Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                 

Qüdsi Osmanovdan Abbas Abbasova yeni sensasion ittihamlar - Qalmaqal
Tarix: 17-07-2015, 09:20 | Çap et
Qüdsi Osmanovdan Abbas Abbasova yeni sensasion ittihamlar
Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov vesti.az saytına müsahibəsində baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovu diasporun fəaliyyətinə mane olmaqda ittiham edib. Səfir müavini qeyd edib ki, A.Abbasovun şəxsi ambisiyaları sonda təşkilatın məhvinə, Rusiyada yaşayan azərbaycanlılar arasında münaqişənin yaranmasına səbəb oldu.

Q.Osmanov bildirib ki, A.Abbasov “AzerRos”da olarkən qurumdan bir alət kimi istifadə edərək, özünü Rusiyadakı azərbaycanlıların lideri kimi tanıtmaq cəhdi ilə məşğul olub: “Məqsəd isə aydındır: Rusiya hakim dairələrinə yaxın olmaq istəyi. Əslində o, Rusiyada olan azərbaycanlı iş adamlarına gizlicə problemlər yaradır, sonra öz təmsilçiləri vasitəsilə həmin problemi həll edir, bununla da onları özündən asılı vəziyyətə salırdı”.

Qeyd edək ki, səsləndirdiyi ittihamlarla bağlı ötən gün Qüdsi Osmanovla danışdıq. Səfirin müavini bildirdi ki, Abbas Abbasovun fəaliyyəti ilə bağlı məlumatlar artıq heç kimə sirr deyil, Rusiyadakı azərbaycanlıların hər birinə məlumdur:

- Abbas Abbasovun fəaliyyəti ilə bağlı məlumatlar yalnız məndə deyil, bütün diasporda var. Moskvada yaşayan bütün azərbaycanlılar onun fəaliyyəti barədə məlumatlıdır, bunu açıq danışırlar. Bu yaxınlara qədər bu adam bütün diaspor rəhbərlərinə zəng edərək təkliflər edirmiş. Bu məlumat çox adamda var.

- Belə bir fikirlər var ki, bu məlumatlar Abbas Abbasovun həbsinə səbəb ola bilər. Ümumiyyətlə, hüquq-mühafizə orqanları bu məlumatlarla maraqlanırlarmı?

- Bu barədə mən heç nə deyə bilmərəm. Hüquq-mühafizə orqanlarının necə reaksiya verəcəyini deyə bilmərəm. Amma bu insanın əsas fəaliyyəti ondan ibarətdir ki, Rusiyada yaşayan azərbaycanlıları qarışdırsın, bir-birinə qarşı qoysun. Bu isə ciddi etirazlara səbəb olub, diaspor fəalları, aktivlər Abbas Abbasova qarşı qalxıb. O isə heç bir tələbə, etirazlara məhəl qoymur, əksinə, “AzerRos” sənədlərini aparıb seyfində saxlayır ki, bu mənimdir, heç kimə vermək istəmirəm. Azərbaycanlılar hazırda bu təşkilatı geri qaytarmaq, fəaliyyətini aktivləşdirmək istəyirlər. Çünki Rusiyada yaşayan azərbaycanlılar hesab edir ki, bu təşkilat diaspor üzvlərinin gələcəyidir, onların Rusiyada mövcudluğu, ictimai-siyasi fəaliyyəti, öz səslərini çatdırmaq üçün federal təşkilat olaraq mühüm vasitədir. Amma Abbas Abbasov təşkilatın möhürünü öz seyfində gizlədərək heç kimə vermir.

Lakin eyni zamanda onun dünya erməni diaspor nümayəndələri, fəallarla daimi görüşləri olur. Bu görüşlərin yeganə səbəbi də onun öz çirkin siyasətini həyata keçirməsidir. Bundan başqa, Avropada təşkilatlanmış, özlərini müxalifət adlandıran yırtıcı və Azərbaycanı dağıtmaq istəyində olan qüvvələrlə mütəmadi görüşlər keçirir. Yəni bu mənada onun etdiyi xeyli işlər var. Rusiyada yaşayan azərbaycanlılar diasporun fəaliyyətini gücləndirməkləri ilə məşğul olduqları halda, bu insanın törətdikləri əməllər cinayət deyilmi? Hələ bu, aysberqin görünən hissəsidir.

- Abbas Abbasovun fəaliyyətindən narazı olan azərbaycanlıların hansısa bir hərəkəti varmı? Yəni səfirliyə, yerli hüquq-mühafizə orqanlarına müraciət edirlərmi?

- Əlbəttə. Artıq 8 aydır ki, seminarlar, dəyirmi masalar, konfranslar və iki dəfə geniş tərkibli qurultay keçiriblər. Rusiyanın 40 bölgəsinin diaspor rəhbərləri, mərkəzi diaspor qurumlarının rəhbərlərinin birgə toplantıları, qurultay keçirilib. Əsas tələb də o olub ki, Abbas Abbasov təşkilatı təhvil versin və ümumiyyətlə, diaspor fəaliyyətindən uzaqlaşsın. Bu gün azərbaycanlı diaspor fəalları onunla mübarizə aparırlar. O isə əksinə, polisi, Dağıstan quldurlarını köməksiz azərbaycanlıların üzərinə göndərir, onları döydürür. Abbasova qarşı çıxan biznesmenlərin biznesini dağıdırlar. Onun da yanında bir neçə adamlar var, pulla xidmət edirlər. Bu səbəbdən də hazırda diaspor daxilində ciddi konflikt var. O, xərclədiyi pulları Rusiyada yaşayan azərbaycanlıların problemlərinin həllinə, Azərbaycanın, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin Rusiyada təbliğatına yönəltsə daha faydalı olmazmı? Bütün bu etirazlara, ona qarşı müqavimətə baxmayaraq Abbas Abbasovun diaspor meydanından çəkilməməsi, əksinə, müqavimət göstərməsi onu göstərir ki, bu adamın özünün maraqları və çirkli niyyətləri var. Təəssüflər olsun ki, ölkəmizin daxilində isə bəzi məmurlar bu günə kimi ona gizli şəkildə dəstək verirlər və onunla əlaqə saxlayırlar. Lakin onlar başa düşməlidirlər ki, bizim üçün milli maraq müqəddəsdir, ulu öndər Heydər Əliyevin bizə qoyduğu əmanət - müstəqil Azərbaycan anlayışı bizim üçün alidir, biz buna canımızı da əsirgəməməliyik. Mənim başa düşdüyüm bundan ibarətdir.

- Səfirlik bu münaqişə ilə bağlı hansı addımları atacaq? Yəqin ki, rəsmi müraciətlər olub.

- Səfirliyə bu məsələ ilə bağlı yüzlərlə müraciət göndərilib. Həmçinin diaspor aktivi tərəfindən Rusiya rəhbərliyinə, əlaqədar qurumlara müraciətlər olub. Bizim ölkəmizin müvafiq qurumlarına onlarla müraciətlər olub. Biz indi gedib nə edək, Abbasın əlindən möhürü zorla ala bilmərik ki? Bizim də vəzifəmiz oradakı azərbaycanlıları müdafiə etmək, onları dəstəkləməkdir. Məsələn, mən özüm səfir müavini kimi yüzlərlə müraciətlər almışam. Bundan başqa, diaspor liderləri mütəmadi olaraq Azərbaycan mediasında da çıxışlar edirlər. Səhv etmirəmsə, bu günə qədər 30-dan artıq diaspor rəhbəri mətbuatda çıxış edərək Abbas Abbasovun fəaliyyətinə etirazlarını bildiriblər.

Bu, indinin məsələsi deyil ki. Necə ola bilər 3 il əvvəl “Regnum” və bu kimi agentliklərə müsahibəsində azərbaycanlıları “bazarnik” adlandıran şəxs indi bazarlara gedərək dəstək istəyir, onlara vədlər verir. Abbas Abbasov özünü diaspor lideri kimi görmək istəyir. Bununla da əlaqələrinin böyüməsi, Rusiya hakimiyyətinə çıxış imkanları qazanmaq və ən mühümü Rusiyadakı azərbaycanlıları nəzarətində saxlamaq cəhdindən ibarətdir. Nəticədə bütün azərbaycanlıları əlində saxlamağa çalışır. Azərbaycanlılar isə ayağa qalxaraq bu adama etiraz edir. O ki qaldı mənə, mən isə onların dəstəyindəyəm, çünki ilk növbədə onlar azərbaycanlıdırlar.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Bu gün, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Bu gün, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Bu gün, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Bu gün, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Bu gün, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Bu gün, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Bu gün, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Bu gün, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Bu gün, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Bu gün, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Bu gün, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Bu gün, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Bu gün, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Bu gün, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Bu gün, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru