabinetinin Əsasnaməsində bununla bağlı hər şey qaydasındadır: "Hotel nizamnaməsində bunun əksinə bir müddəa yazılsa belə, onun heç bir əhəmiyyəti yoxdur. Əgər bu xidmət göstərilirsə, hotelin parkinq üçün xüsusi ərazisi varsa, məsuliyyəti öz üzərinə götürməlidir. Əks halda avtomobil sahibi məhkəməyə müraciət edə bilər və məhkəmə avtomobil sahibinin iddiasını problemsiz təmin edəcək".


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Pensiya ilə bağlı vacib xəbər: 30 min manatı tez almaq üçün… - AKTUAL
Bu gün, 06:02 |
|
|
|
| • Qonşular niyə daha sürətlə inkişaf edir? - ARAŞDIRMA
Bu gün, 06:00 |
|
|
|
| • Ermənistan qazanmaq istəyirsə... - “Ancaq Azərbaycan siyasətinə pənah gətirməlidir”
Bu gün, 05:56 |
|
|
|
| • ADNSU-dan "Məzun günü" üçün fantastik xərc: Bir günə 183 min manat - TƏFƏRRÜAT
Bu gün, 05:55 |
|
|
|
| • Banklar kredit faizini artıracaq: Əhali borclarını ödəyə bilmir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 05:52 |
|
|
|
| • Mənfəətdə kəskin azalma, depozitlərdə 30 milyonluq itki - "Yelo Bank"ın rüblük hesabatı
Bu gün, 05:51 |
|
|
|
| • "Düşüncəsi dayaz olanlar xəyanət edər"
Bu gün, 05:46 |
|
|
|
| • ABŞ və İran dondurulmuş aktivlərlə bağlı razılığa gəlib - KİV
Bu gün, 05:43 |
|
|
|
| • Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41 |
|
|
|
| • Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11 |
|
|
|
| • Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08 |
|
|
|
| • Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05 |
|
|
|
| • CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53 |
|
|
|
| • Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49 |
|
|
|
| • Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46 |
|
|
|
| • Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40 |
|
|
|
| • “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35 |
|
|
|
| • Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32 |
|
|
|
| • “Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25 |
|
|
|
| • “Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23 |
|
|
|
| • Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16 |
|
|
|
| • Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13 |
|
|
|
| • Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11 |
|
|
|
| • “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51 |
|
|
|
| • Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25 |
|
|
|
| • Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23 |
|
|
|
| • Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21 |
|
|
|
| • Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31 |
|
|
|
| • Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29 |
|
|
|
| • Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15 |
|
|
|
| • Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54 |
|
|
|
| • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45 |
|
|
|
| • Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11 |
|
|
|
| • Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:09 |
|
|
|
| • Bu gün onun anım günüdür
Dünən, 13:07 |
|
|
|
| • Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 13:03 |
|
|
|
| • 24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Dünən, 12:55 |
|
|
|
| • Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Dünən, 12:53 |
|
|
|
| • Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Dünən, 12:49 |
|
|
|
| • AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Dünən, 12:45 |
|
|
|
| • SOCAR-da yeni təyinat - Foto
Dünən, 12:33 |
|
|
|
| • ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Dünən, 12:25 |
|
|
|
| • Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Dünən, 12:17 |
|
|
|
| • Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Dünən, 12:05 |
|
|
|
| • Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Dünən, 12:00 |
|
|
|
| • “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Dünən, 11:58 |
|
|
|
| • Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Dünən, 11:43 |
|
|
|
| • Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Dünən, 11:41 |
|
|
|
| • Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Dünən, 11:40 |
|
|
|
|