Bakının Ermənistandakı ƏSAS “adamı” .....                     Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq .....                     Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları .....                     Türk diplomat Paşinyanla bağlı çağırış etdi .....                     Azərbaycan Mərkəzi Bankında yeni təyinat .....                     Bu gün onun anım günüdür .....                     Polkovnik işdən çıxarıldı .....                     24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb .....                     Karapetyanın ofislərində axtarış başladı .....                     Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib .....                     AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... .....                     SOCAR-da yeni təyinat .....                     ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri .....                     Ayaz Qasımovdan SƏRT İRAD .....                     Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü .....                     Simonyan erməni xalqını efirdə təhqir etdi .....                     “Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... .....                     Ermənistan Rusiya ilə əlaqələri kəsir .....                     Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu .....                     Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı .....                     Medvedev Ermənistan Baş nazirini aşağıladı .....                     Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb .....                     “Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” .....                     Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi .....                     Qalibaf yenidən İran parlamentinin sədri seçilib .....                     Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi .....                     “Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” .....                     Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... .....                     ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək .....                     “Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii .....                     Erməni müxalif liderindən şok iddia .....                     Bəstəkarın oğlundan ETİRAZ .....                     Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə .....                     Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI .....                     “Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” .....                     Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı .....                     Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi .....                     Qurban kəsimi 3 gün davam edəcək .....                 

Həsənin ailəsindən şok iddia: - “DƏFN ETDİYİMİZ MEYİT HƏSƏN DEYİLDİ”
Tarix: 10-07-2015, 10:20 | Çap et
Həsənin ailəsindən şok iddia:
O, atəşkəs dövrünün şəhidi oldu. 2014-cü il iyulun 11-də ölüm xəbəri yayılsa da, həmin vaxt məlumatı təsdiq və ya inkar edən olmadı. Ailə müəmma içərisində idi. Hər yazılan xəbər onlar üçün bir ümid oldu. Elə bu günki kimi...

Həsənli günlərin xatirəsini dilləndirmək üçün onun həvəslə tikdiyi, amma gözdolusu yaşamadığı evinə yollandıq.

Bizi qapıda rayonda yaşayan atasıgildən yenicə qayıtmış həyat yoldaşı Vüsalə xanım və kiçik qızı Ləman qarşıladı. Həsənin “oğlum” dediyi digər qızı Özləm isə evdə deyildi.

6-cı sinfi bitirən Özləm artıq böyük qızdır, hər şeyi dərk edir. Həsənə görə gəlib-gedən çox olacaq deyə, anası onu evdən uzaqlaşdırıb.

Çünki hər dəfə kimsə gəlib-gedəndə uşaqlar da, özü də stress keçirir. “Düşündükcə dəli olmağım gəlir” deyir.

Mərhumun həyat yoldaşı Vüsalə xanım bizimlə söhbət etdikcə, bir dəhşət hiss etdik: O, hələ də Həsənin ölümünə inanmır.

Deyir ki, Həsənlə bağlı danışmaq ona çox ağırdır, qaldıra bilmir bu yuku. Gözlərindəki həsrət, qəm, nisgil, hicran, yarımçıq sevgi hər şeyi danışmadan da büsbütün izah edirdi.

Həsənlə eyni yolu gedən Şahbaz və Dilqəmin ailə üzvlərilə əlaqəsi olamadığını deyir bu gənc qadın: “Dilqəmin yoldaşını bircə dəfə Həsənin yasında gördüyümdür. Kimliyini də sonradan bilib arxasınca qaçdım ki, Həsəni xəbər alam. Sən demə o da mənim kimi xəbərsizmiş...”.

Həsənin anası Gilas xanım deyir ki, bundan əvvəl oğlu dəfələrlə xarici ölkələrdə olub. Türkiyəyə, Almaniyaya, Rusiyada, Gürcüstanda... Həmin ölkələrdə hər sahədən dostlar qazanıb.

Sən demə Həsənin Türkiyədə atelyesi olub, gödəkcə tikməkdə mahir imiş. Elə bu sahədə əldə etdiyi gəlirlə ev qurub, ailəsini dolandırıb. Türkiyədə öyrəndiyi sənəti Azərbaycanda davam etdirib. Həsənin son dərəcə ailəcanlı olduğunu bildirən ana Vətən aşiqilə son görüşünü belə xatırlayır:

“Gedəndə hamı ilə tək-tək görüşdü. Axşam saatlarında gəldi ki, “ana, Türkiyəyə gedirəm. Mən də süfrə açdım. Amma balam heç nəyə əl atmadı. Bircə bağdan yığdığım ərikdən doyunca yedi. Bir də oturdum divanda, Həsənə elə həsrətlə baxdım ki... Balam baxışlarımdan duyuq düşüb, səbəbini soruşdu.

Dedi: “Ana, niyə elə baxırsan mənə?

Dedim: “Bala, yaman gözəlləşmisən”.

- “Yox, ay ana, elə həminki Həsənəm, mən onsuz da gözələm” deyib güldü, balam. Elə bil gözüm dəydi Həsənimə. Nə biləydim ora gedir, özümü yandırardım amma qoymazdım...

“Balam bəxtəvərliyə düşdü” deyən ana yalnız qalan gəlini Vüsaləyə nə deyəcəyini bilmir. “Həsəndən doymayan Vüsaləm, Vüsaləmdən doymayan Həsənim” deyib ağlayır.

Vətən aşiqini şəxsən tanımasaq da, fotolardakı xoşbəxt ailə mənzərəsi hər şeyi əks elətdirir.

Həsənsiz qalan ev, indi onun evdə təşkil etdiyi şənlik mərasimlərinə həsrətdir. Sevimli ömür-gün yoldaşı Vüsalənin, qızları Ləman və Özləmin ad günlərində çəkdirdikləri fotolara baxanda, “bir daha olmayacaq” fikrini qəbul etmək ağır gəlir insan beyninə.

Həsənin ailəsindən şok iddia:

Gilas ana Həsənin müxtəlif illərdə çəkidirdiyi şəkillərinə baxdıqca, dərdi təzələnirdi. “Fəxrim, qürurum niyə etibarsız çıxdın” deyib göz yaşı tökür, cavan olmasına baxmayaraq, ağsaqqallar içində söz sahibi olan balasının yoxluğuna yanır.

Bizsə təsəlli üçün ifadə tapmaqda aciz idik...

Demə, Vüsalənin ağ güllərdən xoşu gəlirmiş. Həsən də evin dörd bir yanını, pilləkənlərini ağ güllərlə bəzəyibmiş. Hər dəfə səfərə getdiyi ölkəyə çatan kimi Vüsaləyə “çatdım”deyə xəbər verən Həsəndən sonuncu gedişinin ardından xəbər gəlmir. Susan telefon Vüsaləni təşvişə salır.

“Bu işdə nəsə var” deyib həyəcanlanmağa başlayır. Vüsalə onun qara xəbərini alan kimi acığını güllərədən çıxır, hamısını qırıb atır. “Həsənim yoxdur, sizi neyləyirəm” deyir.

Sevgilisindən doymayan Vüsaləyə Həsəndən danışmaq ağır gəlirdi. Onun yoxluğundan söhbət açmaq dərdini təzələyirdi. Amma özü də hiss etmədən xatirələr onu dilləndirirdi.

Həsənlə ilk tanışlıqlarından, nişan-toy mərasimindən sevə-sevə danışırdı. Sən demə Həsənin bacısı rayonda Vüsalənin ata evilə qonşu imiş.

Vüsalə o illəri belə xatırlayır: “Əslində Həsənlə qohumluğumuz çatır. O həmişə deyirdi ki, dörd tərəfdən qohum idik, biz də evləndik qohumluq lap möhkəmləndi. Həsənin qardaşlarını Naili, Rüfəti tanıyırdım, bircə Həsəni görməmişdim.

Həsən də həmişə zarafatla deyirdiki, “Ay Vüsalə, bu yoldakı bütün qızları görmüşdüm səndən başqa”.

Cavabımda mən də “sənin qardaşlarının hamısını görmüşdüm, özündən başqa” deyirdim”.

Həsənin atası Fərman dayıda gəlini ilə çoxtərəfli qohumluqlarının olduğunu deyir:

“Vüsalənin bibisi mənim qardaşımın həyat yoldaşı olub. Bu evliliklə bütün qohumluq əlaqələri təzələndi”.

Həsənin ailəsindən şok iddia:

Ata bu gün oğluna verilən qiymətdən də söz açır: “Həsən həyatdan vaxtsız getsə də, o, heç zaman Azərbaycan xalqının gözündən yayınmaz, qulağından getməz. Bütün Azərbaycan Həsənlə fəxr edir.
Görünür Həsənin alın yazısı belə imiş. Onun ölümü şərəfli ölümdür. Həsənə xalq ağlayır. Nə etmək olar?! Hər şey üçün Allaha şükürlər olsun!”.

Oğlunu torpağa tapşırmasının 1 ili yaxınlaşan ata bu gün də onun ölümü ilə barışa bilmir: “Mən hələ də hadisələri düzgün başa düşmürəm. Azərbaycan tərəfi 5 girov müqabilində Həsənin meyitini almaq istəsə də, ermənilər son günlərə kimi bununla razılaşmırdı. Axşam televiziya kanalları elan elədi ki, Ermənistan Həsən Həsənovun meyitini qeyri-şərtsiz verir.

Bu gün də deyirəm Həsən sağdır, onun əvəzinə başqa adamın meyitini bizə veriblər. Həsənin meyiti bizə veriləndə onun ölümüdən 4 ay vaxt keçmişdi. Bu müddət ərzində təbii ki, meyitdə müəyyən deformasiya olmuşdu. Meyitə baxanda dedim ki, bu mənim oğlum deyil... (Ağlayır). Oradaca ürəyim gedib. Həsənin incə dişləri var idi, amma bizə göstərilən meyitin dişləri kobud idi”.

Söhbətə Həsən Həsənovun xanımı da qoşulur: “Onun qəbiri indi də məni çəkmir. Bilmirəm niyə belədir? Həsənin meyitini görmədim. İndi özümü qınayıram ki, kaş özüm onun meyitinə baxardım. Ermənilər deyir, “Həsəni güllələyib öldürmüşük”. Bəlkə onlara Həsən kimi işçi qüvvəsimi deyim, fiziki cəhətdən güclü birimi deyim, bir insan lazım imiş?! Qırmızı Xaç Komitəsi deyir ki, o, meşədə ölü tapılıb. Həsən ölübsə də o, özü-özünü öldürüb. Onu heç vaxt erməni öldürə bilməzdi. Həmişə kinolara baxanda deyirdi ki, girov düşməkdənsə, beyninə bir güllə vurmaq yaxşıdır. Beynimdə o qədər suallar, fikirlər var ki... Hər şey çox müəmmalıdır”.

Atası oğlunun Kəlbəcərə getməzdən öncə özünü sanki zülmə hazırladığından da söhbət açdı: “Həsən sözübütöv və çox ağır xasiyyətli idi. Son vaxtlar o özünə velosiped almışdı. Dedim oğlum, bu nəyinə lazımdır? Dedi ata, o qədər maşında gəzirəm ki, ayaqlarımın taqəti olmur, işdən sonra sürurum ki, ayaqlarım açılısın. Ayaqlarına da ağır dəmir bağlayıb sürürdü. Deməli, hər əzaba dözmək üçün o özünə zülm verirmiş”.

Vüsalə xanım da həyat yoldaşının velosipedi ağır rejimdə və ayaqlarına ağır dəmirlər bağlayıb sürdüyünün dəfələrlə şahid olduğunu deyir: “Niyə belə etdiyini soruşanda deyərdi ki, dəmirləri çıxardandan sonra ayağım bir az dincəlir. Heç demə o özünü hər zülmə hazırlayırmış, bizimsə xəbərimiz yox. İnanmazdım ki, o iki qızını qoyub gedər. Həsən ağır xasiyyətli adam idi. Heç vaxt razı olmazdı ki, ictimai nəqliyyatla harasa gedim. Getmək lazım olanda, bizi öz maşını ilə aparıb-gətirərdi”.

Fərman ataya “Hazırda girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev qaytarılsa, ürəyindən keçənləri soruşardınızmı” sualını verdik.

Dərin bir həsrət çəkən ata, ürəyindən keçənləri ifadə etməkdə çox çətinlik çəkdi. Quracağı cümlələr boğazında düyünləndi: “Onlarla görüşməmək olarmı?! Təki onlar qayıtsın. Saysız-hesabsız suallarım var. Ən böyük istəyim onların qayıtmasıdır ki, həqiqəti onların dilindən öyrənim”.

Bu yerdə Gilas ana oğlunun yas mərasimindən bir məqamı dilə gətirir: “Həsənin yas mərasimində gördüm ki, Dilqəmin həyat yoldaşı sağ əlimi öpüb başına qoydu ki, “ana, sənin sağ əlin mənim başıma, kaş mənim də həyat yoldaşımı öldürüb meyitini versinlər”.

Hər ikisinin ailəsi ilə bu gün də əlaqəni itirməmişik, böyük oğlum əlaqə saxlayır. Allah heç kəsin başına belə hadisə gətirməsin”.

Vüsalə xanım həyat yoldaşının ailəsindən sirr kimi gizlədiyi Kəlbəcərə getməsi planından tələbə yoldaşlarının xəbərdar olduğunu deyir: “Heç demə Həsənin tələbə yoldaşları hər şeydən agah imişlər. Onlar yasa gələndə dedilər ki, “biz Həsənlə sentyabr ayında qrup şəkilində yığılıb işğal olunmuş torpaqlara getməyi planlaşdırırdıq”. Bəzən Həsənin danışdığı sözləri xatırlayıram. O danışıqlarında deyirdi ki, Kəlbəcərdə ermənilər uşaqlı-böyüklü 53 nəfər azərbaycanlını girov saxlayır. Onların videosunu da özündə saxlayırdı”.

Ata oğlunun Ana, Vətən, Xalq yolunda Şəhid olduğunu deyir: “Vicdanı olan bütün insanlar Həsəni ağlayır. Həsən çoxlarının çata bilmədiyi arzuya çatdı. Vətəndə ölmək! Onu dəfn edəndə eşitdim ki, kimsə deyir – “Həsənin yerində olmaq istəyirəm, bu ölüm xoşbəxtlikdir”.

Vətən torpaqları azad olsa, bu saat gedərəm o yerlərə. Cəbrayılda doğulub boya-başa çatmışam, atam-anam orada dəfn olunub. Kim vətənə qayıtmaq istəməz? Bilmirəm, başqaları nə düşünür, amma mənim ürəyim belədir”.

Nə deyirik Fərman dayı, Allah hamımızı arzumuza çatdırsın. Vətən aşiqi kimi vətəndə ölmək qismətimiz olsun...

Bəlkə o vaxt Həsənin də ruhu azadlığa qovuşar...

Həsənin ailəsindən şok iddia:










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının Ermənistandakı ƏSAS “adamı” – Kremlin qəzəbinin SİRRİ
Bu gün, 14:29
Ermənistan Aİİ-ni tərk edərsə, qazın güzəştli qiyməti bazar qiyməti olacaq - Peskov
Bu gün, 14:15
Azərbaycanlıların Ermənistanda ev və torpaq alması QADAĞAN EDİLƏCƏK - KİV
Bu gün, 13:54
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları - “Yaxın günlərdə olacaq...”
Bu gün, 13:45
Türk diplomat Paşinyanla bağlı çağırış etdi - “Ona dəstək verməliyik”
Bu gün, 13:11
Azərbaycan Mərkəzi Bankında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:09
Bu gün onun anım günüdür
Bu gün, 13:07
Polkovnik işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 13:03
24 saat ərzində cəbhə xəttinfə 233 döyüş qeydə alınıb – Ukrayna Baş Qərargahının hesabatı
Bu gün, 12:55
Karapetyanın ofislərində axtarış başladı - “Seçki rüşvəti” paylayıblar
Bu gün, 12:53
Yol qəzasında həlak olan Təbrizdəki konsulun cənazəsi Azərbaycana gətirilib - bu gün Göyçayda dəfn olunacaq
Bu gün, 12:49
AXIRI BELƏ OLUR: Peşəkar qıtlığı yaradılanda, yaxud... - peşəkar "peşəkarla"əvəz olunanda...
Bu gün, 12:45
SOCAR-da yeni təyinat - Foto
Bu gün, 12:33
ABŞ rəsmisinin seçkiöncəsi İrəvan səfərinin ŞOK gizlinləri - İNCƏLƏMƏ
Bu gün, 12:25
Ayaz Qasımovdan SƏRT İRAD - "Ayıb olsun"
Bu gün, 12:17
Leyli Məmmədova gəldi, “Finex Kredit” 1 milyondan çox zərərə düşdü - TƏFƏRRÜAT
Bu gün, 12:05
Simonyan erməni xalqını efirdə təhqir etdi - KİV
Bu gün, 12:00
“Azəriqaz”da ƏCAİB KADR SİYASƏTİ... - İTTİHAM VAR...
Bu gün, 11:58
Ermənistan Rusiya ilə əlaqələri kəsir - Dmitri Medvedev deyir ki...
Bu gün, 11:43
Qərəzli qətnamə və Brüssel mentorluğunun süqutu - NƏ BAŞ VERİR?
Bu gün, 11:41
Dövlət Agentliyi “Kontakt Home”a cərimə protokolu yazdı - SƏBƏB
Bu gün, 11:40
Medvedev Ermənistan Baş nazirini aşağıladı - “Hansısa bir Nikol Paşinyan”
Bu gün, 11:39
Azərbaycanda sığorta yığımlarının 85%-dən çoxu 2 şirkətin payına düşüb - RƏQƏMLƏR
Bu gün, 11:34
“Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə namizədəm” - AÇIQLAMA
Bu gün, 11:30
Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 11:25
Qalibaf yenidən İran parlamentinin sədri seçilib - İran mediası
Bu gün, 11:18
Gülüstan Əliyeva Daşkənddə muğamın elmi səhnəsini fəth etdi - FOTO
Bu gün, 11:15
“Ermənistanın mövcud vəziyyətdən çıxış yolu hakimiyyətin başqa qüvvələrə ötürülməsidir” - Köçəryan belə deyir...
Bu gün, 10:57
Baş həkimdən OYUNBAZLIQ: İşçini təhdid etdi və... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 10:53
ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edəcək - "Armenpress"
Bu gün, 10:45
“Atamın bu mahnısı Türkiyədə 64 il anonim oxunub” - Əlibaba Məmmədovla bağlı SİRRİN üstü açıldı
Bu gün, 10:42
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxslə bağlı qərar verildii
Bu gün, 10:41
Erməni müxalif liderindən şok iddia - Separatçıları Azərbaycana Paşinyan hakimiyyəti satıb
Bu gün, 10:39
Bəstəkarın oğlundan ETİRAZ - “Efir qadağası olan müğənni bu nə cürətdir edib?”
Bu gün, 10:37
Körpələr evi-uşaq bağçasının keçmiş müdirinin işi Ali Məhkəmədə - DETALLAR
Bu gün, 10:35
Köhnə binalarda mənzillər KƏSKİN BAHALAŞDI - AKTUAL
Bu gün, 10:35
“Şok olacaqsınız, gözlərinizə də inanmayacaqsınız ki, bunu edərəm” -Mətanət İsgəndərli
Bu gün, 10:33
Dövlət Xidmətinin hərbçisi ilə bağlı qərar açıqlandı
Bu gün, 10:30
Bəxtiyar Tağıyevin FHN-də yarım milyonluq tenderi - TƏFƏRRÜAT
Bu gün, 10:27
Qurban kəsimi 3 gün davam edəcək - Bayram namazının vaxtı
Bu gün, 10:23
İkiüzlülərin maskaları cırıldı: “Qarabağ klanı” ritorikanı dəyişib - AKTUAL
Bu gün, 10:14
“FNC BOKT” QSC-dən ASC-yə çevrildi
Bu gün, 10:13
Azərbaycanda çay şirkətinin rəhbərliyi dəyişəcək
Bu gün, 10:10
Köhnə məhsullar, problemli qiymətlər.... - Bir sözlə: bərbad...
Bu gün, 10:02
Bakı nefti BU QİYMƏTƏ oldu - YENİ RƏQƏMLƏR
Bu gün, 09:53
“28 May”da təhlükəli anlar - VİDEO
Bu gün, 09:50
Şəkinin bir ağlayanı yoxdur: NƏ TURİZM? - TAMAHKAR İCRA BAŞÇISI VARSA...
Bu gün, 09:42
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi: Qiymətlər belə dəyişdi - AKTUAL
Bu gün, 08:06
Heç bir səbəb olmadan Rusiya ilə savaş istəyirlər - Filippo
Bu gün, 08:05
Rusiya bu istiqamətdən Ermənistana hücum edə bilər – Kiviryan
Bu gün, 08:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru