Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib .....                     Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub .....                     Jurnalist yeni brendini yaratdı .....                     Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi .....                     Rubionun İrəvan səfəri: .....                     CHP-dəki proseslər demokratiyanın göstəricisidir .....                     Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib .....                     Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi .....                     Azərbaycan bayrağını ingilis generalımı yaradıb? .....                     “Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi .....                     Müğənni Xaliq VƏFAT ETDİ .....                     “Putinin kölgəsi” sərt mesaj verdi .....                     “Oğlumun gözünün işığı sönüb” .....                     Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... .....                     Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər .....                     Moskva istəyir deyə... .....                     “Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” .....                     Ermənistanın Rusiya qazına alternativləri .....                     Kılıçdaroğlu on nəfəri CHP-dən qovur .....                     Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi .....                     Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı .....                     Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                 

İlham Əliyevlə Obama razılığa gəldi - TƏHLİL
Tarix: 16-07-2015, 14:55 | Çap et
İlham Əliyevlə Obama razılığa gəldi
Yüksək rütbəli amerikalı məmurun ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi və koordinatoru Amos Hakştaynın Bakıya bu yaxınlardakı sensasion səfəri və onun prezident İlham Əliyevlə qapalı danışıqları Azərbaycan dövlət başçısının hökumətin iclasındakı sensasion çıxışının kölgəsində qaldı.

Görünən budur ki, İ.Əliyevin çıxışı iqtisadiyyatın məhz təcili dövlət müdaxiləsinin tələb olunduğu seqmentlərdə yeni sistemli islahatların müjdəçisi oldu. Ölkənin daxili siyasi həyatında çoxdan gözlənilən bu hadisə Azərbaycanın gələcəyinə əhəmiyyətli təsir göstərəcək digər vacib hadisəni - Amerika hökuməti nümayəndəsinin Bakı səfərini bir qədər kölgədə qoydu.

Azərbaycan hakimiyyətinə yaxın mənbələrdən məlum olub ki, amerikalı diplomat Azərbaycan prezidenti ilə təkcə enerji sahəsindəki strateji əməkdaşlıq məsələlərini müzakirə etməyib. Hərçənd ki, A.Hokştayn Bakıda Vaşinqtonun Cənub Qaz Dəhlizinə, kobud desək, “Azərbaycanın Avropa borusu”na qeyd-şərtsiz və birmənalı dəstək verdiyini bəyan etdi və bu, ekspertlərin nəzərindən yayınmadı.

Obamanın nümayəndəsi iki ölkənin hökumətləri arasındakı mübahisələr dövründə unudulmuş bu məşhur Amerika tezisini də dönə-dönə vurğuladı, təkrarən dilə gətirdi: “Vaşinqton Azərbaycanın strateji tərəfdaşı və dostu kimi...”

Amerikalı məmurlar rəsmi Bakının ünvanına çoxdan idi belə danışmırdı. Rusiyanın enerji nəqli arteriyalarına alternativ olan Azərbaycan marşrutu diversifikasiya konsepsiyasını yaymağa və qəbul etdirməyə hər vəchlə çalışan ABŞ-ın strateji maraqları çərçivəsinə daxil olsa da amerikalı məmurların dilindən çoxdan idi belə təriflər və pozitiv ritorika eşidilmirdi. Səbəb nədir?

Səbəb odur ki, A.Hokştayn İ.Əliyevlə təkcə enerji paketini müzakirə etməyib (yeri gəlmişkən, Dövlət Departamentinin nümayəndəsi açıq mətnlə dedi ki, Vaşinqton Azərbaycanın enerji layihələrini bundan sonra da dəstəkləyəcək). A.Hokştaynla İ.Əliyev həm də Azərbaycan və ABŞ hökumətləri arasındakı münasibətlərin normallaşdırılması fonunda genişmiqyaslı strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər.

A.Hokştayn Azərbaycan prezidenti ilə Barak Obamanın adından danışıq aparıb. İlham Əliyevə çıxış nöqtəsinə - strateji tərəfdaşlıq və möhkəm dostluğa qayıtmağı təklif edirlər. Bəlli olan budur ki, iki ölkə arasındakı sərt qarşıdurma təşəbbüskarı Azərbaycan hökuməti yox, ABŞ administrasiyasıdır. Mənasız və amansız “soyuq müharibə”ni Əliyev yox, amerikalılar başlamışdı və qızışdırırdı. Məhz bu ölkə özünün aparıcı KİV-lərində və kobud desək, öz nəzarətindəki ölkələrin mətbu orqanlarında Azərbaycan prezidentinə qarşı heç bir əsası olmayan kampaniya aparırdı.

Azərbaycan bütün bu müddətdə Vaşinqtona tabe olan resursların açıq-aşkar təhqiramiz xarakterli hücumlarına sadəcə cavab verib. Qərb mətbuatında qərbli oxucuların çoxunun heç adını da eşitmədiyi bir ölkə haqqında yüzlərlə məqalənin öz-özünə, necə deyərlər, özbaşına peyda olması barədəki arqumentlər isə heç ən adi tənqidə də dözməyəcək qədər zəifdir. Bu məqalələrin peyda olması sosial sifariş deyildi, istisnasız olaraq siyasi qərar, siyasi çıxış idi.

İndi isə Vaşinqton dostluq əlini uzadır. İ.Əliyev bu jesti qəbul etdi, ona tərəf uzanan bu əli sıxdı. Bu zaman keçmişə qayıtmaq istəmədi. Bəs keçmişdə nə olub? Bu illər ərzində Vaşinqtona Bakı ilə anlaşmaqda nə mane olub?

Qısaca desək, Corc Buşun prezidentliyinin sonlarından başlayaraq ABŞ administrasiyası Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın aydın gündəliyini elan etmişdi. Söhbət energetika, təhlükəsizlik və... belə deyək ki, demokratiya sahəsindəki tərəfdaşlıq və əməkdaşlıqdan gedirdi. İlk iki məsələ ilə bağlı tərəflər arasında heç bir ziddiyyət, mübahisə və anlaşılmazlıq yaranmadı.

Məhək daşı rolunda çıxış edən faktor üçüncü məsələ idi - məşhur demokratiya məsələsi. Qərb liberal dəyərlər sisteminin qlobal xarakter daşıdığını əsas götürən amerikalılar daxili siyasi məsələlərlə bağlı əsla qəbul oluna bilməyən tələblər irəli sürməyə başlamışdılar. Özü də həyasızcasına. Amerikalılar Azərbaycanın 90-cı illərin sonlarının reallıqlarına xas beynəlxalq vəziyyətə, daha dəqiq desək, beynəlxalq konyukturaya uyğunlaşmış siyasi sisteminin demontajını çox gec fərq etmişdilər. Qərb özü siyasi liberalizmdən imtina edən kimi Azərbaycanın da demokratiyanın beşiyi olan bu ölkənin təcrübəsini əsas götürməkdən savayı yolu qalmadı.

Çoxəsrlik demokratiya ənənələrinə malik bir ölkə - ABŞ dünyanın hər yerində MKİ-nin məxfi eksperimental həbsxanalarını yaratmağa, orada işgəncələrin ən qəddar üsullarını sınaqdan çıxarmağa başladığı bir vaxtda Şərq ölkəsi və yeni dövlət olan Azərbaycanı liberalizmin və demokratiyanın avanqardı rolunda təsəvvür etməyin özü belə çətindir. Elə deyilmi?

Bundan əlavə, Qərbin, ilk növbədə isə ABŞ-ın mövqeyində məntiqdən uzaq bir təmayül sezilməyə başladı: Qərb sisteminə hazır olmayan ölkələrə münasibətdə məntiqsiz bir seçim tətbiq olunurdu.

Vaşinqton demokratiyanın olmamalı olduğu ölkələri seçib ayırdı: Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Misir və s. Sonra da inqilabın mütləq qalib gəlməli olduğu ölkələri müəyyən etdi. Bu ölkələrin siyahısına isə heç kimin gözləmədiyi halda öz tərəfdaşı və dostu olan ölkəni - Azərbaycanı da daxil etdi. Rəsmi Bakının bütün qınaq və iradları rədd edildi, arqumentləri dinlənilmədi, izahatlarına qulaq asılmadı. Azərbaycana münasibətdə diktat, hədə və açıq şantaj dili seçildi. Azərbaycanın elan olunmamış bu müharibə çağırışını ləyaqətlə qəbul etməkdən başqa hansı yolu qalırdı ki?!

Rəsmi Bakı irimiqyaslı hücumları dəf edirdi. Əsas tezisi isə bu idi ki, ölkənin daxili siyasi işlərinə qarışmaq qəbulolunmazdır.

Bu üzücü və permanent "soyuq müharibə" illərlə davam etdi. Bu savaş müxtəlif forma və şəkillərdə - qarşılıqlı ittihamlar, ifşa, şantaj və hədələr - getdi. Lakin hamı başa düşürdü ki, heç bir ölkənin milli və dövləti maraqlarına uyğun gəlməyən bu mənasız qarşıdurma nəhayət sona çatmalıdır, bunun bir sonu olmalıdır. Bu dramatik tarixçənin finalı bizim gözlərimiz önündə baş verdi.

Vaşinqton kompromis və dostluq təklif etdi. Əliyev buna razılıqla cavab verdi. Bunun elə səhəri gün Müdafiə Nazirliyi Pentaqon və NATO ilə hərbi-strateji əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan etdi.

ABŞ səfirliyinin hərbi attaşesi Baş Qərargah rəisi Nəcməddin Sadıkovla görüş keçirdi. Şübhə yoxdur ki, sonra yeni siyasi təşəbbüslər də olacaq. Azərbaycan hökuməti Qərblə status-kvonu və Heydər Əliyev dövrünün xarici siyasət doktrinasını bərpa etmək məsələsini ciddi şəkildə nəzərdən keçirir.

Əlbəttə, biz Azərbaycanın taleyindəki yeni tarixi dönüşün şahidi olduq. Bəs Qərbin digər hissəsi ilə - “qoca Avropa” ilə münasibətlər necə qurulacaq?

Azərbaycan Vaşinqtonla permanent "soyuq müharibə" zamanı böyük hesabla Avropa ölkələrinin mütləq əksəriyyəti ilə dayanıqlı və kifayət qədər möhkəm münasibətlərini saxlaya bildi. Mərkəzi və Şərqi Avropanın bütün ölkələri rəsmi Bakının etibarlı dayağıdır, energetika strategiyasına stavka həddən artıq yüksəkdir.

Üstəlik Merkel Almaniyası istisna olmaqla Qərbi Avropa ölkələri tərəfindən də qarşılıqlı münasibətlərdə xüsusi kolliziya müşahidə edilmədi. Şübhəsiz ki, Vaşinqtonla yeni ittifaq kansler Almaniyasını Əliyev hökuməti ilə münasibətlərə yenidən baxmağa sövq edəcək. Onsuz da Frank-Valter Ştaynmayer başda olmaqla alman hökumətinin nüfuzlu hissəsi Merkeli Bakı ilə münasibətlərdə aqressiv ritorikanı istisna etməyə inandırmağa səy göstərir.

İlham Əliyevin İtaliyaya bu günlərdə etdiyi işgüzar səfər isə nümayiş etdirdi ki, Avropa KİV-lərinin Bakıdakı Avropa Oyunları ərəfəsində Azərbaycanı nüfuzdan salmağa yönəlmiş bütün səyləri heçə enib. Həm İtaliya prezidenti Serjio Mattarella, həm baş nazir Matteo Rentsi Azərbaycan prezidentini çox isti qarşıladılar.

Səfərin protokol baxımından işgüzar xarakter daşmasına baxmayaraq İ.Əliyevi rəsmi səfər səviyyəsində qarşıladılar. Və İtaliya başçısı prezidentlə söhbətində onu ilk qitə oyunlarının möhtəşəm təşkil edilməsinə və uğurla keçirilməsinə görə təbrik etdi. Əliyevin italyan furoru Avropa Oyunları ərəfəsində təşkil edilmiş anti-azərbaycan kampaniyasının tam iflasa uğradığını bir daha göstərirdi.

Və əgər bura digər iri regional oyunçularla və strateji tərəfdaşlarla - dost Rusiya ilə, qardaş Türkiyə ilə şəksiz ki, Əliyev, Putin və Ərdoğan arasında şəxsi etimada söykənən yüksək səviyyəli münasibətləri, habelə rəsmi Bakının Şanxay Əməkdaşlıq Təşkilatına partnyor statusunda qoşulmağa hazır olmasını əlavə etsək, əsas nəticəyə gələrik - prezident İlham Əliyev Heydər Əliyevin xarici siyasət balansına və çoxvektorlu diplomatiyasına sadiq qalır.

Və nəhayət, bu günlərdə Amerika ilə İran arasında bağlanmış sülh paktı fonunda bunu da qeyd etmək lazımdır ki, yalnız İlham Əliyevin dünya şahmat taxtasında çoxgedişli kombinasiyası sayəsində Azərbaycan hədsiz böyük təzyiqlərə baxmayaraq qonşu İranla münasibətlərini qoruyub saxlaya və yeni səviyyəyə qaldıra bildi. Hansı ki, Tehranla münasibətlərdə Qərbdən və Yaxın Şərqdən qızışdırılan kolliziyalar gələcəkdə böyük başağrısına səbəb ola bilərdi. Axı Azərbaycanı 2000-ci illərin əvvəllərində İranın təcrid olunmasına cəlb etməyə necə səylər göstərilirdi. Azərbaycan isə müxtəlfi avantüralara uymadı və regional təhlükəsizlik sisteminin möhkəmləndirilməsi üçün bütün mümkün olan və olmayan səyləri göstərdi.

Bakı ətrafında geosiyasi gərginliyi yalnız Vaşinqtonla münasibıətlərdəki böhran şərtləndirirdi. Ancaq İlham Əliyevin dəqiq ölçülüb-biçilmiş, düzgün hesablanmış və ardıcıl xarici siyasət kombinasiyası sayəsində dünyanın ən güclü ölkəsi ilə - Birləşmiş Ştatlarla da münasibətlərdəki böhran arxada qaldı. Azərbayan yenidən Vaşinqtonun yaxın tərəfdaşıdır... Bax belə!


Eynulla Fətullayev









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Auditorlar Palatasının 717 min manatlıq mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinə cəza istənilib
Bu gün, 17:41
Rüşvət almaqda və dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:15
Jurnalist yeni brendini yaratdı - FOTO
Bu gün, 17:11
Ermənistan Çindən aldığı PUA-ları ilk dəfə nümayiş etdirdi - FOTO
Bu gün, 17:08
Rubionun İrəvan səfəri: - Paşinyana dəstək, yoxsa “Tramp marşrutu”?
Bu gün, 17:05
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
Bu gün, 16:53
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
Bu gün, 16:49
Tikinti sektorunda işgüzar fəallıq indeksi kəskin gerilədi - DETALLAR
Bu gün, 16:46
Azərbaycan bayrağını ingilis generalımı yaradıb? - FOTO
Bu gün, 16:40
“Bakcell” və Gənclər Fondunun təqaüd proqramının qalibləri müəyyənləşdi
Bu gün, 16:35
Müğənni Xaliq VƏFAT ETDİ - VİDEO
Bu gün, 16:32
“Putinin kölgəsi” sərt mesaj verdi - Kreml Paşinyanla bağlı düyməni basır...
Bu gün, 16:25
“Oğlumun gözünün işığı sönüb” - Bağçada nə baş verir?
Bu gün, 16:23
Azərbaycan qadınlarını 17 min dollara Gürcüstana aparırlar... – İLGİNC faktlar
Bu gün, 16:16
Kremlin pressinqi Ermənistanı Azərbaycan qazından asılı vəziyyətə qoya bilər - ŞƏRH
Bu gün, 16:13
Moskva istəyir deyə... - İNCƏLƏMƏ
Bu gün, 16:11
“Qadınlar 10 yaş böyük kişi ilə evlənsələr, uğurlu olar” - Fərhad Pərvizi ilə QALMAQALLI MÜSAHİBƏ
Bu gün, 15:51
Ermənistanın Rusiya qazına alternativləri – Kreml yenə hədələdi
Bu gün, 15:25
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
Bu gün, 15:23
Vətən Mübaribəsi Qəhrəmanı yüksək vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 15:21
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
Bu gün, 14:31
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru