Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                 

Deputatın güdaza gedən qohumunun məhkəməsi yekunlaşır
Tarix: 28-07-2015, 13:11 | Çap et
Deputatın güdaza gedən qohumunun məhkəməsi yekunlaşır
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə dələduzluqda ittiham olunan Rövşən Hacızadə və Qərib Əmiraslanova hökm oxunacaq. Rövşən Hacızadə deputat Əsabil Qasımovun yaratdığı, hazırda oğlunun idarə etdiyi “Karat” MTK-da çalışıb, qarovulçu olub.
Faktiki qaravulçu olsa da, rəsmi sənədlərdə adı MTK-nın icraçı direktoru kimi qeyd olunub. Buna görə də ittiham aktında da adı “Karat” MTK-nın icraçı direktoru kimi keçir və məhkəmə qarşısına da bu vəzifənin daşıyıcısı kimi çıxarılıb.
İttiham aktında yazılıb ki, Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Q.Əmiraslanov deputat Əsabil Qasımovun xalası oğludur. Onun qarovulçu ilə birgə məhkəmə qarşısına çıxarılması təsadüfi deyil. Deputatın öz xalası oğlundan şikayətçi olmasının səbəbi var. İttiham aktına görə Rövşən Hacızadə Qərib Əmiraslanovla birgə MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər. Buna görə də Rövşən Hacızadə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), Qərib Əmiraslanova isə 178.3.2-ci maddəsi ilə ittiham elan olunub.
İş üzrə keçirilən məhkəmə proseslərində təqsirləndirilən şəxs qismində dindirilən R.Hacızadə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Deyib ki, ittihamda yer alan bütün qanunsuzluqlar deputat Əsabil Qasımovun yaxın qohumları olan Taleh Qasımov, Umud Umudov, Qərib Əmiraslanov və İntiqam Umudov tərəfindən törədilib. R.Hacızadənin bacısı Güllü Hacıyeva isə mətbuat konfransı keçirərək deyib ki, deputat öz xalası oğlunu həbs etdirməklə “Karat” holdinqə daxil olan çoxsaylı şirkətlərindəki yeyintilərin qarşısını almağa, orada çalışan digər qohumlarını qorxutmağa çalışır. Məhkəmədə R.Hacızadənin özü isə bəyan edib ki, mənzil və avtomobil yerlərinin satılması barədə sənədlər Əsabil Qasımovun təhriki ilə yazılıb: “Karat” MTK-da heç bir vəzifədə işləməmişəm, heç bir səlahiyyətim olmayıb, heç kimin pulunu ələ keçirmək üçün mənzil və ya avtodayanacaq yerləri satmamışam. “Karat” MTK-da heç bir vəzifəm olmadığından vəzifə saxtakarlığı törətməmişəm. Əsabil Qasımov və onun yaxın ətrafı öz saxtakarlıqlarını gizlətmək məqsədilə mənə şər, böhtan atırlar”.
R.Hacızadənin ifadəsi məhkəmənin onu direktor kimi mühakimə etməsinə mane olmayıb. Ona direktora aid suallar verilib. Təbii ki, qarovulçunun direktora aid suallara cavab verməsi də mümkünsüz olub. Məhkəmənin aparılma qaydası, müdafiə tərəfinin vəsatətlərini təmin etməməsi onu deməyə əsas verir ki, R.Hacızadə barəsində ittihamedici hökm veriləcək.
Məhkəmə qarşısına çıxarılan deputatın xalası oğlu Qərib Əmiraslanov haqda isə həbslə əlaqəli olmayan hökmün çıxarılacağı da gözləniləndir. Q.Əmiraslanov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. İstintaq materialları arasında Q.Əmiraslanovun ifadəsi var. Həmin ifadəsində Q.Əmiraslanov mənzili qumar borcuna görə Ağdam rayonundan olan Yusif Əfsəriyə verdiyini gizlətməyib. Deyib ki, qumarda Yusif Əfsəriyə külli miqdarda pul uduzub. Həmin məbləğin bir hissəsini nağd ödəyib, qalan 205 min manat borcun əvəzinə isə “Karat” MTK-dan mənzil vermək barədə razılığa gəliblər. Deputatın qohumu R.Hacızadəyə deyib ki, X.Şuşinski küçəsi 12 saylı binadakı 4 otaqlı mənzili Y.Əfsərinin qardaşı oğlunun adına sənədləşdirməkdə köməklik etsin.
R.Hacızadənin vəkili Ceyhun Yusifov deyir ki, müdafiə etdiyi şəxsin bu cinayətlə ümumiyyətlə əlaqəsi yoxdur Vəkilin sözlərinə görə, istintaq qərəzli xarakter daşıyıb, cinayətin açılmasına, əsl cinayətkarların müəyyən edilməsinə, cinayət işinin obyektiv araşdırılmasına deyil, əsl cinayətkarları gizlətmək məqsədilə həyata keçirilib: “Nə istintaq zamanı, nə də ki, məhkəmədə Rövşən Hacızadə ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. Bu halları nəzərə alan məhkəmə öncə məhkəmə istintaqının zərərçəkmişlərin ifadəsi ilə başlanılmasını məqsədəuyğun hesab etdi. Rövşən qəti şəkildə bu işin qurma, özünün isə qurbanlıq olduğunu bildirdi. Bununla yanaşı, Rövşən Hacızadə dələduzluqda ittiham olunduğu əmlakla bağlı mötəbər sübutları məhkəmə baxışına təqdim edəcəyini israrlı şəkildə dedi. Rövşən Hacızadə məhkəməyə bu iş üzrə dırnaqarası zərərçəkənin Əsabil Qasımov olduğunu və istintaqa zərərçəkən kimi təqdim olunanların hamısının onun öz adamları olduğunu dedi”.
Onu da qeyd edək ki, R.Hacızadənin bacısı Güllü Hacıyeva mətbuat konfransı keçirərək ölkə başçısına müraciət edib: “Qardaşım Rövşən barəsindəki həbs-qətimkan tədbirinin ləğvinə və cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınmasına son qoyulması üçün aidiyyəti üzrə göstərişlər verilməsini və əsl cinayətkarların cinayət məsuliyyətinə cəlb edilməsinə köməklik göstərilməsini xahiş edirik. İnanıram ki, müraciətimizdən sonra deputat adına xələl gətirən, günahsız insanları həbs etdirərək dövlətdən narazı salmağa çalışan Əsabil Qasımov barəsində qanuni tədbir görüləcək. Bizim haqsız olaraq məruz qaldığımız bu əzab və iztirablara son qoyulacaq”.
Prosesin nəticəsi haqda məlumat verəcəyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Dünən, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Dünən, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Dünən, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Dünən, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Dünən, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Dünən, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Dünən, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Dünən, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Dünən, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Dünən, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Dünən, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Dünən, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Dünən, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Dünən, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Dünən, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Dünən, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Dünən, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Dünən, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Dünən, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Dünən, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Dünən, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Dünən, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Dünən, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Dünən, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Dünən, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Dünən, 13:09
Bu gün onun anım günüdür
Dünən, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Dünən, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Dünən, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Dünən, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Dünən, 12:45
SOCAR-da yeni təyinat - Foto
Dünən, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Dünən, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Dünən, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Dünən, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Dünən, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Dünən, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Dünən, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Dünən, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Dünən, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Dünən, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Dünən, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Dünən, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Dünən, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Dünən, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Dünən, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Dünən, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Dünən, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru